Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 497,91 Kb.
Pdf görüntüsü
səhifə12/20
tarix28.06.2018
ölçüsü497,91 Kb.
#52060
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

20 

 

Memarlıq sahəsində Azərbaycan-Hindistan ustaları arasında mədəni əməkdaşlıq Baburun oğlu Nasirəddin 



Humayunun hakimliyi dövrünə təsadüf edir. Belə ki, Təbriz, Ərdəbil və Azərbaycanın digər yerlərini görmüş 

Humayun azərbaycanlı sənətkar və ustaların yaratdıqlarından  böyük zövq alır, Hindistana qayıdarkən özü ilə 

onlardan bəzilərini aparır. Bu tarixi  hadisədən sonra nəinki memarlıq, eləcə də digər mədəniyyət sahələrində 

azərbaycanlı  sənətkarların hörmət və nüfuzu daha da artdı. 

Humayunun özünün «Dövlətin nadiri» adlandırdığı  məşhur Azərbaycan rəssamı Mir Seyid Əli Təbrizi 

uzun müddət baş saray rəssamı kimi çalışıb. Bu  rəsam Moğol miniatür məktəbinin formalaşmasında aparıcı rol 

oynamışdı. Cəfər Qiyasinin adı, çəkilən kitabda azərbaycanlı memar Ağa Mirək Mirzə Qiyasın Moğol 

memarlığının formalaşmasında roluna diqqət yetirilir. Xüsusilə, memarın Yeni Dehli şəhərində tikdiyi 

Humayun türbəsi memarlıq əlaqələrinin timsalı kimi çıxış edir. 

Moğol sülaləsinin gənc varisi olan Humayunun adı ilə bağlı Azərbaycan muğamı, eləcə də «Mahur-hindi» 

muğamı iki ölkə arasında, həmçinin musiqi sahəsində  əlaqələrin də mövcudluğunu sübut edir. Hind musiqi 

motivləri əsasında mövcud olan «Humayun» muğamının Humayun şahın Təbrizdə Şah Təhmasibin sarayında 

olarkən bəstələndiyi söylənilir. 

Tarixi faktlardan göründüyü kimi, Azərbaycan-Hindistan mədəni əlaqələri təşəkkülü, inkişafının kökləri 

qədim çağlara, orta əsrlərə gedib çıxır. Dünyanın ilk sivilizasiyalarından biri kimi tanınan Hind mədəniyyətinə 

yaxınlaşmaq, bu mədəniyyətlə ünsiyyətdə olmaq Azərbaycan üçün də    həmişə maraqlı  və aktual olmuşdur. 

Mədəniyyət incəsənətində zəngin dəyərlərə malik olan Hindistanla mədəni yaxınlıq, əməkdaşlıq ən yeni tarixdə  

daha geniş  və  hərtərəfli səciyyə  kəsb etdi. Hələ 1920-ci ilin sentyabrında Bakıda keçirilən  Şərq xalqlarının 

birinci qurultayında Hindistandan da nümayəndənin Azərbaycana səfəri iki ölkə arasında yeni prinsiplər 

əsasında mədəni əlaqələrin başlanğıcında tarixi hadisə oldu. 

Xüsusilə, XX əsrin ortalarından başlayaraq Azərbaycan-Hindistan mədəni  əlaqələr tarixində yeni bir 

dinamik inkişaf dövrü başlayır. Bu ilk növbədə, Hindistanın müstəmləkəçilik zülmündən qurtularaq müstəqillik 

qazanması  və bu yolda SSRİ-nin həmin ölkəyə himayədarlıq siyasətinin prinsipləri ilə bağlı idi. Azərbaycan 

SSRİ-nin tərkib hissəsi kimi bu siyasətin prinsip və istiqamətləri üzrə Hindistan dövləti ilə dostluq 

münasibətlərini daha da gücləndirdi ki, bu da mədəni  əlaqələrin məqsədyönlü  əməkdaşlıq səhiyyəsində 

davamına təkan verdi. Yenicə müstəqillik əldə edən Hindistana elmi-tədris, mədəni, mənəvi dəstək məqsədilə 

hər iki ölkə, dövlət qarşılıqlı əməkdaşlıq siyasətinə üstünlük verdi. 

Yeni tarixi dövrdə yazıb-yaradan Azərbaycan sənətkarları üçün hind tematikası doğma və aktual idi. 

Azərbaycan şair və yazıçıları, musiqi xadimləri, rəssamları müstəqillik uğrunda mübarizə aparan hind xalqı ilə 

mənəvi həmrəy olduqlarını yaratdıqları  sənət  əsərlərində bariz şəkildə  tərənnüm edirdilər. Səməd Vurğunun 

1948-ci ildə yazdığı  məşhur «Zəncinin arzuları» poemasında Hindistanın vəziyyəti zəncinin dili ilə  təsvir 

olunmuşdu. 

Qeyd etmək vacibdir ki, hələ ötən  əsrin 30-cu illərində iki ölkə arasında mədəni yaxınlığın qabarıq 

nümunəsi tarixin mövcud olmuş ədəbi əlaqələrin yeni məzmunda təkanında müşahidə olunurdu. Belə ki, 1930-

cu illərdə görkəmli hind yazıçısı və mütəfəkkiri Rabindranat Taqorun «Fəlakət» romanı artıq Azərbaycan dilinə 

tərcümə olunaraq oxuculara təqdim olunmuşdu. Bunun ardınca  Azərnəşr tərəfindən nəşr olunan «Hindistan və 

Pakistan hekayələri» məcmuəsinə Hindistanın görkəmli yazıçılarından Prem Çand, Mülk Rac Anand,  Notac 

Sinqxin, Xaca Əhməd Abbas və digərlərinin maraqlı hekayələri azərbaycanlı oxucuların diqqətinə çatdırılmışdı. 

Hindistan yazarlarının bu və digər silsilə əsərlərinin Azərbaycan dilinə tərcüməsində Məmməd Rahim, İ. Soltan, 

M.Seyidzadə,  Əhməd Cəmil, Böyükağa Qasımov, eyni zamanda Azərbaycan  əsərlərinin hind dilinə 

tərcüməsində isə, hind şairlərindən M.İqbal, Mankulal Şarma Şil, Rameşvar Şukla Ançal, İsrar Ulxan Macaz, 

Şankar Şaylandra və digərlərinin adlarını çəkmək lazımdır. 

Beləliklə, Azərbaycan-Hindistan mədəni  əlaqələri tarixində orta əsrlərdən sonra hökm sürmüş müəyyən 

durğunluq  XX əsrin 20-30-cu illərində sona yetdi. 

1946-cı ilin yanvarın 25-də Moskvada Sovet-Hind mədəni əlaqələri cəmiyyətinin təşkili bu sahə üzrə işin 

planlı şəkildə həyata keçirilməsini təmin etdi. 

Müstəqillik quruculuğunda digər  Şərq ölkələri kimi, Hindistana da mənəvi yardım məqsədilə sovet 

hökuməti Azərbaycan elmi, mədəniyyətinin bu missiyaya cəlb edilməsinə  diqqət yetirdi. Elmi-mədəni, 

incəsənət sahələri üzrə mübadilələrin aparılması  məqsədilə, yaradıcılıq ezamiyyətləri, görüşləri, dekada və 

həftələrin təşkilindən  bu missiyanın reallaşmasında bir vasitə kimi istifadə olundu. Azərbaycan alimlərindən 

məşhur cərrah M.A.Topçubaşov, görkəmli filosof A.O.Makovelski həmin ölkəyə elmi mübadiləyə ezam 

olunmuş ilk alimlərdəndirlər. Onlar Hindistanın bəzi təşkilat və ilk növbədə, universitetlərin fəxri üzvü 

seçilmişlər. 

1955-ci ildə texnika elmləri doktoru, professor Ə.İ.Tağıyevin rəhbərliyi altında ilk sovet neftçi elmi-

texniki mütəxəssislər qrupu Kambey və Ankleşvarenin zəngin neft yataqlarının tapılmasında hindlilərə kömək 

etmişlər. Azərbaycan neftçiləri Hindistanın nefti kadrlar və neft avadanlıqları ilə  təmin olunmasında da 

müstəsna rol oynamışlar. 



21 

 

50-ci illərdə bir çox hind alimləri də mübadilə  məqsədilə Azərbaycanda ezamiyyətdə olmuşlar. Hind 



elminin tanınmış nümayəndələri-fiziklər M.Q.Saxa, Ç.V.Raman, X.Baxvha, D.Kothari, geoloq S.P.Çatterci, 

tarixçi D.R.Kosambi, riyaziyyatçı  və statistik P.Ç. Maxolonovis, politoloq M.Sahni və başqalarının elmi 

fəaliyyəti, Azərbaycan səfərləri haqqında respublika qəzetləri - «Kommunist», «Bakinski raboçi», «Vışka», 

«Bakı» və d. məqalələr dərc olunmuşdur. 

Elmi  əlaqələr getdikcə daha geniş  məzmun kəsb etməyə başlayırdı. Artıq 1960-cı illərdə Azərbaycan-

Hindistan alimləri arasında elmi əməkdaşlığın yeni formaları-birgə elmi ekspedisiyaların təşkili  ənənəvi 

xarakter almağa, ayrı-ayrı elmi sahələrdə əməkdaşlıq müqavilələr əsasında həyata keçirilməyə başladı. 

Eyni nailiyyətlər mədəniyyətin digər sahələrində  də - ədəbiyyat, musiqi, təsviri incəsənət və s. təzahür 

olunmağa başladı. 1947-ci ildə yaradılmış Azərbaycanın Xarici ölkələrində Dostluq və  Mədəni  Əlaqələr 

Cəmiyyətinin Hindistanla yuxarıda adları sadalanan mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsini planlı 

və ardıcıl  şəkildə  həyata keçirtməyə başladı. Xüsusilə, Hindistan, onun mədəniyyəti ilə tanış olunması 

məqsədilə bu qızmar günəş ölkəsinə ezam olunmuş Azərbaycan mədəniyyət xadimləri, sənətkarlar 

təəssüratlarını yaratdıqları  əsərlərdə  tərənnüm edirdilər. Azərbaycanın görkəmli yazıçısı Mirzə  İbrahimov 

Hindistan müstəmləkə zülmündən azad olmamışdan (1947-ci il), həm də Hindistan respublika elan edildikdən 

sonra (1954-cü ildə) bu ölkəyə gedərək  əldə etdiyi təəssüratlarını «Çandranın üsyanı» kimi bədii cəhətdən 

dolğun povestində və digər məqalə, məruzələrində bildirmişdir. 1955-ci ilin yanvarında bir qrup sovet yazıçıları 

ilə Hindistana gələn sovet nümayəndə heyətinin rəhbəri  Əli Vəliyev «Hindistan tayms» qəzetinin müxbirinə 

verdiyi müsahibədə Heydərabad  şəhərində Azərbaycan Teleqraf Agentliyinin açılmasını «iki ölkə arasında 

mədəni  əlaqələrin yeni mübadiləsi» adlandırmışdı. Burada Azərbaycan zəhmətkeşləri, o cümlədən elm, 

mədəniyyət və incəsənət ustalarının əsərləri tərənnüm edilirdi. 

Azərbaycan-Hindistan mədəni  əlaqələrinin canlanması prosesində 1950-ci illərin xüsusi tarixi yeri 

olmuşdu. Artıq iki ölkənin sənətkarları arasında dostluq əlaqələri güclənmişdi. Artıq dörd dəfə  Hindistana səfər 

etmiş  yazıçı Mirzə İbrahimovu hindlilər yaxından tanıyırdı. Bu illərdə Azərbaycanın görkəmli rəssamı Mikayıl 

Abdullayevin Hindistana etdiyi yaradıcılıq səfəri və bir müddət bu ölkədə yaşayıb-fəaliyyət göstərməsi iki ölkə 

arasında mədəni  əlaqələrin inkişafına  əhəmiyyətli təsir göstərmişdi. Mikayıl Abdullayevin Hindistan 

mövzusunda yaratdığı silsilə əsərlərilə, demək olar ki, dünya sənətsevərləri də bələddir. 

1956-cı ildə Bakıda olmuş Hindistan vitse-prezidenti cənab S.Radhakrişnan və Hindistanın SSRİ  də 

fövqəladə  və  səlahiyyətli səfiri cənab K.P.Ş.Menon respublika gənclər festivalında çıxış etmiş  gənc müğənni 

Elmira Rəhimovanın ifasında hind filmlərinin mahnılarını diqqətlə dinlədikdən sonra onu Hindistanda təhsilini 

davam etdirməyə  dəvət etdi. Təklifi məmnuniyyətlə  qəbul edən gənc azərbaycanlı  qızın sonrakı  fəaliyyəti iki 

dost xalq arasında mədəni əməkdaşlığın inkişafına bir töhfə oldu. Hindistanın  musiqi institutunda təhsil alan 

Elmira Rəhimovanın ifasını dinləmiş Hindistan Respublikasının Baş Naziri Cəvahirləl Nehru gənc müğənni ilə 

söhbətində belə söyləmişdi: «Vətəninizə-SSRİ-yə gedərkən özünüzlə bərabər Hindistanın qəlbini də aparın. Siz 

elə indinin özündə də o qəlbə sahib ola bilmisiniz. Siz Hindistanın qəlbi olan onun mahnılarını olduğu kimi ifa 

edirsiniz». 

Hər zaman-istər hal-hazırki günlərdə, istərsədə haqqında söhbət gedən tarixin hazırkı çağında hind 

musiqisi, mədəniyyətinə  məhəbbət, maraq bu ölkənin istehsal etdiyi rəngarəng kinofilmləri vasitəsilə  əldə 

olunur. Azərbaycan xalqı hind filmlərinə həmişə maraq göstərmiş, bunları sevmiş, ayrı-ayrı film qəhrəmanlarını 

yaradan aktyorlar populyarlıq qazanmışdı. Hələ 50-60-cı illərin məşhur hind rejissor və aktyorlarından Rac 

Kapur, Kumari Surayyə, Nərgiz, Kaminə Kauşal, Abxi Bhataçariya 1956-cı ilin noyabrında Bakı şəhərinə səfər 

etmişlər. Həmin səfər Azərbaycanın mədəni həyatında tarixi bir hadisə kimi əhəmiyyətli yer tutmuşdur. Sonralar 

Rac Kapur, Nərgizlə Azərbaycanın görkəmli sənətkarları Rəşid Behbudov, Şövkət Ələkbərova arasında dostluq 

və sənət əlaqələri davam etdirilmişdir. 

Azərbaycan-Hindistan mədəni  əlaqələrinin inkişaf dinamikasında xüsusi çəkisi olan 1950-ci illər digər 

tarixi hadisə ilə də yadda qaldı. Bu 1959-cu il iyunun 16-da  Azərbaycan-Hindistan Dostluq və Mədəni Əlaqələr 

Cəmiyyətinin təsisi ilə bağlıdır. Cəmiyyətin sədri seçilən akademik Mirəli Qaşqay; üzvləri bəstəkar Tofik 

Quliyev, Rəşid Behbudov, müğənni Elmira Rəhimova,  şairlər Hüseyn Hüseynzadə, Məmməd Rahim və b. 

Azərbaycan-Hindistan mədəni  əməkdaşlığının qarşıdan gələn illərdə daha səmərəli  şəkildə davam etdirilməsi 

işinə şərəflə xidmət etmişlər. 

Digər tərəfdən 1960-cı ildə Azərbaycanın xarici ölkələrlə dostluq və  mədəni  əlaqələr cəmiyyətinin 

Azərbaycan-Hindistan  şöbəsinin yaradılması da iki ölkə arasında mədəni  əməkdaşlığın vüsətinə yeni təkan 

verdi. Azərbaycan-Hindistan mədəni  əməkdaşlığı sahəsində xüsusi təşkilat və qurumların yaradılması bu 

istiqamət üzrə  fəaliyyətin planlı, ardıcıl və sistemli şəkildə qurulmasına  əlverişli  şərait yaratdı. Mədəniyyət

elm-təhsilin bütün istiqamətləri üzrə əlaqələr əməkdaşlıq səviyyəsində davam etdirildi. Bu sahələr üzrə intensiv 

fəaliyyətə üstünlük  verildi. Əməkdaşlığın bu cür davam etdirilməsinə maraqlı olan sovet dövləti rəngarəng 

tədbirlərin həyata keçirilməsinə diqqət yetirirdi. Xüsusilə, sənətkarların yaradıcılıqlarının təbliği məqsədilə, 

konsert, festival, sərgilərin təşkili aparıcı yer tutmağa başladı. Xüsusilə, hind ədəbiyyatının klassik nümunələri 



Yüklə 497,91 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə