«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə24/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   20   21   22   23   24   25   26   27   ...   212

BOYUNDURUQ

75

Banka  gedirəm, – deyib ayağa qalxdım, qapıya tə-



rəf çevrilmişdim ki, birdən-birə xatırladım, – hə, yeri gəl-

miş kən, bu hesabı ləğv etməmişdən əvvəl gəl birlikdə bir 

qəbz imzalayaq, yeganə bir qəbz; elə bir qəbz ki, orada 

sə nə mənim imzam gərək olacaq... Budur…

Mən əlimin altında olan çeklərdən birini ona uzatdım; 

bu nu dünən bankda mənə vermişdilər. Lorans çekə göz 

atıb qaşqabağını salladı.

– Üç yüz min! Üç yüz min franklıq çek? Yeni pulla? – o 

«yeni pulla» sözünü qəribə  tərzdə vurğuladı, sanki, ağlını 

itir miş, əyalətdən gəlmiş köhnə fikirli bir xalayla danışırdı; 

belə xalalara istənilən mərifətli ailədə rast gəlmək olar.

– Təzə pulla! Hə, hə,  əlbəttə, təzə pula, – deməyim 

az mış kimi başımla da təsdiqləyib gülümsədim; amma 

ey ni zamanda da özümü elə hiss etdim ki, sanki, gü lüm-

sə mir, dişlərimi qıcayıram.

– Nəyinə lazımdır ki?

O, elə bir şən təəccüblə soruşdu ki, mən də  məcbur 

olub onunkundan da artıq şən səslə cavab verməli oldum; 

bi zim birlikdə bu talesiz çeki ələ salaraq necə  qəhqəhə 

çək di yi mizi gözlərim önündə canlandırdım.

– «Steynvey» almaq istəyirəm... Sonuncu buraxılışını... 

Onun səsinin necə gözəl olduğunu təsəvvür belə edə bil-

məz sən! Bu arzunu, bu yanğını, bu həsrəti artıq on ildir 

ürəyim də bəsləyirəm, – ümidlə əlavə etdim və fikirləşdim 

ki, bu pafos ona inandırıcı görünəcək.

Görəsən, bütün bu köhnə heyrətamiz sözlər hara yoxa 

çı xıb; indi onların, heç olmasa, kimin üçünsə  əhəmiyyəti 

qa lıb mı? «Bəsləmək»... bəlkə, bu sözün arxasında elə bir 

şey gizlənib ki, ondan gələcək yarana bilər?!. Belə bir op-

ti mist tale qədər...

Bəlkə  də, dünən bizi yandıran reallıq artıq onun ürə-

yin də sönmək üzrə idi… ya da gizli bir dəliliyə çev ril miş-

di... Yəni dilimi işə salmaq üçün uğursuz zaman seç miş-

dim: Loransın çox sevdiyi «mimika kokteyli» artıq sifətinə 

çök müş dü; o, üzünə kədər və mərhəmətqarışıq ifadə ver-

mə yi çox xoşlayırdı. 

– Niyə bu barədə mənə heç nə deməməlisən?

Mən məsdər  şəkilçisinin xüsusi ağırlığını hiss etdim; 

be lə dedikdə bu ifadə daha ağır səslənirdi; halbuki Lorans 



FRANSUAZA SAQAN

76

sua lı keçmiş zamanda da qura bilərdi: «Nə əcəb bu barədə 



mə nə heç nə deməmişdin?»

Bir sözlə, xəyal hər dəqiqə  məni haralarasa dartıb 

apa rır, nə illah edirdimsə, fikrimi cəmləşdirə bilmirdim.

– Axı çox bahalıdır! – izah etdim, – ah, bağışla, sənin 

qə ləmin yoxdur.

Mən özündənrazı görkəmlə  qələmimi ona uzatdım, 

san ki, imza atmağı uzatmasının səbəbini indicə başa düş-

müş düm. Vurnuxa-vurnuxa gah sifətinə, gah da saata 

bax dı ğım müddətdə Lorans çeki artıq yüzüncü dəfə idi 

oxu yur du. Halbuki tələsdiyimi hiss etdirmək üçün əllərimi 

də ovuş dur mağa başlamışdım.

Elə bu vaxt… qəfildən başa düşdüm ki, nifrət nə de-

mək dir.  İçimdə  qəribə bir dalğa baş qaldırdı, beynimə 

vur du, sonra da qulaqlarımı batırdı. Sanki, iki bir-birinə 

zidd impuls bütün bədənim boyu gəzişdi; biri məni qar-

şım da  əyləşən iyrənc varlıqdan, məni alçaldaraq göz 

lə-

mə yə vadar edən insandan uzaqlaşdırmağa çalışır, ikincisi 



isə ona tərəf dartır, onu bu təmtəraqlı çarpayıda  əzməyi, 

lay lay deyə-deyə boğmağı  əmr edirdi. Ürəyim tez-tez 

dö yün məyə başladı, təpədən-dırnağa gərginləşdim. Yox… 

bu, səthi və tez də ötüb-keçən hiss deyildi. Qollarım bo-

şal mış dı; mənə elə gəlirdi ki, onlar cansızdı, sallana qalıb, 

daha heç nəyə yaramır və  əldən düşmüş qocanın qolları 

ki mi süstləşib; amma səhv etmişdim… onlar yavaş-yavaş 

can lan mağa başladı, mən artıq əlimi tərpədə də bilirdim; 

don muş barmaqlarım yavaşca aralanmağa başlayırdı; bu 

vaxt qəribə bir hiss keçirirsən; sanki, dərinlə bədənin ara-

sın da xoşagəlməz bir boşluq var və o, varlığını gözə sox-

maq üçün dayanmadan qışqırır.

Mən yenidən hisslərimə necə hakim kəsildiyimi diq-

qət lə müşahidə edirdim; bu köhnəlmiş ifadənin mənim 

üçün qeyri-müəyyən olan əsl mənasını yalnız bu gün də-

qiq lik lə başa düşməyə başlayırdım; çünki özümlə məş ğul 

olduğum bir vaxtda Loransın «Yox!» sözünü güclə  eşit-

dim. Nifrətimi gizlətmək üçün üzümü yana çevirdim və 

elə be lə cə – arxam ona tərəf donub-qaldım; sanki, qa çıl-

maz bir şeylə barışmalı olmuşdum; yəqin ki, bütün kə lək-

lə rinə baxmayaraq, müharibə başladığı zaman diplomatlar 

bu na bənzər hisslər keçirirlər.




BOYUNDURUQ

77

«...Nə olursa qoy olsun!» – mən baş verən  şeylə ba-



rış dım, amma yenə də axıra qədər inana bilmirdim: doğ-

ru danmı, o, mənim pullarımı  mənə verməkdən imtina 

edir?! Özü də hansısa  əşyanın alınmasına xərclənəcəyini 

bi lə-bilə. Bu, mənim üçün ağır olmaqdan başqa, həm də 

ma raq lı idi; sanki, bu ani, amma güclü tutma nəticəsində 

içim dəki sarılıq bütünlüklə axıb bayıra tökülmüşdü. 

– Ciddi sözümdür… Başa düşmürəm, «Pleyel»in nəyini 

bə yən mirsən ki?..

Lorans təəccüblə elə soruşurdu ki, sanki, «Pleyel»in 

ad lı-sanlı dul xanımı idi və şəxsən özü tamahkar alıcıların 

qar şısında dayanaraq özünü müdafiə etməyə çalışırdı.

– Bağışla, – əsl bilici görkəmi ilə etiraz etməyə baş-

la dım, – mən ki səndən nə üçün «Trua kartye»dən deyil, 

«Şa nel»dən geyinməyə üstünlük verdiyini soruşmuram… 

in san dan bu cür izahatlar tələb etmirlər.

Mən artıq sərhəd boyu apardığımız «döyüşdən» yo rul-

muşdum; amma hiss edirdim ki, Lorans əlini adyalın üs-

tün də döyəcləyə-döyəcləyə bu sözləri söyləyəndə  məni 

tə ləyə salmağa çalışır:

– Əyləş burada, Vensan! Hə, gəl görüm...

Mən ehtiyatla əyləşdim və bir anlıq düz onun göz lə-

ri nin içinə baxdım; bu gözlər həyəcanlı, dinməz, öl dü rü cü 

və gözqamaşdırıcı idi; sanki, faralarının işıqlarını tən zim lə-

mə miş avtomobil gecə qaranlığının içindən qəfildən sıç ra-

ya raq düz mənim üstümə gəlirdi.

– Vensan, mənə bax, xahiş edirəm!

O, başımı qolları arasına alıb özünə  tərəf çəkdi;  əgər 

is tə səydim, mən öz Loransımı caynağıma keçirə bilərdim. 

Özü mü saxlaya bilmək üçün elə bir güc sərf etməli oldum 

ki, bu, insanın qüvvəsindən uzaq idi… O, açıq-açığına kə-

lək bazlıq edirdi. Bizim bir-birinə bu qədər yaxın,  əslində 

isə  həddindən artıq uzaq olan baxışlarımızdakı yalançı 

açıq lıq və düzgünlükdə hər şey o dərəcədə ağır, vulqar və 

süni idi ki, özümdən asılı olmadan kəskin hərəkətlə Lo ran-

sı özümdən uzaqlaşdırdım… və ilk dəfə idi belə edir dim.

– Məncə, bəsdir! Ya mən öz pullarımla «Steynvey» alı-

ram, ya da biz bir daha bu haqda danışmırıq. Əgər is tə yir-

sənsə, bütün məbləğə atan üçün çek yazım.

– Vensan,  mənim buna haqqım yoxdur! – o, yalvarış 

do lu səslə inildədi, – bütün pullarını, Allah bilir, kimlər 




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə