«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə27/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   23   24   25   26   27   28   29   30   ...   212

FRANSUAZA SAQAN

84

«Aman Allah, – yorğun halda fikirləşdim, – dalaşmaq 



la zım gələcək...» Bundan qaçmaq üçün nəsə fikirləşib tap-

ma ğa çalışdım; amma baş verənlərə  əsəblərim məndən 

da ha tez reaksiya verdi; yumruğum Qəpik-quruşsuzun 

çə nə si ni tutmadı,  əvəzində almacıq sümüyünə  dəydi. O, 

ye rin də yırğalanaraq geri çəkildi, sonra da çığırmağa baş-

la dı: «Sa kit, sakit, qoçaq! Hə, indi sən də özünü gözlə!» 

Ar tıq hədə-qorxu yersiz idi, çünki Qəpik-quruşsuz pa la zı-

nın üstünə yıxılmışdı; bu palaz artıq onun gözünə əvvəlki 

kimi yumşaq görünməyəcəkdi.

– Bu, sizə baha başa gələcək! – o, şəhadət barmağını 

sil kələyərək xırıldadı.

Mən də, öz növbəmdə, gülə-gülə ona öz barmağımı 

yellədim.

– Hə, bunun, həqiqətən də, mənə baha başa gə lə cə-

yi ni blirəm, – mən onun ağzını əyib cinləndirdim.

Çıxıb gedərkən idarənin işçilərinin məni necə hey-

ran lıq, hətta minnətdarlıq dolu baxışlarla yola saldıqlarını 

gör düm. Qapını arxamca bərk-bərk bağladım, halbuki bu-

ra işlərim, layihələrim haqqında danışmaq üçün hamı ki mi 

tez-tez gedib-gəlməli olduğumu düşünürdüm... Kon 

tor! 

Mə nim, az qala, öz kontorum olacaqdı! Bu nə cə fən gi yat-



dır belə!..

Yaxınlıqdakı kafenin terrasında  əyləşib  əsl kişi kimi 

vis ki sifariş verərkən də bu kiçik toqquşmadan sonra ürə-

yim hələ sakitləşməmişdi.  Əgər nə vaxtsa əlimə dü 

şər-

sə, Ksavye Bonnaya da birini ilişdirməliydim. Bunu yad-



dan çıxarmaq olmazdı! Amma bu məsələdə özümə o 

qə dər də inanmırdım: özümdən çıxdığım anlar nə zə rə 

alın mazsa, pis şeylər yadımda o qədər də çox qal 

mır; 


mə sə lən, qayınatamın klerklərinin qalib gəldiyi za val lı Qə-

pik- qu ruşsuza artıq yazığım gəlirdi; Ksavye Bon na nın da, 

de mək olar, münasibəti eyni idi: planlarının darmadağın 

ol ması onu elə aciz halda yalan danışmağa vadar etmişdi 

ki... Bununla belə... Zərbə  zərbə dalınca gəlirdi və  uğur 

göz görə-görə məni tərk edirdi. 

Qarsonu çağırdım.  İkinci qədəh üçüncüdən daha pis, 

üçün cü isə dördüncüdən daha pis getdi... Uzun sözün 

qı sa sı, saat dördə yaxın «Fuke»nin terrasında  əməlli-başlı 

sər xoş olub oturmuşdum və bundan dəhşətli dərəcədə 




BOYUNDURUQ

85

ra zı idim. İndi gözdə-qulaqda olmaq lazım idi ki, bu və-



ziy yət də yanlışlıqla evə gedib çıxmayım: içkidən sonra 

elə mehriban olur, insanları elə sevirdim ki… Bu halda, yə-

qin ki, günahlarımın bağışlanması üçün yalvaracağım və 

üstünə  şəfqət yağdıracağım Loransın ağuşuna atı la caq-

dım. İçimdə isə bir şey bunu qətiyyən etməyim deyə mə-

nə xəbərdarlıq edirdi. 

Koriolanın barına yollana bilərdim, amma bircə  də-

fə  də olsun orada olmamışdım; yəqin, ona görə ki, Ko-

rio la nın özü bunu istəməmişdi. Yəni... neyləmək olar... 

kü çə də oturub qaldım; başqa dostlarım yox idi (onların 

ha mı sı nı Lorans pərən-pərən salmışdı), rəfiqələrim də, tə-

bii ki, həmçinin. Valideynlərimin yeganə  oğlu idim; on lar 

hə yat dan gedəndən sonra evdən kənarda özümə yer ta pa 

bil mirdim. Düzdür, dəlisov məşuqələrim vardı,  ək sə riy-

yə ti də Lo ransın tanışları idi; amma onlarla da artıq iki-üç 

ilə yaxın idi görüşmürdüm, çünki Lorans macəralara olan 

hə və simi də keyləşdirmişdi. Kazinoya yollanmaq olar-

dı, amma heç kim mənə lazım olan məbləği təminatı ol-

ma yan çeklə verməzdi. Mənim isə yalnız viskinin pulunu 

ödə mə yə pulum çatardı. 

Səxavətlə qarsona çaypulu verdiyim vaxtlarda – hələ 

var lı ikən Koriolana bağışladığım beş yüz franklıq çekin 

ci bim də qaldığını gördüm. Axı bir vaxtlar varlı idim! Ola 

bilsin ki, bu vəziyyətimdən o qədər də çox ləzzət ala bil-

mə dim, amma belə bir şey hər adamın qismətinə düşmür. 

Ehtiyatla ayağa qalxdım və  əmin oldum ki, alkoqola 

dö zü müm elə də pis deyilmiş: özümü düz tuturdum, ba-

şım azca yana əyilirdi; lap Alkaponeyə oxşayırdım, təəs-

sü rat mükəmməl olsun deyə bircə  şlyapam çatışmırdı. 

Mən də dükana yollanıb  şlyapa aldım; bundan sonra ci-

bim də yeddi yüz frankdan bir az artıq pulum qalmışdı; 

yeni dən öz yerimə qayıtdım. Yox, bu pullarla qətiyyən 

evə get mək olmazdı: astanadan ayağımı içəri qoyan kimi 

Lo rans la atası, əlbəttə ki, onları əlimdən alacaqdılar. «Yox, 

bu də fə onlar məni soya bilməyəcəklər... – mızıldandım, – 

bu lap ağ olardı... Yox, bircə bu gün yox!»

Kafedən çıxaraq maşınımı tapmağa çalışdım, amma 

ta pa bilmədim; əvəzində gözəl bir qızla qarşılaşdım; belə 

de mək mümkünsə, yüngülxasiyyətli bir qızla. Hələ ki da-



FRANSUAZA SAQAN

86

nı şa bilirdim və o, mənə öz tarifini söyləməyə imkan tap-



ma mış, təşəbbüsü öz əlimə almaq qərarına gəldim.

– Mənim yeddi yüz frankım var, – ona yaxınlaşaraq 

söy lədim.

– Mənim isə,  əksinə, pulum yoxdur, – o çox sevimli 

bir şəkildə cavab verdi və mən onunla birlikdə evinə yol-

landım.


Caninlə iki gözəl saat keçirdim. Lorans belə bir sər-

bəst liyə qətiyyən imkan verməzdi; həm də mən artıq xey-

li müddət idi şiddətli həzzin nə demək olduğunu yaddan 

çı xar mışdım. Canin hər  şeyə icazə verirdi, ona görə  də 

tək cə sevinc dolu azadlıq hissinin qayıtdığını deyil, həm 

də  məhəbbət oyunumuzda yenidən güc topladığımı hiss 

edir dim;  əgər Lorans məni bu məsələdə  də saxlayır və 

ida rə edirdisə, yaddan çıxartmaq olmazdı ki, heç mən də 

həz zin bütün ehkamlarını onun qarşısında taybatay aç ma-

mışdım. 


Şərabın təsiri altında idim, rəfiqəmlə münasibətdə isə 

təpədən dırnağa kimi zəriflikdim; elə o da mənim ürək-

dən söylədiklərimi iltifatla qəbul edirdi. Ondan qə tiy yən 

ayrılmaq istəmirdim: bir çox kişilər məhəbbət oyun la rın-

dan sonra özlərini yorğun hiss edirlər, məndə isə heç vaxt 

be lə olmurdu. Qəhvəyi rəngli palazı, xırda rəng li çi çək ləri 

olan yaşıl pərdəsi, eyni ruhda düzəldilmiş ara 

kəs mə ləri 

olan bu alaqaranlıq otaq Raspay bulvarındakı  mən zi li miz-

dən qəşəng olmasa da, xoş təsir bağışlayırdı. Bununla be-

lə, Canini tərk etməli, avtomobilimi axtarıb tapmalı idim, 

bu na isə, az qala, bir əsr zaman sərf etməli oldum.

Koriolan dükandan saat altıda çıxırdı, mən isə bundan 

bir qədər əvvəl maşını ora yaxın yerdə saxladım. O, vax-

tın da çıxdı; mən şlyapanı gözümün üstünə salıb qa zı bas-

dım. Koriolan qapıya tərəf  əyilərkən təəccüblə qaş la rı nı 

dartdı:

– Nə oyun çıxarırsan?



– Al Kapone oyunu. Bircə məni ayaq üstə olanda gö-

rəsən...


– Sən ki əməlli-başlı sərxoşsan! – o, ancaq ölümə məh-

kum olunmuş adamın otura biləcəyi yerə əyləşərək de di. 

Əslində, mən artıq ayılmışdım. Koriolanla birlikdə 

«Lyon de Belfor»a çatanda öz fərəhli vəziyyətimi yenidən 




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə