«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə20/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   16   17   18   19   20   21   22   23   ...   212

BOYUNDURUQ

63

mız da kı söhbəti sözbəsöz Koriolana çatdıra bilim… Hər 



hal da, Loransa çatdırası deyildim… Təəssüf, amma hansısa 

za ra fatı nadir hallarda onun yanında təkrar edə bilirdim

çün ki yumor haqqında anlayışlarımız tam fərqli idi. Daha 

də qiq desək, mən onun yumorunu qəbul etmirdim, onu 

isə  mənim zarafatlarım özündən çıxarırdı. Belə ki, ya ran-

mış  vəziyyət bir tərəfdən həddindən artıq cazibədar idi, 

di gər tərəfdən isə qəribə görünürdü: əgər kasıblığım yed-

di il əvvəl aramıza ixtilaf toxumları  səpmişdisə, indi də 

var lı lı ğım hamını pərt vəziyyətə salırdı.

– Hə, – qayınatam gözlənilmədən yenə də çiyinlərimi 

dö yəc lədi və mən xoş məzhəkə oyunlarında olduğu kimi, 

iç diyim  şampanı çeçədim, – indi sizin bütün həyatınız 

də yi şə cək! Mən axı  qızımı tanıyıram… Onun verdiyi cib-

xərc li yi ilə kef çəkmək çətin məsələdir… (növbəti kəl mə-

dən məni öskürək tutdu və tutmalı adamlar kimi bur nu mu 

çək məyə başladım), – aramızda qalsın, cibində pu lun ol-

ma yan da çətin ki hansısa Paris gözəlçəsini tilova sa la bi-

lə sən! Hə, qoçaq, kaş sizin yaşınızda olaydım… si zə qib tə 

edi rəm, qibtə edirəm, qoçaq! – o, yenə də mə nim çiyin-

lə ri mə döyəcləməyə hazır idi. Amma özümü vax tın da kə-

na ra verə bildim və onun əli barın üstünə endi, amma qa-

yı na ta cığaz bundan incimədi.

– Bununla  belə… – öskürə-öskürə  mızıldadım, – hansı 

Pa ris gözəlçələrindən danışırsınız ki? Siz, hər halda, Lo-

ran sa xəyanət etdiyimi söyləmək istəmirsiniz… – O, hiy lə-

gər-hiyləgər elə bir qəhqəhə çəkdi ki, ürəyim bulandı. 

– Sizi inandırıram ki… – dedim, amma necə qə zəb lən-

miş dimsə, səsimi tanıya bilmədim; onun bütün in to na si-

ya sı  dəyişmişdi. Nə  qədər təəccüblü olsa da, balaca qız 

uşa ğı kimi ciy-ciy ciyildəyirdim; ona görə də susdum.

– Bircə  mənə  gəlmə  də, qoçaq! Mənə yox! – o, dil 

bo ğa za qoymurdu, – Lorans anasına oxşayır: gözəldir, 

ağıl lı dır, yaraşıqlıdır, hər halda, mənim qızımdır da! Am-

ma onunla birlikdə olmaq çox darıxdırıcıdır. Əziz dostum, 

əgər za ma nında mənim təsəllivericilərim olmasaydı, evdə 

otur maq dan qıcqırmışdım. Bəli, mənim təsəllim var idi. 

Nə vaxt sa, daha sakit bir şəraitdə sizə onlar haqqında da-

nı şa ram…




FRANSUAZA SAQAN

64

Qayınatam ya öz etiraflarından coşmuşdu, ya da mə-



nim milyonlarımın təsirindən cuşa gəlmişdi – bunu dəqiq 

bil mi rəm; amma coşduğu dəqiq idi, çünki yavaş-yavaş 

qals tukunu boşaltdı, yaxalığını açdı. 

– Etiraf edim ki, bunu eşidəndə… sizin uğurunuzu 

deyi rəm… o dəqiqə fikirləşdim ki, iki şeydən biri olacaq – 

ya bu oğlan mənim qızımla birlikdə qalacaq, ya da pul-

la rı nı gö tü rüb hansısa sarışın gözəlçə ilə aradan çıxacaq… 

Ba xaq görək…

– Ümid  edirəm ki, zarafat edirsiniz, – əsəbdən səsim 

tit rə yir di, – sarışın qızları görəndə ürəyim bulanır.

– Ha-ha-ha!.. Şükür Allaha ki, siz qaldınız! Am ma… on-

suz da, uzağa qaça bilməyəcəkdiniz, hər hal da, Lo ran sın 

atası bunun qeydinə qala bilərdi… Siz evləndiyiniz vaxt 

Lo rans üçün dəmir-beton kimi möhkəm müqavilə ha zır-

lat mış dım… bilirsiniz, qoçaq, ümumi mülkiyyət təşkil edən 

əm lak da  ər-arvadın eyni hüquqa malik olduğu nikah nə 

de mək dir?

– Yox, bilmirəm…

Mən onu təəccüb və ikrah dolu bir hisslə təpədən-dır-

na ğa süzdüm. Hələ yeddi il əvvəl məni adam yerinə qoy-

ma yan və onların ocağının başında isinmək istədiymə bir 

an belə şübhə etməyən bu adamın imkan düşən anda cib-

lə ri mi soymaq haqqında düşünməsi ideyasının özü belə 

mə nə fan tastik görünürdü… bu süjet lap Balzakcasına idi…

– Bu nə deməkdir belə?

O, gülərək əlini çiynimə qoydu.

– Bu, o deməkdir ki, dostum, yeddi il ərzində Lo-

rans la nə  yığmısınızsa, aranızda bölünməlidir, vəssalam. 

Vəs sa lam! Daha doğrusu, əgər istəmirsinizsə, ona heç nə 

ver mə yə bilərsiniz. Bununla belə, hüquqi cəhətdən sizin 

qa zan dı ğınız hər şeyin tən yarısı Loransın payına düşür.

Mən çiyinlərimi çəkdim:

– Amma  mənim hər  şeyi ona vermək qərarına gəl-

diyi mə görə…

O, əlimdən tutub pıçıldadı:

– Əzizim, bu cür səfeh olmayın da! Yalnız bir şey et-

mək lazımdır: ikili imza ilə ümumi hesab açmaq! İndi sizə 

izah edərəm. Lorans, Allah bilir nə üçün, sizin pullarınızı 

is tə mir. O, sizin məşhur pianoçu olmağınızı arzulayırdı. 



BOYUNDURUQ

65

Ona dedim ki, əvvəla, qızım, insanlarda zövqlər fərqlidir. 



Şəx sən mənim Lin Reno

1

 Baxdan daha çox xoşuma gəlir. 



Bu artıq mənim işimdir…  İkincisi isə bu pulları  sənin  ərin 

qa za nıb, onlar ona məxsusdur. Bax belə!

Yerimdə donub-qalaraq ona baxırdım; və  mənə elə 

gə lir di ki, onunla bir məsələdə bir-birimizə çox oxşayırıq: 

sağ lam düşüncədən xali deyilik və ola bilsin, bu, hər şey-

dən daha pisdir. 

– Üçüncüsü isə, ümumi hesabdan o, heç vaxt müs tə-

qil  şəkildə pul çıxara bilməyəcək.  Əgər qəbz yazarsa, si-

zin də onu imzalamağınız lazım gələcək, çünki pullar si-

zin dir! Təbii, siz də bankdan pul götürməli olanda o, im za 

qoy malıdır, çünki bu, sadə  rəsmiyyətdir. Tutaq ki, gö zəl 

gün lə rin birində o, öz pullarını, deməli, həm də si zin pul-

la rı nızı hansısa axmaq bir intellektual filmə xərc lə mək is tə-

yə cək, siz isə götürürsünüz və qəbzə imza qoy mur sunuz… 

İn di Loransı fikrindən daşındırmaqmı olar? Başa dü şür sü-

nüz? Bu məsələdə mən də heç bir şey edə bil mə rəm, hal-

bu ki o, mənim qızımdır… Amma si zin tə rə fi nizdəyəm, ona 

görə ki, kiminsə maliyyə mə sə lə lə ri nə bi hör mət ya naş ma-

sı na dözə bilmirəm.  Ətrafda daim pulları ça 

tış mayan nə 

qə dər avaralar var…. Eeee-eeeh-ehhh…

Mən artıq ona qulaq asmırdım, amma etiraf edim ki

bu sər səm ləmədə bir şey məni çox əyləndirmişdi: Lo ran-

sın pən cərəyə yaxınlaşaraq bank işçisindən pul istədiyini 

və im zam olmadığı üçün ona «yox» cavabı verildiyini tə-

səv vür edirdim; belə bir mənzərə mənə lap idilliya jan rın-

da gö rünürdü. 

Nəhayət ki, qayınatam Loransı səslədi, amma bu artıq 

zəh mət idi; o, qapının arxasında gözləyirdi. Ata ilə qız bir 

az deyişdilər və biz birlikdə banka yollandıq. Orada mən 

min lərlə imza qoymalı oldum, amma bu imzaları Loransın 

qol çəkdiyi kağızlara atırdım (bu, məni müəyyən mənada 

bir qə dər sakitləşdirirdi); mən zarafat edə-edə, Lorans isə 

mıs mı rığını sallaya-sallaya qol çəkdik. Bu bankirlər tay-bə-

ra b ə ri olmayan mərasim ustalarıdırlar,  əsl növbəyə düz-

mək biliciləridirlər və  mən onların bu dəblərini müşahidə 

edə rək əməlli-başlıca əylənirdim.

1

  Lin Reno (1928-ci ildə doğulub) – məşhur fransız mü ğən ni si,  ən 



məşhur Paris kabarelərinin ulduzu, kinoaktrisa


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə