«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə25/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   21   22   23   24   25   26   27   28   ...   212

FRANSUAZA SAQAN

78

üçün sə göyə sovurmağına imkan verməyə haqqım yox-



dur. Sən axı özün də yaxşı bilirsən ki, «Steynvey» almaq 

is tə mirsən; sadəcə, dostlarını  çətinlikdən qurtarmağa ça-

lı şırsan.

– Sənin üçün bunun nə fərqi var ki?

Onun haqlı olması məni qətiyyən təəccübləndirmirdi. 

Qeyd-şərtsiz bir şey vardı ki, mənim də  səhv etmək hü-

qu qum var və kiminsə buna mane olması, sadəcə, anor-

mal lıqdır.

– Əlbəttə, var. Bütün bunlar sənin hər şeyi göyə so vur-

mağınla başa çatacaq. Sadəlövhlüyün ucbatından səni elə 

ət ra fındakı müftəxorlar talayacaqlar, hələ bu azmış ki mi, 

bü tün insan övladlarına olan inamını da itirəcəksən. Yox, 

dos tum, sonradan sənin acı-acı ağlamağını is tə mi rəm.

– Bunun yalnız mənə aidiyyəti var...

– Özü də bilirsən nə var?!. Sən özün belə olmasını is-

tə mişdin, Vensan. O adamlardan qorunmaq üçün özün də 

bil mədən sığınacaq axtarırdın. İstəyirdin ki, daha mə su liy-

yət li insanlar səni müdafiə etsinlər. Özün fikirləş! Məgər 

baş qa cür olsaydı, atamın sənə kömək etməsinə razılıq 

ve rə bilərdin?

– Sənin atan məni barmağına doladı, – az qala, «hə, 

mə nə kələk gəldi» deyəcəkdim. Amma özümü saxladım. 

İn sa nı öz köməkliyi ilə pulsuz qoyanda bu barədə sakit 

da nış maq çətin məsələdir, – o, mənə müqavilənin bütün 

müd də alarını izah etmədi; indi sənin razılığın olmadan bir 

qu tu siqaret belə ala bilməyəcəyəm.

O, qürurla başını arxaya atdı:   

– Siqaret almaq üçün sənə nə vaxtdan mənim icazəm 

la zım olub ki?

– Nə olar… cibxərcliyi üçün verilmiş pulları mənim qo-

no rarım ilə müqayisə etməli olsaq... 

Loransa mənalı-mənalı baxdım, pərt oldu. 

– Əvəzində  sən öz kapitalından aylıq gəlir  əldə edə-

cək sən, bu, çox sabit gəlirdir.  Əgər bu məsələni bankla 

yo lu na qoymaq istəyirsənsə, lazım olan kağızları imzalaya 

bilərəm.


– Düz  başa düşdümsə, mənə yalnız dövriyyədən gə-

lən gəliri xərcləməyə icazə verilir, bu işlə  də  sənin ban-

ki rin məşğul olur… mənim  əmanətim sayəsində… amma 

əma nə tə gəlincə, mənə heç nə düşmür?! Bu ki lap əladır!




BOYUNDURUQ

79

– Əzizim, – o, demək olar, nəvazişlə gülümsəyərək 



de di, – əzizim, sən əsəbiləşirsən, amma bütün bunlar sə-

nin üçündür, Vensan, and içirəm! Sənin pullarından bir 

frank be lə götürməyəcəyəm, bunu ki çox gözəl bilirsən. 

Mən onu qoruyacağam, vəssalam; həm də… sən özün də 

qey ri-şüuri  şəkildə olsa da, bunun belə olmağını istəyir-

sən, – bu kiçik freydsayağı «not», çox güman ki, Loransın 

öz vic da nını gizlətmək istədiyi tikilinin vacib daşı idi; o, 

dü nən ax şamdan bəri, eləcə də bütün səhəri dayanmadan 

bu no tu dınqıldadırdı; və bu işə öz səfehliyinin və qə rəz-

li li yi nin bütün yenilməz gücünü sərf edirdi; bu həm də 

onun içində sonsuza qədər canlı qalacaq sahibkarlıq yan-

ğı sı qədər güclü bir hiss idi.

Mən nə bu qədər sadə və güclü hisslərin əleyhinə, nə 

də onun istifadə etdiyi qarşısıalınmaz dəlillərə qarşı mü ba-

rizə aparmaq iqtidarında deyildim. 

– Mən sənin haqqında fikirləşirəm, Vensan! Əzizim, 

tə səv vür et ki, mənim başıma bədbəxt bir hadisə gəlib...

– Bax,  bəd-bəd danışma, – hələ  də  nəyə isə istehza 

ilə ya naş mağa çalışaraq dedim; amma birdən-birə, sanki, 

bo ğazıma nə isə dirənib qaldı, qıpqırmızı  qızardım; di 

li 

do laşa-dolaşa çaşıb-qalmış  zərif arvadcığazımın ba 



xış la rı 

al tın da otaqdan bayıra sıçradım;  əsəbdən ürəyim bu 

lan-

mış dı; artıq çoxdan idi mənimlə belə bir şey baş ver mir di… 



Çox güman ki, gənclik illərindən bəri. Əvvəllər elə fi kir lə-

şir dim ki, yaşla bağlı məsələdir və artıq ondan canımı qur-

tar mı şam. Sən demə, belə deyilmiş. 

Studiyaya – öz sığınacağıma gəldim, qapını açarla 

bağ layıb çarpayının üstünə  sərələndim. O, mənim zəh lə-

mi tök müş dü. Lorans məni yeddi il idi dayanmadan al çal-

dır dı; ona, sadəcə, mənim  əlinin altında olmağım lazım 

idi. Qoy lap qəzəblənmiş olum, qəzəbimi gizlətmiş olum 

– fərq et məz... O, həmişə məni boyunduruqda saxlamaq 

is təyir di; özü də istəyirdi ki, mən bunu hiss edim. 

Lorans məndə elə bir təəssürat yaratmağa çalışırdı ki, 

guya, məni hər şeylə təmin edir, buna görə də ona borclu 

ol malıyam; çox güman, o, elə hesab edirdi ki, məni ona 

yal nız bu bağlayır və bu məsələdə, guya, onun atasına – 

ax ta lanmış şöhrətpərəst donuza oxşayıram… Yalnız bir fər-

qimiz vardı – mən, atasından fərqli olaraq onu təhqir edə 




FRANSUAZA SAQAN

80

bilmirdim; halbuki atası bütün ömrü boyu Loransın zavallı 



anasını alçaltmaqla məşğul olub.

Lorans uşaqlığını bu cür zirzibil arasında keçirdiyindən 

and içmişdi ki, etibarsız ərinin lovğalığına və ədəbsizliyinə 

dözməyəcək.

Buna görə də mənə ərə gəlmişdi; mən ona zəif xa rak-

terli adam təsiri bağışlamışdım və Lorans fi kir ləş miş di ki, 

ona xəyanət etməyimə mane ola biləcək; bizim ara mız-

da əbədi olaraq mülkiyyətçi ilə xüsusi mülkiyyət ara sın da 

olan münasibət qurulmuşdu; Lorans heç vaxt mə ni sev-

mə mişdi; o, mənə sahib çıxmışdı. Mənim utanc do ğu ran 

uğur suzluqlarıma gəlincə, o yalnız ona görə mə nə təs kin-

lik ve rirdi ki, bu, onun işinə yarayırdı; ona dahi musiqiçi 

gə rək deyildi; bu azmış kimi, dahi musiqiçi olmamağım 

üçün hər şey edə bilərdi, əgər, doğrudan da, xüsusi is te-

da dım olsaydı...

Ümumiyyətlə, natura etibarilə sentimental abır sız lar-

da nam; indi də  nə isə  mənə toxunur, nə isə  məni təhqir 

edir disə, bu da Loransı, az da olsa, sevdiyim o xoşbəxt 

an lar la bağlı xatirələr idi; o zamanlar ona baxmaq, onun 

xoş bəxt olduğuna inanmaq xoşuma gəlirdi; yəni bu, əs-

lin də, heç vaxt olmamış bir şey haqqında xatirə idi... Sən 

de mə, o, məni axmaq yerinə qoyubmuş; məndən istifadə 

edə rək mənim yaxşı əhvali-ruhiyyəmin, ehtirasımın və tə-

biə tim dən gələn şadlığımın hesabına yaşayırmış. 

Lorans mənim hisslərimi manipulyasiya edə bilirdi, 

çün ki aramızdakı  gərginlik heç vaxt azalmırdı; o, mənə, 

ən azı, min dəfə «səni sevirəm» demişdi. Yalnız ona görə 

ki, mə həb bət onun üçün ödəmə vasitəsi, ödəmə haqqı 

idi; mən də ona məhəbbətimi etiraf edirdim, amma bu 

söz lə rə ina nır və inanmaq istəyirdim.

Bununla belə, onunla birlikdə olmaq dəhşətli də rə-

cə də darıxdırıcı idi; onun qorxunc dostlarına, özünü öy-

mə si nə, qəddarlığına, səfehliyinə, günah hissi ilə qarışıq 

olan snobizminə, daha dəqiq desək, təkəbbürlə qarışıq 

il ti fat hissinə səbirlə tab gətirirdim; bu iltifat da günah his-

si nin tə siri ilə yaranırdı; yəni bəzən ağlına gələndə ki mə-

ni sax 

layır, içində belə bir günah duyurdu; əgər Lorans 



öz ali 

cənab rolunu daha məlahətli və  təbii oynasaydı, 

da ha doğ rusu, məni özümə görə sevmiş olsaydı, bəl kə 



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə