Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 497,91 Kb.
Pdf görüntüsü
səhifə3/20
tarix28.06.2018
ölçüsü497,91 Kb.
#52060
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   20

 

Azərbaycanla əməkdaşlıq sistemində həyata keçirilirdi. Xüsusilə, ədəbi əlaqələr qənaətbəxş səviyyədə idi. Hər 



iki ölkənin  ədibləri istər Azərbaycanda, istərsə  də  İranda demək olar ki, kütləvi  şəkildə mütaliə edilirdi. 

Azərbaycan  ədəbiyyatında  İran, Cənubi Azərbaycan tematikası mühüm əhəmiyyət və özü də aktuallıq kəsb 

edirdi. C.Cabbarlının «Nəsrəddin şah», «Araz çayı», M.S.Ordubadinin «Dumanlı Təbriz», S.Vurğunun «Təbriz 

gözəli» bu qəbildən olan əsərlərdəndir. 1928-ci ildə M.Kazıminin «Qorxulu Tehran» əsəri farscadan 

Azərbaycan dilinə tərcümə edilərək Bakıda nəşr olundu.  

Təhsil, maarif sistemi sahəsində  də  əlaqələr mövcud idi. 1922-ci ildə ADU-də  təşkil olunmuş 

«Şərqşünaslıq»  fakültəsində  İran bölməsi yaradılmış  və burada fars dili və  ədəbiyyatı,  İran tarixi üzrə 

mütəxəsisslər hazırlanmağa başlanılmışdır.  

1934-cü ildə böyük fars şairi  Əbülqasim Firdovsinin 1000 illik yubileyinin beynəlxalq səviyyədə 

keçirilməsi Azərbaycan – İran mədəni  əlaqələrinin inkişafına da xeyli dərəcədə  təsir göstərdi. Belə ki, şairin 

«Şahnamə»  əsəri farscadan tərcümə olunaraq «Seçilmiş  əsərlər» silsiləsində Bakıda nəşr edildi. Yubiley 

tədbirlərində iştirak üçün Bakıya İranın məşhur alimi Səid Nəfisinin başçılığı ilə nümayəndə heyəti gəlmişdir. 

XX  əsrin 30-cu illərində  İranda aparılan mədəni islahatlar zamanı digər milli azlıqlar kimi 

azırbaycanlıların hüququna biganəlik, hökumətin farslaşdırma siyasətinin tətbiqi əslində demokratiyaya zidd bir 

hadisə idi. Fars millətçiliyinin təsiri ilə  İranda yaşayan digər müsəlman xalqlar kimi azərbaycanlıların da öz 

mədəniyyətindən, kökündən, soyundan təcridi göz qabağında idi. Bunu dərk edən hər iki xalqın qabaqcıl 

ziyalıları xalqlar arasında mədəni əlaqələrin inkişaf etdirilməsi işinə xidmət edirdilər. Bu işdə Seyid Məhəmməd 

Hüseyn  Şəhriyar (1906-1995), Məmməd Səid Ordubadinin xidmətlərini (1872- 1950) xüsusi qeyd etmək 

lazımdır. Azərbaycan – İran mədəni əlaqəlrinin davam etdirilməsində bu yazarların rolu çox böyük olmuşdur. 

Onlar hər iki ölkədə sevilir, əsərləri dildən-dilə gəzirdi.  

Azərbaycan – İran mədəni əlaqələri tarixi prosesində XX əsrin 40-cı illərinin özəllikləri mövcud idi. Bu 

ilk növbədə, II Dünya müharibəsinin səbəbkarı olan Almaniyanın İran dövlətindən müəyyən dəstək alması ilə 

izah edilirdi ki, bu da SSRİ ilə əlaqələrin bir qədər soyuq münasibətləri ilə müşayiət edilirdi. Rəsmi sənədlərə 

əsasən İran dövləti Almaniyanın SSRİ-yə qarşı başladığı müharibədə bitərəf mövqeyini elan etdiyinə görə 1941-

ci ilin avqustunda SSRİ öz ordusunu İranın SSRİ ilə  həmsərhəd olan şimal  ərazisinə (Cənubi Azərbaycan) 

yerləşdirməli oldu. Yerləşdirilmiş bu ordunun tərkibində Azərbaycanın 77-ci, 396-cı, 402-ci milli diviziyaları da 

var idi. Diviziyanın mövcudluğu azərbaycanlı  əskərlərlə  İran  əhalisi arasında səmimi ünsiyyətin yaranmasına 

səbəb oldu. İranın Urmiya, Rəşt  şəhərlərində  nəşr olunan qəzetlərdə azərbaycan döyüşçüsü tematikası başlıca 

yer tuturdu.  

1943-cü il noyabrın 28-də Tehranda işə başlamış SSRİ, ABŞ və Böyük Britaniya dövlətləri başçılarının 

konfransı Azərbaycan – İran mədəni əlaqələrinin genişlənməsinə bir təkan oldu. 1943-cü ilin payızında SSRİ – 

İran Mədəni Əlaqələri Cəmiyəti yaradıldı. Bu illərdə Cənubi Azərbaycanda mədəni muxtariyyət məsələsində də 

irəliləyişlər əldə olundu ki, bu da İranla mədəni əlaqələrin inkişafının bir istiqaməti idi. 1946-cı ilin martında 

Təbrizdə Azərbaycan dövlət dram teatrı açıldı. Onun yaradılması tanınmış rejissor Hidayət Əfəndiyevin adı ilə 

bağlıdır. Sovet Azərbaycanının incəsənət xadimləri İranda geniş proqramlarla əhali arasında görüşlər keçirməyə 

davam edirdilər. 

1942-ci ilin fevralından aprelin əvvəlinə  qədər  İranda Rəşid Behbudovun qastrolları, həmin ilin 

martında Sara Qədimovanın başçılığı alıtnda konsert proqramının açılışları, iyun-sentyabr aylarında Xan 

Şuşinski, Hüseynağa Hacıbabayev,  Əlövsət Sadıqov, Bəhram Mansurov, Hacı  Məmmədov və başqalarının 

Təbriz, Maku, Xoy və digər şəhərlərdə təşkil etdikləri konsertlər böyük maraqla izlənilmişdir.  

1944-cü ilin iyununda Təbrizdə yaradılmış «Sovet mədəniyyəti evi»nin xəttilə  İranın 40-dan çox 

şəhərində «Sovet – İran Mədəni Əlaqələr Cəmiyyəti»nin şöbələri fəaliyyət göstərirdi. 

Təbrizin tərəqqipərvər ziyalıları 1945-ci ilin noyabrın 19-da «Sovet Azərbaycanı dostları» cəmiyyətini 

yaratdılar. Diqqətəlayiq hadisələrdən biri elə  həmin ilin oktyabrında Bakıda görkəmli  şair Səməd Vurğunun 

sədrliyi altında «İranla Mədəni  Əlaqələr Üzrə Sovet Cəmiyyəti»nin yaradılması faktı oldu. Bu qurumlar 

Azərbaycan – İran mədəni  əlaqələrinin inkişaf dinamikasına  əhəmiyyətli  şəkildə  təsir göstərmişdir. S.Vurğun 

çıxışlarının birində demişdir: «Azərbaycanda yaradılan  İranla Mədəni  Əlaqələr Cəmiyyətinin məqsədi 

Azərbaycan xalqının mədəniyyət sahəsindəki nailiyyətlərini İranda tanıtdırmaq, habelə İranın elm, ədəbiyyat və 

incəsənət sahəsindəki müvəffəqiyyətlərini Azərbaycanın geniş zəhmətkeş kütlələrin malı etməkdir.» 

1943-cü ilin oktyabrında Tehranda yaradılmış  «İranın SSRİ ilə  Mədəni  Əlaqələr Cəmiyyəti»nin idarə 

heyəti tərkibinə fəxri sədrlər səviyyəsində İranın Baş naziri Bəyat, SSRİ-nin İrandakı səfiri Maksimov da daxil 

idi. Cəmiyyət 1944-cü il avqustun 1-dən etibarən «Yeni xəbər» jurnalını nəşr etdirməyə başladı. Jurnalda SSRİ 

Ali Sovetinin  deputatı Çimnaz Aslanovanın, akademik Heydər Hüseynovun, Şeyxülislam  Əlizadənin 

məqalələri çap olunmuşdur. 

Mədəni  əlaqələr cəmiyyətinin Təbriz  şöbəsi Sovet Azərbaycanına aid 180 mühazirə  və 17 konsert 

keçirmişdir.  




 

Keçən əsrin 40-cı illərinin ortaları İranın ictimai-siyasi, sosial həyatında ziddiyyətlər, böhranlarla dolu 



bir dövr idi. Xüsusilə, ölkənin azərbaycanlıar məskunlaşmış Cənubi Azərbaycan hissəsində demokratların qətlə 

yetirilməsi  İrandan Sovet Azərbaycanına pənah gətirənlərin sayının artmasına səbəb oldu. Əslində doğma 

vətəninə pənah gətirmiş bu demokratların bir hissəsi sonradan ədəbiyyat, incəsənət üzrə yüksək nailiyyətlər əldə 

etdilər. Belələrinə Balaş Azəroğlu, Tahir Zöhrab, Rübabə Muradova və digərlərini misal göstərmək olar. 

Ötən əsrin 50-ci illərində Azərbaycan – İran mədəni əlaqələrini davam etdirilməsində şair Şəhriyarın adı 

xüsusi olaraq çəkilməlidir. Onun məşhur «Heydər babaya salam»  (əsər ilk dəfə 1951-ci ildə  Təbrizdə çap 

olunub) poeması Azərbaycan – İran dostluğunun himninə çevrilmişdir.  

Artıq 1960-cı illərdə  İranla mədəni  əlaqələr digər istiqamətlər üzrə geniş vüsət tapırdı. 1960-cı ilin 

avqustunda Moskvada keçirilmiş  Şərqşünasların XXV Beynəlxalq konfransında yaradılmış  İran seksiyasında 

Azərbaycan alimlərindən akademiklər  Əbdülkərim  Əlizadə,  Əlövsət Sumbatzadə fars dilində  məruzə etdilər. 

Azərbaycanın digər alimi Rüstəm Əliyev məşhur İran şairi Sədinin əsərlərinin tam külliyatını çapa hazırlamaq 

üçün İrana dəvət edildi və İranda onun özünün 20-yə yaxın əsəri çap olunaraq geniş yayıldı. 

Azərbaycan – İran mədəni  əlaqələrinin inkişafında 1963-cü ilin mayın 16-da Moskvada SSRİ-  İran 

Mədəni Əlaqələr Cəmiyyətinin təsisi mühüm tarixi hadisəyə çevrildi. Əvvəlki cəmiyyətlərdən fərqli olaraq bu 

qurumun fəaliyyət dairəsi daha geniş və məzmunlu əhəmiyyət kəsb edirdi.  

1962-ci ilin oktyabrında «Sovet Azərbaycanının Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti»nin xətti 

ilə M.F.Axundovun anadan olmasının 150 illik yubileyində iştirak etmək üçün  dəvət alan görkəmli İran alimi, 

professor Səid Nəfisi Tehrana qayıtdıqdan sonra «Pəyami Nəvin» jurnalında yubiley haqqında təəssüratlarını 

səmimi  şəkildə bildirmişdir. Həmin məqalədə alim Azərbaycan alimlərinin  İran mədəniyyətinə, elminə olan 

maraq və məhəbbətini də etiraf edərək yazırdı: «Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun alimlərinin 

çoxu (qadın və kişi) İran tarixi üzərində  də ciddi məşğul olub, elmi tədqiqat işləri aparırlar. Bu barədə çoxlu 

maraqlı  əsərlər yazılmış  və  tərcümə edilmişdir. O cümlədən mənim «Babək Xürrəmdin»  əsərimi də  tərcümə 

etmişlər.»

1

 Müəllif məqaləsində ADU-nun şərqşünaslıq fakültəsində  fars dilinin tədrisinini yüksək 



səviyyəsindən də ürək dolusu danışaraq iranlılara Azərbaycan ölkəsinin mədəni  əlaqələr sahəsindəki 

nailiyyətlərini təbliğ edirdi.  

Sovet – İran Mədəni  Əlaqələr Cəmiyyətinin Azərbaycan  şöbəsinin dəvətilə  1964-cü ilin payızında 

SSRİ-yə ilk dəfə qastrola gələn  İran musiqiçiləri – müğənnilər  İlahə xanım (Elahə), Məsudi, skripkaçı 

Həbibulah Bədin, tarzən Fərhəng Şərifin konsertləri M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 

böyük anşlaqlarla keçmişdir.  

1964-cü ilin avqustunda Xarici ölkələrlə Sovet Dostluq və  Mədəni  Əlaqə  Cəmiyyətləri  İtttifaqının 

dəvətilə İranın Sovet İttifaqı ilə Mədəni Əlaqə Cəmiyyətinin nümayəndə heyəti Bakıya rəsmi görüşə gəlmişdir. 

Cəmiyyətin prezidentinin müavini Həmid Səyyahın başçılığı ilə iranlı qonaqlar Azərbaycanın bir çox tarixi-

mədəni yerlərində olmuş, mədəniyyət , elm, təhsil ocaqlarında görüşlər keçirmişlər. Səfərin başlıca missiyası 

İran – Azərbaycan arasında mədəni yaxınlığın təmini məqsədi ilə birgə  fəaliyyətin qurulması  məsələsi idi. 

Bakıda iranlı qonaqları  İranla Sovetlərin Mədəni  Əlaqələr Cəmiyyəti Azərbaycan  şöbəsinin sədri, SSRİ xalq 

artisti Rəşid Behbudov çox mehribanlıqla qarşılamışdı. Səfər çox işgüzar və səmərəli xarakter daşımışdı. 

1966-cı ilin aqustunda Tehranda  SSRİ – İran dövlətləri arasında mədəni  əlaqələrin genişləndirilməsi 

üzrə bağlanan müqavilə, xüsusilə Azərbaycan – İran mədəni  əməkdaşlığına təkanverici təsir göstərdi.  İranla 

mədəniyyətin bütün istiqamətləri üzrə əlaqələrin yaradılmasına diqqət gücləndirildi. İranın özündə Azərbaycan 

mədəniyyətinə maraq getdikcə artmaqda idi. İranın SSRİ ilə  Mədəni  Əlaqələr Cəmiyyətinə  məxsus zəngin 

kitabxanada Azərbaycanın görkəmli  ədibləri – S.Rüstəm, R.Rza, S.Vurğun, S.Rəhimov, M.İbrahimov və 

digərlərinin  ədəbi, publisistik əsərləri iranlıların maraqla mütaliə etdikləri yazı nümunələrindən idi. Bu 

kitabxanada, eləcə  də Azərbaycan SSR EA Yaxın və Orta Şərq xalqları  İnstitunun elmi əməkdaşlarının çap 

etdirdikləri əsərlərə də maraq aparıcı yer tuturdu. Bu Azərbaycan mədəniyyətinə marağın təzahürü idi. Belə bir 

maraq qarşılıqlı idi. Azərbaycanda da İran incəsənətini sevir, bakılılar İran sənətkarlarının qastrollarını intizarla 

gözləyirdilər. 1968-ci ilin fevralında  İranın simli musiqi ustalarından ibarət qrupun Bakı  zəhmətkeşləri 

qarşısında çıxışları alqışlarla qarşılanmışdır. On dörd ifaçı ilə Bakıda qastrol zamanı  İran sənətkarları eyni 

zamanda bəstəkar Emin Mahmudovla (sonradan Sabit oğlu), rəqqasə Əminə Dilbazi ilə yaradıcılıq mübadiləsi 

edərək bir sıra Azərbaycan musiqi əsərlərini mənimsəmişlər. E.Mahmudovun «Dərələr» mahnısı,  Əminə 

Dilbazinin rəhbərliyi ilə «Ceyran» rəqsini sonralar iranlılar öz vətənlərində ifa etmişlər.  

Azərbaycan – İran mədəni əlaqələri çərçivəsində elmi əlaqələrin rolu böyükdür. Əsas məsələ onda idi 

ki, bu əlaqələrin elmi cəhətdən çox böyük qiyməti vardı. İranın görkəmli alimi, Pəhləvi kitabxanasının müdir 

müavini Məcid Yektanın 1967-ci ilin əvvəllərində Bakıya gəlişi elmi ictimaiyyətdə mühüm hadisə oldu. Alim 

Azərbaycan SSR EA-nın bir sıra institutlarının alimləri ilə tanış olmuş, xüsusilə, onun respublikanın məşhur 

arxeoloqları ilə yaradıcılıq görüş  və mübadilələrinin nəticələri sonradan Tehranda nəşr olunan «Bərrəsihaye 

                                                           

1

 Ədəbiyyat və İncəsənət qəzeti 1963-cü il 18 may 




Yüklə 497,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə