Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 497,91 Kb.
Pdf görüntüsü
səhifə10/20
tarix28.06.2018
ölçüsü497,91 Kb.
#52060
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

17 

 

 



İsral  parlamenti – Knessetin  spikerinin  müavinləri Amnon  Kohen  və Qideon  Saarın  rəhbərlik etdiyi   

nümayəndə  heyəti  2007-ci ildə ölkəmizdə işgüzar səfərdə olaraq  Azərbaycanda  yəxudi icmasının  fəaliyyəti  

üçün  yaradılmış    şəraitdən məmnun  olduqlarını   bildirmişlər.  Həmin ildə yaradılmış  Azərbaycan  İsral  

Beynəlxalq Assosiasiyasının  ikitərəfli əlaqələrdə   mühüm bir addım  kimi vurğulana bilər. 2007-ci   il iyunun 

11-də    İsrail xarici  işlər  nazirinin  birinci müavini  Yossi Qal Bakıda olaraq  ölkələrimiz  arasında siyasi  

dialoqla  yanaşı, iqtisadi əlaqələrin də inkişaf etdirilməsinin, ticarət  dövriyyəsinin  artırılmasının  zəruriliyini  

bildirmişdir.  

 Beləliklə, faktlardan göründüyü kimi,  Azərbaycan-İsrail  mədəni əlaqələrinin inkişafında dinamik dövr 

hesab edilən son illər bu sahədə bir çox planlı və ardıcıl tədbirlər həyata keçirilməkdədir. Azərbaycan və yəhudi 

xalqı arasında dostluq münasibətlərinin qorunub-saxlanmasında mədəni  əməkdaşlığın imkanlarından istifadə 

əhəmiyyət kəsb edir.   



18 

 

II Fəsil 



 

 AZƏRBAYCANIN   DIGƏR  ŞƏRQ ÖLKƏLƏRI ILƏ MƏDƏNI ƏLAQƏLƏRI 

 

2.1. Azərbaycan-Hindistan  mədəni əlaqələri 

 

Azərbaycanla qədim mədəni və  mənəvi yaxınlığa malik olan ölkələrdən biri də Hindistan olmuşdur. 

Əhalisinə görə dünyanın ikinci böyük dövləti olan Hindistan, həm də qədim və zəngin sivilizasiyalardandır. Çox 

zəngin və  mədəni  rəngarəngliyə malik bu ölkə ilə Azərbaycan arasında mədəni yaxınlaşma və  əlaqələrin 

tarixinin qədim kökləri tunc dövründən başlayır. Bu iki ölkə  arasındakı mədəni əlaqələrin tarixi təşəkkülü və 

inkişafı problemlərini öyrənərək tədqiq edən tanınmış alimlər  S.Aşurbəyli, A.Seyidzadə bu əlaqələrin qədim və 

orta əsrlərdə dövründə mövcudluğunun tarixi faktlar əsasında  sübuta yetirmişdir. Hazırkı məqalənin yazılması 

prosesində biz bu tədqiqatçıların məqalə və monoqrafiyalarına  istinad etmişik.

5

* Azərbaycan rayonlarının bir 



çoxundan Hindistana xas balıqqulaqlarının  aşkar edilməsi bu ölkə ilə Azərbaycan arasında  əlaqələrin lap 

qədimdən -  tunc dövründən mövcudluğuna ehtimal yaradır. Azərbaycan Hindistan arasında mədəni əlaqələrin 

tarixi qədimliyini sübut edən dəlillər X əsrə aid edilir. Xüsusilə, məsafəcə bir-birindən çox uzaqda yerləşən bu 

iki ölkə arasında mədəni  əlaqələrin təşəkkülündə filosof, ilahiyyatçılar,  şair və  səyahətçilərin çox böyük 

xidmətləri olmuşdur. Bu sırada görkəmli Azərbaycan  şairi Nizami Gəncəvinin adı xüsusi qeyd olunmalıdır. 

N.Gəncəvi Azərbaycan – hind xalqı arasında mənəvi yaxınlığın formalaşmasına güclü təsir göstərmiş 

simalardandır. Belə ki, zəngin fəlsəfi məktəbi olan Hindistanın fəlsəfi təlimlərinə  yiyələnən, onları dərindən və 

diqqətlə öyrənən görkəmli mütəfəkkir özünün «İsgəndərnamə», «Xosrov və Şirin», «Yeddi gözəl» adlı məşhur 

poemalarında Hindistana xüsusi yer vermişdir.  Şairin «İsgəndərnamə»  əsərinin birinci hissəsi-şərəfnamə 

Hindistanın mədəniyyəti, fəlsəfəsi və  əhəmiyyətinə  həsr edilmişdir. «Şərəfnamə»də  İsgəndərin Hindistana 

səfəri, onun Keyduya məktubu,  İsgəndərin Hindistandan Çinə gedişi  əks etdirilmişdi. Poemanın ikinci-

«İqbalnamə» hissəsində  İsgəndərin hind müdriki ilə söhbət səhnəsində hind fəlsəfəsinin mahiyyətini Nizami 

Gəncəvi bədii dil ilə ifadə edir. 

XII əsrdə Hind fəlsəfəsinin Azərbaycanda tanınması və yayılmasında Nizami Gəncəvidən sonra xidməti 

olmuş görkəmli şairlərdən biri də Xaqani Şirvani olmuşdur. Yunan fəlsəfəsindən imtina edərək hind fəlsəfəsinə, 

fəlsəfi məntiqinə yüksək qiymət verən Xaqani özünün «Mirətüs-Səfa»  əsərində bunu bədii-obrazlı  tərzdə  əks 

etdirmişdir. Bu əsəri şair özü Xorasandan Hindistana göndərmişdir. Bununla yanaşı o, özünün digər əsərlərində 

«Pançatantra», hind rəqs, melodiyaları və d. mədəni nailiyyətlər barədə xüsusi hörmətlə bəhs edir.  

Azərbaycan-Hindistan mədəni əlaqələrinin yaranma tarixi təkcə elmi-fəlsəfi görüşlərin qarşılıqlı təsiri ilə 

deyil, eləcə də ədəbi, poeziya əlaqələrinin inkişafı ilə bağlıdır. Bu sahədə Nizami Gəncəvinin yaradıcılıq yolu 

xüsusilə seçilir. 

XI  əsrdən  XIII əsrin birinci rübünədək Azərbaycanda poeziyanın çiçəklənmə dövrü dünyanın bir çox 

ölkələrinin  ədəbi mühitinə    əhəmiyyətli  şəkildə  təsir etdiyi kimi, bu təsir Hind ədəbiyyatından da yan 

keçməmişdi. Şirvanşah I Axsitanın sifarişilə Nizami Gəncəvinin ərəb mövzusunda yazdığı dünyaşöhrətli «Leyli 

və Məcnun» poeması eləcə də fars dilində yazıb-yaradan görkəmli hind şairi Əmir Xosrov Dəhləvinin (1253-

1325) böyük marağına səbəb olmuş  və eyni mövzuda bu şair də  poema yazmışdı. Ümumiyyətlə, təkcə «Leyli 

və Məcnun» əsəri deyil, Dəhləvi N. Gəncəvini özünün müəllimi hesab edərək «Xəmsə»ni iqtibas edərək «Pənc 

hənc» («Beş xəzinə») adlı əsərini yazır. 

Dəhləvinin «Pənc hənc»  əsərlər toplusuna «Mətlə  əl-ənvar», «Xosrov və  Şirin», «Məcnun Leylinin 

yanında», «Həşt-behişt»i və «İsgəndərnamə» poemaları daxildir ki, bunların hər biri Nizami Gəncəvinin adı ilə 

başlayır və beləcə  də tamamlanır. Dəhləvinin beşliyinə daxil olan «Mətlə  əl-ənvar» («Nurun doğuluşu») 

poeması N. Gəncəvinin «Sirlər xəzinəsi»nə həsr edilən ən qədim nəzirələrdəndir. Onun həcmi üç min altı yüz 

on beytdən ibarətdir. 

Əvvəldə qeyd etdiyimiz kimi, Nizami Gəncəvi qədim hind ədəbi abidələrinə yaxından bələd idi. O 

özünün ikinci əsəri olan «Xosrov və  Şirin» poeması üzərində çalışarkən qədim hind ədəbi abidəsi olan 

«Pançatantra»nın  («Beş kitab») motivlərindən əxz edərək istifadə etmişdir. 

Hind mədəniyyətinə olan dərin ehtiram hissi  Nizami Gəncəvinin «Yeddi gözəl» adlı poemanın zərif 

novellalarında da öz bədii ifadəsini tapmışdı. Bu məşhur poemada şair Hindistan şahzadəsi Furakın gözəlliyini 

vəsf edərək ay işığının hind qızının gözəlliyi qarşısında  qaranlığa büründüyünü göstərmişdi. 

Azərbaycan-Hindistan  ədəbi  əlaqələrin inkişafı prosesində  məşhur hind yazılı abidəsi olan «Kəlilə  və 

Dimnə»  dastanının da özünəməxsus rolu olmuşdu. Bu dastan Azərbaycan dilinə (türk) 1809-cu ildə Əvəz-Əli 

                                                           

5

 Ашурбейли С. «Экономические культурные связи Азербайджана с Индией в середине века». Б.Элм, 1990 



  


Yüklə 497,91 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə