Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 497,91 Kb.
Pdf görüntüsü
səhifə2/20
tarix28.06.2018
ölçüsü497,91 Kb.
#52060
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 



I Fəsil 

 

AZƏRBAYCAN VƏ YAXIN VƏ ORTA ŞƏRQ ÖLKƏLƏRI  ARASINDA MƏDƏNI 

ƏLAQƏLƏR 

 

1.1.

 

Azərbaycan – İran mədəni əlaqələri 

 

Qərbi Asiyanını aparıcı dövləti olan İran şimaldan Azərbaycanla həmsərhəd olduğuna görə bu ölkə ilə 



mədəni əlaqələrin tarixi keçmişin dərin qatlarına gedib çıxır. Əhalisinin əsas hissəsini farslar təşkil etmiş olsa 

da, tarixin bütün dövrlərində bir-biri ilə qonşu olan Azərbacan sakinləri İranın mədəniyyətinə, incəsənətinə təsir 

göstərmişlər. Özü də bu təsir qarşılıqlı  səciyyə  kəsb edirdi. Hələ III-VII əsrlərdə  Cənubi Azərbaycanın siyasi 

tarixinin  İran Sasanilər dövlətinin hökmranlıq dövrü ilə bağlı olduğundan mədəni  əlaqələrin vəziyyətini 

təsəvvürə gətirmək çətin deyildir. Bu tarixi dövr ərzində Azərbaycana və Sasani İranına məxsus mədəniyyətlər 

bir-birinə qarışaraq, bir-birindən iqtibas edərək, sintez olunmuş  vəziyyətdə  bəşər mədəniyyətinə layiqli 

nümunələr bəxş etmişdir. Sasani dövründə Azərbaycanda fars dilinin aparıcılıq statusuna malik olması, 

azərbaycanlı alim və  şairlərin bu dildə yazıb-yaratmasına səbəb olmuş, eyni zamanda onlar tərəfindən həmin 

dilə  məhəbbət, ehtiramla yanaşma  İran mədəniyyətinə hörmətin bir timsalı idi. Sasani mədəniyyətinin hər bir 

element, məqamında Azərbaycan mədəniyyətinin cizgilərini aşkar etmək heç də çətin deyildir. Artıq bu sahədə 

sənətşünasların kifayət qədər elmi dəlil və sübutları vardır. «Azərbaycan tarixi»nin yeddicildliyinin II cildində 

yazılır: «… Sasani dövlətinin mədəniyətinin inkişafında… azərbaycanlıların da bu mədəniyyətin tərəqqisində 

mühüm mövqe tutmaları şübhəsizdir.»

1

 həmin kitabda mədəni əlaqələr kontekstinə aydınlıq gətirən digər fikir 



aşağıdakı kimi səslənir: «Sasinələr həm imperiyanın iqtisadi cəhətdən daha çox inkişaf etmiş hissəsi olan 

Azərbaycanda, həm də imperiya hüdudlarına daim müdaxilə edən  şimal köçəri tayfaları ilə bilavasitə  İran 

arasında bufer rolunu oynayan Albaniyada nüfuzlarının möhkəmlənməsinə xüsusi maraq göstərirdilər. Ona görə 

də  Cənubi Qafqazın digər vilayətlərinə nisbətən Azərbaycanda Sasani təsiri daha güclü idi. Buna müvafiq 

Sasani mədəniyyəti ünsürləri burada daha parlaq təmsil olunmuşdur.»

1

  



1966-cı ilin yayında Tehran arxeoloji muzeyinin əməkdaşı  Qəmbəxş  Fərd Xuav çayı hövzəsini 

(Muğanın mərkəzi hissəsi) tədqiq edərkən, Mişkin  şəhrdən cənubda, orta əsr coğrafiyaşünaslarının Varavi 

şəhərinə uyğun gələn yaşayış yerində daş üzərində orta fars kitabəsi aşkar etmişdir. Bu kitabə çiy kərpicdən 

tikilmiş orta əsr qalasının yaxınlığındakı Baği Novruz dərəsində idi. Kitabədə göstərilən tarix II Şapurun 27-ci 

ili Mehr (yəni mart) ayı 335-336-cı ilə uyğun gəlir. Yazının məzmunundan görünür ki, Nərse-Hörmüz adlı birisi 

bu qalanı yeddi ilə tikdirmişdir. Kitabə vasitəsilə qalanın yanından keçənlərə müraciət edən Nəsre-Hörmüz, 

onlardan qala ürəklərincə olsa, onu xoş sözlə yad etmələrini xahiş edir, qalanı bəyənməyənlərə isə, bundan daha 

yaxşısını tikməyi tövsiyyə edir. Cənubi Azərbaycan  ərazisində bu günədək aşkar edilmiş  ən qədim Sasani 

epiqrafik abidəsi olan Mişkinşəhr kitabəsi tarixi keçmişimizi öyrənmək baxımından qiymətli olduğu kimi, qala 

İranla mədəni  əlaqələrin tarixini tədqiq etmək cəhətdən də maraqlıdır. Tanınmış memar-alim Cəfər Qiyasinin 

«Yaxın-uzaq ellərdə» adlı kitabında İran memarlıq mədəniyyətinin inkişafına Azərbaycan sənətkarlarının təsiri, 

məhz mədəni əlaqələrin məhsulu olan mədəni iqtibas kontekstində öyrənilir. Kitabda müəlif mədəni əlaqələrin 

tarixinə qısa ekskurs edərək yazır: «Hələ Əhəmənilər dövründə farslar Midiyalıların şəhərsalma ənənələri, eləcə 

də saray və qaya türbələrinin  əsas prinsiplərini mənimsəmişdirlər. Eramızdan qabaq VI-V əsrlərdə I Daranın 

saray tikililərinin dekorativ bəzəklərini Midiya ustaları  işləmişdirlər.  İslam dövründə  də azərbaycanlılar  İran 

memarlığının inkişafına hiss olunan təsir göstərmişlər.»

2

  

Azərbaycan – İran mədəni  əlaqələrinin inkişaf tarixində ilkin çağlar və orta əsrlərin müstəsna yeri 



vardır. Bunun da başlıca səbəbi ilk növbədə onunla izah edilir ki, «İran» adı bəzi dövrlərdə içərisində müxtəlif 

xalqları, ölkələri birləşdirən iri dövlət, imperiya mənasında işlədilirdi ki, Azərbaycan da bu dövlətlər sırasında 

idi. Lakin yetkin feodalizm çağında Azərbaycan onun həm siyasi, həm də  mədəni mərkəzi olub. Bu gün 

Zərdüştlüyün geneoloji kökləri, onun daha çox İran, yoxsa Azərbaycana məxsusluğu haqqında elmi  

mübahisələrin əsasında da məhz bu amil, yəni Azərbaycanın İran xalqları arasında qaynayıb qarışması məsələsi 

durur. Əlbəttə, hazırda bizi bu elmi mübahisələrin nəticələri deyil, Azərbaycan – İran mədəni əlaqələrinin tarixi 

mövcudluğu məsələsi düşündürür ki, bu haqda da dəlillər kifayət qədərdir. 

Azərbaycan – İran mədəni əlaqələrinin inkişaf dinamikasında XIX-XX əsrin özünəməxsus yeri vardır. 

Artıq orta çağlardan fərqli olaraq hər iki dövlətin – Azərbaycan və  İranın siyasi vəziyyətində ciddi stabillik 

yaranmış, bu əsrlərdə  mədəni  əlaqələr ölkələrarası, dövlətlərarası mahiyyət kəsb edir. Çünki XIX əsrin 

                                                           

1

 Azərbaycan tarixi, II cild, B., 1998, səh 125 



1

 Azərbaycan tarixi, II cild, B., 1998, səh 128-129 

2

 Qiyasi C. Yaxın-Uzaq ellərdə B., 1985, s. 65  




 

əvvəllərində Rusiya çarlığı  və  İran  şahlığı arasında aparılan müharibələrin sonunda 1813-cü ildə  məşhur 



Gülüstan sülh müqaviləsi imzalandı. Həmin müqaviləyə görə Azərbaycan  ərazisi iki dövlət tərəfindən iki 

hissəyə bölündü. Şimal hissəsi Rusiya dövləti, cənub hissəsi isə İran dövlətinin dördüncü əyaləti (Azərbaycan 

əyaləti) adı ilə İranın tərkibində qaldı. Azərbayan əhalisinin böyük bir hissəsinin İranın tərkibində qalması İranla 

mədəni  əlaqələrin daha da inkişafı üçün başlıca səbəb oldu. Lakin bu tarixi hadisənin ilk çağlarında Çar 

hökuməti bu sahədə xüsusi bir siyasət yeritmək marağında olmadığına görə İran azərbaycanlıları, eləcə də İranla 

mədəni ünsiyyəti davam etdirmək dövrün tanınmış  və görkəmli ziyalılarının üzərinə düşdü. Fars dilinin 

tədqiqində XIX əsrin görkəmli maarifpərvər xadimi A.Bakıxanovun (1794-1847), Mirzə Kazımbəyin (1802-

1870) xidmətlərini xüsusi vurğulamaq lazımdır. Görkəmli Azərbaycan filosofu, mütəfəkkiri M.F.Axundovun 

(1812-1878) iranlı diplomat və yazıçı Mirzə Mülküm Xan Nizam üd-dövlə (1833-1908) ilə  səmərəli  ədəbi 

əlaqələrinin məğzində məhz bu məsələ dururdu. 

XX  əsrin  əvvəllərində Bakıda neft mədənlərinin fəaliyyətə başlaması  İrandan (əsas etibarı ilə  Cənubi 

Azərbaycandan) buraya işləmək üçün fəhlələrin axınına səbəb oldu ki, bu da mədəni  əlaqələrin yeni tarixi 

şəraitə uyğun yaranmasına zəif də olsa təkan verdi. XX əsrin ilk onilliklərində  İranda milli hərəkatların 

(Səttarxan hərəkatı) geniş vüsət tapmasında Azərbaycan mədəniyyətinin bir çox istiqamətlərinin təsiri mövcud 

idi. Böyük demokrat, azərbaycanlı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə Azərbaycan dilində Tiflisdə nəşr 

olunan «Molla Nəsrəddin» jurnalının nömrələri Cənubi Azərbaycanda da yayılmağa başlayırdı.  

İranda genişlənməkdə olan demokratik hərəkatlar (1906-1911) Bakıda yaradılmış «Hümmət» (1904), 

«Ədalət» (1917) partiya təşkilatları və İranda yaradılmış mücahid dəstələri xətti ilə İran - Azərbaycan əlaqələri 

genişlənirdi. «Hümmət» təşkilatı Cənubi Azərbaycanda yaradılmış «İctimaiyyun amiuyun» (Mücahid) təşkilatı 

ilə  əlaqələr yaratmışdır. Azərbaycan filosofu Ə.Hüseynzadənin «Siyasəti–fürusət» («At oynatmaq siyasəti») 

fəlsəfi əsərində Səttarxan hərəkatı – «çəkiliniz ortadan, mədəniyyət gəlir. Təbriz mücahidlərinin, səttarxanların 

qalibiyyəti ilə gəlir», - deyə alqışlamışdır.  

Həmin illərdə  İranla mədəni  əlaqələrin yaranmasında «Mola Nəsrəddin» məcmuəsinin bu ölkənin 

Təbriz, Tehran kimi iri şəhərlərinə göndərilməsinin çox böyük mədəni əhəmiyyəti var idi. Azərbaycanın məşhur 

teatr xadimi Sidqi Ruhulla Təbrizdə öz dəstəsi ilə qastrolda olmuş  və yerli ziyalıların da iştirakı ilə  Ə. 

Haqverdiyevin «Bəxtsiz cavan» əsərinin tamaşasını göstərmişdir. 

1901-1917-ci illərdə aşağıdakı görkəmli ziyalıların həyat və yaradıcılığı İranla bağlı olmuşdur. Hüseyn 

Cavid (1882-1941) 1899-1903-cü illərdə Cənubi Azərbaycanda yaşamış və Təbriz mədrəsəsində təhsilini davam 

etdirmişdir.  Şərqşünas alim Məhəmməd ağa  Şahtaxtlı (1846-1931) 1911-1913-cü illərdə  İranda yaşamışdır. 

Dramaturq  Ə.Haqverdiyev (1870-1933) 1907-ci ildə yazdığı  «Əhmədin qeyrəti» hekayəsini Cənubi 

Azərbaycanda gedən milli azadlıq mübarizəsinə həsr etmişdir.  

Tanınmış azərbaycanlı demokrat Mirzə Bala Məmədzadə 1927-ci ildə  İstanbulda nəşr etdirdiyi 

«Ermənilər və  İran» adlı  əsərində  Cənubi Azərbaycanın  İrana, xüsusilə  də, buradakı azərbacanlıların mədəni 

inkişafa necə təsir göstərdiyi haqda yazırdı: «XX əsrin əvvəllərində azadlıq hərəkatının İran daxilində mərkəzi – 

Təbriz, İran xaricində isə – Bakı idi… Şimali Azərbaycanın iqtisadi nüfuzu altında olan İran Azərbaycanına da 

bu «iqtisadi inqilab» öz təsirini göstərirdi. Digər tərəfdən isə  İranda feodal üsul-idarəsi (Məhəmməd  Əli  şah 

Qacar istibdadı) hökm sürürdü. Belə bir şəraitdə Qafqaz Azərbaycanı (ilk növbədə Bakı) Cənubi Azərbaycanda 

azadlıq hərəkatına geniş miqyasda mədəni köməklik edirdi. Cənubi Azərbacanda nəşr edilən ilk demokratik 

qəzetlər, ilk teatr və məktəbləri də əsasən şimali azərbaycanlılar təşkil etmişdirlər.»

1

  



XX  əsrin 20-ci illərində Azərbaycanın məşhur incəsənət xadimləri, aktyorlarından olan S.Ruhulla, 

A.M.Şərifzadə, M.R.Vaizzadə  və digərləri Cənubi Azərbaycanda Ü.Hacıbəyovun bir neçə  səhnə  əsərinin 

tamaşasını yaratmışdar. Ü.Hacıbəyovun əsərlərindən başqa Təbrizdə yerli artistlərin iştirakı ilə N.Nərimanovun 

«Nadir şah» pyesi, Z.Hacıbəyovun «Əlli yaşında cavan» əsərləri də səhnələşdirilmişdir.  

Hüseyn Cavidin «Şeyx Sənan», «İblis», «Peyğəmbər» pyesləri, M.F.Axundovun «Müsyö Jordan və 

dərviş  Məstəlişah» tamaşaları  Təbrizdən başqa,  İranın Tehran, Məşhəd, Xoy və digər  şəhərlərində  də 

səhnələşdirilmişdir. 

İran xalqları ilə Azərbaycan arasında mədəni  əlaqələrin qurulması  işində 1920-ci ilin sentyabrında 

Bakıda keçirilmiş Şərq xalqlarının I qurultayının da əhəmiyyətli dərəcədə rolu olmuşdur. İranı həmin qurultayda 

204 nəfər təmsil edirdi ki, heyətə Heydər Əli oğlu Tarıverdiyev və İ.Şəbüstəri rəhbərlik edirdi.  

Çox yaxın qonşu və  həmsərhəd olmasına baxmayaraq Azərbaycanda sovet hakimiyyəti qurulduqdan 

sonra Azərbaycan – İran mədəni əlaqələri  yalnız Moskvanın razılığı ilə diplomatik səviyyədə aparılırdı. Digər 

tərəfdən İran dövlətinin özü də mədəni əlaqələrin ardıcıl təşkili məsələsində həm fəal, həm də maraqlı deyildi. 

Çünki İran tərəfi Cənubi Azərbaycan məsələsinə görə münasibətlərin, xüsusilə də mədəni ünsiyyətin fəallığına 

çox qısqanclıqla yanaşırdı. Lakin bütün bunlara baxmayaraq Moskvanın çox ciddi və senzuralı siyasəti əsasında 

İranla mədəni  əlaqələr məhdud səviyyədə olsa da, aparılırdı. Özü də SSRİ – İran mədəni  əlaqələri daha çox 

                                                           

1

 Məmmədzadə M.B. Ermənilər və İran. B., 1993, s. 33-34 




Yüklə 497,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə