Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova



Yüklə 4,61 Kb.
Pdf görüntüsü
səhifə12/54
tarix19.11.2017
ölçüsü4,61 Kb.
#11109
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   54

 
65 
oyanıqlığı və keçiriciliyi normal qalır; elektrik cərəyanı bu 
təbəqələrin hər birindən asanlıqla keçib sinirə təsir edir. 
ZnSO
4
  məhlulundan sabit cərəyan keçərkən 
dissosiasiya hadisəsi baş versə  də, məhlula daxil edilmiş 
elektrod Zn lövhəsi olduğuna görə qütbləşmə hadisəsi baş 
vermir. Təcrübə zamanı başmaqcıqlar nəm olmalı  və bir-
birindən 10 – 15 mm aralı qoyulmalıdır. 
 
 
Qıcıqlanma qanunları 
 
12 saylı iş. Qıcığın qradiyent qanunu və akkomodasiya 
hadisəsi 
 
 Sabit 
cərəyanın oyandırıcı  təsiri yalnız o zaman 
nəzərə çarpır ki, onun qüvvəsi tədricən deyil, ani vaxt 
ərzində artır, ya azalır. Bu hadisə 1844-cü ildə Dyu-Bua-
Reymon tərəfindən qıcığın qradiyent qanunu kimi təsvir 
edilmişdir. Deməli, qıcığın qradiyenti dedikdə, onun 
qüvvəsinin hansı tezliklə yüksəlməsi nəzərdə tutulur. Bu 
tezliyin vahid zaman ərzində artımı diri toxumanın qıcığa 
qarşı reaksiyasının yavaş ya tez icrasının  şərtidir. Başqa 
sözlə desək, oyanmanın yüksəliş tezliyi qıcığın 
qradiyentindən asılı olur, qradiyent azaldıqca oyanma 
prosesi yavaş yüksəlir və  əksinə. Belə ki, məsələn, 
preparatın sinirinə mexaniki zərbəni cəld endirdikdə
yüksək dərəcəli isti və  aşağı  dərəcəli soyuq ani zaman 
ərzində  təsir göstərdikdə  əzələ  təqəllüsü müşahidə edilir. 
Lakin sinirə mexaniki təzyiq tədricən artırıldıqda, sinir 
tədricən soyudulduqda və  qızdırıldıqda  əzələ  təqəllüs 
etmir. Toxumada tədricən artmaqda olan qıcığa qarşı 
adaptasiya müşahidə olunur ki, buna akkomodasiya 
 
66
deyilir. Avtomatiya qabiliyyəti yüksək olan əzələlərdə 
akkomodasiya nisbətən zəif olduğundan skelet əzələsində 
akkomodasiya meyli ürək  əzələsinə  və saya əzələyə 
nisbətən artıqdır. Hiperbola qanununun sabit cərəyanın 
minimal qıcıq qüvvəsi təsirinə müvafiq gəlir. Odur ki, 
cərəyanın qüvvəsi çox olduqca, o nisbətdə oyanmanın 
latent dövrü azalmış olur. 
 
Təcrübə göstərir ki, cərəyanın tədricən zəifləməsi za-
manı dövrənin açılma anı  təqəllüs mümkün olmur. Deməli, 
daimi cərəyan qüvvəsinin hansı sürətlə dəyişməsi toxumanın 
oyanma prosesi üçün xüsusi əhəmiyyət kəsb edir. 
 
13 saylı iş. Oyanmanın qütb qanunu 
 
 
Məlum olduğu kimi cərəyan daxili dövrədə müsbət 
qütbdən, mənfi qütbə  tərəf, xarici dövrədə isə  mənfidən 
müsbətə doğru axır. Odur ki, yan-yana qoyulmuş 
elektrodlarda qütblərdən hansının 
əzələyə yaxın 
olmasından asılı olaraq cərəyanın istiqamətini təyin etmək 
mümkündür. 
 
 


 
67 
Şəkil 55. Sabit cərəyanın qütb təsirini və elektrotonu öyrənən qurğu. 
 
 
 
Qütblər qanununu isbat etmək üçün yalnız orta qüvvəli 
cərəyandan istifadə edilir. Orta qüvvəli daxili cərəyan vasitəsi 
ilə sinir-əzələ preparatını qıcıqlandırdıqda oyanma həm dövrəni 
bağlayan kimi, həm də açan kimi alınır. 
 
Məlum olduğu kimi, dövrənin bağlandığı anda olan 
oyanma və dövrə bağlı  vəziyyətdə ikən qıcıq qüvvəsinin 
sürətlə artırıldığı anda müşahidə edilən oyanma katod 
qütbünün toxumaya təmas etdiyi yerdə baş verir. Lakin 
dövrənin açıldığı  və dövrə açıq ikən cərəyan qüvvəsinin 
tez sürətlə azaldığı anlarda oyanmanın yeri anod qütbünün 
toxumaya təmas etdiyi sahədir. Oyanma qütblərarası 
sahədə və bütün lif boyu deyil, müəyyən şərtlərə müvafiq 
olaraq, qütblərdən birində baş verir, sonra isə yayılmağa 
başlayır. Oyanmanın sabit cərəyan qütbləri təsir etdiyi 
sahədə baş verməsinə oyanmanın qütb qanunu deyilir. 
 
Lazım olan material və avadanlıqlar: stimulyator, 
qütbləşməyən elektrodlar, mantar lövhə, elektrodlar, qayçı, 
pinset, sancaqlar, ştativ, liqatura, 0,6%-li fizioloji məhlul
ammonyak məhlulu, pambıq, qurbağa. 
İşin gedişi
 1. 
Sinir-əzələ preparatının sinirini qütbləşməyən 
 
68
elektrodların üzərinə qoyub, əzələyə yaxın qütbü müəyyən 
edirlər. Anod qütbü əzələyə yaxın olarsa, cərəyan qalxan 
istiqamətdə,  əksinə katoda yaxın olarsa, cərəyan enən 
istiqamətdə olur. Oyanmanın qütblərdə  əmələ  gəldiyini 
isbat etmək üçün interpolyar nöqtəni müəyyən etmək 
lazımdır. Sonra dövrənin açılma və bağlanması zamanı 
təqəllüsə  səbəb olan orta qüvvəli qıcıq müəyyən edilir. 
Əgər həm dövrəni açanda, həm də bağlayanda  əzələ 
təqəllüs edirsə, deməli, cərəyan orta qüvvəli sabit 
cərəyandır. Bunun ardınca iki elektrod arasında qalan 
interpolyar (orta) məsafənin müəyyən nöqtəsində üzərinə 
ammonyak məhlulu ilə isladılmış tampon qoyulur. 2 – 3 
dəqiqədən sonra ammonyak təsirindən sinir həmin yerdə 
zəhərlənir (sinirin keçiriciliyi pozulur). Bundan sonra 
dövrəni həm açıb, həm də bağladıqda, təqəllüs alınmır. 
Təqəllüsün alınması  cərəyanın axma istiqamətindən asılı 
olur. Cərəyanın istiqaməti enən olduğu zaman preparat 
yalnız dövrənin bağlandığı,  əksinə qalxan istiqamətdə 
olduqda dövrənin açıldığı an təqəllüs edəcək. 
 
Təqəllüsün olduğunu (+) və olmadığını (-) işarəsi 
ilə qeyd edərək təcrübənin nəticələri aşağıdakı  cədvəldə 
verilmişdir. 
 
Cədvəl 3 
Oyanmanın qütb qanunu 
Enən cərəyan Qalxan 
cərəyan 
Təcrübənin 
şərti 
bağlanma açılma bağlanma açılma 
Siniri zəhər-
ləyənə qədər 
+ + +  + 
Siniri 
zəhərlədikdən 
sonra 
+ -  -  + 


 
69 
 
Şəkil 56. Sabit cərəyanın təsiri ilə qütb qanununu 
 göstərən təcrübənin sxemi. 
 
 
Oyanmanın qütb qanununu nümayiş etdirmənin 
belə bir üsulu da təklif edilmişdir. Şəkildə göstərildiyi ki-
mi, fəqərə sütununun büzdüm hissəsində  əlaqələri 
saxlanılmış arxa pəncələrdən ibarət iki sinir-əzələ preparatı 
hazırlanır. Bunları  əlaqələndirən fəqərə daxilində olan 
onurğa beyni hissəsi iynə vasitəsilə pozulur və odur ki, 
həmin hissədən impuls keçə bilmir. Sonra preparatlardan 
birinin siniri anod, digərininki isə katod üzərinə qoyulur. 
Dövrə bağlanarkən preparatlardan birinin, açılarkən isə 
digərinin əzələsi təqəllüs edir. 
14 saylı iş. Fizioloji elektroton 
 
 Keçən təcrübədən məlum olduğu kimi orta qüvvəli 
cərəyan ilə sinir-əzələ preparatını  qıcıqlandırdıqda, təsir 
yalnız dövrəni bağlayan və ya açan an alınır. Təcrübə 
göstərir ki, sabit cərəyan arasıkəsilmədən daima sinir və ya 
əzələdən axdıqda, onların oyanma və oyanmanı  nəqletmə 
qabiliyyəti dəyişir. Bu dəyişikliyə fizioloji elektroton dey-
ilir. Bu hadisənin qütblərdə baş verməsinə müvafiq olaraq 
katelektraton və anelektroton ayırd edilir. Cərəyanın 
qüvvəsindən, bağlanan və açılan andan asılı olaraq 
fizioloji elektroton dəyişir. Dövrə bağlanan an oyanma və 
 
70
oyanmanı  nəqletmə qabiliyyəti katod qütbündə yüksəlir, 
anod qütbündə enir. Buna katelektroton deyilir (şəkil 58). 
Dövrə açılan anda oyanma və oyanmanı  nəqletmə 
qabiliyyəti anod qütbündə qalxır, katod qütbündə isə enir; 
bu hadisəyə anelektroton deyilir (şəkil 57). 
Lazım olan material və avadanlıqlar: stimulyator, 
qütbləşməyən elektrodlar, adi elektrodlar, mantar lövhə, 
qayçı, pinset, sancaqlar, fizioloji məhlul, pambıq, qurbağa. 
İşin gedişi:  
1. Sinir-əzələ preparatının siniri qütbləşməyən elek-
trodların üzərinə qoyulur və dövrə elə qoşulur ki, 
cərəyanın istiqaməti enən (katoda yaxın) olsun. 
 
Şəkil 57. Anelektrotonu öyrənmək üçün qurğu:  
I-elektrodların yerləşmə sxemi: A-sabit cərəyan ilə qıcıqlandırmaq 
üçün elektrodlar; B-ritmik induksion cərəyan ilə qıcıq üçün;  
II-elektrotonun yaranıb yox olan an əzələnin tetanik təqəllüsünün 
dəyişməsi; a-əzələnin təqəllüsü; b-ritmik induksion cərəyan ilə 
qıcığın qeydi; c-sabit cərəyanın açıb bağlama qeydi. 
 
Stimulyatorda sabit cərəyanın orta qüvvəsini seçib, 
dövrəsini açır və katod qütbünə yaxın yerdə sinir üzərinə 


Yüklə 4,61 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə