E. M. Hacizadə



Yüklə 5,12 Kb.
Pdf görüntüsü
səhifə50/102
tarix04.11.2017
ölçüsü5,12 Kb.
#8151
1   ...   46   47   48   49   50   51   52   53   ...   102

 
 
VI FƏSİL 
TƏKİMLLƏŞƏN MENECMENT VƏ OPTİMAL 
GƏLİRLƏR BÖLGÜSÜ 
 
6.1. Elmi və tətbiqi menecment 
 
İnsanlar ilk təsərrüfatçılığı ərsəyə yetirəndə idarəetmə sistemi də onunla bərabər təşəkkül 
tapmış və onunla da qoşa olaraq təkamülünü gerçəkləşdirmişdir. İqtisadiyyat praktiki müstəvədə 
elm çevrəsinə  səmt götürəndə  də idarəetmə obrazlı  şəkildə bütün analitik prosesin fövqündə 
hərəkət etmişdir. Ümumi fəaliyyəti nizamlayan əlahiddə sistem olaraq idarəetmə mürəkkəb, 
çoxşaxəli bir prosesdir. O, apriori və fövqəltəcrübə deyil, elmi və empirik biliklərin sistemli 
vəhdətində formalaşır. Struktur mükəmməlliyi, dəqiq səlahiyyət, vəzifə bölgüsü, cavabdehlik 
kredosu və başlıca olaraq intizam məsuliyyəti mürəkkəb situasiyalarda belə idarəetməni 
müvəffəq edir. 
İdaretmə sistemi əmək prosesində ehtiva olunur. Məhz yaradıcı  əmək idarəetməni 
generasiya edir, onun sistemlilik və rabitəliyini təkmilləşdirir. A.Smitdən başlamış  ən yeni 
iqtisadi məktəb nəzəriyyəçiləri idarəetmə prosesinə xüsusi əhəmiyyət vermiş, onu iqtisadi 
texnologiyaları reallaşdıran sistem kimi qiymətləndirmişlər. 
İdarəetmə bir elm kimi empirik topluma malik olaraq böyük inkişaf yolu keçmişdir. 
İdarəetmə  qərarlarında riyazi və statistik metodları, o cümlədən digər fənlərin geniş  tətbiqi ilə 
fərqlənən menecment ayrıca elm kimi II Dünya müharibəsindən sonra yaranmışdır.  İngilis 
mənşəli mürəkkəb söz - menecment istehsal və insanları idarəetmə üsul və  fənni kimi şərh 
olunur. Bazar iqtisadiyatı terminologiyasında menecment istilahının menecer - idarəçi, idarə 
edən, baş idarəçi-top menecer kimi paronimləri geniş yayılmışdır. Ümumilikdə götürüldükdə 
müasir dünyada idarəetmə elmi sadəcə olaraq elə menecment də adlanır [59, 81]. 
Menecment empirik əsasda ayrı-ayrı sahibkarların biznes işindəki uğurları ilə daha da 
zənginləşmişdir. Yeni mexaniki sistemlər istehsal tsiklinin bütün mərhələsində  əhəmiyyətli 
idarəetmə texnologiyalarının tətbiqini qaynaqlandırmışdır. 
Yüz il öncə məşhur ABŞ mühəndisi Frederik Uinslou Teylor /1856-1915/ 
istehsal əməliyyatlarının normallaşdırılması sahəsində dəqiq monitorinq sistemi 
yaratmaqla,  əməyin təşkili və istehsalın idarə edilməsi sahəsində mühüm 
inqilabi dəyişiklik etmişdir. Teylorun sınaqları, müşahidələri onun adı ilə bağlı 
müvafiq «Teylorizm» nəzəriyyəni formalaşdırmışdır. 
Kapitalist istehsal üsuluna nifrət timsalında ideologiyalarını quran 
kommunistlər F.U.Teylorun idarəetmə prinsiplərindən faydalanaraq anonim qaydada çox geniş 
aspektdə ondan yararlanmış və faydalanmışlar. Bununla belə, teylorizm klassikliyini saxlamaqla 
bərabər, bazar ölkələrində inkişafını tapmış, məhsuldar qüvvələrin, elmi-texniki tərəqqinin 
nailiyyətləri ilə  təkamül etmişdir. F.U.Teylor tarixdə  həm də  elmi menecmentin atası kimi də 
daxil olmuşdur. 
Bir neçə onillik nəhəng metallurci kombinatın rəhbəri işləmiş fransalı dağ 
mühəndisi Anri Fayol /1841-1925/ müəssisənin təşkili və idarəetmə sahəsində 
topladığı  təcrübəsini məhşur «Ümumi və  sənaye idarəetməsi» kitabında  əks 
etdirərək idarəetmə beş qaydasını - əvvəlcədən görmək, təşkil etmək, sərəncam 
vermək, razılaşdırmaq və nəzarət etmək konfiqurasiyasında səciyyələndirmişdir
Oricinallığı ilə seçilən  «Faylorizm»  nəzəriyyəsi teylorizmlə müqayisədə 
daha çox ierarxik və azfunksionallıq bağlılıqında fərqlilik nümayiş etdirmişdir. 
İnsan faktoruna, onun davranışına, bacarığına, psixologiyasına və sosioloji aspektlərə daha çox 
istinad etmək faylorizmi ayıran cəhətlərdəndir. 
Faylorun fikrincə, hər hansı iri müəssisədə müxtəlif funksiya və qaydalar texniki, 
kommersiya, maliyyə, təhlükəsizlik təminatı, mühasibat, müdiriyyət təsnifatlı  altı  kateqoriyada 
ehtiva olunur. Bütün bu mühüm kateqoriyalar müvafiq funksiyaları yerinə yetirən  şəxslərin 
bacarıqlarına uyğun olmalıdır. Belə bölgü ilə A.Fayol idarəetmənin səmərəli aparılmasını elmi 
 
105


 
 
əsaslandırmışdır. Bütün bu əlamətlərlə 
n nüfuzu, əmr etmək, dəqiq ierarxiya, 
nəzarət və  nətic
rlıq, məsuliyyət 
kimi digər prinsip
ABŞ avtomobil sənayesini
menecmentin
yanaşı  rəhbəri
ələrin mərkəzləşməsi, intizam ədalətlilik, sabitlik, təşəbbüska
lərə də riayət o
ləndirir. 
lunması səmərəli idarəetməni şərt
n atası adını qazanmış  tətbiqi 
 
947/ özünün «Mənim həyatım, mənim 
əsərlərində  «Fordizm» adlanan yeni bir 
əzəri
a
əlif bazar 
prinsiplərindən 
ət kəsb edir. 
ruri və təsadüfi 
ğunluq 
qqə
hissələrə, məqs
olmadan həll e
fazasında daha
Təcrübə 
müasir menec
tətbiq edilir. 
banilərindən biri Henri Ford /1863-1
nailiyyətlərim», «Bu gün və sabah» 
n
yyənin  əsasını qoymuşdur. «Fordizm» məğzini kütləvi fasiləsiz 
istehsalın təşkili ilə bağlı unifikasiya olunmuş, konveyerli quraşdırma 
prinsiplərinə  əsaslanaraq kiçik istehsal xərclərinə  rəğmən böyük əmək 
məhsuldarlığı təşkil edir. 
İntensiv  əməyi mexanikləşdirmə, onu hər cür mükafatlandırma, industriyanın yüksək 
ixtisaslı generallarla təminatı fordizmin əsas idarəetmə meyarlarındadır. Öz sələfləri kimi Ford 
da elmi biliklərin istehsalın təşkili və idarəetmədə geniş tətbiqinin carçılarından olmuşdur [81, 
127]. 
Müasir idaretmə elminin formalaşmasında praktiki təşkilatçılarla yan şı elmi analitiklər 
F.Qilbert /1868-1924/ Q.Emerson /1853-1931/, P.Draker /1909/ və digərləri  əzəmətli elm 
tədqiqatlar aparmışlar. 
Belə fikir hakim kəsilmişdir ki, müasir menecment inqilabi mərhələyə daxil olmuşdur və 
onun paradiqması  dəyişikliyə  məhkumdur. Menecment, planlaşdırma, təşkilatçılıq, liderlik və 
nəzarət vasitəsilə məqsədlərə nailolmanı ehtiva edir. 
Səmərəli fəaliyyətin prinsip və metodlarını öyrənən prakselogiya elminin idarəetmədə 
tətbiqindən faydalanmaq mühümdür. İnsanların birgə, fərdi və kollektiv fəaliyyətinin, 
hərəkətinin motivasiyası, qərarların qəbul edilməsi onun tədqiqat predmetini təşkil edir. Bu 
sıradan idarəetmədə elektron quruluşlu sistemlərin, mikroprosessorların, müasir texniki 
vasitələrin tətbiqi, proseloci nəzəri nailiyyətlərdən istifadə səmərəlilik və çağdaşlılıq baxımından 
da əhəmiyyətlidir. 
Liberallaşmış iqtisadiyyatın menecmenti bu sferada tarixi təcrübədən  əldə edilmiş 
nailiyyətlərə və prinsiplərə ciddi riayət olunmanı şərtləndirir. 
Prinsip idarəetmədə  tərənnüm olunan ideyanın  əsas qaydasıdır. Müxt
seqmentlərinin, müvafiq iqtisadi alətlərin tətbiqi ilə yanaşı, menecmentin öncül 
faydalanmaq da paralel istiqamətdə inkişafını tapmalıdır. 
Menecmentin təhlil prinsipi qərarın verilməsində son dərəcə  əhəmiyy
Hadisələrin dinamik qanunauyğunluğu, yəni səbəb və nəticənin eynimənalığı, zə
əlamətlərin dialektik vəhdətində dayanan eynimənalılığın pozulması - statistik qanunauy
təhlil işində nəzərə alınan əsas cəhətlərdəndir. 
Birinci prinsipə  əsasən sistemin başlanğıc vəziyyətini bilməklə sonrakı inkişafı  dəqiq 
söyləmək mümkün olsa da, ikincidə müəyyən ehtimallar ortaya çıxır. Burada imkan və 
gerçəkliklərin real, konkret, formal və mücərrəd bucaqlarının nəzərdən keçirilməsi də şərtlidir. 
Menecmentdə  dekompozisiya metodu - başqa sözlə, sistemin sadələşdirilməsi geniş  təhlil 
obyekti kimi di
ti cəlb edir. Dekompozisiyanın köməyi ilə sistem tərkib və sistemaltı 
əd və məqsədaltı tapşırıqlara və digər törəmə qruplara bölünərək bir-birindən asılı 
dilir. Sonradan onlar arasında rabitə, uzlaşma aparılır. Bu sistemli təhlilin ikinci 
 mühümdür. Burada sistemin elementlərinin qarşılıqlı əlaqəliliyi müəyyən edilir. 
göstərir ki, optimal qərarvermənin universal qaydası mövcud deyil. Bununla belə, 
mentdə  qərarvermədə  uğurlu sonluqlar yaradan həll sistemləri təşəkkül tapır və 
Qəbul ediləcək qərar alternativləri və addımları  məhdudluğu sferasında iqtisadi texnoloji 
alət kimi həll ağacı sxemindən istifadə olunur. 
Həll ağacı çox addımlı  qərar qəbulu prosesinin optimallaşdırılmasının mütərəqqi forması 
kimi, struktur problemlərinin həllinin təhlilində daha çox sınanır. 
Böyük istehsal komplekslərinin meydana gəlməsi yeni idarəetmə prinsiplərinin 
formalaşmasını  şərtləndirmiş, elmi-texniki imkanlar, mükəmməl informatik təminat onu daha 
 
106


Yüklə 5,12 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə