~ 78 ~
2.11.
Etil spirtinin miqdarının bixromat metodu
il
ə
t
ə
yini
Bir sıra emal məhsullarında, məsələn suya qoyulmuş almada
etil spirtinin miqdarı standartla normallaşdırılır, təzə meyvə və tə-
rəvəzlərdə isə spirtin toplanması saxlanmada, məsələn polietilen
qablamada anaerob proseslərin inkişafını göstərir.
Etil spirtinin az miqdarını təyin
etmək üçün bixromat metodun-
dan istifadə olunur. O, spirtin kalium bixromatla sulfat turşusunun
iştirakı ilə sirkə turşusuna oksidləşməsinə əsaslanır. Kalium bix-
romat artıq götürülür və onun spirtlə reaksiyaya girməyən əlavə
miqdarı qarışığa reaktiv kimi əlavə olunmuş kalium yediti yoda
qədər oksidləşdirir. Ayrılan yodun miqdarı reaksiyaya girməyən
kalium turş iki xromatın miqdarına uyğun gəlməklə natrium
tiosulfatla titrləməklə təyin olunur.
İşin gedişi. 10 q çəkisində nümunə yaxud 10 ml şirə itkisiz şə-
kildə tutumu azı 300 ml olan qovucu kolbaya (bu məqsədlə böyük
Keldal kolbası əlverişlidir) keçirilir. Kimyəvi stəkan və pipet des-
tillə edilmiş su ilə yaxalanır. Qovma su soyuducusundan keçmək-
lə aparılır və destilyat 100 ml-lik ölçü kolbasına toplanır. Bu pro-
ses destilyat ölçü xəttinə çatanadək davam etdirilir.
Sonra iri konusvari kolbada spirtin oksidləşməsi reaksiyası
aparılır. Oraya 10 ml 0,2N kalium bixromat 5 ml qatılaşdırılmış
sulfat turşusu əlavə olunaraq qarışdırılır və kolba çalxalanmaqla
damcılarla 10 ml destilyat əlavə olunur.
Reaktiv qarışığı olan kolba saat şüşəsi ilə örtülür və asbest-
məftil tor üzərində 10 dəqiqə müddətində zəif qaynayana qədər
qızıdırılır.
Sonra məhlul həcmli konusvari kolbaya keçirilir, iri kolba və
saat şüşəsi destillə edilmiş su ilə yuyulur. İri kolbada məhlulun
həcmi 300 ml-ə yaxın olmalıdır. 1q kalium yodit əlavə olunaraq
ağzı tıxacla bağlanır, reaksiyanın sonu 1-2 dəqiqə gözlənir. Çıxan
yod 0,1 N natrium tiosulfatla titrlənir. Titrlənmənin sonunda işçi
məhlul sarı rəng aldıqda indiqator kimi 5 damla 1%-li nişasta
məhlulu əlavə olunur. Məhlulun göy rəngi zümrüdü-yaşıl rəngə
~ 79 ~
çevrildikdə titrləmə başa çatmış olur.
Etil spirtinin miqdarı (x) %-lə aşağıdakı formula uyğun
hesablanır:
,
burada a – reaksiya üçün götürülən 0,2N K
2
Cr
2
O
7
məhlulunun
miqdarı, ml;
T
1
– 0,2 N kalium bixromat
məhlulunun titrinə düzəliş
(0,1N məhlulu keçirmək üçün itkiyə vurulur);
b - titrləşməyə sərf olunan 0,1 N natrium tiosulfatın miq
darı, ml;
T
2
– 0,1 N natrium tiosulfat
məhlulunun titrinə düzəliş;
0,00115 – kalium bixromatın millilitrlə miqdarını 1
q spirt
çevirmək üçün əmsal.
Reaktivlərin hazırlanması. 0,2 N kalium bixromat. 9,808 q
K
2
Cr
2
O
7
reaktivi (təkrar kristallaşdırılmış) suda həll edilir və ölçü
kolbasında 1 litrə çatdırılır.
0,1 N natrium tiosulfat
(bax: şəkərlərin təyini).
Titr iki həftə-
dən sonra bu metodikada göstərilən şəraitdə kalium bixromatla
müəyyən olunur.
2.12
. Turşuların tə
yini
2.12.1. Təzə və emal olunmuş meyvə-tərəvəzlərdə titrləşən
turşuluğun təyini
Qida sənayesində meyvə-tərəvəz xammalının keyfiyyətinin
qiymətləndirilməsində titrləşən, fəal və uçucu turşuların miqdarı
təyin olunur. Titrləşən turşuluq altında məhsulun qələvi məhlulu
ilə titrlənən bütün turş tərkib hissələri başa düşülür.
Konserv səna-
yesi üçün fəal turşuluğun təyini vacib olub, hidrogen və hidroksid
ionlarının qatılığı ilə müəyyən olunur (pH). Fəal turşuluq göstəri-
cisi konservlərin təhlükəsizliyini xarakterizə edir. Uçucu turşular
əsasən məhsul xarab olduqda əmələ gəlir və konserv sənayesində
sirkə turşusu ilə təmsil olunur.
Turşuluq həm təzə, həm də emal olunmuş meyvə və tərəvəzlə-