Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə101/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   191

349

qavrayarkən və qiymətləndirərkən emosional qiymətləndirmə

ön plana keçir. Belə olan halda insanlar, xüsusilə ekstravertlər

hər şeydə qərəz axtarırlar və tapırlar.

Frustrasiyanın müxtəlif formaları var.  Onlardan biri so-

sial frustrasiyadır. Sosial frustrasiya yalnız ayrıca götürülmüş

bir şəxsdə deyil,  həm də ayrı-ayrı qrup və zümrələrdə, hətta

xalqın böyük əksəriyyətində özünü biruzə verən psixoloji

vəziyyətdir. Frustrasiya haləti müxtəlif səbəblərlə bağlı şəkildə

meydana gəlir. Lakin, burada ən əsas şəxsiyyət amilidir. Yəni

baş verən səbəblər,  maneə və əngəllərə insanın münasibəti

necədir? İstər azərbayan dilli, istərsə də əcnəbi dilli mənbələrdə

frustrasiyanın mərkəzində əsasən gecikmə,  ləngimə,  sosial və

ya etnik qadağanın, konfliktin və s. səbəblərin dayandığı qeyd

olunur.  Şəxsiyyətdaxili konfliktlər frustrasiyanın daha tez

təzahür etməsinə səbəb olur. Frustrasiya ilə bağlı 3 cür konflikt

müəyyən edilmişdir.

1.Arzu olunan – arzu olunan tipli konflikt – İnsanın istə-

diyi iki arzudan birini seçmək zəruriyyəti qarşısında qalması. 

Məsələn:  həm erkən yatıb yaxşı dincəlmək,  həm də

televiziyadakı gecə proqramına tamaşa etmək istəyi ilə bağlı. 

2.İnsanın istəmədiyi iki, lakin birini seçmək məcburiyyəti

qarşısında qaldığı zaman düşdüyü konflikt şərait. Məsələn, bir

tərəfdən amansız ögey ananın acı sözlərini, kinayəli baxışlarını

qəbul edərək onunla bir evdə yaşamaq,  digər tərəfdən sevmə-

diyin 3 uşağı olan dul kişiyə ərə getmək məcburiyyəti.

3.Bu tip konflikt arzu etdiyiniz,  gerçəkləşdirmək istədi-

yiniz müəyyən hərəkət qorxu,  ağrı ilə nəticələnən və ya

müşayət olunan halda meydana çıxır. Məsələn: ziyafətdə iştirak

edən şəxsin bir tərəfdən spirtli içki içmək, şənlənmək istəməsi, 

digər tərəfdən isə içkili halda maşınla evə qaytmaq üçün uzun

yol qət edəcəyini və bu zaman qəzaya düşməsindən ehtiyat

etməsi buna misaldır.

Qeyd etdiyimiz konfliktlər frustrasiya törədən amillərdir. 

Frustrasiya həm də insanın özünü reallaşdıra bilməməsi, özünü




350

aktuallaşdırma tələbatını ödəməməsi ilə də bağlı olaraq yaranır

və inkişaf edir.  Çox vaxt belə hallar insanın öz peşəsindən, 

onun məzmunundan və nəticəsindən razı qalmadıqda  daha da

inkişaf edir.  Belə olan halda insan həyatda heç bir iz

qoymadığını, öz həyat enerjisini boş-boşuna sərf etdiyini, hal-

buki daha yaxşı və mənalı yaşamağın mümkün olduğunu etiraf

edir.  Belələri ömrünün qalan hissəsində psixoloji müdafiə

vasitəsi kimi şəraitin olmamasını, maddi vəziyyətin çətinliyini, 

ailə qayğısının çoxluğunu və başqa bir bəhanə gətirərək

özlərindən başqa hamını və hər şeyi günahlandırırlar.

Beləliklə,  frustrasiya haləti neqativ emosional vəziyyət

kimi insanların davranış və rəftarına mənfi təsir edir.

IV.13.5. Ali hisslər

Ali hisslər bütünlüklə sosial amillərin təsiri ilə şərtlənir

və inkişaf edir. İnsanı əhatə edən sosial gerçəkliyə münasibəti, 

eləcə də şəxsiyyəti onun keçirdiyi mürəkkəb (ali)  hissləri ilə

təzahür edir. Deməli, insanın təbiət hadisələrinə, cəmiyyətə və

cəmiyyətdəki əxlaq normalarına,  qanunlara,  başqa insanlara, 

millətlərə,  eləcə də təbiət və insan gözəlliklərinə,  bir sözlə

gerçəkliyə olan münasibəti onun ali hisslərinin obyektini təşkil

edir.    İnsanların davranışı,  qruplar arasındakı qarşılıqlı

münasibətlər,  insan mədəniyyətinin məhsulları,  incəsənət

əsərləri,  cəmiyyətin idarə olunması və birgəyaşayış qayda-

qanunları,  dərk olunması vacib olan problemlər və s.  həmişə

insanlarda müəyyən hisslər doğurur.  Belə hisslər ali hisslər

kimi səciyyələndirilir.  Ali hisslərin məzmunu şəxsiyyətin

inkişaf səviyyəsindən, dünyagörüşündən, bilik və bacarığından, 

əqidə və inamından asılı olduğu üçün subyektiv xarakter

daşıyır. 

Yönəldiyi sosial idrak obyektindən asılı olaraq ali

hisslərin 4  növü fərqləndirilir:  əxlaqi,  intellektual,  estetik və



351

praksis hisslər.

Ali hisslər – şəxsiyyətin formalaşması prosesində, 

mürəkkəb sosial tələbatların ödənilməsi ilə bağlı əmələ gəlir, 

məsələn, vətənpərvərlik, inam, dostluq və s.

Sadə (ibtidai)  hisslər – isə bütün canlı orqanizmlərin,  o

cümlədən,  insanların üzvi tələbatlarının təmin olunması ilə

əlaqədar olaraq baş qaldırır.



Əxlaqi hissləri həm də mənəvi, dünyagörüşü hissləri də

adlandırırlar.  Əxlaqi hisslərin obyekti ayrı-ayrı adamlar,  kiçik

qruplar,  kollektivlər,  dövlət,  idarə və təşkilatlar,  ictimai

hadisələr,  insan münasibətləri,  mövcud qanunlar,  qaydalar və

insanın özü və keçirdiyi hisslər ola bilər. Deməli, əxlaqi hisslər, 

müəyyən cəmiyyət daxilində qəbul olunmuş əxlaq normaları

əsasında sosial gerçəkliyin hadisələrinin qavranılması zamanı

insanın keçirdiyi hisslərdir.  İnsanın əxlaqi hissləri,  müvafiq

əxlaq normalarına bəslədiyi  subyektiv münasibətlə bağlı olur.

Əxlaqi hisslər sosial    mahiyyət kəsb etdiyi üçün əsasən

ailə,  məktəb və digər sosial institutlarda həyata keçirilən

tərbiyə işləri ilə sıx bağlıdır.

İnam,  dostluq,  yoldaşlıq,  xeyirxahlıq,  məhəbbət, 

insanpərvərlik,  vətənpərvərlik,  borc,  həya və məsuliyyət hissi, 

vətəndaşlıq,  humanizm və s.  əxlaqi hisslərə misal ola bilər. 

Bəzən də elə olur ki,  insan mövcud olan əxlaq normalarına

uyğun olaraq hərəkət etmir.  Bu ilk növbədə həmin şəxsin öz

mənafeyini hər şeydən üstün tutmasından irəli gəlir. Belə olan

halda həmin şəxs müvafiq normalara müsbət münasibət

bəsləmədiyi üçün, mənfi hisslər keçirir. Düşmənçilik, paxıllıq, 

fərdiyyətçilik,  məsuliyyətsizlik,  həyasızlıq,  vicdansızlıq,  na-

muzsuzluq və s. bu cür hisslərdir.

Bəzən də elə olur ki,  insan öz hərəkətinin,  rəftarının

cəmiyyətdəki müvafiq normalara uyğun olmadığını,  düzgün

hərəkət etmədiyini sonradan başa düşür. Bu zaman əmələ gələn

iztirab,  xəcalət,  təəssüf,  peşmançılıq,  rüsvayçılıq da əxlaqi

hisslər hesab olunur. Deməli əxlaqi hisslər qavrayış obyektinə



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə