E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə30/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   26   27   28   29   30   31   32   33   ...   126

 
63
dayanaraq xaotik hərəkət ölçüsünün statistik prototipini təşkil edir. Xaosun qaydaya salınmasının 
digər xarakterik imkanları vardır. Prodoksal görünsə də yeni istiqamət strukturun strukturu, xaos 
dünyasında onun özünü aparması öhdəsindən müvəffəqiyyətlə  gəlir. Struktur təsnifatında 
simmetriyanın mühüm rolu vardır. Simmetriya struktur yaranış prosesi hakim olan təkcə fiziki 
müstəvidə deyil, sistem «portiret»ini ifadə edən istənilən mühitdə axtarılmalıdır. 
İqtisadi islahatlar apararkən müəyyən konservatizmə  də yol verilməsi istisna edilmir. 
Praktiki və daim inkişafda olan elm kimi mühasibatlıqda məxsusi bir-mühasibat konservatizmi 
mövcuddur. Mühasiblər uçot proseduralarında qeyri-müəyyənliklə üzləşdikdə, alternativ olaraq 
konservatizm nümayiş etdirirlər. Bu isə nisbətən az ölçülərdə aktivlərin və  mənfəətin 
qiymətləndirilməsində  əksini tapır. Lakin göründüyü kimi, mühafizəkarlıq heç də son dərəcə 
mənfi aspektli deyildir. Onun da seçim yeri, zaman və məkan arealı vardır. İqtisadiyyat təzadlar 
və zidiyyətlərlə  zəngin bir fəlsəfi obyektdir, burada daimi təyin edilmiş  həqiqətlər mövcud 
deyildir. Bu ovqatda məşhur iqtisadçı-alim P.Samuelsonun «iqtisadiyyat incəsənətlə elm 
arasında orta mövqe tutur» fikri təsəlliedici bir sərinlik yaradır. 
 
 
4.3. İqtisadi islahatların mahiyyəti və nəzəri əsasları 
 
Bəşər tarixi çoxlu keçid məqamları ilə  zəngin olmuşdur. Müxtəlif və müvafiq tərəflərə 
baxmayaraq, hər bir keçidin özünəməxsus cəhətləri var. Bizim tarixi mərhələdə keçid, həm 
siyasi, həm də iqtisadi keyfiyyətinə görə, totalitardan liberala keçid kimi fərqlənir. Tarixi 
konteksdə Qarboçov islahatı-yenidənqurma şüarları ilə başlanan, yaşadığımız keçid prosesi öncə 
təqdim olunan «demo versiya»da sosialist sosial sistemini səmərəli bazar iqtisadiyyatı ilə 
uzlaşdırmaq amacından irəli gələn görüntü veririrdi. Sonrakı  mərhələdə ladlar xalis bazar 
iqtisadiyyatı quruculuğuna kökləndi. Sovetlər  İttifaqının dağılması  ərəfəsində «500 gün»lər 
proqramlarını yaradanlar bazar iqtisadiyyatının bəşəriyyət tərəfindən bənzərsiz yaranışını  və 
effektli özünütənzimləmə mexanizmini önə çəkərək genişmiqyaslı təbliğat hucumlarına keçdilər. 
Bu hadisələrdən bir qədər öncə ümümilikdə dünya iqtisadiyyatında geden yeni siyasi meyllər, 
sosialist düşərgəsində  nəzarətdən çıxan inflyasiya Qərbdə sosial-demokrat və liberal 
hökumətlərin dəyişməsi ilə  nəticələndi. Tetçerin, Reyqanın simasında nəzəriyyə  və praktikada 
dövlət tənzimlənməsinin «keynisiyon inqilabı» -monitarist və  təklif iqtisadiyyatı  əvəzində 
neokonservatik əksinqilab qalib gəldi. Sovetlər İttifaqının bliskrik süqutu yeni «qırmızı zoloqlı» 
çox ideyaların gerçəkləşməsini «seytnota» saldı. 
Rusiya alimləri
13
 keçid dövrü dedikdə bir onillik civarını  aşmaqla, sürəkli olmayan 
mərhələni və bu vaxt ərzində inzibati komanda sisteminin ləğvi, köklü yenidən yaranış, bazar 
quruluşunun  əsaslarının formalaşdırılmasının baş verməsini diqqətə  gətirirlər. Bütövlükdə bu 
transformasiya prosesini sisteminin islahatı kimi ifadələndirirlər. 
 Keçid  iqtisadiyyatı  nəzəri və  həm də praktiki planda başlıca olaraq aşağıdakı sferalarda 
sistem islahatlarını əhatə edir: 
İqtisadiyyatın liberallaşdırılması-qadağaların qismən və ya tam ləğvi, təsərrüfat həyatında 
dövlət nəzarətinin məhdudlaşdırılması; 
İqtisadiyyatın demonopolizasiyası  və  rəqabət mühitinin yaradılması-bütün iqtisadi 
seqmentlərə işgüzar aktivlik üçün şərait, bərabər imkan, açıq iqtisadiyyatı təmin etmək; 
İnstitusional yaranışlar-mülkiyyət münasibətlərin dəqiqləşdirilməsi, bazar 
infrastrukturunun təşəkkülü, dövlət tənzimlənməsinin yeni sisteminin formalaşması; 
Struktur yenidənqurması-xalq təsərrüfatının sahəvi strukturunda köhnə sistemin 
disproporsiyalarının təjridi, xarici və daxili bazarda ödəniş imkanlı məhsul buraxılışının artımı; 
Sosial təminatın möhkəmləndirilməsi-  sosiallaşan iqtisadiyyat quruculuğu, yüksələn 
sosial təminatlar. 
                                                 
13
 «Экономика». /под редакции д.э.н. А.С.Булатова./ М.: Юристь-2000. səh. 628. 
 


 
64
Heç  şübhəsiz ki, bütün bunlar makroiqtisadi sabitliyin təminatı  və dayanaqlılığı  şəraitdə 
səmərəlidir. Keçid iqtisadiyyatı heç də tam azad və ya nizamsız bazarı dəstəkləmir. Məlumdur 
ki, bazarın son dərəcə azadlığı o qədər də, təşviq olunmur. İqtisadi cəmiyyətin mütləq bazar 
iqtisadiyyatında yaşaması  çətin bir işdir. Fiksal mexanizmlər istisna olsa belə, təkcə ekoloji 
faktorlar istənilən dövlətin bazara müdaxiləsinə, tənzimlənməyə əsaslar yaradır. 
 
İqtisadi tarixçilər  İngiltərənin XIX əsrdə ifrat dərəcəli, yüz faizli bazar 
iqtisadiyyatında yaşamasını söyləsələr də, digər fikir də, bu son azadlığı tamamlayan 
mövcudluq olmamışdır. «Xalqların sərvətlərinin təbiəti və  səbəblərinin tətbiqi» 
əsərində A.Smit «görünməz  əl» prinsipini müəyyən etmişdir. Bu prinsipə görə, öz 
xudbin maraqlarını təqib edərək, insan görünməz əllə ictimai maraqlara xidmət edir, 
dövlətin isə bazar rəqabəti mexanizminə müdaxiləsi neqativ nəticələrə gətirir. Onun 
fikrincə, bazarın görünməz  əli ictimaiyyəti optimal iqtisadi nəticələrə  gətirməsinə 
baxmayaraq, ayrı-ayrı adamlar öz eqoist maraqlarının hayındadırlar. Real dünyada 
heç bir iqtisadiyyat həqiqətdə özünün ideal aləminə müvafiq deyildir. Bütün 
hərəkətlərə bazar iqtisadiyyatının qeyri-mükəmməlliklərdən və onun nəticələrindən 
doğan  ətraf mühitin yüksək çirklənməsinə, işsizlik, kasıb və  zənginləşmədə artım 
yaranışlarına görünməz əl rəhbərlik edir. 
 
Bazar iqtisadiyyatının müxtəlif imkanları şəbəkəsində dövlət üç vəzifəni həll edir: 
 
rəqabəti dəstəkləməklə səmərəliliyin artırılmasını; 
 
vergi və bölgü recimi ilə ədalətin təminatı; 
 
fiskal və maliyyə-kredit siyasəti vasitəsi ilə makroekonomik sabitlik yaratmaq, 
işsizliyi, inflyasiyanı azaltmaq və iqtisadi artıma nail olmanı. 
İslahatlar konteksində  hər üç vəzifə struktur baxımdan təkmilləşir, aparılan strategiyaya 
uyğunlaşdırılır. 
Aşkar reallıqdır ki, yeni təsərrüfat sisteminin qurulması islahatlarsız mümkün deyildir. 
İslahatların aparılması üçün isə yetərli imkan və  şərtlər vardır. Bununla belə, total 
iqtisadiyyatdan bazara keçid artıq sınanmış  təcrübi gerçəklikdir. Sosialist düşərgəsini təmsil 
etmiş  məmləkətlərdə bazar keçiddə yuvarlaq bir mərhələ  qət edilmiş, bir çox ölkələr isə 
postkeçid iqtisadiyyatını arxada qoymuşlar. 
 
Şərqi Avropa ölkələrində neoliberal əsaslara söykənən intensiv, xüsusən də 
Polşada klassik formada «şok terapiyası», Çin və Macarıstanda təkamüllü evalyusiya 
«qradualizm», MDB məkanında da, o cümlədən, Azərbaycanda da (1992-1993-cü 
illərdə) «şok terapiyası» yönümdə bazara tez radikal keçid tendensiyası yaşanmışdır. 
Neoliberalizm iqtisad elmində istiqamət-iqtisadiyyatın özünün tənzimlənməsi və artıq 
nizamlanmasını  rədd edən prinsip əsasında qurulur. Milton Fridmen, Fridrix Fon 
Xayik və Almaniyanın müharibədən sonrakı baş naziri Lüdviq Erxartın kimi tanınmış 
neoliberalların nəzəri postulatları reyqanimika və tetçerizm adlanan kursların 
formalaşmasında istifadə edilmişdir. 
 
Ölkənin iqtisadi potensialına mühüm ünsür kimi daxil olan təbii ehtiyatlar zənginliyi ilə 
yeni geoiqtisadi və geosiyasi şəraitdə böyük əhəmiyyətinin nümayişini davam etdirir. Bununla 
belə, istehsalın inkişafı öz-özünə yaranmış  təbii  şəraitdən asılılığını nisbətən azaldır. Müasir 
dünyada bir çox hökumətlər belə bir fikrə gəlirlər ki, dövlət tapşırıqlarının yerinə yetirilməsində 
neft sənayesinin sərt nəzarət altında saxlamaq münasib deyildir. Bu baxımdan quruda neft 
kompleksində aparılan bazar orentasiyasını  təqdir edən «xaotik» islahatlar tam və mütərəqqi 
dəyişikliyinə real imkanlar yaratmır. Təşkilati təbəllüdat xarici şərtlərin sifarişi, tələbin 
dəyişməsi ilə əlaqədar olur. Bu, öz növbəsində yaranmış daxili və xarici vəziyyətə adaptasiyadan 
asılıdır. Təşkilatın optimal iqtisadi nəticəliliyi minimal xərclərlə  tələblərə uyğun istehsalın 
səmərəli təşkilində ehtiva olunur. Onun potensialı  təkmilləşmə imkanlarına, qarşıya qoyulan 
vəzifələrə müvafiq olmalı, yeni təsisatlarda  əksini tapmalıdır. Səmərəli və müvəffəq təşkilat 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə