Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
#3432
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

~~~ 24 ~~~

daşlığında deyil, erməni dilinin guya kasıblığında, yoxsullu-

ğunda görür” [106, 59]. Tədqiqatçı, hətta bununla kifayət-

lənməmiş,  erməni  alimini  onun  öz  “iftira  və  böhtan”ından 

müdafiə etmişdir.

M.Seyidov monoqrafiyada erməni din xadimlərinin qu-

sanlara-aşıqlara  münasibətlərinə  də  geniş  yer  ayırmışdır. 

Tədqiqatçı katalikos Hovhan Mandakunidən və Sayat Nova 

irsini  araşdırıcı  Q.Haqverdyandan  xarakterik  sitatlar  gətir-

mişdir.  Katalikos  qusanları-aşıqları  “müqəddəs  ruhu  məhv 

edən”lər  kimi  qiymətləndirmiş,  onları  şərab  və  şeytanla 

eyniləşdirərək, insanları “allahın sevgisindən ayırıb, xristi-

anlıqdan uşaqlaşdıran” [106, 74-75] qüvvə hesab etmişdir. 

Q.Haqverdyan  da  erməni  din  xadimlərinin  qusanlara-aşıq-

lara mənfi münasibət bəslədiyini vurğulamış, kilsənin aşıq 

şeirlərini  “namussuzluq  divanı”  [106,  76]  adlandırdığını 

bildirmişdir. Q.Haqverdyana görə, erməni aşıqları da bu mü-

nasibətə görə əsərlərini başqa dillərdə yazmışlar. M.Seyidov 

erməni aşıqlarının Azərbaycan dilində yazmalarının əsas sə-

bəblərindən birini də məhz Q.Haqverdyanın mülahizəsi ilə 

əlaqələndirmişdir. 

Xatırlanan mülahizələrdə xüsusi maraq doğuran cəhət-

lərdən  biri,  heç  şübhəsiz,  xristianlıq  faktoru  ilə  bağlıdır. 

Verilmiş  nümunələrdən  də  aydın  görünür  ki,  din  xadimlə-

rini  narahat  edən,  ümumiyyətlə,  xristianlığın  taleyi  deyil, 

ilk  növbədə,  ermənilərin  etnik-milli  özünəməxsusluqlarını 

itirməsi  təhlükəsinin  mövcudluğudur.  Tarixin  bütün  döv-

rlərində  erməniçiliyin  keşiyində  dayanan  erməni  din  xa-

dimləri çox gözəl başa düşürdülər ki, başqa dildə yazan və 

ya başqa xalqın, millətin poetik təfəkkürünə istinad edənlər 

istər-istəməz  mənsub  olduqları  xalqın  düşüncə  tərzinə  və 

zövqünə  yad  elementlər  gətirirlər.  Bütün  bunlara  dözüm-

süz yanaşan din xadimləri bütövlükdə türk-Azərbaycan söz 

sənətinin təsiri altında yazıb yaradan qusan-aşıq yaradıcılı-

ğına məhz buna görə mənfi münasibət bəsləyirdilər.



~~~ 25 ~~~

Elmdə,  xüsusən  humanitar  elmlərdə  konkret  məqsə-

di  ifadə  etməyin  müxtəlif  üsulları,  yol  və  vasitələri  vardır. 

Mirəli  Seyidov  İrəvanda  doğulub  boya-başa  çatdığı  üçün 

ermənilərin “necə dost və qardaş olduqlarını” kitablardan, 

mətbuatdan deyil, gündəlik həyatdan bilirdi, bunları öz tale-

yində yaşamışdı. Amma tədqiqatçı elmi fəaliyyətə başladığı 

illərdə həm sovet rejiminin erməni “şıltaqlıqlarına”, şoviniz-

minə məqsədli şəkildə göz yumduqlarına bələd idi, həm də 

kommunist təbliğatına, hətta elmi araşdırmalarında belə yer 

verməyənlərin əsərlərinin çapının, müəllifin isə elmi ad al-

masının mümkünsüzlüyündən xəbəri var idi. Buna görə də 

alim bildiklərinin, demək istədiklərinin bir qismini ifadə et-

mək üçün alternativ vasitələrdən istifadə etmək məcburiy-

yətində qalmışdı.

Tədqiqatda çoxsaylı erməni aşıqlarının Azərbaycan di-

lində yazmaları, bunun müxtəlif səbəbləri, xüsusən erməni 

dilinin  poetik  mətləbi  ifadə  etmək  sahəsində  yoxsulluğu, 

erməni din xadimlərinin Azərbaycan dilində yazan qusan-a-

şıqlara sərt münasibəti və s. kimi problemlərin zahirən so-

vet ideologiyasına uyğun mövqedən işıqlandırılması, əslin-

də, alimin qarşılıqlı münasibətlərin araşdırılmasında, oxşar 

mətləblərin  türk  etnik-mədəni  sisteminin  öyrənilməsində 

əhəmiyyətini  vurğulamaqdan  başqa  bir  şey  deyildi.  Məhz 

bu tədqiqatların və belə əsərlərdə seçilmiş ən xarakterik si-

tat-nümunələrin əsasında biz həm erməni xislətini tarixi as-

pektdə görə, həm də erməni din xadimlərinin xalqın özü ola-

raq qalmasında tarixi rolu və zora istinad etdikləri haqqında 

məlumat əldə edə bilirik.

Ilk növbədə, onu qeyd edək ki, biz Mirəli Seyidovu dissi-

dent alim kimi təqdim etmək fikrində deyilik. O da dövrün, 

demək olar ki, əksər alimləri kimi, elmi, xüsusən də fəaliy-

yətinin birinci mərhələsindəki elmi araşdırmalarında sovet 

quruluşunun siyasi təbliğatının antielmi tələblərinə əməl et-

mək zorunda qalmışdır. Digər tərəfdən bəlli bir həqiqəti də 



~~~ 26 ~~~

nəzərə almaq lazımdır ki, bir çox qələm dostlarından fərqli 

olaraq, Mirəli Seyidov ömrünün sonuna qədər rejim təlbiğa-

tının tərənnümçüsü kimi qalmamışdır. Məlumdur ki, onun 

yaradıcılığının sonrakı, xüsusilə ikinci mərhələsi həm elmi 

həqiqətə, həm də etnik-milli maraqlara xidmət baxımından 

əsaslı şəkildə fərqlənmişdir.

Yuxarıda  deyildiyi  kimi,  M.Seyidov  Azərbaycan-ermə-

ni  qarşılıqlı  ədəbi-mədəni  əlaqələrinə  həsr  etdiyi  heç  bir 

əsərində peşəkar ədəbi əlaqələr mütəxəssisi olaraq qalma-

mışdır.  Bu  sahənin  istənilən  mövzusuna  müraciət  etdikdə 

tədqiqatçı,  ilk  növbədə,  çoxəsrlik  milli  ədəbiyyat  tarixçisi 

kimi çıxış etmiş və Azərbaycan-türk söz sənətinin maraqla-

rını əsas götürmüşdür. Alimin Sayat Novanın həyat və yara-

dıcılığını araşdırma mərkəzinə çəkməsi, xüsusən, tədqiqatı-

nın strukturunda tələb olunan yox, məqsədinə uyğun gələn 

mütənasibliyi əsas götürməsi deyilənləri təsdiq edə bilər.

Araşdırmalardan bəllidir ki, Sayat Nova Azərbaycan di-

lində 120, erməni dilində 60, gürcü dilində 50-yə qədər şeir 

yazmışdır [106, 86]. Elə bu faktın özü, yəni onun əsərlərinin 

böyük əksəriyyətini Azərbaycan dilində yazması faktı Sayat 

Nova irsinin milli filoloqlarımız tərəfindən araşdırılmasının 

elmi əhəmiyyətini və aktuallığını qat-qat artırır. Bunlar aşa-

ğıdakılardan ibarətdir: 

Birincisi, təhlillər bir daha sübut edir ki, qədim dövrlər-

dən üzü bu yana Azərbaycan dili bütün Zaqafqaziyada həm 

ortaq ünsiyyət, həm də poetik özünüifadə vasitəsi olubdur. 

İkincisi,  Azərbaycan  xalqının  zəngin  folklor  və  klas-

sik ədəbi irsi özünün məzmun tutumuna və yüksək, kamil 

sənətkarlıq  məziyyətlərinə  görə  qonşu  xalqlar  tərəfindən 

nəinki sevilib, mənimsənilib, hətta yaradıcı qüvvələrinə güc-

lü təsir göstərərək, onları bu irsə uyğun əsərlər yazmağa il-

hamlandırıb və ruhlandırıbdır.  

Üçüncüsü, 

xalqımızın 

şifahi  söz  sərvətinin  müxtəlif  janrlarında  əsərlər  qələmə 

alan erməni qusan və aşıqları, həm də gürcü aşıqları istər-



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə