Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə48/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   44   45   46   47   48   49   50   51   ...   102

113 
 
varisi  II  Filipp  ərazinin  hersoqu  oldu.  XVIII  əsrin  əvvəlində  isə  şəhər  ispanların 
ağalığından Avstriya ağalığına keçdi.  
Bu dövrdə görkəmli italyan filosofu, hüquqşünaslığa böyük töhfə verən 
Çezare  Bekkaria  fəallıq  göstərirdi.  Puqni  cəmiyyəti  adlanan  Milan  qrupunun 
üzvləri  Avstriya  senzurasının  əleyhinə  Fransa  inqilabı  nəzəriyyəçilərinin 
ideyalarını  qəbul  edirdilər.  1796-cı  ildə  Napoleon  Bonapartın  başçılıq  etdiyi 
Fransız  respublika  ordusu  Milana  girdi,  əhali,  xüsusən  orta  sinfin  nümayəndələri 
ordunu  sevinclə  qarşıladı.  Bir  il  sonra  burada  Sizalpin  Respublikasının 
konstitusiyası  elan  edildi.1805-ci  ildə  isə  Milan  Napoleonun  hakimiyyəti  altında 
olan İtaliya krallığının paytaxtı oldu. Napoleonun özü bu şəhərdə taclandı. 
Napoleon  imperiyası  süqut  etdikdən  sonra,  1815-ci  ildə  Vyana 
konqressinin qərarı ilə, Avstriyanın müdaxiləsi nəticəsində şəhər Avstriya əsarətinə 
keçdi.  Bu  əcnəbi  nəzarət  40  ilə  qədər  davam  etdi.  1854-cü  ildə  Milan  I  Viktor 
Emmanuel  və  III  Napoleon  kimi  iki  müttəfiqin  şəhərə  zəfərlə  daxil  olmasının 
şahidi  oldu  və  o  vaxtdan  etibarən  özünü  milli  iqtisadiyyatda  birinci  əhəmiyyətə 
malik olan kimi göstərdi. Faşizmin dan yerini təmsil edən bu şəhərdə 1919-cu ildə 
hərbi  sağ  qrupların  formalaşması  meydana  gəldi.  Sadə  milanlılar  bu  gün  də 
Mussolininin zəhmət adamlarının tərəfində olduğunu vurğulamaqla, onun müsbət 
tərəfini qeyd etməyə çalışırlar.  
Milan  Şimali  İtaliyada  Po  çayı  vadisinin  özəyində  yerləşir.  Onun 
ətrafında iri düzənlik vardır. Şimal tərəfdə isə Alp dağlarının cənubu yerləşir. Po 
çayının yanındakı bataqlıqlarda kiçik meşələr və düyü tarlaları vardır. 
 
 
Ticarət mərkəzi 
 
 Milanın  üzləşdiyi  tarixi  böhranın  istənilən  dövründə,  qəribə  də  olsa, 
şəhərin üzvi quruluşunda irəliləmə və konsolidasiya ifadə olunurdu. Min il ərzində 
şəhərin göbəyi indiki kafedral kilsə olan Duomodan cənubi-qərb tərəfdə yerləşirdi. 
Karolinqlər  dövründə  şəhər  müdafiə  məqsədləri  üçün  öz  ətrafını 
möhkəmləndirmişdi  və  bu  özək  indiyədək  şəhərin  planlaşdırılmasına  öz  təsirini 


114 
 
göstərir.  Duomodan  bir  qədər  aralıda,  meydanda  onun  sol  tərəfində  yerləşən 
nəhəng  Ticarət  Mərkəzi  olduqca  hündür  və  möhtəşəm  bir  kompleksdir.  Binanın 
interyeri  Vaşinqtondakı  özündən  çox  cavan  olan  Reyqan  təyyarə  limanını  yada 
salır.  Burada  dünyanın  tanınmış  firmalarının  bahalı  mağazaları  vardır. 
Ümumiyyətlə,  bu  zona  müasir  şəhərin  mərkəzinə  ağalıq  edən  bir  məkan  kimi  də 
qalır.  
Ticarət mərkəzinin yanındakı restoranda nahar edərkən böyük amerikan 
yazıçısı  Ernest  Heminqueyi  xatırlamaq  imkanı  qazandıq.  O,  Havanada  hər  gün 
eyni  kafeyə  gəlib,  orada  daykiri  kokteyli  sifariş  edirmiş.  Bu  barədə  səfər 
yoldaşlarımızdan biri  ilə  əvvəllər  yazıçının  yaradıcılığını  həvəskar  qaydada təhlil 
edərkən  yada  salmışdıq.  Menyuda  daykiri  içkisini  görəndə  o,  mənim  üçün  onu 
sifariş verdi. Kiçik şampan qədəhindəki kokteyldə romdan daha çox, onun şirinliyi 
hiss  olunurdu.  Moxito  kokteyli  isə  iri  bokalda  verildiyindən  və  içkiyə  xeyli  təzə 
nanə  yarpaqları  əlavə  edildiyindən,  tərkibindəki  rom  və  buz  daha  yaxşı  təsir 
bağışlayırdı. Başlıcası əsərlərindən həzz aldığımız Heminqueyi xatırlamaq naminə 
kiçik də olsa, bir bəhanə əldə etmişdik. Moxito nə qədər xoş gəlsə də, belə pietet 
yarada bilməzdi. 
 
 
Duomo 
  
Müasir Milanın görmək istənilən və diqqəti daha çox cəlb edən abidəsi 
Duomodur. Şəhərin ən məşhur arxitektura abidəsi onun simvolu olmaqla, bu Milan 
kilsəsi  İtaliyadakı  qotika  arxitekturasının  möhtəşəm  və  ən  mürəkkəb  tikintisidir. 
Onu 1386-cı ildən XIX əsrin ortalarına qədər tikmişdilər. Bu «əbədi tikinti», hətta 
italyan  zərb-məsəlinə  çevrilmişdir.  Binanın  fasadı  mərmərlə  örtülmüşdür,  çox 
sayda heykəllərlə, qüllələrlə bəzədilmişdir, kənardan bu, krujeva təsiri bağışlayır. 
Burada  hər  tərəfdə  çəhrayı  çaları  olan  italyan  mərmərini  görmək  mümkündür. 
Daxildən  isə  kilsə  qaranlıq  və  sərt  görünür,  azacıq  işıqlanır,  çünki  işıq  iri  rəngli 
vitraj mənzərələrdən düşür. İçəri heykəllər cərgəsi ilə doludur.  
Duomonun  binası  orta  əsrlər  arxitekturasının  zəfəri  sayılır.  Avropanın 
üçüncü  ən  böyük  kilsəsi  olmaqla,  nəhəng  zalı  20  mindən  artıq  adamı  tutur. 


115 
 
Duomonun  zahiri  və  daxili  bəzək  zənginliyi  bir  qədər  ondan  daha  məşhur  olan 
Notr Dam de Parini xatırladır.  
İntibah dövrü də Milanda xeyli öz izini qoymuşdur. Bu dövrdə Leonardo 
da Vinçinin məşhur «Axırıncı şam yeməyi» freskasının olduğu Santa Mariya-delle-
Qratsiya kilsəsi, həmçinin Sfortsa qəsri qalır. Qəsrin tikintisində və bəzədilməsində 
İntibahın  çox  sayda  görkəmli  arxitektorları,  heykəltəraşları  və  rəssamları,  o 
cümlədən Bramante və Leonardo da Vinçi iştirak etmişlər. 
 
 
Leonardo da Vinçi “Axırıncı şam yeməyi” 
  
Leonardo  da  Vinçinin  «Mona  Liza»sından  –  «Cokonda»sından  sonra 
«Axırıncı şam yeməyi» ən məşhur əsəridir. Yazıçı Den Braun özünün «Da Vinçi 
kodu»  əsərində  (roman  orijinalda  olduqca  güclü  təsir  bağışlayır  və  kitabı  mənə 
digər nümunələrlə yanaşı, Londonda yaşayan həkim dostum göndərmişdi) İisusun 
sağ  tərəfində  oturanın  apostol  deyil,  onun  sevgilisi  Mariya  Maqdalinanın  təsvir 
olunduğu iddia edilir və rəy heç də əsassız deyildir. Doğrudan da, tabloya diqqətlə 
baxdıqda,  bu  adamın  qadın  olduğu  açıqca  nəzərə  çarpır.  Rəssam  İisusla  Mariya 
Maqdalinanın  başlarını  aralı  göstərir,  bədənləri  isə  yaxın  olduğundan  aralarında 
latın  hərfi  “V”-yə  bənzəyən  alluziya  yaranır.  Belə  bir  fikir  də  vardır  ki,  hətta 
Mariya İisusa ərə getmiş, ondan uşaq da doğmuşdur. İisus ravvin idisə, İncildə o, 
məhz belə adlanır, dövrün qaydalarına müvafiq olaraq evlənməli idi. Vatikanın bu 
məsələ  barədəki  narazılığına  baxmayaraq,  bəzi  din  xadimləri  İisusun  qadına 
yaxınlığını  müsbət  hal,  onun  kişi  kimi  şəxsiyyətini  tamamlayan  bir  cəhət  kimi 
qiymətləndirir və qeyd edirlər ki, əgər onun qadınla yaxınlığı olmasaydı, bu, onun 
natamamlığını  təsdiq  edərdi.  Bir  kişi  olaraq  öz  cinsindən  olan  digərləri  kimi,  o, 
qadını sevməkdən, bunun fiziki təzahüründən də kənarda qalmamış, insana verilən 
bu mükafatın ləzzətini dadmağa nəsib olmuşdu. Belə düşünən din xadimləri həm 
də  İisusun  həqiqi  Allah  olduğunu  inkar  etmirlər.  (İudaizmdən  və  İslamdan  fərqli 
olaraq Xristian dinində “Trinity”-“Üçlük” Allahı təmsil edir. Xristian doktrinasına 
görə Allah üç mahiyyətdə - Atada, Oğulda və Müqəddəs ruhda mövcuddur.) İisus 
Allahın  oğlu,  Allah  olsa  da,  atasının  dərgahına  yollanana  qədər  insan  həyatı 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə