«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə21/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   17   18   19   20   21   22   23   24   ...   212

FRANSUAZA SAQAN

66

Əylənirdim, əslində isə gülməli heç bir şey yox idi.



Biz banka saat beşdə  gəlmişdik, oranı  tərk edəndə 

ye tə rin cə gec idi, halbuki elə bilirdim bu cür idarələrdə 

iş re ji minə hörmətlə riayət edirlər. Raspay bulvarına qa-

yı dan da, demək olar ki, saat səkkiz idi. Yol boyu Lorans 

bir kəl mə belə kəsmədi; ümumiyyətlə, o artıq çoxdan idi 

su sur du – biz banka gəldiyimiz andan etibarən; və  əgər 

onun tə xəy yü lündə  də  mənim xəyalımdakı  mənzərələr 

can la nırd sa, onu başa düşmək olardı.

«Kassa işçisinin rədd etdiyi Lorans» adlı kiçik bir ta ma-

şa beynimdə  hələ  də davam edirdi: budur, o, banka gə-

lir,  əynində  «Şanel»dən kostyum var (axmaqlıqdır, am ma 

bu geyim heç vaxt dəbdən düşmür);  əsəbi halda qa pı nı 

itələyərək içəri daxil olur və birbaşa öz klerkinə

1

 üz tu-



tur. Mühitindəki bir çox adamlarda olduğu kimi, Lo 

ran-


sın da «öz» klerki, öz saç ustası, öz manikür ustası, öz no-

tariusu, öz dantisti var idi… Çox az adamlar onların sa hib 

olmaq kimi sirli cazibə qüvvəsindən can qurtara bi 

lir di; 


məsələn, taksi sürücüləri, ofisiantlar… Mən belə adam 

lar 


qarşısında baş  əyirdim. (Etiraf edim ki, mənim bay

 

rağım 



al tın da heç kim dayanmırdı da. Dərzini mənim üçün Lo-

rans seçirdi; «Lyon de Belfor»un sahibi, sözün əsl mə na-

sın da, öz kafesində ağalıq edirdi; yeddi il ərzində iki də fə 

yollandığım diş həkimi, əsasən, Loransın dişlərini müa li cə 

edirdi və sair və ilaxır… ta ki qapıçıya kimi… mən onu, sa-

də cə, «qapıçı qadın» adlandırırdım, halbuki «bizim qapıçı» 

deyə bilərdim,  əgər Loransın «mənim» sözü burada da 

özü nü qəti şəkildə ortaya atmasaydı.) 

Əgər o, öz qullarını hansısa rəfiqələrindən biri ilə bö-

lüş mək məcburiyyətində qalırdısa, o zaman «mənim saç 

us tam» və ya «mənim ayaqqabı ustam», sadəcə, «müsyö 

Yu lo» ya, ya da «müsyö Perren»ə çevrilirdi. Düzünü desəm, 

bu cür krallara məxsus hərəkətləri, demək olar, başa düş-

mək asandır: vərdiş xüsusi mülkiyyətin ən pis və daha çox 

isti fa dəsiz qalmış formalarından biridir; istənilən halda Lo-

rans da bu, belə idi.

Və budur, mən təsəvvür edirəm: Lorans «Şanel»dən 

olan kostyumunda banka daxil olur; adi vaxtlarda olduğu 

ki mi, əmin addımlarla öz klerkinə tərəf addımlayır və de-

1

  Klerk – Qərbi Avropanın bəzi ölkələrində kontor xidmət çi si




BOYUNDURUQ

67

yir: «Müsyö Barra, necəsiniz? Zəhmət olmasa… mənə 



nağd pul lazımdır, tələsirəm». Elə yerlər və elə peşələr 

var ki, on ların ətrafında davamlı olaraq seytnot

1

 atmosferi 



yara nır (məsələn, banklarda, gözəllik salonlarında, qaraj-

lar da, hələ super-marketləri demirəm… orada hər şey, de-

mək olar, qaçaraq edilir). «Əlbəttə, madam, – klerk Barra 

ca vab verir; mən onu bir dəfə görmüşəm: rəngi solğun, 

ye tə rincə gövdəli, eynəkli bir kişidir, tərtəmiz qırxılmış 

üzü var və sifəti hər zaman bic-bic ikimənalı ifadə alır… – 

Əl bət tə, madmazel Şat… bağışlayın, madam Ferzak…. – o, 

Lo ran sın baxışlarındakı  təzyiqə tabe olub sözünə dü zə liş 

ve rir; halbuki o, Loransı, az qala, qızlıq soyadı ilə ça 

ğı-


ra caq dı, – sizə hansı kupyura ilə verim?» «Beş yüz frank-

lıqlar la».

Və Lorans əlindən  əlcəklərini çıxarır,  əl çantasını açır, 

qəbz kitabçasını götürür – «bizim» qəbz kitabçasını – və 

tə ləm-tələsik «üç min frank» qeyd edir; sonra necəsə əsə-

bi və tələsik hərəkətlə qəbzə imza atır. Bilmirəm nə üçün, 

amma vacib adamlar, həmçinin bir o qədər də hörmətli 

ol ma yanlar da eləcə, qəbz üzərində, sanki, od tutub 

yanan qələmlə qol çəkirmişlər kimi imza atırlar; sanki, ey-

ni hərəkəti asta şəkildə etmək öz şəxsi miskinliyini və ya 

sa vad sız ol 

duğunu təsdiqləyərək qol çəkmək deməkdir. 

Uzun sö zün qısası, Lorans imza ataraq amiranə bir hə rə-

kət lə  qəbzi «barmaqlıqlı» pəncərəyə uzadır, klerk isə ona 

səy lə çalışdığını  və zirəkliyini nümayiş etdirmək üçün sə-

bir siz lik dən alışıb-yanır; o, tələsik halda qəbzi nə zər dən 

ke çirir (madam Ferzakla bu, əlbəttə ki, sadə bir rəs miy yət-

dir). Sonra birdən-birə duruxur, pərt halda madama baxır, 

ma dam qaşlarını sual dolu hərəkətlə qaldıraraq ona: «Nə 

baş verib?» – deyir.

– Nə baş verib? – o, əsəbi və  təkəbbürlü səslə so ru-

şur. – Nə olub, daha hesabımda pul yoxdur? – inamsızlıq 

do lu səslə, hətta bir qədər istehzalı gülüşlə soruşur, şükür 

Al laha ki, belə bir şeyin ola biləcəyinə kiçicik də olsa şüb-

hə hiss etmir. 

– Əlbəttə, məsələ bunda deyil, madam, – kassir gü-

lüm səyir, – sadəcə, bilirsinizmi, bu, ümumi hesabdır… və 

qor xuram ki… ikili imza olmadan…

1

 Seytnot – şahmat oyununda: fikirləşmək üçün vaxtın olmaması




FRANSUAZA SAQAN

68

– Nə olmadan?



Lorans getdikcə daha çox əsəbiləşir, barmaqları ilə 

tax ta bordürü taqqıldadır, amma kassir məyus-məyus  əl-

lə rini yana açır:

– Madam,  təəssüf edirəm, çox məyus oldum… amma 

siz, yəqin ki, xatırlayırsınız: bu, ümumi hesabdır, ona görə 

də müsyö Ferzakın imzasının olması gərəkdir.

– Müsyö Ferzakın imzası? – Lorans təəccüblənir, – de-

mək istəyirsiniz ki, ərimin imzası? Mənim qəbzlərimdə? 

Han sı sa üç min franka görə? 

– Madam,  axı bilirsiniz ki, məsələ  məbləğdə deyil, 

mə sələ prinsipdədir… 

– Eşitmək belə istəmirəm. Heç ağlıma da gəlməzdi ki, 

öz pullarımı götürmək üçün ərimin imzası lazım ola bilər. 

Mən cə, bu, başdan-ayağa cəfəngiyatdır…

Və sair və ilaxır…

Xərçəng kimi qıpqırmızı  qızarmış  və  əynində parlaq 

çəh rayı kostyum olan Loransı, kassirin sarı saçlarını  və 

hey rət dən özünü itirərək madamın yanına tələsən bank 

di rek to runu xüsusi ləzzət hiss etmədən təsəvvür et 

di yi-


mi de səm, yalan olar. Onlar qəzəb və  ləyaqətin mü cəs-

sə mə si olan dəbdəbəli bir heykəltəraşlıq nümunəsi idilər. 

Am ma mən xəyala qapılaraq Loransla söhbəti yaddan çı-

xar dım, daha doğrusu, başqa vaxta keçirdim; mütləq ona 

ürək-dirək vermək, həyəcanlarını, hətta ola bilsin ki, zə də-

lən miş qürurunu sakitləşdirmək lazım idi. 

Mənzilə yenicə girmişdik ki, Lorans öz otağına qaçdı:

– Aman Allah, bu gün cümə axşamıdır, ayın dör dü-

dür! Mən bric oynamalıydım. Bağışla, xahiş edirəm!

O qaçırdı.  Əlindən tutdum, Lorans mənə  tərəf çev ril-

di, rəngi çox avazımışdı, gözləri isə alışıb-yanırdı.

– Əzizim, – bacardığım qədər yumşaq danışmağa ça-

lış dım, – axı başa düşürsən ki, bankla olan müqaviləyə 

əməl etmək fikrində deyiləm.

Lorans heyrət dolu baxışlarla mənə baxdı:

– Təsəvvür edə bilmirəm bunu necə edəcəksən…

Onun əlini buraxdım, o, məni təpədən-dırnağa süz dü 

və öz otağına yollandı, qapını isə bir qədər aralı qoy du. 

Elə buna görə  də kor kimi onu görməyə-görməyə da nış-

ma lı oldum:




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə