Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   66

~ 32 ~ 
çıxarılıb,  eksikatorda  15-20  dəqiqə  müddətində  soyudulur. 
Sonradan büsklər 0,01 q dəqiqliyi ilə çəkilir. 
İki paralel çəkidən orta arifmetik rəqəm götürülür, bu vaxt fərq 
0,5%-dən artıq olmamalıdır. 
Nəmlik aşağıdakı formulla təyin edilir: 
 
X=
         
 

 
burada:  a – unun çəkisi; 
  b – qurutduqdan sonra unun çəkisi. 
 
1.8.3. Nəmliyin texniki qurutma yolu ilə təyini 
Dənin  nəmliyi  18%-dən  yuxarı olduqda onu texniki  qurutmaq 
lazımdır, çünki əl dəyirmanında dəni daha xırda hissələrə parçala-
dıqda nəmlik itkisinə səbəb olur. Bu məqsədlə 20 q dən çəkilib 8-
10 mm dərinlikdə kasaya tökür və quruducu şkafda 105
0
C tempe-
raturda 30 dəqiqə saxlayaraq qurudurlar. Bu müddətdən sonra onu 
şkafdan çıxarıb eksikatorda soyudur və 0,01 q dəqiqliyi ilə çəkir-
lər.  Sonra  dəni  əl  dəyirmanında  xırdalayıb,  5  q  miqdarında  iki 
çəki  götürür  və  elektrik  quruducu  şkafında  130
0
C-də  40  dəqiqə 
müddətində qurudurlar. 
Toxumluq dəni qurutduqda 20 q miqdarında iki çəki götürülür. 
Dəni  qurudub  çəkdikdən  sonra  hər  nümunədən  5  q  miqdarında 
çəki götürür və 130
0
-də 40 dəqiqə müddətində qurudurlar. 
Dənin nəmliyi aşağıdakı formul ilə təyin edilir: 
 
v=100-(S∙d), 
 
burada:  v – dənin nəmliyi; 
  S – 20 q üyünməmiş dənin çəkisi, qurutduqdan sonra; 
  d  –  5  q  üyünmüş  və  təxmini  qurudulmuş  dənin 
qurutduqdan sonrakı çəkisi. 
İki paralel çəkidən orta arifmetik rəqəm hesablanır. İki paralel 
çəki arasındakı fərq 0,5%-dən artıq olmamalıdır. 
 


~ 33 ~ 
1.8.4. Yağlı toxumların nəmliyinin təyini 
Analiz  üçün  5  q  bütöv  toxum  çəkib,  çəkisi  məlum  olan  büks-
lərdə elektrik quruducu şkafda qurudurlar. Quruducu şkafda tem-
peratur 130
0
-yə qaldırılır və 40 dəqiqə saxlanılır. İri toxumlu yağlı 
dənlər  (araxis,  gənəgərçək,  soya)  çəkilməzdən  qabaq  iti  bıçaqla 
xırdalanır, sonra çəkilir. Sonrakı əməliyyatlar ümumi qayda üzrə 
aparılır. 
 
1.8.5. Nəmliyin elektrik nəmlik ölçən ilə təyini 
Elektrik nəmlik ölçəni ilə nəmliyin təyinində işin metodu dənin 
elektrik keçirməsinə əsaslanır. 
Məlumdur  ki,  dənin  tərkibində  olan  kolloidlər  (zülal,  nişasta, 
sellüloza)  quru  vəziyyətdə  elektrik  cərəyanını  zəif  keçirir.  Dənin 
tərkibində olan hiqroskopik su onun cərəyan keçirmə qabiliyyəti-
ni artırır. Dənin elektrik keçiriciliyini ölçmək üçün onu sabit elek-
trik  keçirən  iki  elektrod  arasında  yerləşdirmək  lazımdır.  Cərəyan 
bir elektroddan digərinə  aradakı dən vasitəsilə keçir. Dənin cərə-
yan  keçirməsi  dənin  tərkibindən,  onda  olan  hiqroskopik  sudan, 
temperaturdan və dənin elektrodlar arasında sıxılma dərəcəsindən 
asılıdır. 
VP-4  nəmlik  ölçəni  kənd  təsərrüfatı  bitkilərinin  müxtəlif  dən-
lərində yarma və unda 12-20% arasında olan nəmliyi təyin edir. 
VP-4 nəmlik ölçəni aşağıdakı hissələrdən ibarətdir: 
1.
 
Elektrodlarla birlikdə sıxıcı; 
2.
 
Meqqer – dənin cərəyan müqavimətini ölçən alət; 
3.
 
Qida mənbəyi (batareya və ya stabillizator). 
Nümunənin  hazırlanması.  Orta  nümunədən  30  q  ayırıb,  onu 
mineral  və  metal  qarışıqlarından təmizləməli. Sonradan 5 q miq-
darında iki çəki götürülür (paxlalılar və qarğıdalı toxumundan 8 q 
götürülməli). 
İşin  gedişi.  Nəmlik  ölçən  xüsusi  stola  qoyulub,  sıxıcı  vintlə 
stola  bərkidilir.  Batareya  və  ya  stabillizator  sağda  yerləşdirilir. 
Meqqer hər ikisinin arasında qoyulur. Divardan termometr asılır. 
İşə  başlamazdan  qabaq  meqqer  sıxıcı  ilə  birləşdirilir.  Bu  zaman 
meqqerə  iki  elektrik  məftili  birləşdirilir.  Dən  xüsusi  qablarda 


~ 34 ~ 
edektrodların  arasına  qoyulub,  sıxıcılar  arasında  sıxılır  və  bu 
halda  müsbət  işarəli  ikinci  elektrik  məftili  sıxıcıya  birləşdirilir. 
Sıxıcının üzərindəki vint (həlqənin üzərindəki xaç işarəsi) çərçivə 
üzərindəki xaçla uyğunlaşanadək burulur. 
Bununla  elektrodlar  arasındakı  nümunənin  standart  sıxlığı 
alınmış olur. 
Sonradan  meqqerin  üzərindəki  «T»  düyməsi  hərəkətə  gətirilir 
və hərəkəti dəftərə qeyd edilir. 
Onun hərəkəti 8 bölgüdən az olarsa, onda «S» düyməsi hərəkə-
tə gətirilir. Alətin göstəricisi qeyd edilir. Hər təhlildən sonra labo-
ratoriyanın temperaturu qeyd edilir. 
Hər nəmlik ölçən alətin üzərində iki cədvəl verilmişdir: 
1-ci cədvəldən orta quruluqda, nəmli və yaş məhsulların nəm-
liyini təyin etdikdə istifadə edilir; 
2-ci  cədvəldən  quru  məhsulların  (14%-dən  aşağı)  nəmliyini 
təyin etdikdə istifadə edilir. 
Hər iki çevirici cədvəl nəmlik ölçəndən götürülmüş göstəriciyə 
əsasən  nəmlik  faizinin  təyini  üçün  istifadə  edilir.  Hər  iki  cədvəl 
18
0
C  temperatur  üçün  tərtib  olunmuşdur.  Temperatur  18
0
C-dən 
fərqli olduqda 0,1% nəmlik üçün 1
0
 düzəliş verilir. 18
0
C tempera-
turdan  yuxarı  olduqda  həmin  düzəliş  çıxılır,  aşağı  olduqda  isə 
cəmlənir. 
Hər  məhsulda  iki  paralel  nəmlik  təyin  edilməlidir.  İki  para-
leldən orta arifmetik rəqəm götürülür. iki paralel təhlil arasındakı 
fərq 0,5%-dən artıq olmamalıdır. 
 
1.9. Yarma istehsal olunan d
ə
nl
ə
rd
ə
 
nüvə
 
faizinin t
ə
yini 
Bütün  yarma  istehsal  olunan  dənlərin  texnoloji  keyfiyyəti 
təmiz  nüvənin  keyfiyyəti  ilə  xarakterizə  edilir.  Təmiz  nüvənin 
faizi aşağıdakı formulla təyin edilir. 
Vələmir yarması üçün təmiz nüvə «X» ilə işarə edilərsə,  
 
X=(100-P)∙100-(S+Z+M+O+K+R)+O+K+R, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə