«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə23/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   19   20   21   22   23   24   25   26   ...   212

FRANSUAZA SAQAN

72

Koriolan çiyinlərini çəkib üzünü çevirdi. Sonra hər şey-



dən iyrənən adam görkəmi ilə kağızları mənə uzatdı, çiy-

ni mi  şappıldatdı  və yorğun,  əldən düşmüş halda stulda 

yeri ni rahatladı.

– Saat neçədir, – soruşdum.

– Yoxsa elə beləcə… sakitcə ailə ocağına qayıtmaq fik-

rin də sən? – Koriolan, sanki, səksəndi.

– Bəs sən nə gözləyirdin?

– Daha  sənə sözüm yoxdur! Yadında saxla ki, bütün 

bun la rın baş verəcəyini əvvəlcədən görürdüm. Amma dü-

zü nü deyim ki, sən öz rəftarınla hətta məni belə hey rət-

lən di rə bildin.

Onun reaksiyası  mənə  qəribə göründü; sonra dü-

şün düm ki, bəlkə  də, evdən getmək üçün əlimə bundan 

yaxşı bəhanə düşməyəcək; indi biz Koriolanla birlikdə xoş 

və sakit həyat yaşaya bilərdik; eyni zamanda o da ağlıma 

gəldi ki, qaçmaq yox, əksinə, mübarizə aparmaq lazımdır. 

Mən Koriolanın nəyi nəzərdə tutduğunu gözəl başa dü-

şür düm. O, mənim yerimdə olsaydı, həyəcan təbili çalar, 

kö nül lü sürgünə yollanardı. Amma… Şübhəsiz… mən qə ra-

ra gəlməli idim.

Mən praktik xasiyyətə malik adamam: cibimdə 120 

frank pul var; pijamam, hələ diş  şotkamı demirəm, evdə 

qal mış dı; bütün bunlar bir yana, gecə qalmaq üçün hara 

ge də bilərdim ki? Hansısa qorxunc mehmanxanaya? Ət-

raf da olanların hamısı artıq bağlanmışdı... Digər tərəfdən 

də, düşünəndə ki səhər acınacaqlı  və bumbuz, soyumuş 

otaq da yuxudan ayılırsan... Yox, bu, qətiyyən mənə gö-

rə deyildi. Geri qayıtmalı, Loransa onun miskin və  şə rəf-

siz üsul larını başa düşdüyümü anlatmalı, dərhal yeni oyun 

qay da ları müəyyən etməliydim: o, mənə pullarımı is 

tə-

diyim kimi xərcləməyə mane olmamalıdır. Amma uzun 



müd dət özümü təhqir edilmiş adam kimi apara bilmərəm: 

da yan madan narazı adam rolu oynamaq da mənə görə 

deyildi; sadəcə, buna gücüm yetməzdi. Hər halda, heç 

vaxt bu rolda uğur qazana bilməmişdim.

Koriolan bunu çoxdan bilirdi; onu da bilirdi ki, böyük 

qal ma qal qoparmaq əlimdən gəlmir; yeri gəlmişkən, on-

da bu çox gözəl alınardı.

Hər zaman olduğu kimi, hamı  mənim haqqımda hər 

şe yi  əvvəlcədən bilirdi… Atacağım addımları proq noz laş-



BOYUNDURUQ

73

dır maq mümkün olduğu üçün bu, mənə yeni hərəkət is-



ti qa məti müəyyənləşdirməyə mane olurdu, daha dəqiq 

de səm, məni nə isə fikirləşib tapmaq zərurətindən azad 

edir di. 

Bundan başqa, Loransı atmaq yox, öz yerində oturt-

maq istəyirdim. Nəyə görəsə əmin idim ki, onu çox asan-

lıqla barmağıma dolaya bilərəm. Hə, mən Loransı pis ta nı-

yır mışam... Qətiyyən ağlıma gəlməzdi ki, «xahiş edi rəm, 

qazandığım pulları  mənə ver» sözlərimə o, «yox, on 

la-

rı özümə saxlamaq qərarına gəldim» cavabını verə bi lər. 



Mə gər artıq çoxdan birlikdə yaşayan, eyni yatağı bö lü şən, 

bir-birinə  nəvaziş dolu sözlər söyləyən insanlar ara 

sın da 

belə bir şey baş verə bilərdimi? Doğrudanmı, be lə  hə ya-



sız lıq etmək mümkündür? Axı Lorans özünün «əxlaqlı qa-

dın» adını hər zaman xüsusi dəyərləndirirdi...

Mən hər  şeyi ölçüb-biçdim və elə bu axşam, is ti-is ti 

onunla danışmaq həvəsimi itirdim. Buna gü cüm yet məz-

di. Yox, indi gedib studiyamda yatağa uzanacağam, mə-

sə ləyə isə  səhər tezdən girişəcəyəm; onunla mehriban, 

am ma kəskin danışacağam.

Mənzilə barmaqlarımın ucunda girdim, Loransın evdə 

ol madığını biləndə rahat nəfəs aldım; onun bric oyunu 

bə zən gecəyarısına qədər uzanırdı; sonra yatmaq üçün 

ota ğı ma yollandım.  İstənilən halda Lorans mənim hansı 

qə ra ra gəldiyimi bilmirdi: axmaqlıq etmirəm, amma aşıb-

da şan qürurum üzündən onun əlimdən almaq istədiyi şeyi 

ona bağışlayıram. Bax belə… nəticədə – o, məndən qat-

qat aşağı səviyyədədir. Öz-özümə «nə çılğınlıq etmək, nə 

də başqa bir oyun çıxarmaq lazım deyil», – deyə-deyə, 

de mək olar, o dəqiqə də yuxuya getdim. 

Amma gecənin bir yarısı soyuq tər içində ayıldım. Nə 

üçün cə zalandırıldığımın səbəbini başa düşmüşdüm: mən 

var lı lar tayfası ilə qaynayıb-qarışmaq istəmişdim. Bu is-

təyin ürəyimdə cəmi on dəqiqə yaşamış olması bir o qə-

dər də vacib deyildi… Özü də bu, o vaxt baş ver miş di ki, 

kos tyum geyinib ciddi görkəm alaraq mənə yeni dən hör-

mət etməyə başlayan qayınatamla çiyin-çiyi nə da yan mış 

və ban kirin mənə tuşlanmış  rəğbət dolu baxışları altında 

özü mü qətiyyətli, özündənrazı, ləyaqətli, komfortlu və tə-

pə dən-dırnağa təhlükəsizlikdə hiss etmişdim. 



FRANSUAZA SAQAN

74

Özümü «vacib» adam kimi hiss etmişdim. Gon bul ban-



kir mənə pul borc verməklə  nə  qədər faiz qa 

za na ca ğı nı 

izah edərkən bu, mənə, demək olar ki, maraqlı gö rün müş-

dü; hə, doğrudan da, alverçilər bu dəfə  məni yol dan çı-

xa ra bil mişdilər, halbuki düz yeddi il onların ara sın da ya-

şa mış dım... özü də, azacıq da olsa, qaynayıb-qa rış ma dan…

Beləcə, ilk səhvimi buraxdığım yerdəcə  cə za lan dı rıl-

mış dım; məni pullar cəzalandırmışdı (çox iyrənc sözdür, 

hət ta  şlyager sözündən də iyrənc); bununla belə, hansısa 

mə qam da onlara inanırdım; inanırdım ki, artıq onlara əlim 

ye tir; amma necə deyərlər, bank verdi, bank da aldı. 

Günorta Loransın otağına yollandım; çarpayıda otur-

muş du… bizim çarpayıda… dizinin üstündə məcməyi vardı, 

o isə suxarı xırtıldadırdı. 

Təzə-tər, qırmızıyanaq, insanı  həvəsə  gətirən bir qa-

dın; kö kəlməyə meyilli olan qarabuğdayı qadınlar yet kin-

lik ça ğında çox yaraşıqlı olurlar; onlar yaşları artdıqca daha 

da gö zəl ləşirlər; və mən təəssüf etdim ki, bu mənzərədən 

elə də tez-tez ləzzət ala bilmirəm (bunu etməyə nə mane 

olur du, başa düşmürəm). 

Otağa girəndə nə istədiyimi yenə də dəqiq bil mir dim, 

hal buki özüm üçün aydın və dəqiq bir məqsəd müəy yən-

ləş dirdiyimi xatırlayırdım.

– Salam,  əzizim, – o, əllərini uzatdı, mən isə başımı 

onun yumşaq və ətirli çiyinlərinə qoydum; bu doğma ət-

rin və üstümə yağan nəvazişlərin təsirindən bütün ən di şə-

lə rim yox olub getdi.

Düşündüm ki, axmaq bir fikrin təsirinə düşmüşəm, o 

fikir məni yoldan çıxarıb… bu, şöhrətpərəstlik azarıdır; di-

gər tərəfdən, yəqin ki, Lorans onu ata biləcəyimdən qor-

xub. Məni alovlu bir istək, ümid öz ağuşuna aldı; birdən-

bi rə arvadımın səfeh olduğunu yəqin etmək istədim; 

is tə dim  əmin olum ki, doğrudan da, o, səfehdir, özü də 

hər dən mənim hiss etdiyimdən də artıq dərəcədə  səfeh. 

Ona görə də qarşısında dübbədüz oturdum:

– Hə, nədir? Daha hirslənmirsən ki? Axı necə  ağlına 

gəl di ki, hansısa kassirin səni üzməsinə imkan verə bilə rəm? 

Onun sifətində heyrət və  hərislik, narahatlıq və nif rət 

kölgələri dolaşmağa başladı; nə üçünsə kədərlə gü lüm sə-

di və mən onun necə öz taleyindən şikayət edib ağlamaq 

is tə diyini hiss etdim.



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə