Ebedi yol islam kohne indd



Yüklə 4,23 Mb.
Pdf görüntüsü
səhifə26/245
tarix22.07.2018
ölçüsü4,23 Mb.
#57768
1   ...   22   23   24   25   26   27   28   29   ...   245

77

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

nəf sanilik fırtınalarında həlak olar. Bu səbəblə fani cərəyanların fır tı-

na larından xilas olmaq, ruhun mənən rahatlaması, səadət tapması 

və ilahi eşqin ülvi həzzi ilə dolmaq üçün zikrin feyz və ruhaniyyətinə 

eh tiyac vardır.

Haqq dostu arif bəndələr, zikrullahın verdiyi vəcdə qərq olaraq 

mə nəvi bir həzz ilə yaşayarlar. Bu onların ən böyük mənəvi zənginliyi 

və könül xəzinəsidir. İbrahim Ədhəm Həzrətləri deyir ki:



“Bizim daxili aləmimizdə  daddığımız ləzzətləri, varlı insanlar bil-

səydilər, bizdən onu almaq üçün hər şeylərini fəda edərdilər”.

Zikrin mənəvi həzz və ləzzətindən layiqincə faydalanan bir mö-

min, onu həyatının hər sahəsinə əks etdirməyin həyəcanı ilə ya şa-

yar. Belə ki, mömin:

Edəcəyi hər işə 

ِميٖحَّرلا ِنٰم ْحَّرلا ِهللا ِم ْسِب

 

de yə rək başlayar,



Bütün işlərinin sonunda, 

ِ

هلِلُد ْم َحْلَا



 

deyər,


Bilmədən ağzından pis bir söz çıxararsa; 

َمي ِظَعْلا َهللا ُرِفْغَت ْسَٔا

 

deyər,


Gələcəkdə etmək istədiyi bir şeyi ifadə edərkən; 

ُهللا َءا َش  ْنِٕا

 

deyər,


Başqaları tərəfindən özünə qarşı edilən hiylə və ya tələ ilə qar şılaşarsa 

yaxud pis bir vəziyyətlə qarşılaşarsa, 

ِمي ِظَعْلا ِّىِلَعلا ِهللاِب َّالِٕاَةَّوُق َالَو َلْو َح َال

 

deyər,



Özünə və ya malına az və ya çox miqdarda hər hansı bir müsibət 

üz verərsə, 

َنوُع ِجاَر ِهْيَلِٕا اَّنِٕاَو ِهلِل اَّنِٕا 

deyər,


Gecə və ya gündüz hər fürsətdə 

ُهللا َّالِا َهٰلِا َٓال

 

deyə zikr et mə yə 



davam edər.

Ənəs bin Malik (r.a.) rəvayət edir ki:

Rəsulullah (s.ə.s):

Cənnət bağçalarına getdiyiniz zaman onlardan layiqincə is ti fa-



də edin”,−deyə buyurdu.

Əshabi-kiram da:

“Ya Rəsulallah, Cənnət bağçaları dedikdə nəyi nəzərdə tu tur su-

nuz?”−deyə soruşdu. Peyğəmbər (s.ə.s):

Zikr məclislərini/halqalarını”,−deyə cavab verdi. 

(Tirmizi, Dəavat, 

82/3510)

Zikrin bir mənası da xatırlamaq, yadda saxlamaq deməkdir ki, 

in sanın heç bir zaman xatirindən çıxarmamalı olduğu ən mühüm hə-

Mədhnamə



78

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

qi qətlərdən biri də ölümdür. Çünki dünyaya gələn hər kəs, bir ölüm 

məh kumu olaraq gələr. Bunun üçün, daima etməli olduğumuz  ən 

zə ruri təfəkkürlərimizdən biri də:



7. Ölümü Təfəkkür Etmək/Düşünmək

Ölümü təfəkkür etmək, yəni ölümü tez-tez xatırlayıb, o mütləq 

baş verəcək olan gələcək hadisə üzərində  dərin-dərin düşünərək 

fa ni olduğumuzu idrak etmək, qəlbimizdəki mənfi hallardan tə miz-

lənib kamilləşmə istiqamətində yüksəlməli olduğumuz mühüm pil-

lə  lərdəndir.

Haqq aşiqi Mövlana Həzrətləri necə də gözəl deyir:

“İnsanların çoxu bədənlərinin ölümündən qorxarlar. Halbuki əsl 

qor xulub, qayğı duyulmalı olan şey, qəlblərin ölməsidir”.

“Həqiqi ölüm Haqqdan ayrı qalmaqdır”.

Həqiqətən də  qəlbin mənəviyyata qarşı laqeydləşməsi, ilahi 

qüd rət və əzəmət təcəllilərini laqeyd və korkoranə baxışlarla tamaşa 

et məsi mənəvi bir fəlakətdir. Bu acınacaqlı hal, fani həyatın aldadıcı 

zövq lərinə və keçici mənfəətlərinə qəlbən ram olmağın nəticəsidir.

Bunun üçün də Rəsuli-Əkrəm (s.ə.s):

Bütün dünyəvi zövqləri bıçaq kimi kəsəni (yəni ölümü) çox-çox 

xatırlayın!”−buyurmuşdur. 

(Tirmizi,Zöhd, 4; Nəsəi, Cənaiz, 3)

Nəfsin mayasında faniliyə üysan meyli vardır. Nəfs əbədilik is tə-

diyi üçün ölümdən qorxar və qaçar. Belə ki, ayeyi-kərimədə xam bir 

nəfsin bu xüsusiyyəti belə ifadə edilir:

“Ölüm  (ölüm bihuşluğu), həqiqətən, gələcəkdir.  (Ey in san!) 

Bu sənin qorxub qaçdığın (cürbəcür vasitələrlə canını qurtarmaq 

istədiyin) şeydir!”

 (Qaf, 19)

Nəfsi üsyan və azğınlığa sövq edən qəflətin qarşısını almaq 

üç ün ən yaxşı vasitə ölüm həqiqətini xatırlamaqdır.

Bu səbəblə Allah-Təala hər kəsin təbii olaraq qəbul etdiyi bu hə-

qiqəti bəndələrinə dəfələrcə təkrarlayaraq xatırlatmşıdır:

Yer üzündə olan hər canlı fanidir”. 

(ər-Rəhman, 26)

“Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qi-

ya  mət günü) hüzurumuza qaytarılacaqsınız!” 

(əl-Ənkəbut, 57)



“Hər bir kəs  (hər bir canlı) ölümü dadacaqdır.  (Dözüb-döz-

mə yəcəyinizi,  şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yox-



lamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, eh ti-


79

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

yac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və 



siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bi zim 

hüzurumuza qaytarılacaqsınız!” 

(əl-Ənbiya, 35)

Bu ayeyi-kərimələrlə Allah-Təalanın biz bəndələrina çatdırmaq 

is tədiyi məna, fani olduğumuzun idrakı içində yaşamağımızın lü-

zum luluğudur.

Fani olduğunu dərk edən bir könül:

−Tövbəyə yönələr,

−Qul haqqından, haram yeməkdən və qəflətə düşməkdən qəti 

şə kildə uzaq olar,

−İbadətlərini xüşu ilə yerinə yetirər,

−Gözəl əxlaq sahibi olar,

−Nəfsin ehtiraslarından xilas olar.

Bu  şüurla yaşayıb həyatını nizamlayan bir mömin üçün ölüm 

ma  təm deyil, “şəbi arus/toy gecəsi” xoşbəxtliyi olaraq təzahür edər. 

Bu da, «

اوُتوُمَت ْنَا َلْبَق اوُت وُم

» / "

Ölmədən əvvəl ölün” sirrini id  rak edə 



bilənlərin karıdır. Onlar üçün ölüm əbədi səadətə açılan bir qapıdır. 

Ölmədən əvvəl ölə bilən Haqq dostları, hələ yaşayarkən fa  niliyi dərk 

edə bildikləri üçün, fani bədənləri torpaq altına girdikdən son  ra belə 

könülləri yaşamağa davam edər.

Bu mənada ölmədən əvvəl ölməyin sirrinə vaqif olan ruhlarla bə -

rabər olmaq və onların mənəvi tərbiyələri ilə tərbiyələnmək, mənən 

ölüm təhdidi altında olan qəlblər üçün canlandırıcı bir nəfəsdir. Bu 

nə  fəsdən nəsib ala bilməyin ən gözəl yolu da heç şübhəsiz ki, on la-

rın söhbətləridir.

8. Söhbət

Söhbət Rəsulullah (s.ə.s)-in müəkkəd (davamlı) etdiyi bir sün-

nə  sidir. Səhabə  nəslinin könüllərinin yoğrularaq kamilləşməsi də 

pey  ğəmbər söhbəti ilə olmuşdur.

İbadət vəcdi içində keçən bütün söhbətlər Rəsuli-Əkrəm (s.ə.s)-

in söhbətlərinin bir yansımasıdır. Çünki mənəvi istifadənin mər  kəzi 

Odur. Ruahni həyacanlarla dolu söhbətlər hər zaman həmin mər -

kəzdən silsilə şəklində nəql olunan parıltılardır.

Mənəvi söhbətlərdə  iştirak etmək, Peyğəmbər (s.ə.s)-in sün-

nə sinə tabe olmaq mahiyyətində olduğu üçün, həmin məclislərdə 

iba dət vəcdi içində olmağı tələb edər. Belə ki, əshabi-kiram da, Rə-

Mədhnamə



Yüklə 4,23 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə