Dərs vəsaitindən


Sorğu metodunun respondentlərlə əlaqə üsuluna görə müxtəlif formalarının üstünlükləri və çatışmazlıqları



Yüklə 0,79 Mb.
səhifə32/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   140
marketinq-tedqiqatlar qaralama

Sorğu metodunun respondentlərlə əlaqə üsuluna görə müxtəlif formalarının üstünlükləri və çatışmazlıqları


Üstünlüklər

Çatışmazlıqlar

Şəxsi söhbət

  • suallann ardıcıllığına nəzarət etmək mümkünlüyü;

  • bir kontaktın dəyəri yüksək

olur;

  • respondentlərin qeyri-verbal reaksiyalarını öyrənmək mümkündür;

  • kontakt yaradılan respondentlərin sayı çox olur;

  • sorğunun əmək tutumu yüksəkdir;

  • aydın olmayan sualları aydınlaşdırmaq mümkündür;

  • sorğunun həyata keçirilmə sürəti aşağıdır;

  • sorğu müddəti qısa olur.

  • heyətin işinə nəzarət etmək mümkündür;




  • kompyuter texnologiyalarından istifadə etmək mümkündür;




Poçtla sorğu

  • dəyəri aşağıdır, ən ucuz sorğu üsulu hesab olunur;

  • cavabın lazımi respondentdən alınmasına nəzarət imkanları çox aşağıdır;

  • sorğu aparılan seçməni formalaşdırmaq asandır;

Cədvəl 5.1-in davamı


  • bir kontaktın əmək tutumu cüzi səviyyədə olur;

  • respondentdən cavabların alınmasına üzün müddət vaxt tələb

olunur;

  • müsahibə götürənin respondentə təsiri olmur;

  • tədqiqatçı respondentə aydın olmayan suallan aydmiaşdırmaq

imkanına malik deyil;

  • respondent özü üçün əlverişli ritmdə suallan cavablandırır;

  • sualların növbəliliyini dəyişmək çətindir;

  • respondentin anonimliyi təmin

olunur.

  • tədqiqatçının respondentin davranışına nəzarət imkanları olmur.

  • ərazini geniş şəkildə əhatə etmək mümkün olur;







  • müsahibəçinin şəxsiyyətinə görə şulların təhrif olunması yoxdur;




  • sorğu aparılan seçməni formalaşdırmaq asandır.




bir sörğu formasımn özünə xas olan üstünlükləri yə çatışmazlıqları var və bütün situasiyalarda ayrıca götürülmüş yeganə sorğu formasından istifadə etmək heç də həmişə özünü doğrultmur. Bəzən müxtəlif situasiyalarda ilkin informasiyaların yığıimtısı zamanı sorğu formalanmn kombinələşməsindən istifadə etmək lazım gəlir. Belə kombinələşmə zamanı bütövlükdə yığılan informasiyalara çəkilən məsrəfləri azaltmaq və tədqiqatın səmərəliliyinin yüksəldilməsinə nail olmaq mümkündür.


    1. Eksperiment

Eksperiment - hadisələr arasında qarşılıqlı əlaqəni müəyyənləşdirmək məqsədilə müəyyən proseslərə fəal müdaxilə olunması yolu ilə ilkin informasiyalann yığılması metodudur.

Tədqiqatçı eksperimentin həyata keçirilməsi zamam onun gedişinə müdaxilə etməklə özünü maraqlandıran amilin tədqiqat obyektinə təsirini araşdınr və yaxud hadisələr arasmda qarşılıqlı əlaqəni müəyyənləşdirir. Eksperiment zamam bir və ya bir neçə sərbəst dəyişənin asılı dəyişmə təsiri yoxlamlır və bu yolla hadisələr arasmda səbəb-nəücə əlaqələri dəqiqləşdirilir.

Marketinq fəaliyyəti ilə bağlı hadisə və proseslər arasmda səbəb- nəticə əlaqələrini eksperiment yolu ilə dəqiqləşdirdikdən sonra bu fəaliyyət növünə dair əsaslandınimış qərar qəbul etmək mümkün olur. Sözügedən

fəaliyyət zamanı yeni və təkmilləşdirilmiş əmtəələrin istehlak xüsusiyyətlərinə, məhsullara müəyyənləşdirilmiş qiymətlərə bazarın reaksiyasını öyrənmək məqsədilə eksperiment keçirilə bilər. Məhsullara tələbin formalaşdırılması və satışın stimullaşdırılması üzrə həyata keçiriləcək tədbirlərin səmərəliliyini əsaslandırmaq məqsədilə eksperimentlərin aparılmasına daha çox ehtiyac duyulur.

İnformasiyanın yığılması metodu kimi eksperimentin mühüm əlamətləri aşağıdakılardan ibarətdir:



  • bir və ya bir neçə sərbəst dəyişən dəyişdirilir, qalanlan mümkün qədər sabit saxlanılır;

  • tədqiqatçı məlumatların alınması prosesinə fəal surətdə müdaxilə

edir;

  • hadisə və proseslər arasında səbəb-nəticə əlaqələri yoxlanılır (məsələn,

əmtəənin qabının, rənginin dəyişdirilməsinin satışın həcminə necə təsir etdiyi

öyrənilir).

Eksperiment metodunu tətbiq etməklə, informasiyanın toplamiması zamanı aşağıdakı şərtlərə riayət olunması tələb olunur: eksperiment keçirilən zaman xarici şərait stabil olmalıdır; gerçək nəticələrin alınması üçün eksperimentin aparılma müddəti kifayət qədər uzun olmalıdır.

Eksperiment obyekti rolunda çox zaman müəssisənin məhsullarının alıcıları və istehlakçılar çıxış edirlər. Müəssisənin marketinq amillərinin dəyişmələrinə onların reaksiyası eksperiment vasitəsilə öyrənilir və dəqiqləşdirilir.

Marketinq tədqiqatlarında ilkin informasiyaların yığılmasının başqa metodlarında olduğu kimi eksperiment metoduna da xas olan üstün və çatışmaz cəhətlər mövcuddur. Həmin cəhətləri aşağıdakı cədvəl şəklində ümumiləşdirmək olar (cədvəl 5.2). Eksperiment metodunun özünün də müxtəlif formalarını fərqləndirirlər. Müxtəlif eksperiment formalarının hər birinin özünəməxsus xarakterik cəhətləri vardır.

Tədqiqat obyektinin maddiləşmə dərəcəsinə görə eksperimentin real, imitasiya və təfəkkürdə olan formalarını fərqləndirirlər. Real eksperimentlər reeıl mövcud olan obyektlər üzərində aparılır. Bu eksperiment formasının üstünlüyü eksperiment iştirakçılarının yerləşdiyi və yaxud vərdiş etdikləri təbii şəraitlə bağlıdır. Belə şəraitdə eksperiment iştirakçılarının davranışında eksperimental təsirlər nəticəsində əmələ gələn dəyişiklikləri müşahidə etmək üçün uzun müddət vaxt tələb olunur. Eyni zamanda, bu eksperiment formasının həyata keçirilməsi kifayət qədər böyük məsrəflər tələb edir, həm də onun nəticələri xarici şəraitin stabilliyindən asılıdır. Belə ki, məsələn, konkret müəssisə tərəfindən həmin müəssisənin məhsullarına qiymətlərin azaldılmasına istehlakçıların reaksiyasım öyrənən zaman, başqa bir müəssisə də eksperimentin həyata keçirildiyi ərazidə analoji aksiya apara bilər. Nəticədə birinci müəssisənin apardığı eksperimentin nəticələri ikinci müəs

sisənin fəaliyyəti >Iə əlqədar xarici şəraitin dəyişməsi nəticəsində müəyyən qədər təhrif olunur. Bütün bunlar real eksperimentlərə xas olan çatışmazlıqlar və yaxud arzuolunmaz cəhətlər hesab edilir.




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə