Ebedi yol islam kohne indd



Yüklə 4,23 Mb.
Pdf görüntüsü
səhifə44/245
tarix22.07.2018
ölçüsü4,23 Mb.
#57768
1   ...   40   41   42   43   44   45   46   47   ...   245

123

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

Şirk bütün kainatı və bizi var edən Allaha qarşı böyük bir hör-

mət siz lik və vəfasızlığın əlamətidir. Bununla bağlı olaraq Abdullah 

ibn Mə sud (r.a.) Həzrət Peyğəmbər:

“Allah nəzdində ən böyük günah hansıdır?” deyə soruşduq da, 

Al lah Rəsulu (s.ə.s):

“Səni yaratmış olduğu halda Allaha şərik qoşmağındır”,−de yə 

bu yurmuşdur.  

(Müslim. iman, 141)

Həqiqətdə şərik qoşmaq Allaha heç bir zərər verməz. Şirkin bü tün zə-

rə ri insanın özünədir. Allah-Təala çox sevdiyi bəndəsini günah, xəta və zə-

rər dən qısqandığı üçün şirki bu dərəcə şiddətlə qadağan edilmişdir.

Bundan başqa insan psixoloji olaraq, ancaq tək tanrı inancında 

mənə vi ra hatlıq tapa bilər.  İki və ya daha artıq tanrıya inanmaq 

istədikdə, bölü nüb par çalanar, arada qaldığı üçün də qərarsız qalar, 

xoşbəxt olmaz. Al lah-Təala bunu belə təsvir edir:



“Batildən haqqa dönərək yalnız Allaha təslim olduğu nuz və 

Ona şərik qoşmadığınız halda! Allaha şərik qoşan kim sə göy-

dən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud külə yin 

so vurub uzaqlara atdığı bir şeyə (məxluqa) bənzər”. 

(Həcc, 31)

İnsan şirkə düşdükdə, nəfsin həva və həvəslərindən hər biri bir 

tə rəfə  çəkər, həlak küləyi olan şeytan da onu cəhənnəm vadilə ri-

nin ən uzaq küncünə aparıb atar. Bu könül parçalanması, cis ma ni 

bədənin parçalanmasından daha dəhşətlidir. Bu səbəblə Allah Rə-

su lu (s.ə.s):

“Parça-parça edilsən də, atəşlərdə yandırılsan da əsla heç bir 

şe yi Allaha şərik qoşma” buyurmuşdur.

 (İbn Macə, Fitən 23)

Şirk eyni zamanda insanın  şüurunu parçalayan, şəxsiyyə ti ni 

anormal hala gətirən, bütünlüyünü pozan böyük bir psixolo ji xəs tə-

lik dir. Çünki şərik qoşanların könlündə qərar və rahatlıq yoxdur. Ki mi 

və nəyi məmnun edəcəyini heç cür bilə bilməz. Onun bu çaşqın ha lı 

aye yi-kərimədə necə də gözəl təsvir edilmişdir:

“Allah (müşriklərlə müvəhhid möminlər barəsində) bir mə səl 

çəkir: “Bir adamın (kölənin) bir-biri ilə çəkişən (pis xa siy yət li) bir 

neçə şərikli ağası var (hərəsi onu haqqı çatan qə dər iş lədir). Başqa 

bir adamın da yalnız bir ağası var (təkcə ona xid mət edir). Onların 

hər ikisi vəziyyətcə eyni ola bilər  mi?! Həmd  (şükür və  tərif) 

ancaq Allaha məxsusdur, lakin onla rın (müş rik lə rin) əksəriyyəti 

(bu həqiqəti) bilməz!”



 (əz-Zümər, 29)

İslamin Başlıca Xüsusiyyətləri




124

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

Bir xidmətçini təsəvvür edin, bir də ona sahib olmaq istəyən və 

qə zəblə bir-birinə hücum edən bəzi ortaqları... Ortaqların hər bi ri

hə min xidmətçini öz əmrində işlətmək istəyir və digərinə itaət etdi yi 

za man ola hirslənir. Belə vəziyyətdə qalan insan nə edəcəyini bil mir 

və çaşıb qalır. Birisini razı salmaq istəyərkən digərini qəzəbləndir ir, 

bi rinin əmrini yerinə yetirməyi düşündüyü yerdə, digərləri də fərq li-

fərqli əmrlər verir. Nəticədə bu xidmətçi hamısının nəzərində pis qə-

bul edirlər və həyatı qurtarmaq bilməyən narahatçılıq və yorğun luq 

için də davam edər.

Bir də sadəcə bir nəfərə qarşı məsuliyyət daşıyan, bir xidmət çi 

tə səvvür edin. Tək olan sahibini hər dəfə məmnun edər və müka fat 

qa zanar. Sahibi də onun hər cür işinə və ehtiyaclarına dəstək olar 

və arzularını yerinə yetirər. Bu ikisinin halı heç eyni ola bilərmi?

Müşriklərin halı dünyada belə rəzil və pərişan olduğu kimi axi-

rət də də son dərəcə qorxunc olacaqdır. Allah-Təala digər günah lar-

dan istədiyini əfv etdiyi halda, Ona şərik qoşuan kəsləri qətiyyən əfv 

et məz.


95

 Onlar əbədi həyatı itirən insanlardır. Qurani-Kərimdə be lə 

bu yurulur:

“Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklə rin 

ye ri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. On lar ya-

ra dılmışların ən pisidirlər”. 

(əl-Beyyinə, 6)

Hər peyğəmbər mütləq  şirkin həqiqətini açıqlamış  və ümmə-

ti ni ondan çəkindirmişdir. Səbələrə aldanmayıb, Müsəbbibul-əsa-

ba bı  yəni, səbəblərin səbəbi olan Allahı görmələri üçün ümmət lə-

ri ni xəbərdar etmişdirlər. Son peyğəmbər olan Həzrət Muham məd 

(s.ə.s) gəldiyi dövrdə dünyadakı insanlar çox müxtəlif varlıqla ra si-

tayiş edirdilər. O, Məkkədəki bütpərəstlərdən başlayaraq bü tün bə-

şə riyyətə tövhidi öyrətdi. Onların böyük əksəriyyətini  şirkdən xi las 

edib bir olan Allaha ibadət etməyə yönəltdi. Məkkəlilər Allaha iman 

et məklə birlikdə özlərini Allaha yaxınlaşdıracağını ümid edərək bir 

çox bütə də sitayiş edirdilər.

96

 Halbuki bütlər onları Allahdan çox-çox 



uzaqlaşdırırdı. Ancaq haqsız qazancları və mənfəətlərini əl dən ver -

mə qorxusu daşıyan insanlar nəfsani arzularından əl çək mək is tə-

məyənlər, Allahın peyğəmbərinə iman etmədilər.

Şirkə davam edən Qureyşlilər bir gün çox ehtiram etdiklə ri Hu-

say nın yanına gələrək:

95 


ən-Nisa, 48, 116.

96 


əz-Zümər, 3.


Yüklə 4,23 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə