Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə26/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   22   23   24   25   26   27   28   29   ...   102

56 
 
Leonardo  da  Vinçi  böyük  italyan  rəssamı,  mühəndisi, ixtiraçısı  olsa  da, 
Fransaya da yad deyildi. O, 1516-cı ildən üç il sonrakı vəfatına qədər Fransa kralı I 
Fransiskin  rəssamı  və  arxitektoru  kimi  fəaliyyət  göstərmişdir.  «Mona  Liza»  isə 
onun yaradıcılığında xüsusi yer tutur. Onun nail olduğu bu zirvədə rəssamın böyük 
yaradıcı olan təbiətin özü ilə yarışı başlanır. 
Romadakı  Panteonda  yerləşən  Rafael  Santinin  qəbri  üzərində  də  onun 
təbiətlə yarışa girdiyi və çox hallarda ona qalib gəldiyi bildirilir. Luvrda Rafaelin 
«Əjdahanı  öldürən  Müqəddəs  Georgi»  tablosu  nümayiş  etdirilir.  Onun  şah  əsəri 
sayılan  «Sikstin  madonnası»  tablosu  isə  Drezden  qalereyasını  bəzəyir.  Əsərdə 
təsvir olunan Məryəm ana ilə qucağında gözləri geniş açılmış körpə İisusdan bəşər 
övladlarından daha çox, mələk əlçatmazlığı hissi yaranır.  
Luvrda  Titsianın,  Tintorettonun,  Veronezenin  fırçalarından  çıxan  gözəl 
tablolar, portretlər vardır. Titsianın «Güzgüyə baxan qadın» əsərində dolu bədənli 
yaraşıqlı  qadın  təsvir  olunmuşdur.  Karavacconun  «Fala  baxan  qız»  tablosunda 
gənc rəssam özünü də təsvir etmişdir. Axı o da az yaşamış, Rafael kimi həyatdan 
37 yaşında getmişdi.  
Luvrda  fransız  rəssamları  Jan  Kluenin,  Nikola  Pussenin,  Antuan 
Vattonun, Onore Fraqonarın lirik mövzularda çəkilmiş tabloları əks etdirilir. Jak-
Lui Davidin «Horatsilərin andı» əsərində qədim Roma tarixinin mühüm bir səhnəsi 
–  qoca  Horatsinin  üç  əkiz  oğluna  qılıncı  təqdim  edib,  Roma  naminə  and  içdirib 
ölümcül vuruşa göndərməsidir. Qardaşlardan ikisi həlak olsa da, üçüncüsü ağlı və 
cəsarəti  hesabına  Kruatsinin  üç  əkiz  oğlunu  öldürüb,  Romanı  asılılığa  düşmək 
təhlükəsindən  xilas  edir.  Davidin  digər  bir  tablosu  1804-cü  ildə  Napoleona 
imperator tacı qoyulması təntənəsini təsvir edir. Napoleon qaydanı pozaraq Notr-
Damda  keçirilən  bu  mərasimdə  iştirak  edən  Roma  papasının  əlindən  tacı  qapıb, 
özü öz başına qoyur və sonra arvadı Jozefinanı taclandırır. Rəssam dəqiqsizliyə də 
yol  vermişdir.  Napoleonun  anası  Letitsiya  orada  iştirak  etmədiyi  halda,  onu 
iştirakçıların arasında təsvir etmişdi.  
Ejen Delakruanın «Xalqa başçılıq edən Azadlıq» tablosu inqilabi ruhu ilə 
seçilir. Əsərdə təsvir olunan döşləri açıq qadın üsyana ehtiraslı çağırışın təcəssümü 
olmaqla,  kompozisiyanın  mərkəzi  fiqurudur.  Bu  rəngkarlıq  əsərinə  görə 
Delakruanın  rəssamlıq  məktəbinin  başçısı  deyil,  məhz  qiyamın  başçısı 
adlandırmışdılar. 
 


57 
 
 
Ejen Delakrua “Xalqa başçılıq edən Azadlıq” 
 
Muzeydə  impressionist  rəssamlardan  Klod  Monenin,  Eduard  Manenin, 
Pol  Sezannın  bir  sıra  əsərləri  nümayiş  etdirilir.  İmpressionizm  cərəyanı  öz  adını 
Klod  Monenin  «Günəşin  çıxması.  Təəssürat  (İmpression)»  tablosunun  adındakı 
sözdən götürmüşdü. Eduard Manenin nümayiş etdirilən «Olimpiya» əsəri o vaxtlar 
–  kəskin  tənqidə  məruz  qalmış,  yataqda  uzanan  çılpaq  qız,  yaşlı  zənci  qulluqçu 
qadın və qara pişiyin təsviri çoxlu istehzalara və təhqirlərə səbəb olmuşdu. Onun 
«Ot üstündə səhər yeməyi» tablosu da, onda bağda kişilərin arasında çılpaq qadın 
təsvir  olunduğuna  görə  əbləh  adamların  daha  qəzəbli  reaksiyasına  rast  gəlmişdi. 
Rəssam gəncliyində Rio-de-Janeyroda olarkən ötəri şəhvət səhvinə görə xəstəliyə 
tutulmuş, yaslı vaxtı onun ayağı kəsilmiş, 51 yaşında dünyanı tərk etmişdi.  
Muzeydə  flamand,  holland,  alman,  ingilis  rəngkarlıq  məktəblərinin 
əsərləri də xeyli yer tutur.  
Nyu-Yorkun  Metropoliten  muzeyi,  Vatikan  muzeyləri,  Ermitaj,  Prado, 
Uffitsi  qalereyası,  London  milli  qalereyası  zəngin  sənət  məbədləridir.  Lakin 
onlarda nə dünya miqyasında məşhur olan Miloslu Venera, nə Samofrakiyalı Nika 
və  ya  Samofrakiyalı fateh,  nə  də  «Cokonda»  vardır.  Luvrun  binası  da  Notr-Dam 
kimi, çox sayda heykəllərlə bəzədilmişdir. Muzeyin eksponatlarına tamaşa etdikcə 
bəşər  övladı  dühasının  əlçatmazlığının,  təbiətlə  yanaşı,  insanın  da  əsrarəngiz 
gözəllik  nümunələri  yaratmasının,  belə  nadir  və  ecazkar  əsərlər  müəllifliyinin 
şahidi olursan.  
Əsrlər  boyu  rəssamlığa,  heykəltəraşlığa  böyük  dəyər  kimi  qayğı 
göstərilmiş,  onlarda  çalışan  fədakar  yaradıcı  insanlar  öz  möcüzə  xarakterli 
əsərlərini  bəşəriyyətə  qiymətli  irs  kimi  qoyub  getmişlər.  Heykəltəraşın  uzun 


58 
 
müddət ərzində mərmər üzərində tişə ilə işləməsi, rəssamın kürəyi üstündə uzanıb 
plafona gözəl tablolar çəkməsi, nəinki fədakarlıq, həm də sənət sahəsindəki igidlik 
hesab oluna bilər. Onlar anın bəzən məcburi təzyiqi ilə qəhrəmanlıq göstərənlərdən 
fərqli  olaraq,  aylarla,  bəzən  illərlə  elə  ağır  zəhmətə  girişib,  öz  istedadlarının 
məhsulu,  balası  olan  inciləri  yaratmaqla  əsl  qəhrəmanlıq  şücaəti  nümayiş 
etdirmişlər.  Qoca  Mikelancelo  Romadakı  Müqəddəs  Pyotr  bazilikasında  Sikstin 
kapellasındakı  məşhur  freskasını  yaradarkən,  gecələr  uca  nərdivanlar  üzərində 
qoyulmuş taxtanın üstündə uzanaraq, şlyapasına əridilib bərkidilmiş şamın işığında 
başının üstündəki tavana boyalı rəsmlər çəkmək üçün, əslində, katorqa zəhmətinə 
bərabər  bir  iş  görürdü  və  Bibliya  mövzusundakı  öz  ecazkar  tablolarını  yaradırdı. 
Luvrda,  Versal  sarayında,  Notr-Damda  belə  tavanları  bəzəyən  plafon  sənət 
əsərlərinin  sayı-hesabı  yoxdur.  Onlar  əsasən  dini,  mifoloji  mövzulara  həsr 
olunmuşdur.  Lakin  istedadlarından  yaranan  əsərlər  şandan  süzülən  bal  təsiri 
bağışlamaqla, həzz mənbəyi olmalarını əsrlər boy davam etdirirlər. Vaxtilə Qərbə 
sivilizasiya dəyərlərini ötürən Şərq isə vaxtilə donorluq etdiyi öz qonşusundan bu 
sahədə xeyli geri qalır.  
Təəssüf  hissi  ilə  qeyd  edilməlidir  ki,  Şərqdə  yayılan  islam  dininin 
qadağası  ilə  canlıların  rəsmini  çəkmək  və  ya  heykəlini  yaratmaq  Allahla  – 
Yaradanla  müqayisəyə  girmək  cəhdi  hesab  edilərək,  bəşər  övladının  qədimdən 
gələn bu estetik fəaliyyətini dayandırmışdır. Axı ibtidai insan da təbiət haqqındakı 
öz təsəvvürlərini mağara, qaya rəsmlərində təsvir etməklə bu sahədəki yaradıcılıq 
potensialını üzə çıxarmışdı. Lakin islam dini öz postulatını əsas götürərək, insanın 
təbiətinə  xas  olan  bu  yaradıcılıq  əməlinə  tabu  qoymuşdu.  Ona  görə  də  həmin 
təsviri  sənət  növləri  əvəzinə,  Şərqdə  abstrakt  sənət  nümunələri  kimi  xalçaçılıq 
inkişaf  etməyə  başlamış,  xalça  üzərindəki  naxışlar  həndəsi  fiqurlardan  ibarət 
olmaqla,  mücərrəd  düşüncəyə  ünvanlanmışdı.  Müəyyən  dərəcədə  miniatür 
rəssamlıq təşəkkül tapmış, qabaqcıl şəhər mədəniyyətinin təsiri altında arxitektura, 
xüsusən  məscid  binaları  memarlığı  ön  plana  keçmişdi.  Ona  görə  də  Şərq 
ölkələrində,  müsəlman  dünyasında  rəssamlığın  və  heykəltəraşlığın  dərin  kökləri 
yoxdur.  Radikal  islamçılar  isə  xristianlığa,  bütpərəstliyə  qarşı  qəzəblərini  tarixi 
abidələri,  nəfis  sənət  əsərlərini  dağıtmaq,  məhv  etmək  yolu  ilə  soyutmaq  yolunu 
tuturlar.  Taliblər  Əfqanıstandakı  Bamyanda  Buddanın  unikal  sayılan  nəhəng 
heykəlini  məhv  etdilər.  Suriyanın  qədim  Palmira  şəhərində  DAİŞ-çilərin 
vandalizmi Romanı dağıdan vandalların əməllərini də geridə qoyur.  
İnsanlar qədim dövrün qiymətli sənət əsərlərinə xüsusi hörmət bəsləyir, 
onlara  pietetlə  yanaşırlar.  Axı  onlar  bəşəriyyət  üçün  əsl  sevinc  mənbəyidir. 
Heykəltəraş Tutmesin dühası hesabına yaradılan, dövrünün gözəllik simvolu hesab 
edilən Nefertitinin heykəlləri 3,5 min il sonra bizim dövrə gəlib çatmışdır. Yaxud, 
bizim eradan əvvəl Yunanıstanda yaradılan «Disk atan» əsəri insanı hərəkət anında 
əks  etdirən  ilk  antik  heykəl  kimi  şöhrət  tapmış,  orijinalı  orta  əsrlərdə  itirilsə  də, 
özünün çoxsaylı kopiyalarında bütün dünyanı dolaşır.  
Və  ya  qədim  Roma  kopiyasında  bizim  dövrə  gəlib  çatan  yunanların 
«Laokoon»  heykəltəraşlıq  kompozisiyası  yüksək  sənətkarlıq  səviyyəsindən  xəbər 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə