«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə28/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   24   25   26   27   28   29   30   31   ...   212

BOYUNDURUQ

87

bər pa etməyə çalışırdım.  İstəyimi başa düşən Koriolan 



gər gin halda gülümsədi: o, mənə pis xəbərlər gətirmişdi; 

mən onları dinləməkdən imtina etdiyim üçün o, yerini ra-

hat la dı  və zarafat etməyə başladı; bəli, Koriolan əsl dost 

idi! Bir də Canin mənim dostuma çevrilmişdi və bu ba rə-

də fikirləşərkən ruhumun necə isindiyini hiss etdim. Hə… 

Bir də kafenin sahibi Serj dostum idi... Bundan başqa, qa-

yı na tamın eşikağası – yaxşı adam Toma da vardı, am ma 

bədbəxtlikdən, o artıq dünyasını  dəyişmişdi! Mən qə bir-

üs tü mədhiyyəni xatırladım – bunu qulluqçusu üçün keç-

miş sahibi quraşdırmışdı – və böyük ruh yüksəkliyi içində 

Ko rio lana oxudum. Sonra şalvarımı  əynimdən çıxarmağa 

im kan verməmişdən əvvəl dəcəl uşaqlar kimi qayınatama 

han sı axmaqlıqları sayıqladığımı danışdım. Beləliklə  də, 

ka fe dəki publika, daha doğrusu, dörd iddiasız maymaq 

qar şı sında uğurum qüsursuz idi. Şam yeməyinə qədər ar-

tıq özümə gəlmişdim və evə, daha doğrusu, onun yanına 

qayıtmaq istəmirdim!

– Bilirsən, o, məni sevmir! Heç vaxt da sevməyib! – 

mən məhrəmanə  şəkildə Koriolana söylədim; o, bütün 

yax şı  cəhətləri ilə  bərabər, bir xüsusiyyəti ilə  də seçilirdi: 

heç vaxt «mən sənə  nə demişdim!» kimi məzəmmətlər 

sə viy yə sinə enməzdi, halbuki dəfələrlə bunun üçün əlinə 

yax şı fürsət vermişdim.

– O,  sənə bağlanıb, – dedi, – bu isə tamam başqa 

şeydir.

– Bəs xatırlayırsan... – mən üç il əvvəl musiqi ilə bağ lı 



qəzetlərdən birində  işləmək üçün dəvət aldığımı  və im-

tina etməyə məcbur qaldığımı xatırlatdım. Əlbəttə, bu sa-

hə də var-dövlət toplaya bilməyəcəkdim, amma qa zan cım 

ya şa mağa yetərdi; və nə baş verdi?! – Lorans pul qa zan-

ma ğa başlamamağım üçün əlindən gələn hər şeyi etdi. 

Mən Koriolanın yaddaşını oyatmaq istəyirdim.

– O vaxt nə fikirləşib tapmışdı? – o, viskini ağır-ağır 

qur tumlayaraq hər şeyi dinləməyə hazır adam görkəmi ilə 

so ruşdu.

– Appendisit! Appendisit! Bu işə razılıq verdiyim bir 

vaxtda onun tutmaları başladı, üstəgəl peritonit

1

  də bö-



1

  Peritonit – qarın pərdəsinin iltihabı.




FRANSUAZA SAQAN

88

yür dən çıxdı... Hətta klinikada da yatmalı olduq. Elə ki işə 



başqa birini götürdülər, hop… o, bir anın içindəcə sa ğa lıb 

ayağa qalxdı. O vaxt Loransın öləcəyindən çox qorx muş-

dum. Bunun mümkün ola biləcəyi faktının özü be lə  mə-

ni həyəcanlandırırdı. Onun ölümü fikrinin özünün mə nə 

necə ağır olduğunu xatırlayıram və bütün bu kimi şeylər... 

O vaxt o, mənim işləməyimi istəmirdi; indi isə gi ley lənir 

ki, heç yerə işə düzəlməmişəm... Belə olanda nə deyəsən 

axı?.. Bəlkə, harasa düzəlim? – mən vicdanlı kom 

pa ni-

yam dan soruşdum.



Koriolan laqeyd baxışlarla diqqətlə  əlinə baxırdı. Çiy-

nin dən tutub silkələdim:

– Hə, nə deyirsən?

– Bilirsən, indi o qədər işsiz adam var ki... – o mı-

zıl dan dı, – tanışlıq olmadan nə isə tapmaq üçün şansın 

yoxdur.


– Hər halda, sınamaq olar ki...

Bu istəyimdə  zərrə  qədər də olsa ağılsızlıq yox idi. 

Əgər səhər yuxudan durub bütün günü işləmək üçün ha-

rasa yollanardımsa, Lorans buna etiraz üçün nə söy 

lə yə 

bilərdi ki? Düzdür, bir məsələ vardı – canlı oyun ca ğı ol-



ma say dı, o, səhərdən axşama kimi nə ilə məşğul ola caq-

dı? Di gər tərəfdən də «Vensan» adlı bu oyuncaq sə hər lər 

elə  çə tinliklə yuxudan ayılır ki, bu detala əhəmiyyət ver-

mə mək olmaz. 

– Qulaq as, – Koriolan dedi, – gəl pis xəbər mə sə lə-

sinə qayıdaq. Mənim üçün tərtib etdiyin impressario mü-

qaviləsi ilə  Qəpik-quruşsuzun yanına getmişdim. Gö 

zü-


mün içinə baxa-baxa məni  ələ saldı.  İyirmi beş faiz – bu, 

qa nuna ziddir. Deyəsən, belə  həbsxanaya da yollanmaq 

olar. İndi o, ilk kağızı ələ keçirib və mən ondan on faiz be-

lə ala bilməyəcəyəm. Hələ bir işə bax ki, Qəpik-quruşsuz 

mənə lütf edib məhkəməyə verməyəcəyi ilə bağlı  əmin 

də etdi. 

– Qoy belə olsun. Yeri gəlmişkən, bilirsən, bu gün ona 

yax şıca ilişdirmişəm.

Kafeyə səpələnən müştərilər bu sözdən sonra yenidən 

bi zə tərəf axışmağa başladılar; mən «Delta Blüz»un zavallı 

direktoruna necə ilişdirdiyimi az və ya çox dərəcədə de-

tal lar la təsvir etdim, sonra da sözümü sentimental bir not-

la başa vurdum:



BOYUNDURUQ

89

– Sonra Caninin yanına yollandım ki, günümü yaxşı 



ba şa vurum.

Parisin küçə  həyatının necə cazibədar olduğunu ta-

mam yaddan çıxarmışdım. Yeddi il müddətinə bütün 

bun lardan yalnız ona görə məhrum olmuşdum ki, Lorans 

mə nim evdə olmamağıma çətin tab gətirirdi, böyük oyun-

ca ğı olmadan dəhşətli dərəcədə darıxırdı (sərxoş olan da 

bu ifadə mənə çox gülməli görünür). Amma mənim azad-

lı ğım və var-dövlətim Koriolanın uğursuzluğa uğ ra ma sın-

dan artıq heç cür asılı deyildi; indiki vəziyyətdə  gəlirdən 

iyir mi beş faiz götürülsün, ya on – fərqi yox idi.

– Bunu qeyd eləmək lazımdır! – dedim, – müsyö, ha-

mı nı qonaq edirəm.

Son pullarımı Caninə verdiyimi unutmuşdum.  İs tə di-

yin kimi yaşamaq yaxşı olsa da, ucuz deyil. Şükür Allaha 

ki, Ko riolan ayıq-sayıq idi: dünənki beş min frankdan, hər 

eh ti mala qarşı, bir az saxlamışdı. Mən  əllərimi ovuş dur-

dum:

– Deməli, bizim yüz min pulumuz qalır!



– Hə!

– Qoçaq, gəl xərcləyək! Sabah Evriyə gedirik! 

– Lonşana! – Koriolan sərt şəkildə dedi, – sabah bazar 

ertəsidir, at yarışları Lonşanda keçirilir, – onun gözləri par-

par yanırdı.

– Nə içəcəksiniz, müsyö? – xatırlatdım və biz qısa 

müd dət bəstəkar və impressario karyeramızdan həmişəlik 

im ti na etdik. 

Mən evə sərxoş qayıtdım. Mənzilin sakitliyi və ala qa-

ran lığı içərisində, demək olar, heç bir mebelə to xun ma-

dan özümü studiyaya sala bildim, amma otağımda yeni, 

nə həng «Steynvey»ə ilişdim; o, məni elə o dəqiqə  də 

hey ran qoydu, amma heyranlıqdan dərhal sonra içimdən 

sa rı bir bulantının necə axıb keçdiyini hiss etdim. 

Gözəl alətdir! Mən isə onun arxasına  əy ləş mə yə cə-

yəm də, sadəcə, barmaqlarımı dillərinin üstündə gəz di rə-

cə yəm. Səhər tezdən isə qapını döymədən Loransın ya taq 

ota ğı na girib arzulanan fortepiano ilə icazə verilmiş for te-

pia no arasında fərq olduğunu izah edəcəyəm. 

Elə belə  də edəcəkdim, amma yuxudan ayılanda o 

ar tıq çıxıb getmişdi. Mən studiyaya qayıdıb düz iki saa-



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə