«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə32/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   28   29   30   31   32   33   34   35   ...   212

BOYUNDURUQ

99

7

Evə qalib kimi qayıtdım; amma udduğum pulu Ko rio-

lanın ya nın da qoymuşdum. Acı  təcrübəm  əsasında ar tıq 

öz pul la rımı «Loransın yanında» saxlamağa cəsarət et mir-

dim.  Əlbəttə, fikrimcə, cıdırda udulmuş pullara qarşı o, 

xü su si ikrah hiss etməli idi, amma Loransın ikrahının nə 

də rə cə də acgöz olduğunu öyrənmək mənə çox baha başa 

gəl miş di.

Artıq iki gün idi ki «Loransın yanında» sözünü yarım 

il lik ailə həyatından sonra (özü də nəzərə alsaq ki beş ayı 

toy səyahətində, bir ayı isə mehmanxanada keçirmişdik) 

«biz də» sözünü necə çətinliklə deyirdimsə, indi də elə bir 

yün güllüklə deyirdim. Bizim axı uzun, həddindən artıq 

uzun toy səyahətimiz olmuşdu; əlbəttə ki, İtaliyaya. Hətta 

da ha yaxşı – Kapriyə. Bir vaxtlar Lorans heç cür Kapriyə 

get mək istəmirdi. «Ola bilsin, bu, axmaqlıqdır, – o etiraf 

edir di, – amma oranı  mənə  nə  qədər çox tərifləyirlərsə

sö zün  əsl mənasında sevdiyim adamla bir o qədər çox 

ora get mək istəmirdim. Sən mənə gülməzsən ki?» «Yox, 

yox, nə da nı şırsan, – gülümsəyərək cavab vermişdim, – 

ək si nə».

Mən də heç vaxt Kapridə olmamışdım, amma ta ma-

mi lə başqa səbəblər üzündən. Etiraf etməliyəm ki, bütün 

bu maraqlı hadisələr o vaxt məni əyləndirirdi. Mən, Ven-

san, yeni evlənmiş adam, öz hörmətli, gözəl və varlı ar va-

dım la toy səyahətinə çıxmışdım.

Mavi yelkən, Faralyoni, Aksel Muntun villası  və daha 

nə lər... Niyə  də olmasın? Hamıya məlum həqiqətlərlə 

bağ lı biliklərini nə üçün dərinləşdirməyəsən və  nə üçün 

poçt açıqcalarında gördüyün təbiətə naturadan tamaşa et-

mə yə sən? Bu, bəzi snoblar kimi hər zaman onlara etinasız 

ya naş maq dan daha maraqlıdır. Xüsusilə  də  nəzərə alsaq 

ki  İta li ya ya cəmi bircə  dəfə, o da ya hansısa italyan rəs-

sam la rı, ya da ekoloqlar dəstəsi ilə birlikdə getmişdim; 

biz Pa ris də tanış olmuşduq, amma onlar yolda özlərini əsl 

əc laf ki mi apardılar; hətta canımı qurtarmalı oldum; çün ki 

qı rıq mo to sikllərdə hücum edib leysan yağışa fikir ver mə-

dən ben zin doldurma məntəqəsini gözlərimin qa ba ğın da-

ca soy du lar. Hə… yağış yağırdı, həmin il yağış İtaliyanı öz 




FRANSUAZA SAQAN

100


ağu şu na almışdı. Elə buna görə də bütün toy səyahəti bo-

yu sen ti mental və varlı turistlərin acığına faydalı və sə xa-

vət li günəşdən zövq almağa çalışdım. 

Biz  əl-ələ tutaraq Kapri boyunca addımlayırdıq. Lo-

rans kiçik dükanda yeganə maraq doğura biləcək ca 

va-


hi ra tı aldı: platin çərçivəyə salınmış gözəl, qədimi qara 

mir vari idi. Özü də ucuz qiymətə; Lorans ətrafında olan 

bü tün adamlar kimi sərfəli sövdələşmələri sevirdi; hətta o, 

kor bir əntiqəfüruşdan Van Qoqun əsərini yüz franka ala 

bil miş di; əsərin dəyəri ilə bağlı ona heç nə söyləməmişdi… 

Ola bilsin, mən Loransın yanında yalnız ona görə uzun 

müd dət qala bilmişdim ki, ona ucuz başa gəlirdim. Həm 

də bü tün xərclərimi ödəmişdim; bunu isə heç kim göz lə-

mir di. İndi tamamilə qanuni əsaslarla çıxıb getmək hü qu-

qum vardı. Məndən soruşa bilərdilər ki, bəs  ər-arvad və-

zi fə ləri necə olsun? Məsələn, mənim  ər vəzifəm. Məgər 

bu nun haqqında vəzifə kimi danışmaq olardımı? Özü də 

be lə gözəl və  sədaqətli arvadla? Bunu, sadəcə, «vəzifə» 

ad lan dır maq, əslində, ədəbsizlik idi. Və hər halda… evdən 

çı xıb get məyə cəsarətimin çatmamasının səbəbi yalnız ka-

sıb lıq içərisində yaşamaqdan qorxmağım deyildi; mə nə 

zülm edən o idi ki, oğurlanmışdım. Məndən pul oğur la-

ma mış dılar, yox… başqa bir şey…

İndi həmin səyahəti, ruh yüksəkliyini və … ciddiliyi xa-

tır layıram… Bəli, bəli, Loransın ciddiliyini. O, mənim xo-

şu ma gəlib-gəlməyəcəyi ilə bağlı elə  həyəcanlanırdı ki… 

Davamlı olaraq əzab çəkirdi: görəsən, mənə axmaq ki mi 

gö rün mür ki?! Daim gözlərinə  mənim mümkün ola bi lə-

cək xəyanətlərimin məşum  əlamətləri görünürdü. Və  tə-

bii ki, mən artıq o vaxt hansısa üstünlüyə  əsaslanan ailə 

mü na si bət lərinə və öz dəlisov arvadlarına qarşı yumşaqlıq 

edən kişilərə nifrət edən adamtək Loransı sakitləşdirməyə 

ça lı şır dım. Yanlış sözləri və yersiz hərəkətləri mənə onun 

xa rak te rinə aid xüsusiyyət kimi yox, adət etdiyi mü hi tin 

ona calaq etdiyi şey kimi görünürdü, amma… O vaxt 

lar 

necə  də sadəlövh olmuşam. Nə  qədər comərdliyi onun 



aya ğı na yazırdım! Daha başa düşmürdüm ki, o, hə qi qə-

tən də, bu xüsusiyyətlərə malik olsaydı belə, bu nu gös-

tər mə yə bacarığı çatmayacaqdı; bu bacarığı ən gö zəl tər-

biyə belə, insana verə bilmir; məsələn, Lorans təh sil li dir, 




BOYUNDURUQ

101


am ma ağıllı deyil; israfçıdır, amma səxavətli deyil; gö zəl-

dir, amma cazibədar deyil; sədaqətlidir, amma meh ri ban 

deyil; hərəkətlidir, amma cəld deyil; paxıldır, am ma şöh-

rət pə rəst deyil. O, acıdildir, amma kinli deyil. Tə kəb bür-

lü dür, amma qürurlu deyil; mərhəmətlidir, amma səmimi 

de yil; tez təsirlənəndir, amma tez sınan deyil. Bundan 

baş qa, həm də infantildir

1

, amma sadəlöhv deyil. Şi ka yət-



lə nən dir, am ma köməksiz deyil; yaxşı geyinəndir, am ma 

ele qant de yil; bundan başqa, səmimidir, amma açıq da-

nı şan de yil; qor xaq dır, amma ehtiyatlı deyil; və  nəhayət

eh ti ras lı dır, amma məhz məhəbbətdə qabiliyyətli deyil.

Maşında karandaşımı  və  məşhur not dəftərimi tap-

dım, yəqin ki, cidd-cəhdlə ora «Müqəddəs Loransa Li-

ta ni ya»

2

 yazacaqdım. Bu təyinləri aradabir yüngülcə dü-



zə liş lər edərək müxtəlif ladlarda təkrar etdim, sifətlərin 

ye ri ni dəyişdim, amma hər dəfə  də onların daha ədalətli 

və da ha dürüst olduğunu düşündüm. Öz əsərimdən bö-

yük zövq ala-ala Raspay bulvarına çıxdım; intiqam ala bil-

mə səm də, hər halda, sakitləşmişdim; ağır və geniş bir 

hə rə kət lə qapını çırpdım – bir vaxtlar amerikan se rial la rın-

da kı hə qi qət sevərlər belə edirdilər. 

Bir vaxtlar kosmik teledöyüşçüdən necə ayrıla bil mə-

diyim birdən yadıma düşdü: kosmonavtlar seriyadan-se-

ri ya ya üç min il uçan boşqabda heç kim yaşamayan göy 

ci simləri arasında veyllənirlər və sair və ilaxır (ümu miy yət-

lə, zəhlətökən bir şey idi). Lorans gözəl axşamların birində 

proq ramı  dəyişmək qərarına gəldi. Bəs mən sivriqulaq 

qəh rə man la rımla kosmik gəminin məndən alınmasına ne-

cə imkan verdim? Axı  nə üçün o, hansısa bir despot ki-

mi mənə gün altında yanmış los-ancelesli troqloditlərin 

öpüş lərini sırımalıydı?  İndi bunu xatırlaya bilmirəm. Uzun 

sö zün qısası… Koriolan düz bir ay növbəti seriyaları  mə-

nə danışmalı oldu; ta ki özünün də filmdən ürəyi bu la na-

na dək. Nə üçün Lorans ikinci televizor almadı? Nə üçün 

özüm almadım? Bax bunu bilmirəm: bəlkə  də, cibxərclik 

ban kım o dəqiqə partlayardı. Bəs nə üçün və niyə it sax-

1

  İnfantil – uşaqlıq dövrünün xüsusiyyətlərini saxlayan



2

  Litaniya – ibadət (dua); danışıqda isə uzun və darıxdırıcı söhbət, 

si ya hı (sadalama)



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə