E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə98/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   94   95   96   97   98   99   100   101   ...   106

bəyannaməni Sovet  İttifaqı hazırlamışdı. Bu bəyannamənin əsas 
müddəaları iki səpgidə ifadə olunurdu: 
-  Alman  xalqı  ilə  Hitler  iddiasmı  (onun  çağırışım) 
eyniləşdirmək  olmaz.  Onlara  qarşı  işğalçılıq  siyasəti  yeritmək 
olmaz; 
-Almaniyanın vahid, sülhsevər bir dövlət kimi inkişafına 
zəruri şərait yaratmaq lazımdır. 
Almaniya ilə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə 
1945-ci  il  iyul  ayının  17-dən  avqustun  2-dək  Almaniyanın 
Potsdam şəhərində Konfrans çağrılmışdır (çox vaxt  buna Berlin 
Konfransı  deyilir).  Konfransın  nümayəndələrinə  SSRI-  dən  İ.V. 
Stalin,  Amerika  nümayəndələrinə  Q.  Trumen,  İngiltərə 
nümayəndələrinə  U.  Çerçili  və  onun  müavini  K.  Ettli  başçılıq 
etmişlər. Berlin konfransının qərarına əsasən SSRİ, ABŞ, İngiltərə 
və  Fransa  Almaniya  üzərində  tam  işğalçılıq  rejimi  müəyyən 
edərək  vahid  idarəçilik  orqanı  (müttəfiq  Nəzarət  Şurası) 
yaratmışlar.  Üç  ölkə  hərbi  cinayətkarların  məsuliyyətə  cəlb 
edilməsini  tələb  edirdi.  İkinci  Dünya  müharibəsinin  əsl 
günahkarlarını müəyyənləşdirmək üçün SSRİ, ABŞ, İngiltərə və 
Fransa Beynəlxalq hərbi tribunal yaratmışlar. 
Hərbi  tribunal  1945-ci  ildə  noyabr  ayının  20-də 
Almaniyanın  Nyunberq  (Bavariya  torpağında)  şəhərində 
başlanmışdır.  Hərbi  tribunal  1  oktyabr  1946-cı  ildə  öz  işini 
qurtarmışdır.  Bu  prosesdə  12  nəfərə  ölüm  hökmü  verilmişdir  - 
Qerinq,  Ribbentrob,  Keytel,  Kaltenbrunner,  Razenberq,  Frank, 
Frik, Şter>ocer, Zukel, Yodlyu, Zeyss-İnkvart və Bormana. 
Aşağıdakılara  ömürlük  həbs  hölanü  verilmişdir:  Qess, 
Funk, Reder, Şpreer və Şirax 20 il, Neyrat  - 15 il, Denis - 10 il 
azadlıqdan məhrum edilmişlər. 
SSRİ,  ABŞ  və  İngiltərənin  hər  üçü  hərbi  cərimə  də 
almışlar, Almaniyanın hərbi-dəniz və ticarət donanması da bu üç 
dövlət  arasında  bölünmüşdü.  Ərazi  məsələlərinə  də  baxılmışdır. 
Bütün bunlarla yanaşı İtaliya, Finlandiya, Rumıniya, Bolqarıstan 
və Macarıstanla da sülh :müqaviləsi bağlanması 
112 


məsələsinə də baxılmışdır. Bu müqavilənin sənədlərini hazırlamaq 
üçün xarici işlər nazirlərinin şurası yaradılmışdır. 
Bütünlükdə  qeyd  etmək  olar  ki,  müharibədən  sonrakı 
tənzimləmələrdə  Potsdam  konfransında  qəbul  edilmiş  qərarların 
böyük rolu olmuşdur (istər Avropada və istərsə də bütün dünyada). 
Yaponiyanın  darmadağın  edilməsi.  SSRİ,  ABŞ  və 
İngiltərənin hökumət başçılarının 4-11 fevral 1945-ci ildə Krımda 
(Yaltada)  keçirilən  konfransında  bir  çox  problemlərlə  yanaşı 
Yaponiyanın  işğalçılığa  son  qoyması  məsələsi  də  müzakirə 
edilmişdir.  Qərara  alınmışdır  ki,  Almaniyanın  təslimçilik  aktı 
təsdiqləndikdən  üç  ay  sonra  Sovet  Hökuməti  Yaponiyaya  qarşı 
müharibə elan etmək zərurətində olmalıdır (hətta burada müəyyən 
şərtlər də qeyd edilmişdir). 
Odur ki, 9 avqust 1945-ci ildə Sovet Hökuməti Yaponiya 
ilə müharibəyə başladı (Bundan üç gün əvvəl avqust ayının 6-da 
Amerikalılar  Yaponiyanın  Xirosima  şəhərinə  atom  bombası 
atmışlar).  Elə  həmin  gün  -  avqustun  9-da  amerikalılar  Naqasaki 
şəhərinə atom bombası atmışlar. 
Beləliklə  cəmiyyət  -  dünya  belə  bir  təhlükəli  silahın 
şahidi  oldu.  Bir  tərəfdən  Yaponiyanın  bombalanması  və  digər 
tərəfdən  Uzaq  Şərqdə  SSRİ  -nin  müharibəyə  başlaması 
Yaponiyada hərbi işğalçılıq rejiminə son qoydu. Qeyd etmək olar 
ki,  Yaponiyaya  qarşı  nüvə  silahının  işlədilməsi  hərbi  cəhətə 
nisbətən daha çox siyasi əhəmiyyət kəsb edirdi. Bununla da ABŞ 
bütün  dünyaya  öz  gücünü  göstərmiş  oldu.  Beləliklə  2  sentyabr 
1945-ci  ildə  Yaponiyanın  təslimçiliyi  barədə  akt  imzalandı. 
Yaponiya  üzərində  qələbə  nəticəsində  Sovet  İttifaqı  Cənubi 
Saxalini  və  Kurş  adalarını  qaytarmış  oldu.  Beləliklə,  bu  iki 
təcavüzkar dövlət - Uzaq Şərqdə Yaponiya, Avropada Almaniya 
öz müttəfiqləri ilə tam iflasa uğradılar. 
Məğlub  dövlətlərlə müqavilə bağlanması. Məlumdur ki, 
Potsdam konfransının (1945) qərarına əsasən müharibədən sonra 
sülhün tənzimlənməsi üçün hazırlıq işləri aparmaq məq 
313 


sədi  ilə  Xarici  İşlər  Nazirlərindən  ibarət  Şura  yaradılmışdır.  Bu 
Şura  məğlub  edilmiş  beş  ölkə  -  İtaliya,  Finlandiya,  Rumıniya, 
Bolqarıstan  və  Macanstanla  sülh  müqaviləsi  bağlamaq  üçün 
(Parisdə)  6  sentyabr  1945-ci  ildə  (sülh  tənzimlənməsi  işinə) 
hazırlıq işinə başlamışlar. Aydındır ki, bir çox məsələlər üzrə fikir 
müxtəlifliyi yaranmışdır. Sülh müqaviləsinin mətninin müzakirəsi 
1946-cı ilin dekabr ayınadək davam etdirilmişdir. 
Sovet  nümayəndələri  məğlub  edilmiş  ölkələrin 
suverenliyinin  saxlanılması  və  heç  bir  iqtisadi  yolla  xalqın 
rifahına  təsir  etməməyin  tərəfdarı  olduğunu  bildirirdi.  Bütün 
bunlarla  yanaşı  Sovet  İttifaqı  bu  ölkələrdə  faşizmin  kökünün 
kəsilməsini  və  hərbi  kontingentin  sayının  azaldılmasını  tələb 
edirdi. Sülh müqaviləsinin hazırlanmasında əsas məsələlərdən biri 
də sərhəd məsələləri idi. Yunanıstanla Bolqarıstan, Finlandiya ilə 
SSRİ,  Macarıstanla  Rumıniya  arasındakı  sərhəd  məsələlərinə 
yenidən  baxılmışdır.  İtaliya  ilə  Yuqoslaviya  arasındakı  sərhəd 
məsələsində də ciddi danışıqlar olmuşdur. 
İqtisadi  sahədə  olan  fikir  müxtəlifliyi  daha  çox  hərbi 
cərimə  barədə  idi.  Məsələn  SSRİ  İtaliyadan  100  mln.  dollar 
cərimə istədiyi halda İngiltərə 2880 mln. funtsterlinq istəyirdi. Bu 
SSRİ-nin tələb etdiyindən 110 dəfə artıq idi (əslində İtaliya ordusu 
İngiltərənin  ərazisində  olmamışlar).  Parisdə  keçirilən  sülh 
konfransı 1946-cı ilin iyul ayının 29-dan avqust ayının 15- nədək 
bir  sıra  qərarlar  qəbul  etmişdir.  Bu  qərarlar  müzakirə  edilərək 
baxılmaq üçün xarici işlər Nazirləri Şurasının sessiyasına təqdim 
edilmişdir  (sessiya  1946-cı  ilin  axırlarında  Nyu-  Yorkda 
keçirilirdi). Beləliklə, İtaliya, Rumıniya, Bolqarıstan, Macarıstan 
və  Finlandiya  ilə  olan  sülh  müqaviləsi  10  fevral  1947-ci  ildə 
Parisdə imzalanmışdır. 1947-ci il sentyabr ayının 15-də isə SSRİ, 
ABŞ,  İngiltərə  və  Fransa  tərəfindən  təsdiq  edilərək  qüvvəyə 
minmişdir. Beləliklə, Potsdam konfransı  və beş sülh  müqaviləsi 
Hitler əleyhinə olan birliyin son siyasi işi idi. 
314 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə