Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova



Yüklə 4,61 Kb.
Pdf görüntüsü
səhifə7/54
tarix19.11.2017
ölçüsü4,61 Kb.
#11109
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   54

 
37 
 
 
Şəkil 33. Skelet əzələsinin tək təqəllüsünü  
qeyd etmək üçün qurğu. 
Saya əzələ təqəllüsünün yazılması 
 
 Saya 
əzələlərin başlıca fizioloji xüsusiyyəti olan 
toniki təqəllüsünü mədə-bağırsaq kanalından kəsilib 
hazırlanmış preparatda öyrənmək daha əlverişlidir. Bunun 
üçün qurbağanın qarın boşluğunu açıb mədəsini xaricə 
çıxarır, sonra mədənin orta hissəsindən ön və arxa 
divarları eninə  kəsməklə diametri 4 – 5 mm olan həlqə 
ayırırlar. Həlqənini köndələninə  kəsib, selikli qişasını 
qaşıyıb təmizləyir və mioqrafda asırlar. Preparat 
qurumasın deyə onu fizioloji məhlulla isladırlar. Saya 
əzələnin oyanıqlığının az olduğunu nəzərə alaraq
preparata nisbətən qüvvəli elektrik qıcığı (50 – 100 m/san. 
30 – 50 v) verilməlidir. İstər tək qıcıq və istərsə çox saylı 
ritmiki qıcıqlar təsirindən saya əzələ toniki təqəllüs edir. 
 
38
Saya  əzələnin təqəllüsü qeydə alınarkən kimoqrafın 
silindri yavaş fırlanma rejimində olmalıdır (şəkil 34). 
 
 
 
Şəkil 34. Qurbağa mədəsi əzələsinin miaqramı:  
1-tək qıcığın verildiyi an; 2-mioqram;  
3-10 saniyə hesabı ilə vaxtın qeydi. 
 
 Saya 
əzələnin uzun müddət (bəzən saatlarla) davam 
edən təqəllüsünü (kontrakturasını) asetilxolin məhlulu 
təsirilə də almaq mümkündür. 
 
 
6 saylı iş. Əzələ təqəllüsü hündürlüyünün qıcıq sıx-
lığından, qüvvəsindən və temperaturdan 
asılılığı 
 
Qıcıq qüvvəsi dəyişməsinin əzələ təqəllüsünün  
hündürlüyünə təsiri 
 
Tək 
əzələ 
təqəllüsünün hündürlüyü qıcıq 
qüvvəsindən asılı olaraq dəyişir. Belə ki, qıcıq qüvvəsi 
artdıqca  əzələ  təqəllüsünün hündürlüyü müəyyən hüduda 
qədər artır.  Əzələ  təqəllüsü maksimum hündürlüyə çat-
dıqdan sonra qıcıq qüvvəsinin artması  təqəllüsün hün-
dürlüyünə təsir etmir. Əzələ bir çox əzələ liflərindən təşkil 
olunduğu üçün oyanma əmələ gətirən zəif qıcıqların təsiri 
altında əzələ liflərinin bir hissəsi yığılır, yığılmayan liflər 


 
39 
isə qeyri-fəal halda qalırlar. Qıcığın qüvvəsi artdıqca əzələ 
liflərinin digər hissəsi fəallaşaraq oyanmağa başlayır. 
Qıcıq qüvvəsi artdıqca, təqəllüsün hündürlüyü yüksəlir. 
 
 
Şəkil 35. Qıcıq qüvvəsinin dəyişməsi zamanı  
 əzələ təqəllüsünün yazısı: 
b-əzələ  təqəllüsünün qeydi; 1-minimal təqəllüs; 2-6-subminimal 
təqəllüs; 7-9-maksimal təqəllüs; b-qıcıq qüvvəsinin artması sxemi 
(qıcıq qüvvəsi vahidləri şərti rəqəmlərlə); 0,5-subminimal qıcıq;   1-
maksimal qıcıq; 2-6-submaksimal qıcıqlar; 7-maksimal qıcıq; 
 9-10-maksimaldan yüksək qıcıqlar.  
 Lazım olan material və avadanlıqlar: stimulyator, 
elektromioqraf, kimoqraf, universal ştativ, mantar lövhə
elektrodlar, qayçı, pinset, sancaqlar, pipet, fizioloji məhlul 
(0,6%), spirt lampası, soyuq fizioloji məhlul, pambıq, 
qurbağa
İşin gedişi.  
Hazırlanmış sinir-əzələ preparatı mioqrafa bərkidilir 
və oturaq sinir elektrodlar üzərinə qoyulur. Stimulyatorun 
dəstəyini fırlatmaqla minimum qıcıq qüvvəsi müəyyən 
edilir və  təqəllüsün yazısı alınır. Sonra qıcığın qıvvəsi 
artırılır və müxtəlif qüvvəli qıcıq təsirinə cavab olan 
təqəllüsün mioqramı qeyd olunur. Qüvvələr münasibəti 
qanuni əzələyə yalnız submaksimal qıcıqlar verilən zamanı 
qeyd edilir. 
 
40
Əzələ  təqəllüsü hündürlüyünün artması  qıcıq qüv-
vəsinin müəyyən həddə  qədər yüksəlməsi zamanı 
müşahidə edilir. Həmin həddi keçdikdən sonra isə 
maksimum təqəllüs edən əzələ qıcıq qüvvəsinin artmasına 
qarşı təqəllüs hündürlüyünün artması ilə cavab verə bilmir. 
 
Temperaturun əzələnin tək təqəllüsünə təsiri 
 
 
Məlum olduğu kimi mühitin hərarəti artdıqca, 
orqanizmdə gedən biokimyəvi-biofiziki proseslər də  də-
yişir. Təqəllüs edərkən əzələdə bir sıra mühüm biokimyəvi 
proseslər gedir. Mühitin hərarəti 40
0
C-yə  qədər artdıqda 
biokimyəvi proseslər intensiv gedir. Əksinə,  əzələni 
soyutduqda (3
0
C-yə  qədər) təqəllüsün hündürlüyü azalır, 
müddəti artır, latent dövrü uzanır. 
 Lazım olan material və avadanlıqlar:  mioqraf, 
elektrokimoqraf,  ştativ, mantar lövhə, elektrodlar, qayçı, 
pinset, sancaqlar, pipet, fizioloji məhlul (0,06%), soyuq 
fizioloji məhlul, spirt lampası, pambıq, qurbağa. 
 
İşin gedişi. 
 Sinir-əzələ preparatı hazırlanır və mioqrafa 
bərkidilir, oturaq sinir elektrodlar üzərinə qoyulur. Otaq 
temperaturu  şəraitində  tək qıcıq verərək təqəllüs qeyd 
edilir. Sonra əzələnin üzərinə 40
0
C-yə  qədər qızdırılmış 
fizioloji məhlulu damcı-damcı töküb əzələnin tək təqəl-
lüsünü qeyd edirlər. 10 dəqiqədən sonra əzələni soyuq 
fizioloji məhlula salıb mioqramı qeyd edirlər. 


 
41 
 
Şəkil 36. İstinin və soyuğun təsiri zamanı  tək təqəllüsün 
mioqramı: a-otaq temperaturunda; b-isti təsiri zamanı; c-soyuq təsiri 
zamanı. 
 
Qıcıq sıxlığının əzələnin tək təqəllüsünə təsiri 
 
 
Lazım olan material və avadanlıqlar:  mioqraf, 
kimoqraf, stimulyator, elektrodlar, qayçı, pinset, mantar 
lövhə, sancaqlar, qurbağa, fizioloji məhlul (0,6%), spirt 
lampası, hiposulfit kristalları və ya soyuq fizioloji məhlul, 
pambıq.  
 
İşin gedişi. 
 
Qıcıq sıxlığının  əzələnin tək təqəllüsünə  təsirini 
öyrənmək üçün bildiyimiz qayda üzrə mioqraf üçün sinir-
əzələ preparatı hazırlayıb, mioqrafdan asırlar. Oturaq 
sinirini elektrodlar üzərinə qoyur, stimulyatordakı  qıcıq 
sıxlığını  tənzim edən dəstəyi başlanğıc vəziyyətə («O» 
işarəsi) gətirir, sonra isə  tədricən döndərməklə  qıcığın 
sayını artırırlar. Bu zaman əvvəlcə  tək təqəllüsün, sonra 
dişli, nəhayət hamar tetanik təqəllüsünün mioqramını qeyd 
edirlər (şəkil 37). 
 
42
 
Şəkil 37. Müxtəlif qıcıq sıxlığında  
əzələ təqəllüçünün mioqramı: 
1-tək təqəllüs; 2-dişli tetanus; 4-hamar tetanus. 
 
7 saylı  iş. Tək  əzələ  təqəllüsünün hündürlüyünə yükün 
təsiri 
 
 
Əzələnin işi verilən yükün ağırlığına və qaldırılma 
hündürlüyünə görə müəyyən edilir. Yükü tədricən ar-
tırdıqda, iş  də artmış olur; yükün artımı maksimuma ya-
xınlaşdıqca əzələ daha artıq dartılır, təqəllüsün hündürlüyü 
azalır və  iş  tədricən azalaraq sıfıra enir. İşgörmə 
qabiliyyəti yorulma nəticəsində enir və  əzələnin təqəllüs 
edə bilmədiyi səviyyəyə çatır. Çox iş görmək üçün 
əzələnin qaldırdığı yük orta çəkidə olmalıdır.  Əzələnin iş 
görmə qabiliyyəti, həmçinin təqəllüslərin tezliyindən, işin 
və istirahətin rejimindən də asılıdır. 
 
Əzələnin gücünü təyin etmək üçün onun qaldıra 
bildiyi maksimum yük müəyyən edilir. Bu yük bədən çə-
kisindən də artıq ola bilər.  Əzələnin gücü onun en 
kəsiyinin ölçüsü və  tərkibindəki liflərin sayı ilə düz 
mütənasibdir. 
 
Əzələlərin tərkibindəki liflərin ayrı-ayrılıqda en 
kəsikləri məcmusuna  əzələnin fizioloji en kəsiyi deyilir. 
Fizioloji en kəsiyi nə qədər böyük olursa, əzələnin gücü də 


Yüklə 4,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə