Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli 842 nömrəli əmri ilə təsdiq

Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə6/60
tarix02.01.2018
ölçüsü0,71 Mb.
#19553
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   60

15
14
5. 
COĞRAFİYA ELMİ MÜASİR DÖVRDƏ
Nəsrəddin Tusinin rəsədxana tikdirmək barədə xahişinə Hülakü xan onu əsaslan-
dırmağı tələb edir. N.Tusi də, öz növbəsində, xandan qaranlıq bir gecədə şəhərin 
hündür yerindən yanan çəlləkləri atdırmağı xahiş edir. Baş verən hadisədən camaat 
çox təlaşa düşür. Bu vaxt Hülakü xan və N.Tusi  hadisəni sakitcə seyr edirdilər. 
· Hadisədən hamı narahat olduğu halda, Hülakü xan və  N.Tusinin  sakit dayanma-
sının səbəbi nə idi?
· Müasir dövrdə hadisələrin qabaqcadan öyrənilərək xəbər verilməsinin  əhəmiy-
yəti nədən ibarətdir?
Fäaliyy t
ä
Fäaliyy t
ä
Şəkillərə əsasən, insan fəaliyyəti nəticəsində təbiətdə baş verən dəyişiklikləri 
sadalayın.
1
2
3
4
Yerli əhalinin 
Kolumbu 
qarşılaması 
I qrup. Amerikanın yerli xalqlarının nümayəndələri:
– Avropalıların gəlişi həyat tərzimizə, təbiətimizə, adət-ənənələrimizə və 
s. təsir edərək problemlər yaratdı.  
II qrup. Avropalıların nümayəndələri:
– Bizim gəlişimiz yerli xalqların yaşayış səviyyəsinin, iqtisadiyyat və 
mədəniyyətinin inkişafına böyük təkan vermişdir. 
III qrup. Hakimlərin nümayəndələri:
Hər iki tərəfin mülahizələrini araşdırıb qərar qəbul edirlər.
Debat.
 
Mətni oxuduqdan sonra qruplara bölünün. 
Verilmiş mülahizələri əsaslandırın.
“Avropalıların gəlişi yerli xalqların xeyrinə oldu?”
X.Kolumb Amerikaya dörd dəfə səyahət etmişdir. İlk səyahətindən sonra 
onu İspaniyada qəhrəman kimi qarşılamışdılar. Lakin sonuncu səyahətdən qa-
yıdanda Kolumb həbsxanaya salındı və hamı tərəfindən unuduldu. Çünki Ko-
lumbun kəşfləri ona edilən ümidləri doğrultmamış, yəni gözlənilən gəlir əldə 
edilməmişdi.
Ümumiyyətlə, uzaq səfərlərin məqsədi heç də yeni coğrafi adları xəritəyə 
qeyd etmək, ölkələri, xalqları tanımaq deyildi. Əsas məqsəd yeni torpaqları 
zəbt etmək, daha çox gəlir əldə etməkdən ibarət idi. Bu məqsədlə yeni ərazi-
lərdə güc tətbiq edilirdi. 
Avropalıların Amerika qitəsinə səyahətləri də yerli sərvətləri əldə etməyə 
xidmət etmişdir. Onlar burada məskunlaşaraq əraziləri mənimsəməyə başla-
mışlar. İşləmək üçün Afrikadan  çoxlu qaradərili qullar gətirilirdi. Avropalılar 
4. DEBAT DƏRS.  
  
YENİ MATERİKLƏRİN KƏŞFİ NƏ VERDİ?
yerli  xalqları  öz  məhsuldar  tor-
paqlarından qovaraq, onları xüsu-
si ayrılmış, təbii şəraiti əlverişsiz 
olan  ərazilərdə  –  rezervasiya-
larda yaşamağa məcbur etmişlər. 
Meşələri  qırmış,  faydalı  qazın-
tıları daşımışlar. Avropa dövlətlə-
rinin iqtisadi inkişafı digər mate-
riklərdən  daşınan  təbii  sərvətlər 
hesabına daha da güclənmişdi. 
Avropalılar da yeni torpaqlara 
öz mədəniyyətlərini, elmi-texniki 
nailiyyətlərini,  adət-ənənələrini 
və  s.  gətirmişlər.  Köçüb  gələnlər 
sonradan  burada  müstəqil  döv-
lətlər  yaratmış  və  regionun  inki-
şafına nail olmuşlar. 

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə