Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
#3432
1   2   3   4   5   6   7   8   9   ...   23

~~~ 12 ~~~

Bu  kitabda  isə  ilk  dəfə  olaraq,  prof.  Mirəli  Seyidovun 

ədəbiyyat tarixçisi, Azərbaycan ədəbiyyatının ilkin qaynaq-

larının, Azərbaycan-türk mənəvi mədəniyyətinin, Azərbay-

can-türk söz sənətinin öyrənilməsi və incələnməsi problem-

ləri ilə ciddi məşğul olan bir alim kimi fəaliyyəti, çoxcəhətli 

yaradıcılığı, dəyərli elmi irsi bütövlükdə azərbaycanşünaslıq 

kontekstində,  ədəbi-nəzəri  planda  tədqiqata  cəlb  edilmiş, 

azərbaycanşünaslıq problemlərinin çözümünə yönəlmiş el-

mi-nəzəri fikirləri sistemləşdirilmiş və alimin bu tip müla-

hizələrinin azərbaycanşünaslıq üçün nə dərəcədə aktuallığı, 

vacibliyi məsələlərinə aydınlıq gətirilmişdir. 

Azərbaycanşünaslıq problemləri ilə bağlı zəngin ədəbi-ta-

rixi həqiqətləri üzə çıxartmaq bu gün son dərəcə əhəmiyyətlidir. 

Prof. M.Seyidovun apardığı araşdırmalar zamanı saysız-hesab-

sız qaynaqlara müraciət etməsini və qədim qaynaqları Azər-

baycanla əlaqələndirməsini, ümumtürk mifologiyasının ortaq 

qaynaqlarını aşkarlamasını alimin ortaq ümumtürk dəyərlərini 

ortaya çıxartmaq istəyi ilə bağlamaq lazımdır. Kitabda həmçinin 

prof. M.Seyidovun elmi irsinin ədəbi-tarixi və nəzəri-metodolo-

ji şərhi verilməklə, yazdığı çoxsaylı elmi məqalələrin, oçerklə-

rin, monoqrafiyaların təhlili yolu ilə alimin XX əsr Azərbaycan 

ədəbiyyatşünaslığı tarixində yeri, mövqeyi müəyyənləşdirilmiş, 

sovet dövründə, ümumiyyətlə, ədəbiyyatşünaslığa, eləcə də M.

Seyidovun yaradıcılığına təsir edən amillər, bu amillərin onun 

yaradıcılığında  görüntüləri  üzə  çıxarılmışdır.  Eyni  zamanda, 

alim  tərəfindən  azərbaycanşünaslıq  məsələlərinin  ədəbiyyat-

şünaslıq sahəsində (sovet dövrü nəzərə alınmaqla) hansı for-

mada  işıqlandırılması  öz  əksini  tapmış,  onun  tədqiqatlarının 

metodoloji üsulları üzə çıxarılmaqla alim-araşdırıcı şəxsiyyəti 

səciyyələndirilmiş,  azərbaycanşünaslıq  sahəsində  xidmətləri 

qeyd edilməklə tədqiqatlarının perspektivləri açıqlanmışdır. 




~~~ 13 ~~~

 

I FƏSİL

PROFESSOR MİRƏLİ SEYİDOVUN  

AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXINƏ DAİR 

ARAŞDIRMALARI ƏDƏBİ ƏLAQƏLƏR  

KONTEKSTİNDƏ

Azərbaycanşünaslığın ədəbi-nəzəri problemlərinin həlli 

istiqamətində atılan addımlarda digər elmlərlə yanaşı XX əsr 

Azərbaycan ədəbiyyatşünaslığının da öz payı vardır. Xüsusən 

də  prof.  M.Seyidovun  Azərbaycan  ədəbiyyatı  tarixinə  dair 

araşdırmaları  bir  tərəfdən  xalqımızın  ədəbiyyat  tarixinin, 

milli söz sənətimizin öyrənilməsi məqsədi güdürdüsə, digər 

bir tərəfdən də Azərbaycan xalqının etnik-milli maraqlarına 

xidmət  baxımından  onunla  bir  dövrdə  yaşamış  həmkarla-

rının  yaradıcılığından  əsaslı  şəkildə  fərqlənirdi.  Alimin  bu 

yöndə olan xidmətlərinin təhlilinə keçməmişdən öncə azər-

baycançılıq dünyagörüşünün, azərbaycanşünaslığın bir elm 

kimi  formalaşmasına  mane  olan  amillərə,  tarixin  müxtəlif 

dönəmələrində hegemon dövlət kimi öz mənafeyinə uyğun 

geostrateji siyasət yeridən ölkələrin diqtəsindən irəli gələn 

tərəflərə qısaca diqqət yetirək.

Bəllidir ki, ərəb və fars işğalından sonra Azərbaycan-türk 

dilinin məqsədli şəkildə gözdən salınması prosesi xüsusi bir 

kurs halını almışdı. Müxtəlif səbəblərlə yanaşı bir də məhz 

bu  kursun  sayəsində  uzun  müddət  ərəb  və  fars  dillərində 

bədii  və  elmi  əsər  yazmaq  meyli  ənənəyə  çevrilmişdi.  Hə-

min ənənənin etnik, siyasi əzabını indinin özündə də çəkirik: 

istər-istəməz yazılı ədəbiyyat tariximizi doğma dilində yaz-

mayan sənətkarlarla və onların əsərləri ilə başlamaq məcbu-

riyyətində qalırıq. 

XIX əsrdə çar Rusiyasının Şimali Azərbaycanı işğalından 

sonra  bu  regionda  ərəb  və  fars  dillərində  yazmaq  ənənə-



~~~ 14 ~~~

si qismən aradan qalxsa da, Cənubi Azərbaycan vahid milli 

ədəbi prosesdən kənarda qaldı. XX əsrin 20-ci illərində ölkə-

miz yenidən və bu dəfə bolşeviklər tərəfindən işğal edildi. 

Növbəti işğal həm ədəbi prosesin, həm də filoloji fikrin inki-

şafına heç də həmişə açıq-aydın diqqəti cəlb etməyən mənfi 

təsirini  göstərdi.  Yeni  mərhələnin  səciyyəvi  cəhətlərindən 

bəzilərinə  nəzər  salaq:  birincisi,  digər  türk  və  müsəlman 

xalqları  kimi,  Azərbaycan  xalqını  da  etnik,  etnik-milli  kök-

dən və yaddaşdan uzaqlaşdırmaq niyyəti incə taktiki yolla 

gerçəkləşdirilməyə başlandı. Bunun üçün, ilk növbədə, bədii 

ədəbiyyatın missiyası, məramı, ruhu, xarakteri və s. ciddi nə-

zarət altında saxlanıldı, sovet mövzularının, problemlərinin 

və ideyalarının söz sənətinin əsas maraq dairəsinə çevrilmə-

sinə nəzarət gücləndirildi. Digər tərəfdən söz sənətinin öy-

rənilməsi, təbliği, nəşri, tərcüməsi və qiymətləndirilməsi işi 

də məhz bu siyasi kursun tələblərinə uyğun təşkil olundu. 

İkincisi,  sovet  işğalında  yaşayan  xalqlara  ikili  standartlar-

la yanaşma da bədii ədəbiyyatın inkişafına və tədqiqi işinə 

istər-istəməz mənfi təsirini göstərdi. Xristian həmrəyliyi və 

təəssübkeşliyi, beynəlxalq aləmdə geostrateji maraqlar ikili 

standartlardan ən çox müsəlman-türk, o cümlədən Azərbay-

can tərəfin milli maraqlarına zərbə vurdu. Məsələn, eyni bir 

məsələdə Gürcüstana, xüsusən də Ermənistana qarşı nə qə-

dər yumşaq münasibət və qayğı göstərilirdisə, Azərbaycan 

bunun yüzdə birinə layiq görülmürdü. Ən azı ona görə ki, 

perspektivdə Azərbaycan bolşevik imperiyası üçün daha bö-

yük təhlükə mənbəyi, müsəlman dünyasına inteqrasiya ola, 

kommunist imperiyası daxilində etnik mənsubluq əsasında 

türk xalqları ilə birləşə, beynəlxalq miqyasda türk dünyası 

arasında körpü rolunu oynaya bilərdi. Ona görə də azərbay-

canşünaslığın sürətlə formalaşdığı dövrdə - XX əsrin 20-30-

cu illərində Azərbaycanda, ümumiyyətlə, sovetlər birliyində 

türkçülüyə qarşı amansız mübarizə vardı.

Bütün bu deyilənlər milli filoloji fikrin axtarışlarına da 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə