Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova



Yüklə 4,61 Kb.
Pdf görüntüsü
səhifə13/54
tarix19.11.2017
ölçüsü4,61 Kb.
#11109
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   54

 
71 
dəyişən cərəyan elektrodları qoyulur. Dəyişən cərəyanın 
qıcıq qapısı müəyyən edilib, nəticə qeyd edilir. Sonra sabit 
cərəyan dövrəsi bağlanır; 10 – 15 saniyədən sonra dəyişən 
cərəyanın qıcıq qapısı  təyin olunur. Dəyişən cərəyanın 
qıcıq qapısı azalmırsa, sabit cərəyan dövrəsi bağlanır; 10 – 
15 saniyədən sonra dəyişən cərəyanın qıcıq qapısı yenidən 
təyin edilir.  
Təcrübədən görünür ki, katod qütbündə qıcıq qapısı 
enmişdir, yəni oyanıqlıq və keçiricilik yüksəlmişdir. 
Qütblərin sinir üzərində yeri dəyişdirilir (anoda yaxın), 
dövrə bağlanır, 10 – 15 saniyə sonra dəyişən cərəyanın 
qıcıq qapısı yenidən qeyd edilir. Dövrənin bağlı 
vəziyyətində anod qütbündə sabit cərəyanın qıcıq qapısı 
yüksəlir, yəni sinirin oyanıqlığı və keçiriciliyi zəifləyir. 
 
Şəkil 58. Katelektrtonu öyrənmək üçün qurğu: 
I-elektrodların yerləşmə sxemi; A-sabit cərəyan ilə qıcıqlandırıcı 
elektrodlar; B-ritmik induksion cərəyan ilə qıcıqlandırmaq üçün; II-
katelektronun yaranıb və yox olan an əzələnin tetanik təqəllüsünün 
 
72
dəyişkənliyi; a-əzələnin təqəllüsü; b-ritmik induksion cərəyan ilə 
qıcığın qeydi; c-sabit cərəyanın açma qeydi. 
 
  
 2. 
Skelet 
əzələsinin tetanik təqəllüsünü kimoqrafda 
qeyd edib, qalxan və enən istiqamətdə qüvvəli sabit cə-
rəyan dövrəsini bağlayıb, təcrübəni təkrarlayırlar. Katod 
qütbü  əzələyə yaxın olarsa tetanik təqəllüsün hündürlüyü 
artacaq, anod qütbü yaxın olduqda azalacaq və ya əzələ 
tam boşalacaq. 
 3. 
Sinir-əzələ preparatının sinirini qütbləşməyən 
elektrodlar üzərinə qoyub dövrəni elə qoşurlar ki, cərə-
yanın istiqaməti qalxan olsun. Stimulyatorda dəstəyin 
yerini dəyişməklə  cərəyanın qüvvəsi maksimuma 
çatdırılır. Sonra sabit cərəyan dövrəsini açır və onurğa 
beyninə yaxın hissədə sinirin üzərinə NaCl kristalları 
qoyulur. Müəyyən müddətdən sonra kimyəvi qıcıq təsiri 
altında preparatın tetanik təqəllüsü müşahidə olunur. Bu an 
sabit cərəyan dövrəsini bağladıqda anod qütbündə 
oyanıqlıq və keçiricilik kəskin enir, oyanma əzələyə  nəql 
oluna bilmir, əzələ boşalır, təqəllüs etmir. 
 
 
Şəkil 59. Fizioloji elektroton təcrübəsinin sxemi: 
1-sabit cərəyan elektrodları; 2-NaCl kristalları. 
 


 
73 
 
15 saylı iş. Pflügerin təqəllüs qanunu 
 
 
Bildiyimiz kimi orta qüvvəli daimi cərəyan ilə 
toxumaları  qıcıqlandırdıqda oyanma yalnız dövrəni bağ-
layan və ya açan an əmələ  gəlir. Cərəyanın qüvvəsini 
dəyişdirdikdə oyanmanın  əmələ  gəlməsi bu qanuna tabe 
olmur. Pflüger müəyyən etmişdir ki, sabit cərəyan to-
xumaya təsir etdikdə toxumanın verdiyi cavab cərəyanın 
qüvvəsindən, istiqamətindən və verilmə anlarından 
asılıdır.  
 Pflügerin 
təqəllüs qanunu, qütblər və fizioloji elek-
troton qanunları ilə izah edilir (şəkil 57, 58, 59). 
 
Lazım olan material və avadanlıqlar: stimulyator, 
qütbləşməyən elektrodlar, qayçı, pinset, mantar lövhə, 
sancaqlar, mioqraf, fizioloji məhlul, pambıq, qurbağa. 
 
İşin gedişi.  Normal  əzələdə  təqəllüsün  əmələ 
gəlməsi 3 şərtdən asılıdır: 1 – cərəyanın qüvvəsindən, 2 – 
cərəyanın istiqamətindən, 3 –momentdən, cərəyanın 
qüvvəsi zəif, orta və qüvvəli, cərəyanın istiqaməti qalxan, 
enən və bağlanan, açılan momentlərdən asılıdır. 
 
Zəif cərəyanda katelektroton, anelektrotondan 
qüvvəli olur. Orta cərəyanda kateelektroton anelektrotona 
bərabər olur. Qüvvəli cərəyanda anelektroton katelektro-
tondan qüvvəli olur. 
 
Zəif cərəyanda cərəyanın istiqamətindən aslılı ol-
mayaraq dövrə bağlanan momentlərdə təqəllüs var, açılan 
momentlərdə isə yoxdur. 
 Orta 
cərəyanda cərəyanın istiqamətindən asılı ol-
mayaraq hər iki momentdə təqəllüs var. Qüvvəli cərəyanda 
enən istiqamətdə dövrə bağlanan momentdə  təqəllüs var, 
açılan momentdə yoxdur. Qalxan istiqamətində isə dövrə 
 
74
bağlanan moment təqəllüs yoxdur, açılan momentdə var. 
 
Təcrübə  aşağıdakı  cədvəldə göstərilən nəticələri 
verəcəkdir. Həmin cədvəldə  əzələnin təqəllüs etdiyi «+», 
etmədiyi «-» işarəsi ilə göstərilmişdir. 
 
Cədvəl 4 
Cərəyanın  
enən istiqaməti 
Cərəyanın  
qalxan istiqaməti 
 Cərəyanın  
qüvvəsi 
Bağ. Açı. Bağ. Açı. 
Zəif cərəyan +  - 


Orta cərəyan +  + 


Qüvvətli cərəyan + 



 
 
 
Cədvəldən göründüyü kimi, cərəyan zəif olduqda
istiqamətdən asılı olmayaraq dövrə bağlanan an təqəllüs 
edir, dövrə açılan anda isə  təqəllüs olmur. Deməli, 
cərəyanın qüvvəsi zəif olduqda, dövrə bağlanan an katod 
qütbünün toxunduğu yerdə sinirdə baş verən oyanma 
kifayət səviyyəyə yüksələ bilib, əzələni təqəllüsə  gətirdiyi 
halda, dövrə açılan an anod qütbündə oyanma əzələni 
təqəllüs etdirəcək səviyyəyə çata bilmir (şəkil 60). 
 


 
75 
 
 
Şəkil 60. Zəif cərəyanın təsiri. Enən istiqamət:  
I-dövrə bağlanan an; II-dövrə açılan an. Qalxan istiqamət:  
III-dövrə bağlanan an; IV-dövrə açılan an, a-oyanmanın kritik 
səviyyəyə yüksəlməsi; b-sinir-əzələ preparatı; v-oyanıqlığın  
və keçiriciliyin kritik səviyyəyə enməsi. 
 
 
Zəif cərəyan ilə enən istiqamətdə dövrəni bağlayan 
momentdə katod mühitində əmələ gələn oyanma qabiliyyəti, 
oyanma xəttini keçdiyi üçün təqəllüs alınır. Dövrəni açan 
momentdə anod mühitində əmələ gələn oyanma qabiliyyəti a 
xəttinə çatmır və təqəllüs əmələ gətirmir. 
 
Zəif cərəyanda katelektroton anelektrotondan qüvvəli 
olduğu üçün indeferent nöqtə anoda yaxın olur.  
 
76
 
Şəkil 61. Orta cərəyanın təsiri. 
 (Şərti işarələr 60-cı şəkildəkinin eynidir). 
 
 Orta 
cərəyanla enən istiqamətdə dövrə bağlanan 
momentdə və açılan momentdə oyanma qabiliyyətləri hər 
iki mühitdə  a  xətlərini keçdikləri üçün təqəllüs alınır. 
Katelektroton anelektrotona bərabər olduğu üçün 
indeferent nöqtə ortaya düşür. 
Qüvvəli cərəyanla enən istiqamətdə dövrəni bağ-
layan momentdə katod mühitində  əmələ  gələn oyanma 
qabiliyyəti  əzələyə  nəql olunur, təqəllüs  əmələ  gətirir. 
Dövrəni açan momentdə anod mühitində  əmələ  gələn 
oyanma qabiliyyəti katod mühitində C xəttini keçdiyi üçün 
katod mühitini müvəqqəti paralic edir və təqəllüs alınmır. 
Qüvvəli cərəyanda anelektroton katelektrotondan qüvvəli 
olduğu üçün indeferent nöqtə katoda yaxın yerləşir. 


Yüklə 4,61 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə