Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 497,91 Kb.
Pdf görüntüsü
səhifə20/20
tarix28.06.2018
ölçüsü497,91 Kb.
#52060
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   20

32 

 

kimi Yaponiya neft-qaz sahəsində də Azərbaycan-Yaponiya əməkdaşlığı yüksək səviyyədə  qurulur. 2004-cü il  



iyulun 19-da  Tokio Dünya Ticarət Mərkəzinin sədri, Yaponiyanın  Ticarət və  Sərmayə  Sığortalanması 

Təşkilatının  rəhbəri Toru Toyoşimanın Azərbaycana səfəri buna nümunədir.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il avqustun 31-də Yaponiya-Azərbaycan 

parlamentlərarası dostluq liqasının  sədri Akira Amarinin  başçılıq etdiyi nümayəndə heyətini qəbul  etmişdir. 

Yaponiya-Azərbaycan  parlamentlərarası dostluq  liqasının formalaşmasının  əsası 1998-ci ildə qoyulmuşdur. 

Səfər zamanı iki dövlət arasında  siyasi-iqtisadi münasibətlərin  uğurla inkişafı, Yapon şirkətlərinin 

Azərbaycanda, xüsusilə energetika sahəsində  fəal  iştirakını  və Yaponiya hökümətinin respublikamızın 

iqtisadiyyatının  inkişafına  tövhəsi yüksək  qiymətləndirilmişdir.  Belə ki, Azərbaycanda bir sıra iqtisadi 

layihələrin  həyata keçirilməsində, ümumiyyətlə dostluq və  mədəni  əməkdaşlıq  əlaqələrinin  inkişafında 

xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 2004-cü il oktyabrın 5-də Yaponiya 

səfiri Toşiyuki Fucivaranı Azərbaycanın ən yüksək  mükafatı olan «Şöhrət» ordeni ilə  təltif etmişdir.  

Ümumiyyətlə, müassir mərhələdə iki dövlətin  siyasi, iqtisadi və humanitar sahədə    əlaqələri yüksək 

səviyyədə inkişaf edir. Buna, ölkələrimizin  beynəlxalq təşkilatlar çərçivəsində  əməkdaşlığı nümunədir. 2005-ci 

il dekabırın 2-də    ölkəmizə fövqaladə  və  səlahiyyətli səfir Tadahiro Abenin etimadnaməsi Azərbaycan 

Respublikasının Prezidenti İlham  Əliyev tərəfindən qəbul edilmişdir.  Azərbaycan-Yaponiya  əməkdaşlığının 

dost münasibətləri səviyyəsinə  çatdığını vurğulayan səfir  bu əlaqələri  daha da genişləndirməyi özünün  başlıca 

vəzifəsi  kimi etmişdirmüəyyən  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-ci ilin mart ayının 2-də Yaponiyanın Kiodo 

Susin agentliyinin və En-eyç-key televiziyasının müxbirlərinə müsahibə vermişdir. Prezident İlham  Əliyev  

Azərbaycan-Yaponiya  münasibətlərinin  genişlənməsi, o cümlədən energetika sahəsində əməkdaşlıq, regional 

və beynəlxalq  məsələlər ilə bağlı  müxbirlərin  suallarını  ətraflı cavablandırmışdır. 

Azərbaycan-Yaponiya mədəni  əməkdaşlığın inkişafında Azərbaycan Respublikası prezidenti İlham 

Əliyevin 2006-cı ilin martında bu ölkəyə rəsmi səfəri əhəmiyyət kəsb etmişdir. Ölkələr arasında siyasi-iqtisadi 

əlaqələrin inkişafı mədəni əlaqələrin möhkəmləndirilməsi üçün də başlıca meyar idi.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yaponiyaya rəsmi səfəri çərçivəsində Yaponiya 

Beynəlxalq Münasibətlər  İnstitutunda olmuşdur. Görüşdə  Yaponiyanın təhsil və elm  naziri, ölkənin sabiq Baş 

naziri, sabiq xarici işlər naziri, tanınmış elm xadimləri, nüfuzlu diplomatlar, səfirlər, iş adamları, hərbçilər, 

hazırda Yaponiyanın Xarici Əlaqələr  İnstitutunun idarəçi direktoru olan Toşiyuko Fucivara, Yaponiya 

ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.  Bundan başqa, 2006-ci il 

noyabrın 22-də Tokionun «İmperial» mehmanxanasında Azərbaycan-Yaponiya iqtisadi forumu keçirilmişdir. 

Müxtəlif sahələri təmsil edən  Azərbaycan 30-dək,  Yaponiyadan  isə 100-ə yaxın şirkətin nümayəndələri iştirak 

etmişlər.  

Səfər proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Yaponiyanın Baş 

naziri  Dzünitiro Koidzumi «Azərbaycan Respublikası və Yaponiya arasında  dostluq və əməkdaşlığın  gələcək 

inkişafı  haqqında  birgə Bəyannamə» imzalanmışdır. 

Səfər zamanı Heydər Əliyev Fondunun Prezidenti YUNESKO-nun xoşməramlı  səfiri, Milli Məclisin  

deputatı    Mehriban  Əliyeva Tokioda Yaponiya Kimono Akademiyası  və  məşhur  İkobana  Akademiyası 

(Mərkəzi) ilə tanış olmuşdur. 

2006-ci ilin iyulun 14-də Yaponiya  xarici işlər  nazirinin  müavini xanım Akiko Yamanaka Bakıda 

olarkən xarici işlər naziri Elmar Mmədyarov ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham 

Əliyevin Yaponiyada  rəsmi səfərinin  ölkələrimiz arasında  əlaqələrin daha da  möhkəmlənməsində önəmli  rol 

oynadığını xüsusi vurğulamışdır. Ümumiyyətlə, bu səfər  çərçivəsində  imzalanmış müqavilələr  dövlətimizin   

əməkdaşlığını daha da  inkişaf etdirilməsinə xidmət edir.  Qeyd  edilməlidir ki,  Yaponiyanın  Azərbaycanda 

əczaçılığın, kondisioner istehsalının, kiçik və   orta sahibkarlığın inkişaf  etdirilməsi  sahəsində   dinamik işlər  

aparılmaqdadır. Bu gün  Azərbaycan – Yaponiya arasında     turizm,    təhsil  sahəsində  də     əlaqələrin inkifşaı    

üçün  geniş perspektivlər   mövcuddur.  

 Azərbaycan-Yaponiya Dövlət Komissiyasının 4-cü iclasının iştirakçıları Bakıda rəsmi  səfərdə 

olmuşlar. Həmin səfər çərçivəsində v«İtochy Corporation» şirkətinin   vitse-prezidenti Yokota  Akira Yaponiya  

ilə Azərbaycan  arasında  ikitərəfli əlaqələrin  müsbət istiqamətdə inkişaf  etdiyini vurğulamışdır. 

Azərbaycan-Yaponiya Elmi-Tədqiqat və  Mədəni  Əlaqələr Mərkəzinin xətti ilə  təşkil olunan 

tədbirlərdən biri də Yaponiya sənətçiləri ilə bakılıların tanışlığıdır. 2007-ci ilin mayında  İçəri  Şəhərdəki 

İncəsənət mərkəzində Yaponiyanın Naqoya İncəsənət klubunun üzvləri ilə Azərbaycan rəssamlarının görüşləri 

keçirilmişdir. Görüş zamanı  rəssam Kishio Kavantanın kalliqrafiya əsərləri nümayiş olunmuş, rəssamın oğlu 

Tashiaki 1500 yaşı olan yapon fleytasında (pyueteki) qədim yapon melodiyasını və yapon qılıncı kenqo ilə milli 

oyun hərəkətlərini tamaşaçılar üçün ifa etmişdir.  

Azərbaycanda yapon incəsənətinin təbliği məqsədi ilə son illlərdə bir çox rəngarəng tədbirlər təşkil 

olunmuşdur. Xüsusilə,  ənənəvi yapon sənətkarlığı ilə tanışlıq məqsədilə 2007-ci ildə  təşkil olunan «Yapon 



33 

 

kuklaları», «Çay mərasimi» sərgisi, (2008) gül-çiçək düzəltmə (ikebana) mərasimi belələrindəndir. Bu qəbildən 



olan mədəni tədbirlər Azərbaycanda böyük marağa səbəb olur. Azərbaycan ictimaiyyəti Yaponiyanın 

özünəməxsus bu sənətlərinin özəllikləri ilə yaxından tanış olurlar. 

Azərbaycan-Yaponiya arasında ən mütəşəkkil  əlaqələr isə  təhsil, elm sahələrində inkişaf etdirilir. Hər 

iki ölkə bir-birinin mədəniyyətinə  dərindən bələd olmaq məqsədilə dillərin qarşılıqlı  şəkildə öyrənilməsinə 

xüsusi diqqət yetirir. Belə ki, Yaponiya hökuməti Bakı Dövlət Universitetinə dörd yapon dili mütəxəssisi 

göndərmiş  və onlar yapon dilini öyrənən azərbaycanlı  tələbələrin bilik səviyyəsinin yaxşılaşdırılması üçün 

gərgin çalışırlar. Bu məqsədlə, Yaponiya səfirliyi ilə Bakı Dövlət Universiteti arasında işguzar münasibətlər 

mövcuddur. Yapon dili kursları Bakının «Asiya» və «Təfəkkür» universitetlərində də tədris olunurdu. 

Bundan başqa Azərbaycanın ali məktəblərində yapon tələbələri və doktorantları da təhsil alırlar. 

Azərbaycan Dövlət Mədəniyyət və    İncəsənət Universitetinin magistraturasında təhsil almış  İnomuri Tomoko 

burada təhsil aldığı müddətdə  qədim Azərbaycan musiqisini öyrənmiş, sazda yapon və azərbaycan musiqisini 

ifa etmişdir. Azərbaycan sənətinin vurğunu olan gənc yapon tədqiqatçısı xalqımızın tətbiqi sənət haqqında da 

araşdırmalarını davam etdirərək mətbuatda çıxış edir. 

Yaponiyanın Keno Universitetində də Azərbaycan dili kursunun fəaliyyəti qarşılıqlı əlaqələrdə mühüm 

yer tutur.  

Beləliklə, Azərbaycan-Yaponiya mədəni əlaqələrinin tarixi inkişaf dinamikasına nəzər saldıqda bu son 

illərdə xüsusi bir ardıcıllıqla inkişaf etdiyini müşahidə etmək olar. Bu, həm də  mədəni  əlaqələrin müasir 

mərhələsində tarixi İpək Yolu strategiyasının həyata keçirilməsi ilə bağlıdır. Bu konsepsiyaya görə tarixi İpək 

Yolu bərpa olunaraq Yaponiya Qafqaz regionu ölkələri, xüsusilə, Azərbaycanla bütün sahələrdə əlaqələri inkişaf 

etdirməyi qarşıya məqsəd qoymuşdur. Bu Azərbaycanın da məqsədləri ilə üst-üstə düşdüyü üçün Azərbaycan-

Yaponiya mədəni ələqələrinin bundan sonra da yüksək səviyyədə inkişaf etdirilməsi mütləq və zəruridir.    

Belə ki, 2007-ci ilin  avqustun 16-da  Azərbaycan Prezidenti İlham Əliyev  Yaponiyanın  xarici işlər  

nazirinin  müavini  Midori Matsuşimanın  rəhbərlik   etdiyi   nümayəndə  heyətinin   qəbulu   zamanı  xüsusilə 

vurğulanmışdır ki, Ümumilli Lider Heydər  Əliyevin  rəhbərliyi  altında  90-ci  illərin  ortalarından  iki ölkə 

arasında  həyata  keçirilməyə      başlamış  siyasi, iqtisadi  və  mədəni  əməkdaşlıq  bu gün  yeni inkişaf   

mərhələsinə  qədəm qoyaraq  uğurla   davam etdirilir.  

 

 



34 

 

 



ƏDƏBIYYAT  SIYAHISI 

 

1.



 

Abdulla Əmir Haşimi (Cavanşir) İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi-

siyasi münasibətlər. (1991-1997) Stokholm 1999 

2.

 



Abdullayev M. Beynəlxalq münasibətlər tarixi (XX əsr). Dərs vəsaiti. B., 2003 

3.

 



Abid Tahirli. «Azərbaycan mühacirəti». B., 2001 

4.

 



Arzumanlı V. N.Gəncəvinin dünya şöhrəti. B.: 1997 

5.

 



Arzumanlı V. Azərbaycan diasporu. B., 2001 

6.

 



Arzumanlı V. Ürəklər qovuşanda. B.,   1990 

7.

 



Arzumanlı V., Hüseynov A. Azərbaycan ünvanı. B., 1994 

8.

 



Aslanova R. Qloballaşma və mədəniyyət. B., 2002 

9.

 



Aslanova R. Qloballaşma və mədəni müxtəliflik. B.,  2004 

10.


 

Azərbaycan Respublikası. 1991-2001. Bakı: Yeni nəşr evi, 2001 

11.

 

Azərbaycan tarixi. Yeddi cilddə, I cild, B., Elm, 1998 



12.

 

Azərbaycan tarixi. Yeddi cilddə, II cild, B., Elm,1998 



13.

 

Azərbaycan tarixi. Yeddi cilddə, III cild, B., Elm, 1999 



14.

 

Azərbaycan tarixi. Yeddi cilddə, IV cild, B., Elm, 2000 



15.

 

Azərbaycan tarixi. Yeddi cilddə, V cild, B., 2001  



16.

 

Azərbaycan tarixi. Yeddi cilddə, VI cild, B.: Elm, 2000 



17.

 

Azərbaycan tarixi. Yeddi cilddə, VII cild, B.: Elm, 2003     



18.

 

Azərbaycan və dünya. İnformasiya analitik jurnal. № 1, 2007 



19.

 

Azərbaycan və dünya. İnformasiya analitik jurnal. № 4, 2007 



20.

 

Azərbaycan beynəlxalq çoxtərəfli qarşılıqlı əlaqələrdə. B.,1997 



21.

 

Azərbaycan beynəlxalq aləmdə. I c., B., 1996 



22.

 

Azərbaycan beynəlxalq aləmdə. Bakı. 2001 



23.

 

Azərbaycanın beynəlxalq çoxtərəfli qarşılıqlı əlaqələrində Bakının rolu. B., 1997 



24.

 

Azərbaycanda mədəniyyət siyasəti . B.,2000 



25.

 

Azərbaycanda mədəniyyət siyasəti. B., 2003 



26.

 

Azərbaycan və YUNESKO. B.,2002 



27.

 

Azərbayjan Respublikasının Konstitusiyası. (Əsas Qanun). Azərbayjan Sovet 



Ensiklopediyası. 10 jilddə, III j., B., 1986 

28.


 

Azərbayjan tarixi. 7 jilddə, VI j. B., 2000 

29.

 

Azərbayjan tarixi. 7 jilddə VII j. B., 2003 



30.

 

Azərbayjanda mədəniyyət siyasəti. B., 2004 



31.

 

«Azərbayjan kinosu» (filmlərin izahlı kataloqu) I j. (1898-2002) B., 2003,  



32.

 

Bakıxanov T. Azərbayjan və İran musiqiçilərinin qarşılıqlı əlaqələri. B., 2006 



33.

 

Budaqova S. Azərbaycan-Hindistan: iqtisadi, elmi-texniki və  mədəni  əlaqələrin tarixindən (XX əsrin 



50-80-cı illəri) B.: təfəkkür, 2003 

34.


 

Bünyadov Z. Azərbaycan Atabəyləri dövləti. B., 1984 

35.

 

Bünyadov Z. Azərbaycan VII – IX əsrlərdə. B., 1989 



36.

 

Xəbiboğlu V. Heydər Əliyev və Azərbayjan  diasporu. B.,  1999 



37.

 

Çəmənzəminli Y.V. Xarici siyasətimiz. B.: Azərnəşr, 1993, 37 s. 



38.

 

Əliyev Z.  Beynəlxalq münasibətlərdə diasporların rolu. B., 2001 



39.

 

Ələsgərov Ə. Beynəlxalq hüquq. B., 1978 



40.

 

Fərhadov R.J. Q.Qarayevin baletləri (Bələdçi). B.,  1979 



41.

 

Hacıyev T.İ., Vəliyev K.N. Azərbaycan dili tarixi. Bakı: Maarif, 1983  



42.

 

Hajıyev N.Ə.  Dostluq və əməkdaşlıq telləri. B.,   1985  



43.

 

Hacıyev H.A. Azərbaycanın xarici ölkələrlə iqtisadi elmi və mədəni əlaqələri, B.: 1976 



44.

 

 Heydər Əliyev M.K.Atatürk haqqında. B., 2003 



45.

 

 Həsənov Ə. Müasir beynəlxalq  münasibətlər  və Azərbaycanın  xarici siyasəti. Dərslik. B., 2005 



46.

 

 Hüseynov İ., Əfəndiyeva N. Turizmin əsasları. Dərslik. B., 2007 



47.

 

Xoşməramlı səfir. I kitab. B., 2005 



48.

 

İbayev V. İslam Konfransı Təşkilatı. B.,1998 



49.

 

İbrahimov J. Azərbayjan XV əsr tarixinə dair oçerklər. B.: 1958 



50.

 

İsmayılov İ.  Dünya Azərbaycanlıları XX əsrdə. B., 1997 



51.

 

İsmayılov İ. Azərbaycan-İran mədəni əlaqələri XX əsrdə B., 2006 



52.

 

Kərimli E. Azərbayjan diasporu: nəzəriyyə və praktika. B., 2001 




35 

 

53.



 

Kərimov İ. «Azərbayjan peşəkar teatrının tarixi və inkişaf mərhələləri».   B., 2002   

54.

 

  Kulturologiya. Dərslik. Bakı, 2003 



55.

 

Qasımov M. Azərbaycan  beynəlxalq  münasibətlər  sistemində. 1991-1995. B., 1996 



56.

 

Qasımov M. Azərbaycan Respublikası  dünya meridianlarında. B., 1992 



57.

 

Qasımov M. Azərbaycan beynəlxalq münasibətlər sistemində. B., 1996 



58.

 

Qasımov M. Azərbaycan Respublikası dünya meridianlarında. B., 1993 



59.

 

Qasımov M. Azərbaycan  xarici siyasəti konsepsiyası məsələləri B., 1997, 



60.

 

Quliyev R. Azərbaycan elçilər. B.: Azərnəşr, 1972 



61.

 

 Qiyasi C. Yaxın – uzaq ellərdə B., 1985 



62.

 

 Qubadov Ə.B. Azərbaycan xalqı vahid qardaşlıq ailəsində. B., 1991 



63.

 

Qurbanov B. Azərbayjan sovet musiqi mədəniyyəti və xariji mətbuat. B., 1978 



64.

 

Qüdrətov D. Azərbaycanın qardaş sovet respublikaları ilə iqtisadi və  mədəni  əməkdaşlığı. 



B., 1972 

65.


 

Mahmudov Y. Azərbaycan diplomatiyası. B., 1996 

66.

 

Mahmudov Y. Azərbaycan tarixi. İntibah dövrü. B., 1996 



67.

 

Manafova M. Mədəniyyət tarixi və nəzəriyyəsi. B.,  2006 



68.

 

Mehdi N. «Çətin və dolaşıq durumların kulturologiyası». Qərb və Şərq mədəniyyətində virtual örtüyün 



“kosmoqoniyası”. B., 2001 

69.


 

Məmmədzadə M.B. Ermənilər və İran B., 1993 

70.

 

 Məmməzar M.B.  Milli Azərbayjan hərəkatı . B., 1992 



71.

 

Məmmədov S. Azərbaycan XV – XIII əsrin I yarısında. B., 1981 



72.

 

 Məmmdli N. Mərkəzi Asiyanın türk dövlətləri və Türkiyə. B.,  2005 



73.

 

 Mədəniyyət tarixi və nəzəriyyəsi. Dərslik. B., 2006 



74.

 

Muxtarova Ə. Heydər Əliyev və türk dünyası. Tarix və onun problemləri, 2003, № 1, s.100-114. 



75.

 

Rəcəbov H. BMT-nin ixtisaslaşmış qurumları və Azərbaycan. B., 1997 



76.

 

 S.Sayadov.  XX  əsr; Azərbayjan və dünya. B., 2006 



 

77.


 

Vəlixanlı N. IX – XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında. B., 1974 

78.

 

Sovet Azərbaycanı və Xarici Şərq. B., 1980 



79.

 

Türkiyə Atatürkün, Azərbaycan Heydər  Əliyevin  əsəridir (Professor Nizami Cəfərovla Dəyanət 



Osmanlının söhbəti). Bakı, 2002. 

80.


 

Ulusel R. Mədəniyyət və texnosivilizasiya. Bakı: Azərbaycan Milli Ensiklopediyası. B.,  2003  

81.

 

Ulusel R. Ulutürklük. Qloballaşma çağında milli öznüdərketmə və geostrategiya. B., 2002  



82.

 

Аверкиева  Ю.П.  Этнография  и  культурная  (социальная)  антропология  на  Западе.  С  Э. 



1971. 

83.


 

Аверкиева  Ю.П.  История  теоретической  мысли  в  Американской  этнографии.  М.: 

наука, 1980. 

84.


 

Антология исследований культуры. М.: 1997. 

85.

 

Антропология  исследований  культуры.  Санкт-Петербург.  Университетская  книга. 



1997. 

86.


 

Антология исследований культуры. Санкт-Петербург 1997. 

87.

 

Арнольдов А.И., Баллер Э.А. Философские проблемы культуры. М.: 1968 



88.

 

Арнолъдов А.   Введение в кулътурологию. М., 1998 



89.

 

Артановский С.Н. К вопросу о понятии культуры. Сб. XX. Л.: 1967 



90.

 

Артановский  С.Н.  Историческое  единство  человечества  и  взаимное  влияние  культур. 



Л.: 1967 

91.


 

Ачкасов В.А. Глобализация и будущее национального государства. 

http://www.google.az/search

 

92.



 

Ашурбейли С.Б. Экономические и культурные связи Азербайджана с Индии. Б.: 1969 

93.

 

Ашурбейли  С.Б.  Некоторые  данные  об  экономических    и  культурных  связях  Азербайджана  с 



Китаем в средние века. Сов. Китаеведение. 1958, №2 стр.123-128 

94.


 

Ашурбейли  С.Б.  Экономических    и  культурные  связи  Азербайджана  с  Китаем  в  период 

средневековья.  В  кн:  Первая  Всесоюзная  Конференция  Востоковедов  (Тезисы  докладов  и  сообщений) 

Ташкент, 1957. стр. 122-123 

95.

 

Бакыханов А. Сочинения. Записки. Письмо. Б., 1983 



96.

 

Беркович  Н.А.  Нация  в  процессе  глобальной  этнической  интегрированности  человечества. 



Глобализация  в  социально-философском  измерении.  Сборник  материалов  конференции.  С.П.Б:  Санкт-

Петербургское философское общество, 2003  




36 

 

97.



 

Богусловский    М.М.  Международная  охрана  культурных  ценностей  и  международные 

отношения. М., 1978 

98.


 

Богусловский  М.М.Культурные ценности в международном обороте: правовые аспекты. 

М.,2005 

99.


 

Введение в культурологию (под.ред. Е.В.Попова). М., 1995. 

100.

 

Векилов Дж.М. Азербайджанская ССР в развитии советско-иранских культурных связей (1941-



1946-е годы) Автореферат Б., 1988 

101.


 

«Всемирная история.» 13 т., М., 1955-1983. 

102.

 

Гаджибеков У. О музыкальном искусствеАзербайджана. Б.: 



103.

 

Гайденко. Экзистенциализм и проблема культуры. М., 1963 



104.

 

Гирц К. Интерпретация культур. М.: 2000 



105.

 

Глобализация – этнизация (этнокультурные и этноязыковые процессы), М.: 2006. 



106.

 

Гусейнов А. Азербайджано-русские отношения (15-17 вв.) Б.,1963 



107.

 

Дергачев В.А. Глобалистика. М.: 2005 



108.

 

Додельцев Р.Ф. Концепция культуры З.Фрейда. М., 1989 



109.

 

Ерасов Б.С. Социальная культурология. М., 1994 



110.

 

Жданов Н.В. Исламская концепция мирового порядка. Москва: 1991 



111.

 

Иваненко  А.И.  Экуменизм  и  царство  Антихриста.  Глобализация  в  социально-философском 



измерении. Сборник материалов конференции. СПБ: Санкт-Петербургское философское общество, 2003  

112.


 

Культурология. История мировой культуры. Учебник под ред. проф.     А.Н.Марковой. М., 2000. 

113.

 

Культурология. (Сост.А.А.Радугин). М., 1999 



114.

 

Культурология. (Под ред.Драча). Ростов-на Дону. 1996 



115.

 

Культурология. Краткий тематический словарь. Ростов-на-Дону, 2001 



116.

 

Льюис  Р.Д.  Деловые  культуры  в  международном  бизнесе  (от  столкновение  к 



взаимопониманию). М., 2001. 

117.


 

Малиновский Б. Научная теория культуры. М., 2000 

118.

 

Мамедов Р. Азербайджан и развивающиеся страны. Б.: Ганджлик, 1979 



119.

 

Никонов  В.  Глобализация  и  государство – Тезисы выступления  президента Фонда  "Политика". 



Конференция "Революция и эволюция менеджеров". 

http://www.amr.ru/doc_26.html

   

120.


 

Освальд Шпенглер. Закат Европы. Новосибирск, 1991 

121.

 

Руднев В.П. Словарь культуры XX века. Ключевые понятия и тексты. М.: 2003. 



122.

 

Сильвестров В.В. Философское обоснование теории и истории культуры. М., 1990 



123.

 

Сноу Ч.П. Две культуры. М., 1973 



124.

 

Специализированные учреждения ООН в современном мире. М.,1967 



125.

 

Чумаков А.Н. Глобализация (контуры целостного мира),М.,2005. 



 

 

 



  

 

Yüklə 497,91 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə