Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə27/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   ...   102

59 
 
verir. Belə ənənələri olan xalqlar həmin sənət sahələrinə daha çox və daha qiymətli 
töhfələr vermişlər. 
 
 
D’Orse muzeyi 
  
Təsviri  sənət  məbədlərindən  digəri  Parisin  ikinci  böyük  muzeyi 
d`Orsedir. Muzey adını XIX əsrin son ilində keçirilən Ümumdünya sərgisinə görə 
açılmış  Orse  vağzalının  adından  götürmüşdür.  Ümumiyyətlə,  Ümumdünya 
sərgiləri  Parisin  özünə  yaxşı  hədiyyələr  verməsi  ilə  əlamətdar  olmuşlar.  1889-cu 
ildə  belə  bir  sərginin  açılışı  ilə  Eyfel  qülləsi  öz  mövcudluğuna  başlamış,  şöhrət 
yoluna qədəm qoymuşdu. 1977-ci ildə isə fransız hökuməti Orseni XIX əsrin ikinci 
yarısının incəsənət əsərləri üçün muzeyə çevirməyi qərara alır. Bu muzey, əslində, 
fransız  impressionistlərinin  sənət  malikanəsinə  çevrilmişdir.  İmpressionistlər  real 
dünyanı  onun  hərəkətliliyində  və  dəyişkənliyində  daha  təbii  qaydada  verməyə 
çalışmaqla, özlərinin ani vəziyyətdəki təəssüratlarını ifadə edirdilər.  
1860-cı  illərdə  fransız  rəngkarlığında  Eduard  Mane,  Ogyüst  Renuar, 
Edqar  Deqa  kimi  yeni  cərəyanın  nümayəndələri  meydana  çıxdı.  Sonrakı 
onilliklərdə  Klod  Monenin,  Kamill  Pisarronun,  Alfred  Sisleyin  peyzajlarında 
plener  sistemi  meydana  gəldi.  Bu,  açıq  havada  işləməklə  parlaq  günəşin  işığı 
hissini, təbiətin rənglərinin zəifliyini, işığın və havanın titrəyişini vermək üsulu idi. 
Ona  görə  də  onların  əsərləri  müqayisə  olunmayan  işıqla  titrək  bir  mənzərə 
yaradırdı.  
Sonralar  impressionizm  Fransada  heykəltəraşlığa,  musiqi  yaradıcılığına 
da keçdi. Heykəltəraş Ogyüst Roden, bəstəkarlar Klod Debyüssi, Moris Ravel öz 
əsərlərində  müvafiq  olaraq  zərif  əhvali-ruhiyyələri,  psixoloji  çalarları  verməyə 
çalışırdılar.  
Muzeydə Vinsent van Qoqun, Pol Qogenin tabloları da nümayiş etdirilir. 
Van  Qoqun  bir  avtoportreti,  Qogenin  Taitidə  səkdiyi  rəsmlər  diqqəti  cəlb  edir. 
Əlbəttə,  Amsterdamdakı  Van  Qoq  muzeyi  ilə  müqayisədə  d`Orsedə  rəssamın 


60 
 
yaradıcılıq  nümunələri  kasaddır.  Amsterdam  muzeyində  onun  məşhur 
“Günəbaxanlar”  seriyası  təmsil  olunmuşdur.  Parisdə  Ogyüst  Rodenin  ayrıca 
muzeyi  olduğu  üçün  d`Orsedə  onun  «Balzak»  heykəltəraşlıq  portreti,  Viktor 
Hüqonun  başının  heykəli  müvafiq  şöbəni  bəzəyir.  Burada  onun  Dantenin  «İlahi 
komediyasından» əxz etdiyi «Cəhənnəm qapısı» adlı məşhur əsəri də yer tutur. Bu, 
XV əsr italyan heykəltəraşı Lorentso Gilbertinin «Cənnət qapısı» əsərinə cavab idi. 
Bu  əsərində  Roden  məhəbbətin,  ağrının  və  ölümün  ağlasığmaz  qarışığını  açıb 
göstərir.  Burada  XV  əsrə  məxsus  olan  adam  obrazları  və  heykəl  qrupları  vardır. 
Həmin şöbədə həmçinin digər məşhur fransız heykəltəraşı Emil Antuan Burdelin 
«Herkules»  heykəli  nümayiş  etdirilir.  Rodenin  çox  populyar  heykəli  olan 
«Mütəfəkkir»  isə  Roden  muzeyinin  həyətində  əlini  çənəsinə  dirəyərək  fikrə 
dalmışdır. Roden əvvəlcə onu Dantenin heykəli kimi yaratmağı düşünmüşdü. 
 
 
Oqyust Rodenin “Mütəfəkkir” heykəli 
 
Rodenin  məhəbbətə  himn  kimi  həsr  olunmuş  «Əbədi  bahar» 
kompozisiyasında iki çılpaq bədənli gəncin bir-birinə sarılıb, özlərini ehtirasın ən 
güclü  ifadəsi  olan  öpüşə  qərq  etdiyi  təsvir  olunur.  Heykəltəraşlıq  əsərindəki 
ekspressiya,  ehtirasın  coşması,  ülvi  hisslərin  mərmərdən  haray  çəkib  boylanması 
kompozisiyanın  təsir  gücünü  ağlasığmaz  yüksəkliyə,  sehrliliyə  qaldırır.  Ermitaj 
kompozisiyanın orijinallarından birinə sahib olması ilə öyünə bilər. 
 


61 
 
 
Konkord meydanı 
 
Paris  təkcə  küçələrdən  ibarət  deyildir,  həm  də  çox  sayda  meydanlar 
şəhəridir. Bu meydanların xeyli hissəsi XIX əsrin ikinci yarısında baron Osmanın 
şəhəri  yenidən  qurması,  planlaşdırması  nəticəsində  meydana  gəlsə  də,  köhnədən 
qalanları  da  vardır.  Bunlardan  biri  Konkord  («Razılıq»)  meydanıdır.  Bu  meydan 
1775-ci ildə yeni kral XVI Luinin şərəfinə yaradılmışdı, orada kralın at üstündəki 
heykəli qoyulmuşdu. 14 il sonra baş verən Böyük Fransa inqilabı dövründə heykəl 
dağıdıldı, onun yerində isə Terror illərində doktor Giyetenin bir neçə il əvvəl icad 
etdiyi edam aləti – ölüm silahı olan gilyotina quruldu. Gilyotina bir sıra tanınmış 
xadimlərin  həyatına  son  qoydu.  Burada  1793-cü  ildə  kral  XVI  Lui,  onun  arvadı 
Mariya-Antuanetta,  1794-cü  ildə  inqilabın  görkəmli  rəhbərləri  Jorj  Danton  və 
Maksimilian  Robespyer  edam  edildilər.  Robespyerdən  bir  qədər  əvvəl  böyük 
kimyaçı  alim  Antuan  Loran  Lavuazyenin  də  boynu  burada  vurulmuşdu.  1793-
1794-cü  illərdə  davam  edən  Terror  vaxtı  inqilab  artıq  düşmənləri  ilə  yanaşı, 
Kronos kimi öz övladlarını da udurdu. Robespyer tərəfindən təqib edilən Dantona 
xilas  olmaq  naminə  mühacirət  etməyi  məsləhət  görən  dostlarına  demişdi  ki, 
vətənin  torpağını  ayaqqabının  altındakı  tozla  birlikdə  aparmaq  mümkün  deyildir. 
O,  vətənini  tərk  etmədi  və  edam  edildi.  Belə  deyirlər  ki,  edama  aparılarkən  yol 
üstündə onun qətlinin təşəbbüsçüsü olan Robespyeri gördükdə ona qısqırmışdı ki, 
tezliklə o dünyada səninlə görüşərik. Onun öncəgörməsi düz çıxdı, az sonra, 1794-
cü ilin iyulunda Maksimilian Robespyerin də gilyotina bıçağı ilə başı kəsildi.  
Sonralar  meydan  keçmişin  ziddiyyətlərini  yaddan  çıxarmaq  məqsədilə 
Razılıq  meydanı  adlandırıldı.  İndi  bu  meydan  nə  kral  heykəlinə  malikdir,  nə  də 
edam məkanındır. Meydanda Misirin Luksor məbədindən gətirilmiş obelisk ucalır. 
Bir tərəfdə isə müşahidə çarxı qurulmuşdur. 
 



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə