«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə22/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   18   19   20   21   22   23   24   25   ...   212

BOYUNDURUQ

69

– Sən məni pis tanıyırsan. Daha doğrusu, necə də yiş-



di yim dən xəbərin yoxdur. Var-dövlət insanların simasını 

dəyişdirir.

– Bu ki lap gülməlidir! – onun səsi yad adamın səsi 

ki mi gəlirdi, – dedim axı, bir qəpik pulunda belə gözüm 

yox dur. Bundan başqa, məncə, çətin ki bu müqavilədə 

bir cə vergülün belə yerini dəyişə biləsən.

Lorans, həqiqətən də,  əldən düşmüşdü və bunun da 

ye tərli səbəbi var idi: yeddi il idi o, məni saxlayırdı; sən 

de mə, özü də bilmədən höcət bir adam bəsləyirmiş. Bircə 

bu qalmışdı…

– Bəsdir də,  əzizim, qulaq as! Sabah banka ge də cə-

yəm, özün də görəcəksən ki, bütün bunlar zarafatdır. İnan 

mə nə, necə istəyirəmsə, onlar elə də edəcəklər.

– Əgər onların fikrini dəyişə bilsən, sənə  «əhsən» 

deyə rəm. 

Bilirdim ki, pullarımı Loransın hesabına keçirmək üçün 

on ları yola gətirmək elə  də  çətin məsələ deyil; sadədən 

də sadə  işdir, həm də çox təbiidir. Sadəcə, Koriolanın 

növ bə ti qonorarları üçün qol çəkməyi ondan xahiş edib, 

bu nun nəyə gərək olduğunu izah edəcəkdim. Ya da yox, 

izah etməyəcəyəm. Məndə isə mahnımın nəşri üçün ala-

ca ğım qonorarlar qalacaqdı, bankda onlarla bağlı heç sə si-

mi də çıxarmadım; üstəgəl Koriolanın Qəpik-qu ruş suzdan 

qo para bildiyi min frank… Elə də pis deyil…

– Nə? Mərc gəlmək istəyirsən? – soruşdum, – yəqin 

ki, hər zaman olduğu kimi, sabah da mənim xeyir-duamı 

al ma dan öz qəbzlərini imzalaya biləcəksən.

Araya çökən kiçik sükutdan sonra Lorans otaqdan çıx-

dı və bu sözləri düz sifətimə çırpdı:

– Amma  sən mənim imzam olmadan heç cür keçinə 

bi lməyəcəksən.

İki dəqiqə ərzində o, üz-gözünü boyamış, əynini dəyi-

şərək qara geyinmişdi; qəzəblənmiş haqq-ədalət hey kə-

li nə  bənzəyirdi, bu isə ona çox yaraşırdı; həm də  mə ni 

onun  əbədi giley-güzarları haqqında tamamilə yeni for-

ma da fikirləşməyə vadar edirdi.

Ona tərəf bir addım atdım; heyrətə  gəlmişdim, belə 

bir şey heç ağlımın ucundan belə keçmirdi.

– Tələsirəm, – o köksünü ötürdü, – yol ver, keçim! 

Gör mür sən ki gecikirəm?




FRANSUAZA SAQAN

70

Hər ayın birinci cümə axşamı Lorans öz məktəb yol-



daş la rı ilə bric oynayırdı; onun uda və ya uduza bildiyi ən 

bö yük məbləğ yüz frank olardı; ona görə də bu cür də li cə-

si nə tələsməsi məni əməlli-başlı heyrətləndirdi. 

– Yaxşı, nə deyirəm ki, get, get! Amma ümumi he sa-

bı mı zı qumara qoyma ha! 

 O artıq qapını açmışdı, liftin gəlməyini gözləmədən 

xır da addımlarla pilləkənləri enirdi. Mən məhəccərə dir-

sək lən dim. Yalnız aşağıdakı meydançaya çatanda Lorans 

pa rıl tı lı bir baxışla yuxarı baxıb qışqırdı – səsindən açıq-

aydın yüngülləşdiyi hiss olunurdu:

– Yaxşı, sən bu bankirləri necə yoldan çıxaracaqsan?

Rişxənd dolu sual idi. O, özünü qürurlu göstərməyə 

ça lı şırdı, amma mən bilirdim ki, Lorans bu gün onda nifrət 

oya dan pullardan heç vaxt imtina etməyəcək. O, pul cin-

gil ti sinə uzun müddət nifrət edə bilməzdi.

– Necə yola gətirəcəyəm? – sürahidən  əyilərək ar xa-

sın ca qışqırdım, – əzizim, bütün bu dollarları  sənin adı na 

qo ya cağam, hamısını sənə verəcəyəm, yalnız sə nə. Qəbz-

lər də  də  mənim imzama ehtiyac olmayacaq! Aradabir, 

əgər istəyərsənsə, mənə qəbz yazarsan. 

Sözümü deyər-deməz etiraz və  rədd cavabı  eşit mə-

mək üçün mənzilə qaçıb, arxamca qapını çırpdım. Ancaq 

onun çığırtısını  eşitməyə imkan tapdım və bu, daha çox

hey rət ifadə edirdi, nəinki etiraz…



6

Sentyabrın sonları… Gözəl və yumşaq Paris axşam la-

rın dan biri idi. Səma hələ  də mavi rəngdəydi, gah qalın, 

gah dəniz dalğası kimi parlaq, gah da şər qarışandakı ki-

mi, gecə rəngli… 

Amma üfüqdən-üfüqə doğru uzanan bu gözəllik bə zi 

yerlərdə artıq bozarmağa başlamışdı; elə bil, kətan par ça-

sının kənarları  cırılmış, yüngülcə  ləkələnmiş, qançır edil-

miş di; sanki, şəhər alovlarının tez üşüyən bozumtul şit 

işar tı sı nı özünə  çəkmiş  çəhrayı bulud qatarı ona to 

xun-

muş du; bu buludlar, sanki, qış səmasını bəzəyirdi; tezliklə 



o səma da buludlar arxasında gözdən itəcəkdi.


BOYUNDURUQ

71

Bu axşam, nədənsə, soyuq hiss olunur, gəlməkdə 



olan qış duyulurdu; haradasa yaxınlarda bağban, ya da 

kü çə sü 

pür gəçisi qurumuş, xəzəl olmuş yarpaqlardan 

ocaq qa lamışdı; ağızbüzüşdürücü gözəl tüstü qoxusunun 

içə ri sin də  nə isə  cəlbedici və  uşaqcasına bir şey var idi; 

o, kənd lə bağlı xatirələri oyadırdı, xüsusilə də əgər bütün 

uşaq lı ğın şə hər də keçibsə… acı xatirələr...

Koriolanla söhbətim məni poetik nota kökləmişdi – 

Lo rans evdən çıxan kimi bu söhbət üçün sevimli kafemizə 

yol lan mışdım. Ona bankla olan müqavilənin surətini gös-

tər dim, o dəqiqə  də  məhəbbət dolu mərhəmətli ba xış la-

rı nı hiss etdim; mən xəcalət çəkirdim, o isə məni həmişə 

mə həb bətlə əhatə edirdi.

– Yox, doğrudan da, eşit bir, – dedim, – əgər bankdan 

pul larımı götürmək istəyirəmsə, Lorans imza atmaqdan 

bo yun qaçıra bilməz ki… Bu, sadəcə, ağlasığmaz olardı!

– Belə hesab edirsən?

– Axı o özü deyir ki, pulları istəmir.

– Hə, istəmir! Xüsusilə  də onların səndə olmasını is-

tə mir! Hələ bunu başa düşməmisən? Lorans üçün sənin 

pul la rı nın olması o deməkdir ki, istənilən vaxt sarışın bir 

gö zəl çə ilə təy yarəyə minib «ça-ça-ça» oynamaq üçün is-

tə di yin yerə uça bilərsən; təbii ki, Lorans olmadan. O, bu 

pul la ra nifrət edir, amma indi… onları sənin əlindən ala bi-

lə cə yi bir zamanda... – o, başını yellədi.

Mən isə səfeh kimi inadımdan əl çəkmirdim:

– Sən nə danışırsan?.. O, mənə qadağa qoya bilməz...

– O, sənə bir qutu siqaret almaqdan da imtina edə bi-

lər… əlbəttə, əgər kefi istəsə! – Koriolan kəskin səslə dedi, 

– başa düş... Çox güman ki, sənə bu pullardan bir santim 

be lə verməyəcəklər...  Əcəb yaxşı aldadıblar... Ay səni, 

may maq!


Mən dayanmadan bunun mümkün olmadığını söy-

lə yə-söyləyə dodaqaltı  mızıldanırdım... Eyni zamanda 

da qa yı na ta mın özündənrazı görkəmi, Loransın onu vur-

maq is tə diyimi düşünərək etdiyi jest gözümün önün dən 

get mir di... Qorxmuşdu, deməli, qorxmaq üçün sə bə bi 

var dı... İndi artıq özüm də bunu başa düşməyə baş la mış-

dım... Am ma… hər halda… yenə də ağlasığmaz idi...

– Səncə, onun buna cəsarəti çatar?




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə