«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə30/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   26   27   28   29   30   31   32   33   ...   212

BOYUNDURUQ

93

gə tir mirdilər; hər  şeyin öz həddi var… Bəzi hallarda uşaq 



ol ma dan da keçinmək olar.

Loransın meşşan, əslində isə dəqiq hesablamaları heç 

cür ağlımdan çıxmırdı: hə, Lorans, çox güman ki, sərfəli 

bir sövdələşmə qurmuşdu və bu sövdələşmə yalnız ilk 

ba xış dan riskli görünürdü. Əgər hər şeyi ölçüb-biçməli ol-

say dıq, mən az yeyirdim, heç bir iddiam yox idi, arıq idim 

və geyimə qarşı  tələbkar deyildim. Bəzən mənə bahalı 

şey lər də alınırdı, məsələn, maşın, qızıl düymələr (düz 

dörd cüt!), hətta fotoaparat da; indi, düzdür, o qədər də 

dəb də olan marka deyildi, amma yaxşı  işləyir. Deyəsən, 

elə bu qədər… Doğrudan da… mənim cibxərcliyim onun 

mən fəə tinə üstün gəlməyəcəkdi ki… «Bu nə cəfəngiyatdır! 

– fi kirləşdim, – bütün bu hesablamalar necə  də  dəh şət li-

dir! Hətta onları zarafatla hesablayırsansa belə… Necə  də 

pis işdir! Axı nə üçün?»

Tutaq ki, o günahkardır, tutaq ki, Lorans bütün bun la ra 

görə cavabdehdir, amma mən belə  xırdaçılıq et mə mə li-

yəm. Bu mənzil-tələ… onun məhəbbəti üzündən bo ğul du-

ğum bu mənzil mənə yetər… Bütün bu sehrlənmiş məkan, 

baş dan-başa bağlı pəncərələr, adamlardan qaçan sifətlər… 

Hər halda, bütün bu illər ərzində özümü burada tənha hiss 

et miş dim. Tənha!.. Üzünə gülümsəməyə bir adam yox, fi-

kir lərini bölüşməyə kimsə tapmırsan… Biz birlikdə olanda 

yalnız həzdən heyvani qışqırıqlar çıxarırdıq, hətta onu da 

eyni vaxtda edə bilmirdik…

Mən özümü cəzalandırmaq üçün içimdə danışan, mü-

ha kimə edən bu iyrənc səs sussun deyə üzümü divara çe-

vir dim – ona qulaq asmaq olmazdı, amma ondan yaxa 

qur tarmaq da mümkün deyildi. 

Yuxudan yetərincə gec, artıq gün günorta olanda ayıl-

dım və xatırladım ki, bahalı  hədiyyələr siyahısına saa 

tı 


da xil etməmişəm (axı o, bu saatı  mənə Vandom mey da-

nın da almışdı – gör bir… lap nankorluqdur!). Deməli, gün 

gü nor ta dır! Saat üçdə qaçmağa yollanacaq, saat yeddidə 

qa yıd acaq dım. Yenidən «həmin saat» gəlib yetişdi. Yeddi 

il  əv vəl – yəni vaxt anlayışını itirdikdən sonra saatlar bir-

bi ri nə  bənzəməyə başlamışdı.  İndi isə Loransla içində ol-

du ğu muz zaman birdən-birə müəyyən forma almağa, 

his sə lərə parçalanmağa başladı və saat əqrəblərinə ma ra-




FRANSUAZA SAQAN

94

ğı mın yaranması  mənim üçün yenidən canlanma əlaməti 



ki mi göründü. Zaman və ya həyatın özü bu yeddi il müd-

də tin də uzanaraq, başdan-ayağa kabusla dolu yuxuya 

çev ril mişdi. 

Odilin otağındakı radiodan növbəti dəfə «Leysan» səs-

lən dirilirdi; xatırladım ki, bu, mənim deyil, Ksavye Bon na-

nın  əsəridir, mən, sadəcə, mövzunu korlayıb altından da 

im zamı qoymuşam…

Sən bir işə bax, Ksavye, əzizim!

Qarşılaşan kimi mütləq ona birini ilişdirəcəyəm! Be-

lə bir perspektivin varlığına sevindim və bu sevincim, 

edə cəyim hərəkətin,  əslində, Loransın yanına qayıtmaq 

demək olduğunu başa düşənə  qədər davam etdi… Am-

ma… məgər etdiklərindən sonra onunla birlikdə qa la bi lər-

dim mi? Təəssüf ki, mənim «məgər»lərimlə «hər hal da»la-

rım hərəkətlərimi, azca da olsa, müəy yən ləş dir mirdi: «hər 

hal da» mən bakalavr müdafiə etmişdim, «hər halda» kon-

ser va to riyaya qəbul olmuşdum, «hər halda» Lora mənə 

ərə  gəlib. Bütün «hər halda» qabartmaları,  əslində, boş 

şey lər dən törəyirdi; daha doğrusu, müəllimlərdən, ya da 

qa dın lar dan… və tez-tez «ziddinə» anlayışını verirdi: «Ven-

sanın ziddinə!» 

Buna baxmayaraq, Al Kapone tərzində kostyumu 

özüm bəyənib geyindim, sonra da Koriolana zəng etdim. 

Bir saat sonra biz Lonşan istiqamətində  şütüyürdük;  əv-

vəl cə banka döndük – orada kapitalımın bir hissəsini gö-

tü rüb bölüşdük. Cibimizdə bir dəstə pul olduğundan özü-

mü zü əhəmiyyətli adam hesab edirdik.

Gözəl hava vardı  və  hər zaman olduğu kimi, Lon-

şan da hər şey əla idi. Yeddi il ərzində burada üç dəfə ol-

muş dum: ilk dəfə Loransla birlikdə idik; əslində, o, özü-

nü daha çox Triumf alaqapılarında təşkil edilən kü 

bar 


zi ya fət lə rində suda balıq kimi hiss edirdi. Amma Lon şa-

na mə nimlə  gələsi olmuşdu. Burada düz üç saat müd-

də ti nə camaatın içində itib-batdığım üçün arvadımın at 

ya rı şına marağı o dəqiqəcə soyudu; ikinci dəfə artıq tək 

gəl mişdim; o vaxt Lorans ağır appendisitdən sonra ya-

taq da yatırdı. Və üçüncü dəfə o, Bretana babasının – ata 

babasının dəfninə (rəhmətlik hətta adımın çəkilməsinə be-

lə dözə bilmirdi) getdiyi vaxt olmuşdu. Uzun sözün qı sa-




BOYUNDURUQ

95

sı, bu qadının sayəsində və ona fikir vermədən, mən yal-



nız dörd dəfə at yarışı görmüşdüm; mənə kömək edən 

isə bunlar olmuşdu: birinci halda snobizm, ikinci halda – 

xəstəlik, üçüncü halda – qohumlar, dördüncü halda isə – 

yəni bu gün Loransın riyakarlığı.  Əslində isə baş götürüb 

gö zəl və valehedici Lonşana qaçmaq üçün mənə heç kim 

və heç nə lazım deyildi. 

Cıdırda tanış olduğum bir çox dostlarım və ta nış la rım-

la yenə də rastlaşdım, onlar məni elə qarşıladılar ki, sanki, 

bir-birimizdən dünən ayrılmışdıq. Lonşanda zamanın necə 

qaçdığını hiss etmirsən; illər də burada hiss olunmur; bu-

ra da bir qaçış zamanı üç il qocala bilərsən, ya da düz on 

beş il üzündə bir qırış belə peyda olmaya bilər. Hər hal-

da, bu rada qırışların səbəbi əsəbi gərginlik, həyəcan, mə-

yus luq, fərəh,  şadyanalıqdır; və  əlbəttə ki, bunlar cid 

di 

qı rış lar deyil; eyni zamanda, həyatın darıxdırıcılığı ilə  bə-



zən miş sifəti korlayan biabırçı  qırışlar da deyil. Ko 

rio lan 


bunu onunla izah edirdi ki, cıdır meydanı kimi sehr 

lən-


miş yerlərdə pullar irreal olur – burada axtarış, sahib ol-

maq, pul itkisi yalnız dördayaqlının  şıltaqlığından asılıdır; 

so nun cu qaçışa qoyulmuş yüz frank burada daha böyük 

azart do 

ğu rur, nəinki  əsəblərlə qazanılan yüz frank; bu-

ra da pe 

şə kar məs ləhətçilərlə lütfkarlıqla söhbət edirlər, 

hal bu ki on la rın üzündən bütöv bir var-dövlət  əldən çıxa 

bi lər; am ma eyni zamanda da bu adamlara gülmürlər və 

ola bil sin ki, adətkərdə olduqlarından növbəti cıdır zamanı 

yeni dən onların məsləhətlərinə  əməl edirlər (birjada belə 

bir  şeyi xəyala belə  gətirmək olmaz); burada mənim qa-

yı na tam – əgər o, totalizator oynasaydı – öz eşikağası ilə 

bu run-bu runa gələ bilərdi və o biri də ona heç bir ehtiram 

gös tər məz di; hətta ola bilsin ki, sıradan çıxan bir ata ax-

maq ca sına külli miqdarda pul qoyduğu üçün ona açıq şə-

kil də həqarətlə də baxardı.

Uzun sözün qısası, mən qayğısız, azad və səmimi in-

san ların içinə düşmüşdüm; və mənə elə gəlirdi ki, gö yün 

üzü açı lıb, mələklər isə  mənim üçün trubada ye ni dən ta-

pıl mış, həqiqi və normal həyatın himnini çalırlar. Mə nim 

təəccübümə, Koriolanın isə heyrətinə  rəğmən, göz lə ri mi 

yaş  pərdələdi və elə bir ağlamaq ağladım ki, qol la rım la 

göz yaşlarımı silmək, gözlərimin birini qıy maq və xə ca lət-




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə