Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 497,91 Kb.
Pdf görüntüsü
səhifə11/20
tarix28.06.2018
ölçüsü497,91 Kb.
#52060
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

19 

 

Səfiqulu oğlu tərəfindən çevrilmiş, tərcüməçi tərəfindən hətta çoxlu sayda miniatürlərlə  



illüstrasiyalaşdırılmışdı. Tərcüməçi dastan haqqında əlavə etdiyi müqəddimədə kitabın yaradılması tarixi, digər 

dillərə tərcümələrin icmalı və hind ədəbiyyatının bu görkəmli abidəsinin dəyəri haqqında bəhs edir. 

Tarixi faktlardan göründüyü kimi birbaşa ünsiyyət üçün nəqliyyat, texniki imkanların olmadığı istər 

qədim, istərsə  də tarixin orta çağlarında Azərbaycan-Hindistan mədəni  əlaqələrin təməli, daha çox ədəbi 

münasibətlər,  əlaqələr müstəvisində qoyulmuş  və bu proses inkişafa doğru istiqamət götürmüşdü. Məsafə 

baxımından bir-birindən uzaq olan bu xalqların bir-birinə mədəni təsirinin başlıca səbəbi mənəvi yaxınlıq idi. 

Şərq dünyasının üzvləri olan hər iki xalqın düşünmə  tərzi, yaradıcılıq meyarları oxşar olduğuna görə, 

mədəniyyətlərin bir-birinə inteqrasiyası üçün əlverişli mühit mövcud olmuşdu. Faktlar söyləməyə imkan verir 

ki, bu mədəni inteqrasiya öz-özünə, yəni yalnız mədəniyyət nümayəndələrinin təşəbbüsü, maraq və istəyi 

sayəsində  həyata keçirilirdi. Ədəbiyyat, poeziya sahəsində  şairlərin bir-birilərinin gözəl, dahiyanə  əsərlərinə 

nəzirələr yazması mədəni əxz, iqtibasın bir forması kimi təzahür tapırdı. Ədəbi əlaqələrdə bu proses  hələ bir 

çox  əsrlər davam edir. Mədəni  əxz, iqtibasın çıxış nöqtəsi  ədəbiyyatların bir-birini tanıması  və maraqlanması 

prosesindən ibarətdir. 

Azərbaycanın görkəmli lirik şairi Məhəmməd Füzuli(XVI əsr) özünün Nizami Gəncəvinin  şagirdi 

adlandıran Əmir Xosrov Dəhləvini dünyanın ən gözəl şairlərindən bir sayırdı. Füzuli özü də, hind mədəniyyəti-

fəlsəfə,  ədəbiyyatı ilə  dərindən maraqlanan bir ədib idi. Onun «Ənisül-qəlb» adlı poemasında  şairin hind 

fəlsəfəsinə yaxından bələd olduğunu hiss etmək olur. Məhəmməd Füzuli hind fəlsəfəsini yunan fəlsəfəsinə 

qədər dəyərləndirirdi. 

Füzuli yaradıcılığı hind müsəlman ziyalılarına çox yaxşı tanış idi və onlar Azərbaycanın bu görkəmli 

şairini yüksək qiymətləndirirdilər. 

XVI  əsrdə Hindistanda Böyük Moğol imperiyasının yaranması Hindistanda yeni mədəniyyətin 

çiçəklənməsində bir təkan oldu. Xüsusilə, Baburlar nəslinin nümayəndəsi Əkbər şah və onun varisləri dövründə 

(XVI əsrin axırı-XVII əsrin əvvəlləri) Azərbaycan-Hindistan mədəni əlaqələrində də canlanma hiss olunur. Bu, 

xüsusilə, XVI əsrin sonuncu rübündə Azərbaycanda baş vermiş  səfəvi-türk müharibəsi zamanı bir çox 

azərbaycanlı ziyalılarının-alim,  şairlərin məhz Hindistana mühacir etməsi fakı ilə bağlı idi. Bu hadisə  həmin 

ölkə ilə  mədəni  əlaqələrin inkişafı dinamikasına  əhəmiyyətli dərəcədə  təsir göstərdi. Hələ  qədim dövrlərdən 

digər dinlərə və müxtəlif əqidələrə ehtiramla yanaşan hindlilər azərbaycanlı alim, şair, rəsam, ədəbiyyatçılarla 

hörmətlə davranır, mehriban ünsiyyət  şəraitində  mədəni təmas qururdular. Hindistanın dövlət hakimləri uzaq 

ölkədən pənah gətirmiş bu elm, mədəniyyət adamlarının öz yaradıcılıqlarını davam etdirmək üçün lütfkarlıq 

göstərir, hər cür şərait yaradırdılar. Yazıb-yaratmaq üçün, məhz elə Hindistana üz tutmuş azərbaycanlı 

ziyalılarının mühacirətinin başlıca səbəbi bu idi. Qəzəli bunu öz şerində daha aydın və qabarıq şəkildə tərənnüm 

etmişdi: «Mən Hindistana tərəf gedirəm, çünki orada istedadlı adamlara yaxşı qiymət verirlər». 

Uzun müddət Hindistanda yaşamış Azərbaycanın məşhur  şairlərindən Məsihi, Saib Təbrizi,  İbrahim 

Ordubadi, Məhəmməd Sadıx Təbrizi və başqalarının adlarını çəkmək olar. 

Hindistana pənah gətirmiş və bu ölkədə yazıb-yaratmış Azərbaycan şairləri bu qədim və gözəl ölkə, onun 

insanlarını ürək dolusu və böyük məhəbbət, ehtiramla tərənnüm edirdilər. XVII əsrdə Hindistanda yazılmış 

təzkirələrdə Azərbaycan  şairləri, yazarları haqqında  əsaslı  rəylər, fikirlər də mövcuddur. Məsələn, «Şəmi-

əncumən», «Nigaristani-suxən», «Miratül-xiyal», «Hezane-amirə»də Nizami, Xaqani, Nəsimi, Füzuli, Səib 

Təbrizinin yaradıcılıqlarına yüksək qiymət verilir, onlardan bəzilərinin Hindistandakı fəaliyyətləri təhlil olunur. 

Azərbaycan-Hindistan mədəni  əlaqələrinin inkişaf tarixinin öyrənilməsi baxımından hazırki qədim 

mənbələr çox böyük mədəni-tarixi əhəmiyyət kəsb edir. Çünki bu mənbələrdə, həmçinin XVII əsrdə Hindistanın 

müxtəlif şəhərlərindən mədrəsə, elm ocaqlarında çalışan Azərbaycan alim və müəllimlərinin fəaliyyəti haqqında 

da kifayət qədər tarixi fakt və fikirlər mövcuddur. 

Bütün bunlarla yanaşı, Hindistanı azərbaycanlılara, eləcə  də bütün dünyaya tanıtmaq məqsədilə 

Azərbaycanın məşhur coğrafiyaşünas-səyyahlarından  Əbdürrəşid  Əl-Bakuvi (XV əsr), Hacı Zeynalabdin 

Şirvaninin (1780-1838) adları xüsusi olaraq çəkilməlidir. Ayrı-ayrı əsrlərdə Hindistana səfər etmiş bu səyyahlar 

bu ölkənin tarixi, əhalisi, şəhərləri, abidələri, həyat-tərzi, mədəniyyəti haqqında zəngin biliklər təqdim etmişlər. 

Böyük Moğol dövləti dövründə Azərbaycan-Hindistan mədəni əlaqələrinin səmərəli səciyyə kəsb etdiyini 

sübut edən tarixi faktlardan biri də, xüsusilə, memarlıq, şəhərsalma sənətində bir-birindən bəhrələnmə, iqtibas 

və əxzetmə yolu ilə mədəni sintezin qurulması idi. 

Tanınmış alim Cəfər Qiyasi bu haqda yazır: «Bu iki qədim ölkə arasında ən sıx memarlıq əlaqələri Böyük 

Moğol dövlətinin qüdrətli çağlarına təsadüf edir». 

Memarlıq əlaqələrinin mövcudluğunu, inkişaf etdirildiyini təsdiq edən müəllif bu əlaqələrin Azərbaycanlı 

sənətkarların həmin ölkəyə gedərək birgə  əməkdaşlıq etdiklərini bildirərək yazır: «Siyasi və ictimai amillərlə 

bağlı olaraq XVI-XVII yüzillərdə bir çox azərbaycanlı usta Hindistana getmiş  və müxtəlif sənət sahələrində 

«Moğol üslubunun» formalaşmasında iştirak etmişlər». 




Yüklə 497,91 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə