«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə19/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   15   16   17   18   19   20   21   22   ...   212

FRANSUAZA SAQAN

60

nux mağa başladı; o, öz evində ən gözəl otağı belə ad lan-



dı rırdı – burada, həqiqətən də, XV Lüdovik dövrünə aid 

təm təraqlı kreslolar daha rahat dəri kreslolarla əvəz edil-

miş di; belələrini, adətən, klublara qoyurdular. 

Eşikağası otaqdan çıxan kimi Lorans atasına tərəf çev-

rildi:

– Ata,  mən heç bilmirdim… Sən demə, bizim zavallı 



Tom… Ona nə oldu elə?

– Bizim sevimli Tom rəhmətə getdi. Böyrəkləri xəstə 

imiş. Elə günlər olurdu ki, zavallı heç məcməyini belə 

əlin də apara bilmirdi. Amma Simon çox yaxşı, həddindən 

ar tıq yaxşıdır! – o, razılıqla əlavə etdi.

Biz bu matəm çıxışından sonra əyləşdik. Qayınatam 

da mənə  mənim ona baxdığım kimi şübhə ilə baxırdı. 

Am ma tezliklə özünü ələ ala bildi:

– Ağlagəlməzdir! Yeddi il keçib. Siz qətiyyən dəyiş-

mə misiniz, mənim balalarım! Bu, çox gözəldir!

– Bu,  sadəcə, xoşbəxtlikdir, – Lorans baxışlarını  aşağı 

sa lıb dedi. 

– Bir də rahatlıqdandır, – əlavə etdim. Qayınatam qıp-

qır mızı qızardı, Lorans isə sözlərimi ya eşitmədi, ya da ba-

şa düşə bilmədi.

– Bilirsən, ata, sən də yaxşı görünürsən. Mən elə qor-

xur dum ki, bu xəstəliyi keçirəndən sonra sən…

– Canım möhkəmdir,– dedi, – iş bunu tələb edir və 

ona görə də ora-bura burcutmağın yeri yoxdur. Parislə za-

ra fat etmək olmaz. Burada davamlı olaraq döyüş gedir. 

Si zin bütün bunlardan qaçıb qurtula bildiyiniz üçün çox 

şa dam, – o, mənə müraciət edərək sözünə davam etdi.

– Hələ  mən necə  şadam! – təbii səmimiyyətlə cavab 

ver dim və o, baxışlarını yayındırdı.

Eşikağası bizə  şampan  şərabı  gətirdi; gətirdiklərini 

təq dim edənə  qədər qayınatam  əsəbi hərəkətlərlə bar-

maq larını stola tıqqıldadırdı.

– Əzizim, – o, qulluqçu otaqdan çıxar-çıxmaz Loransa 

de di, – bizi tək burax, xahiş edirəm. Ərinlə kişi kimi söh-

bət etmək istəyirəm.

Lorans gülümsəyərək ayağa qalxdı:

– Yaxşı, amma özünüzü ağıllı aparın! Mübahisə et mə-

yin! İstəmirəm ki, səsiniz qapı arxasından eşidilsin!



BOYUNDURUQ

61

O, bir daha qapının astanasından bizə baxıb gü 



lüm-

sədi və uzaqdan-uzağa ikimizə  də öpüş göndərdi; son ra 

isə tələsik addımlarla otağı tərk etdi. Mən kresloda yeri mi 

ra hat ladım, qayınatam isə adətkərdə bir hərəkətlə ba rın ət-

ra fında ora-bura vurnuxmağa başladı. Təəssüf ki, onun ye-

ni ayaqqabıları cır-cır cırıldayırdı, xüsusilə də çev ril dik də. 

– Yəqin ki, Lorans məndə ürəktutması olduğunu sizə 

söy ləyib? – Başımla təsdiqlədim. – Adi, amma təhlükəli 

bir ürəktutması idi. 

O, bu barədə lap hərbi mükafat haqqında danışırmış 

ki mi danışırdı – səsində həyəcan da var idi, amma kədərli 

bir qürur hissi daha çox idi.

Hiss edirdim ki, mənim qarşımda həm sağlamlığı ilə 

bağ lı şikayətlənmək, həm də bunu öz soyuqqanlılığını itir-

mə dən etmək istəyir. Ona kömək etmək lazım gəldi.

– Lorans sizin xəstə olduğunuzu söylədi, amma təfər-

rüfat ları açıqlamadı, – üzümə çaşqınlıq ifadəsi verərək sə-

bir lə izah etdim.

Həmsöhbətim təəccübləndi:

– Mən, az qala, ölmüşdüm! Tutma! Ürək çatışmazlığı! 

– özü nü birtəhər ələ aldı, – o zaman başa düşdüm ki, çox 

dərin… bəli, bəli, çox dərin dərdim var, – sinəsini qa bar da-

raq özündənrazı görkəmlə  hər sözünü kəlmə-kəlmə vur-

ğu la yıb söylədi, – sizinlə belə sərt rəftar etdiyim üçün sə-

mi mi şəkildə təəssüf edirəm.

– Bu  barədə daha heç nə danışmayaq, heç nə! – de-

dim, – hər  şeyi yaddan çıxaraq! Bu, elə  də vacib deyil. 

Heç vaxt buna görə sizə qarşı incik olmamışam. Sadəcə… 

in di Lo rans çox sevinəcək…

Mən ayağa qalxdım. O, yenidən  əsəbilik keçirməyə 

başladı:

– Hələ sözümü qurtarmamışam, cavan oğlan!

– Vensan! – mən soyuq şəkildə  əlavə etdim, – xahiş 

edi rəm, mənə Vensan deyə müraciət edin!

Elə bu vaxt onun tərs damarı yenə tutdu, qıpqırmızı 

qı zar dı, hətta barmaqlarının ucuna da qalxdı: 

– Deməli belə? Çox maraqlıdır… Nə üçün?

– Ona  görə ki, bu, mənim adımdır və  təəssüf… mən 

ar tıq cavan oğlan deyiləm!

– Hə, yaxşı da! – o, yenidən pəncəsi üstünə endi, – 

yax şı, Vensan, – asta-asta danışmağa başladı, – mənim 



FRANSUAZA SAQAN

62

əziz Ven sanım, – dedi və tərəddüd etməyə başladı, sanki, 



on da nif 

rət yaradan bu adla «əziz» kəlməsini bir yerdə 

eşit mək dən həyəcanlanmışdı, – əziz Vensan, – inamsızlıq 

do lu səs lə sözünü təkrar etdi, sonra ağzına bir konfet ata-

raq sö zü nə davam etdi, – gəlin ciddi danışaq. Yerinizi ra-

hat la yın.

– Sağ olun, yerim rahatdır. Siqaret çəkmək olar?

– Hə, hə,  əlbəttə.  Əziz Vensan! – indi o, özünü daha 

inamlı hiss edirdi: ağzına atdığı konfet bir az acı dad ve-

rir di, amma yemək olardı, – özünüz də yaxşı başa dü şür-

sü nüz ki, nə üçün sizi bəyənmirdim; bilirdim ki, istedadlı 

in san sı nız və bu istedadınızın işə  sərf olunmasını görmək 

is tə yir dim. Qızımın cehizi hesabına yaşamağınız mənə 

əzab verirdi; və o da artıq israf edilib qurtarıbdır. Lorans, 

de mək olar ki, müflis olub.

– Müflis  olub?  Neyləmək olar?.. Siz çox gözəl bi lir si-

niz ki, Loransla onun pullarına görə evlənməmişəm…

Qayınatam gözünün içinə kimi yalan danışırdı. Lo ran-

sın işlər müdiri var idi və  hər kvartalın sonunda Raspay 

bul va rın dakı evdə onun səsi gur-gur gurlayırdı; onun hər 

he sa batı  həmişə  təntənəli notlarla başa çatırdı. Bundan 

baş qa, iflasa uğramağa bənzər bir şey olsaydı, Loransın nə 

cür isteriya çıxaracağını dəqiq bilirdim. 

Qayınatam inamsızlıq dolu gözlərlə mənə baxırdı.

– Bilirəm, elə ona görə  də sizə  ərə getməsinə razılıq 

ver dim. Amma nə vaxtsa məhəbbətinizi ona sübut edə-

cə yi nizə şübhə etmirdim.

Özümü axmaq yerinə qoymaq qərarına gəldim; qa-

yın a tam mənə tərəf əyildi:

– Hə, qoçaq, həm resenziyanı oxumuşam, həm də fil-

mə baxmışam. Musiqinizə qulaq asmışam! Onu eşit mə-

mək çətin məsələdir. Etiraf etməliyəm ki, kino mə nim sa-

həm deyil, elə musiqi də. Amma… Amma… – o, se vin clə 

da nış mağa başladı  və artıq baxışları  şəfqətlə dol 

muş du, 

– si zə, oğlum, ancaq bir söz deyəcəyəm:  əs lin də, mu si-

qi ni sevmirəm, amma o, milyon dollar gəlir gə ti rir sə, ney-

lə mək olar, o zaman əsl meloman olmağa be lə ra zı yam! 

– və o, çiyinlərimi döyəcləyə-döyəcləyə  qəhqəhə  çəkdi. 

Elə mən də qaqqıldadım.

Müəyyən mənada bu, gözəl mənzərə idi və mən qa-

yı na tamın hər sözünü yadda saxlamağa çalışırdım ki, ara-




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə