«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə29/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   25   26   27   28   29   30   31   32   ...   212

FRANSUAZA SAQAN

90

tı mı fortepiano arxasında keçirdim. Bütün musiqilər on da 



daha yüksəkdən səslənir, daha zərif olur, nə cürsə xü su-

si bir şeyə çevrilirdi; onlar mənim barmaqlarımın ucun da 

hə rəkət edir, axıb tökülürdü; mən Bethovenin mu si qi si ni 

qırıq-qırıq, Fets Uollerin

1

 musiqisini isə usandırıcı edə bi-



lir dim; amma sanki, hər şey təzələnmişdi, göz qa maş dı rır-

dı. İki saat sonra mən musiqiyə yenidən dəlicəsinə vu rul-

muş insana – gəncə çevrilmişdim; yenidən sevimli Vensan 

ol muşdum; və nəhayət… özümlə sülh şəraitində yaşamağa 

başlamışdım. Bundan da pisi o idi ki, özümü xoşbəxt hiss 

edir dim... Halbuki bu, mənim istəyimə qarşı idi. 

İlk dəfə idi hiss edirdim ki, xoşbəxtəm, ya da, ən azı, 

qayğısız həyatımdan zövq alıram. Yeddi il ər zin də  mən 

risk etmək meylimi itirmişdim,  əvəzində boyun 

du ruq-


la gəzməyi öyrənmişdim; anadangəlmə  şadlığımı, sa-

də lövh lü yümü, həyat eşqimi (hər halda, bu, yuxuda ol-

muş du, yu xuda!) itirmişdim, təmkin, ironiya və laqeydlik 

on la rı  sı xış dırıb içimdən çıxarmışdı. Üç səxavətli insan 

yı ğış say dı, yalnız və yalnız  şöhrətpərəstlik, eqoizm və 

qə rəz lə si lahlanmış Loransın qurduğu planları dağıda bi-

lər di. Hal 

buki onun vəhşicəsinə  və  çılğın mülkiyyətçilik 

yan ğı sı bu hissləri də onqat artırırdı; və  bədbəxtlikdən, o 

hiss, ümu miy yətlə, mənə aid deyildi. Mən yalnız bir şey 

is tə yir dim – təsir altına düşməmək. Amma necə?  İs tə ni-

lən halda bizim gücümüz bərabər deyildi: xeyir qüv və lə-

ri nin zəifliyini və  işə yaramadığını görmək çox acı dır;  şər 

qüvvələrinin köməyinə müraciət etməyə isə ha zır laş mır-

dım; bundan başqa, rəqiblərdən biri silahı ilə özünü yara-

la yır sa, döyüş ədalətli ola bilməz… 

Yazı makinasının qonşu otaqdan gələn sevinc dolu 

tıq qıltısı birdən-birə  mənim tutqun fikirlərimi ürküdərək 

da ğıt dı. Həyəcanlanmış  və enerji dolu Odil məktubları 

araş dırmaqla məşğul idi, daha doğrusu, mənim mək tub la-

rı mı. Mən otağa girdim.

– Salam,  –  şən halda dedim, – əziz Odil, bilirsiniz ki, 

artıq sizdən nə hörmət, nə də katibə xidməti gös tər mə yi-

ni zi tələb etməyə haqqım çatmır? Mən bütün əmlakımı və 

1

  Tomas Uoller Fets (1904–1943) – amerikalı caz müğənnisi, piano-



çu, orqan ifaçısı


BOYUNDURUQ

91

hü quqlarımı Loransa vermişəm.  Əvvəlki vəziyyətimə  gə-



lin cə, bunu artıq onunla müzakirə etməlisiniz.

– Nə? Siz nə danışırsınız?

Axşam sərxoş olmuş adamın qulaqları üçün Odilin sə-

si həddindən artıq aydın, cingiltili, hətta sərt çıxırdı. Odil, 

az qala, ağı dediyi vaxt ərzində  mən  əlimlə başımı tut-

muş dum:


– Axı necə ola bilər? Zarafat edirsiniz? – o, çox məyus 

gö rü nürdü. 

Mən isə təntənəli şəkildə elan etdim:

– Bu, mənim edə biləcəyim ən kiçik iş idi... Odil, özü-

nüz fikirləşin bir… yeddi ildə arvadıma hansı məbləğə başa 

gəl mişəm.

Odil qıpqırmızı  qızardı; sonra qələmini gözümün qa-

ba ğın da silkələyərək öyüd-nəsihət dolu səslə danışmağa 

baş ladı; bunu ondan qətiyyən gözləmirdim.

– Şəxsi planda Loransa nə borclu olduğunuzu bil mi-

rəm, pul məsələlərinə gəlincə, həqiqətən də, milyon dol-

lar qazanmısınızsa – o, mənə elə belə də demişdi...

– Doğrudur, – kədərlə təsdiqlədim, – milyon dollar!

– Neyləmək olar, bu, o deməkdir ki, siz ona hesabla… 

ay da, təxminən yeddi yüz frank qaytarırsınız. Deməli, be-

lə, siz heç vaxt Loransa baha başa gəlməmisiniz.

– Necə yəni?

Odil heç vaxt belə özünəinamlı  və  hər  şeyi bilən 

adam kimi danışmamışdı:

– Gəlin hesablayaq. Əgər bir dollar altı franka bə ra bər-

dirsə, sizin milyon dollarınız altı milyon yeni frank de mək-

dir. Bu məbləği yeddiyə bölürük, daha doğrusu, yeddi ilə 

– sə kkiz yüz əlli min frankdan bir qədər çox alınır; indi də 

onu on ikiyə bölürük – təxminən ayda yetmiş min frank 

alı rıq. Hə, düşünmürəm ki, siz özünüzə, ya da Lorans sizə 

bu qədər pul xərcləmiş olsun. Yox, dəfələrlə az olub!

Mən güldüm: nə desən gözləyə bilərdim, amma belə 

bir şeyi – heç vaxt!

– Bu  barədə heç fikirləşməmişdim, amma… yəqin ki

elə belədir. Bəs həqiqətdə  hər ay Loransa neçəyə başa 

gəl mi şəm? Əlbəttə ki, təxmini…

– Dəfələrlə az məbləğə! Hə… dəfələrlə az, – ciddi gör-

kəm almış Odil həyəcanlandı, – gəlin hesablayaq…



FRANSUAZA SAQAN

92

Odil hesab makinasından yapışmışdı ki, onu da 



yan-

dırdım:


– Yox,  lazım deyil! Zarafat edirdim... Doğrudan da, 

za ra fat edirdim. Hər halda, Odil, mən çox şadam. De mə li, 

Lo ran sın nəinki xoşbəxt nikahı, həm də əlverişli söv də ləş-

mə si var. Neyləmək olar, bu daha yaxşıdır. Əgər mən əl-

ve riş li kapital qoyuluşuyamsa...

Odil məyus-məyus başını  aşağı saldı – ya pərtlikdən, 

ya da qorxudan...

– Vensan,  mən bunu sizə dostluğumuz xatirinə 

dedim...

– Çox  lütfkarsınız,  əziz Odil və  mən sizə  dəhşətli də-

rə cədə minnətdaram. Təbii ki, Loransa bu barədə bir kəl-

mə belə deməyəcəyəm. Ən pis halda, əgər la zım gə lərsə, 

yalandan deyərəm ki, özüm hər şeyi he sab la mışam.

Biz susduq; nəhayət, Odil qərara gəldi:

– Vensan, sizə demək istəyirdim ki… Lorans bütün qa-

dın lar kimi bankdakı hesabı sizdən hədiyyə olaraq qəbul 

et məyə üstünlük verərdi… amma bu… necəsə insafsızlıqdır! 

Heç şübhə etməyin, bu məsələdə bütün qadınlar bir-bi ri-

nə bənzəyirlər. 

– Bircə  mənim arvadım yox! Lorans belə deyil! Mən 

nadir bir insanla evlənmişəm, – mən altruist

1

 kimi onun 



sö zü nü kəsdim – ümid edirdim ki, ailəni dolandıran qa-

dın ların böyük əksəriyyəti öz ərlərini bəsləyir və əzizləyir, 

daha onları öz nökərlərinə çevirmir. 

– Bəs niyə sizin uşaqlarınız yoxdur? – artıq otaqdan 

çıx dığım vaxt Odil soruşdu.

Mən cavab vermədim. Bu sual dünən verilsəydi, bəl-

kə  də, «biz bu barədə düşünürük», deyərdim; amma bu, 

hə qi qət deyildi. Biz bu barədə heç vaxt fikirləşməmişdik. 

Ya da daha doğrusu, Lorans özü hər  şeyi fikirləşmişdi və 

qə rara almışdı ki, qoy lap balaca olsun, amma daha bir 

oyun cağa ehtiyacı yoxdur; bir böyük oyuncaq da ona bəs 

edər.


Ola bilsin, o, balaca oyuncağın gözəl olacağından və 

bö yük oyuncağın diqqətini özünə  cəlb edəcəyindən qor-

xur du. Bir də onun ailəsində kasıblardan uşaq dünyaya 

1

 Altruist – öz mənafeyini unudub başqalarının qeydinə qalmaq, 



baş qalarına təmənnasız yardım etməyə hazır olmaq


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə