Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 497,91 Kb.
Pdf görüntüsü
səhifə18/20
tarix28.06.2018
ölçüsü497,91 Kb.
#52060
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   20

30 

 

Ölkələrin bir-biri ilə tanışlığı üçün səfərlərin ardıcıllığına diqqət yetirilirdi. Xüsusilə, XX əsrin 60-cı 



illərinin II yarısından başlayaraq məqsədli səfərlərin sayı artmağa başladı. Xüsusən, Azərbaycan-yapon gəncləri 

arasında dostluq və  mədəni  əlaqələrin canlandırılması  məqsədi ilə festival, səfər, həftələrin təşkili  əhəmiyyət 

kəsb etdi. 1969-cu il iyul ayının 20-25-də      Bakıda keçirilən SSRİ-Yaponiya fəhlə  gənclərinin həmrəylik 

festivalı bu baxımdan diqqəti cəlb edir. Tədbirin  əsas məqsəd və  məzmununu iki ölkə arasında dostluq və 

həmrəyliyin inkişaf etdirilməsi olsa da, bu mühüm missiyanın gerçəkləşməsində mədəni əməkdaşlıq prinsipləri 

də aparıcı yer tuturdu. Azərbaycana gələn 200 gənc yapon bir həftə ərzində Bakının tarixi mədəni yerləri ilə-

Neft Daşları, gənclik  şəhəri Sumqayıtla yaxından tanış oldu, Azərbaycan xalqının adət və  ənənələri, milli 

mədəniyyəti ilə  təmasda oldular. Festivalın zəngin mədəni proqramının bir müddəasını Yaponiyanın məhşur 

albalı ağacı Sakuranın Bakının mərkəzində, gənclik meydanında təntənəli şəkildə əkilməsi mərasimi oldu.  

Festivaldan sonra elə  həmin ilin sentyabrında Azərbaycan gənclərindən ibarət bir qrup Yaponiya ilə 

tanışlıq səfərinə  çıxmışdılar. Bu səfərdə başlıca məqsəd Azərbaycan-Yaponiya gəncləri arasında başlanan 

ənənəvi dostluq  və əlaqələri möhkəmləndirmək idi. Azərbaycandan getmiş gənc müəllim, mühəndis, ədəbiyyat 

və incəsənət nümayəndələri yapon həmkarları ilə ali məktəb, mədəniyyət ocaqlarında görüşlər keçirərək məşğul 

olduqları sahələr üzrə  fikir mübadiləsi aparmışlar.  

Azərbaycan-Yaponiya mədəni əməkdaşlıq sahələrinin inkişaf dinamikasında 1970-ci illərin xüsusi rolu 

olmuşdur. 1973-cü ilin oktyabrın 7-10-u tarixlərində SSRİ ilə Yaponiya arasında bir sıra sahələr, o cümlədən 

mədəniyyət sahəsi üzrə əlaqələrin genişləndirilməsi üzrə sazişlər imzalandı. Mədəniyyət sahəsi üzrə imzalanan 

sazişdə incəsənətin bütün sahələri üzrə fəal əməkdaşlıq, birgə yaradıcılığa xüsusi fikir verilmişdir. Ona görə də 

Azərbaycanın incəsənət xadimləri ilə yapon sənətkarları arasında mübadilələrin gücləndirilməsi ön plana 

çəkildi. 1970-ci illərin əvvəllərində görkəmli Azərbaycan bəstəkarı A.Məlikovun «Məhəbbət əfsanəsi» baletinin 

Yaponiya teatrında səhnələşdirilməsi iki ölkə arasında mədəni əməkdaşlığın qiymətli töhfələrindən idi. Bu əsər 

Yaponiyada misilsiz müvəffəqiyyət qazanmışdır. Bəstəkarın digər bir əsəri də yapon sənətkarlarının diqqətini 

çəkmişdir. 

S.M.Kirov adına Leninqrad Dövlət Opera və Balet teatrı Arif Məlikovun «İki nəfər» baletini səhnəyə 

qoyarkən əsərlə yaponlar da maraqlanmış və bildirmişlər ki, bu əsər Xirosima faciəsi ilə yaxından səsləndiyinə 

görə Tokioda səhnələşdirmək fikrindədirlər.  

Teatr sahəsində  mədəni  əlaqələr sistemində 1973-cü ilin payızında sovet mədəniyyət xadimləri 

qrupunun tərkibində Yaponiyaya yaradıcılq ezamiyyətində olan Azərbaycan Dövlət Akademik Dram Teatrının 

artisti Lütfi Məmmədbəyovun təəssüratları  zəngin idi. Yaponiyanın kino və teatrlarlarının fəaliyyəti ilə 

yaxından tanış olan aktyor Tokionun yeganə dram teatrı olan «Kabuki»nin tamaşalarına da baxmış, teatrın 

yaradıcı heyəti ilə tanış olmuşlar. 

1974-cü ildə  Xəbərlər Mətbuat Agentliyinin Yaponiya şöbəsinin  əməkdaşı Kadziko Kamoqava 

Azərbaycan qadınlarının vəziyyəti, ailə-məişət münasibətləri və  mədəni nailiyyətlərini öyrənmək məqsədi ilə 

Bakıda olmuş, «Azərbaycan qadını» jurnalının əməkdaşları ilə fikir mübadiləsi aparmışlar. Səfər zamanı o, əldə 

etdiyi məlumatları ölkəsinin mətbuat orqanlarında çap etdirmişdir. Azərbaycan qadınlarının evdarlığı, səliqə-

sahmanı, gözəl ailə başçısı olmalarına heyran qalan yapon jurnalisti Bakıda gördüklərini öz məqalələrində 

Azərbaycan qadını, ailəsinə hörmət ruhunda qələmə alaraq yapon oxucusuna təqdim etmişdir.  

Azərbaycan-Yaponiya mədəni  əlaqələri tarixində Yaponiyanın «Kristo-Forsingers» caz-vokal 

ansamblının Bakıdakı qastrol səfərinin də  mədəni  əhəmiyyəti var idi. 1972-ci ildə  təşkil olunan bu musiqi 

kollektivinin ilk xarici səfəri 1979-cu ilin dekabrında, məhz Bakı şəhərinə olmuşdur.  

Keçən əsrin 60-70-ci illərində Azərbaycan-Yaponiya mədəni əlaqələrinə qədər diplomatik  münasibətlər 

inkişaf etmiş olsa da, lakin bu əməkdaşlıq sistemində, hər şeydən əvvəl, Azərbaycan bir dövlət olaraq bu sahədə 

müstəqil prinsip, siyasət yeritməkdə müəyyən imkanlardan məhrum idi. Ona görə  də  mədəni  əməkdaşlığın 

keyfiyyətcə yeni dövrü, məhz Azərbaycanda müstəqilliyin bərpasından sonra mümkün oldu. «Gündoğar ölkə» 

ilə Azərbaycan arasında mədəni əlaqələrin tarixi təcrübəsinə əsaslanaraq elm, təhsil, incəsənət, kommunikasiya 

sahəsində əməkdaşlığa üstünlük verilməliydi.  

Yaponiya ilə  mədəni  əməkdaşlığın keyfiyyətcə yeni məzmunda inkişaf etdirilməsində Azərbaycan 

prezidenti Heydər  Əliyevin 1998-ci iln fevralında Yaponiyaya ilk səfərinin çox böyük tarixi əhəmiyyəti 

olmuşdur. Həmin görüşlər ərəfəsində Heydər Əliyevin Yaponiyada təhsil alan azərbaycanlı gənclərlə söhbəti və 

burada söylədiyi fikirlər Azərbaycan-Yaponiya elmi-mədəni, təhsil əlaqələrinin gələcəkdə inkişaf etdirilməsinin 

prioritetləri kimi də  səslənə bilər. Azərbaycandan «Gündoğar ölkə»yə oxumağa getmiş  Şəhriyar Cəfərov, 

Sevinc Məmmədova, Xəzər Fərhadov, Hafiz Qayıbov, Gursel İsmayılov, Elşən Qurbanovla ünsiyyət prosesində 

Azərbaycan prezidenti belə söyləmişdir: Yaponiyanın Azərbaycana marağı  həddən artıq çoxdur və bu maraq 

gündən-günə daha da artmaqdadır. Ona görə də bizə Yaponiya üzrə mütəxəssislər lazımdır… lazımdır ki, yapon 

dilini yaxşı bilən azərbaycanlı mütəxəssislər olsun. Təkcə dil öyrənmək yox, gərək siz Yaponiyanın - bu qədər 



Yüklə 497,91 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə