Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova


  Şəkil 49. L. Qalvaninin birinci təcrübəsi



Yüklə 4,61 Kb.
Pdf görüntüsü
səhifə11/54
tarix19.11.2017
ölçüsü4,61 Kb.
#11109
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   54

 
59 
Şəkil 49. L. Qalvaninin birinci təcrübəsi: 
1-onurğanın kaudal hissəsi və sinirlər; 2-arxa ətraflar;  
3-ucları miss və sinkdən düzəldilmiş qalvani qövs. 
 
 
Lazım olan material və avadanlıqlar: qalvani 
qövsü, pinset, stimulyator, naqillər, qayçı, mantar lövhə, 
sancaqlar, pipet, fizioloji və ya Ringer məhlulu, pambıq, 
qurbağa. 
 
İşin gedişi: Gövdənin onurğa hissəsindən və ona 
birləşmiş arxa ətraflardan sinir-əzələ preparatı hazırlanır. 
Preparatın dərisini soyduqda Oma-büzdüm kələfi və ondan 
ayrılıb arxa ətraflara gedən sinirlər görünür. Bu sinirlərin 
altından qalvani qövsünün bir ucunu salıb, digər ucunu isə 
bud əzələlərinə toxundurduqda ətraf əzələlərinin təqəllüsü 
müşahidə olunur. 
 
2. Qalvaninin 2-ci təcrübəsi (metalsız).  Mioqraf 
üçün hazırlanmış  sinir-əzələ preparatının birinin sinirini 
digər əzələsinin zədələnmiş səthinə toxundurduqda, həmin 
sinirlə üzvi əlaqəsi olan təqəllüs edir. Bu təcrübə bioloji 
elektrikin varlığını şübhədən çıxartdı. Məlum olmuşdur ki, 
sakit vəziyyətlə  əzələnin səthi müsbət, daxili isə  mənfi 
elektrik yükü ilə yüklənir. Beləliklə, potensiallar fərqi 
yaranır.  Əzələnin sakit vəziyyətində potensiallar fərqi 
sükunət potensialı, təqəllüs edən əzələnin potensiallar fərqi 
fəaliyyət potensialı adlandırılmışdır. 
 Lazım olan material və avadanlıqlar: mantar 
lövhə, şüşə lövhə, şüşə qarmaq, qayçı, pinset, filtir kağızı, 
Ringer məhlulu, pambıq, qurbağa. 
 
İşin gedişi: 2 sinir-əzələ preparatı hazırlanır. Bir-
inin diz oynağına yaxın nəli  əzələsi köndələninə mantar 
lövhə üzərinə qoyulur. Əzələnin kəsilmiş səthi filtr kağızı 
 
60
ilə qurudulur. İkinci preparatın siniri və ya 1-ci preparatın 
öz siniri şüşə qarmaqla əzələnin kəsilmiş  və salamat 
səthləri üzərinə atılır. Sinir əzələyə toxunan zaman onunla 
üzvi əlaqəsi olan əzələ təqəllüs edir. 
 
 
Şəkil 50. L. Qalvaninin ikinci təcrübəsi. 
 
 
Şəkil 51. Qalvaninin ikinci təcrübəsinin sxemi: 
1-kəsilmiş əzələ; 2-sinir-əzələ preparatı; 3-şüşə qarmaq.  
 
 
3. Mateuççi təcrübəsi. Bu təcrübədən görünür ki, 
elektrik qıcığı təsirilə təqəllüs edən sinir-əzələ preparatının 
əzələsi üzərinə 2-ci preparatın sinirini qoyduqda, həmin 
preparatın da əzələsi təqəllüs edir. 
 
 


 
61 
Lazım olan material və avadanlıqlar: stimulyator, sı-
xıcı, elektrodlar, pinset, Ringer məhlulu, pambıq, qurbağa. 
 
İşin gedişi: Texniki elektrik qıcığının tətbiqilə apa-
rılan bu təcrübə çox sadə olsa da, fəaliyyət cərəyanının 
varlığını sübut etməyin yararlı üsuludur. Şəkildə 
göstərildiyi kimi hazırlanmış  hər iki sinir-əzələ preparatı 
bud sümüyü hissəsindən sıxıcıya bərkidilir. Preparatlardan 
birinin siniri digərinin  əzələsi üzərinə qoyulur və birinin 
sinirinə  tək-tək ritmik elektrik qıcıq verilir. Hər qıcığa 
qarşı 1-ci preparatın və bunun ardınca 2-ci preparatın 
təqəllüsü müşahidə olunur. Qıcığın sayını artırdıqda, hər 
iki preparat tetanik təqəllüs edəcək. Uzun müddət 
qıcıqlandırdıqda birinci preparat yorulur, 2-ci preparatda 
təqəllüs etməyəcək. 
 
 
Şəkil 52. Mateuççi təcrübəsinin sxemi: 1 – 1,2-ci  
preparatlar; 2-sinirlər; 3-qıcıqlandırıcı elektrod. 
 
 
Təcrübədən görünür ki, 1-ci preparatın təqəllüsünə 
səbəb texniki elektrikdirsə, 2-ci preparatın təqəllüsü 1-ci 
preparatın fəaliyyət potensialının qıcıqlandırıcı  təsiri 
altında baş verir. 
 
 
Yoxlama üçün suallar 
 
62
 
1.
 
Canlı toxumalarda elektrik potensiallar fərqinin 
yaranma səbəbləri. İon qradientləri. 
2.
 
Hüceyrələrin səthi membranı, onun xüsusiyyətləri. 
3.
 
Membran potensialı, onun mənşəyi. Miqdarı  və öl-
çülmə üsulları. 
4.
 
Fəaliyyət potensialı; yaranma şəraiti. 
Depolyarizasiyanın kritik səviyyəsi. 
5.
 
İki – və birfazalı fəaliyyət potensialı. 
6.
 
Fəaliyyət potensialının müddəti; qeydetmə üsulları. 
7.
 
Fəaliyyət potensialının ion mexanizmi. «Hamısı və ya 
heç nə» qanunu. 
8.
 
K-Na nasosu; onun əhəmiyyəti. 
9.
 
Sinir və  əzələ lifləri ilə oyanmanın ötürülmə 
mexanizmi. Fəaliyyət potensiallarının əhəmiyyəti. 
10.
 
Sinirdən  əzələyə oyanmanın ötürülməsi. Sinir-əzələ si-
napsının strukturu və funksiyası. Asetilxolinin rolu. 
 
11 saylı iş. Qütbləşən və qütbləşməyən elektrodlar 
 
Adi metaldan düzəlmiş elektrodlar vasitəsilə bir sıra 
fizioloji tədqiqatları, xüsusən bioelektrik hadisələrini 
öyrənmək çətinlik törədir. Ona görə ki, metaldan düzəlmiş 
elektrodlar qütbləşmə hadisəsini törədir. Bu hadisəni 
müşahidə etmək üçün sinir-əzələ preparatının sinirini 
misdən düzəlmiş elektrodlar üzərinə qoyub, bildiyimiz 
kimi, dövrəsini bağlayan və ya açan kimi preparat hərəkət 
edəcək. Lakin dövrəni bağlı qoyduqda daimi cərəyan 
preparatdan axdığı zaman, preparat hərəkət etməsə də, bir 
dəqiqədən sonra elektrodu akkumulyatordan ayırıb, 
uclarını bir-birinə toxundurduqda, əzələ  hərəkət etməyə 
başlayacaq (şəkil 63). Bu onu göstərir ki, daimi cərəyan 


 
63 
preparatdan axdıqda, elektrodların üzərində qütbləşmə 
hadisəsini  əmələ  gətirir. Bununla əlaqədar dəqiq fizioloji 
tədqiqatları aparmaq üçün, xüsusi qütbləşmə hadisəsi 
verməyən elektrodlardan istifadə edilir (şəkil 53). 
 
 
Şəkil 53. Qütbləşməyən elektrodlar: 1-şüşə borular; 2-ağ gildən 
düzəldilmiş barmaqcıqlar; 3-doymuş ZnSO
4
 məhlulu; 4-sink 
lövhələr; 5-cərəyan mənbəyinə birləşdiriləcək naqillər. 
 
64
 
Şəkil 54. Qütbləşməyən elektrodlar: 
1-şüşə boru; 2-başmaq; 3-doymuş ZnSO
4
; 4-Zn lövhəsi; 5-naqillər. 
 
Lazım olan material və avadanlıqlar: naqillər; 
diametri 4 – 5 mm, uzunluğu 4 – 5 sm olan şüşə boru; 2 
ədəd şüşə boru; diametri 2 mm, uzunluğu 3 – 4 sm olan 2 
ədəd Zn lövhə; doymuş ZnSO
4
 məhlulu; ağ gil tozu; qayçı, 
pinset, stimulyator, fizioloji məhlul, pambıq, Zn 
elektrodları, qurbağa. 
İşin gedişi: Ağ gil tozu fizioloji məhlula qatılıb, 
qatı palçıq hazırlanır və 2 şüşə borunun açıq uclarından 
birini həmin palçıqla örtüb, ona başmaq forması verilir. 
Sonra borulara doymuş ZnSO
4
  məhlulu doldurub və Zn 
lövhələri boruya daxil edilir. Hər lövhəyə lehimlənmiş adi 
naqil cərəyan mənbəyinə birləşdirilir. 
Bu cür düzəldilmiş elektrodun gil ucuna başmaq 
forması verilir. Ondan ötrü ki, bunların üzərinə qoyulan 
preparatın siniri kənara sürüşməsin. ZnSO
4
  məhlulu gil 
təbəqəsindən keçə bilmədiyindən üzərinə qoyulmuş sinirin 


Yüklə 4,61 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə