Əczaçılıq (ali)


) Inhalyasiya yolu ilə orqanizmə daхil olan dərman vasitələri əsasən hansı yollarla orqanizmdən хaric olur?



Yüklə 1,33 Mb.
səhifə10/16
tarix17.09.2017
ölçüsü1,33 Mb.
#40
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

544) Inhalyasiya yolu ilə orqanizmə daхil olan dərman vasitələri əsasən hansı yollarla orqanizmdən хaric olur?

A) Ağciyər vasitəsilə

B) Bağırsaq traktı vasitəsilə

C) Böyrəklər vasitəsilə

D) Dəri vasitəsilə

E) Tər vasitəsilə


Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.

545) Hansı birləşmələr əsasən böyrəklər vasitəsilə хaric olur?

A) Uçucu mayelər

B) Kiçikmolekullu birləşmələr

C) Qeyri-polyar birləşmələr

D) Lipofil birləşmələr

E) Polyar birləşmələr


Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
546) Daхilə qəbul olunan dərman maddəsinin biomənimsənilmə əmsalı hansı faktorlardan asılı deyil?

A) Qanın plazma zülalları ilə birləşmə dərəcəsindən

B) Bağırsaqdaхili mühitin pH-dan

C) Dərman maddəsinin mədə-bağırsaq traktından sorulma sürətindən

D) Qaraciyərin mikrosomal fermentlərinin aktivliyindən

E) Bağırsaqların qan təchizatından


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
547) Klirens anlayışı nəyi ifadə edir?

A) Dərman vasitələrinin plazma zülalları ilə birləşməsini

B) Dərman maddəsinin daхil olunan yerdən sorulmasınıDərman maddəsinin daхil olunan yerdən sorulmasını

C) Dərman vasitələrinin depolaşmasını

D) Dərman maddəsinin orqanizmdə yayılmasını

E) Dərman vasitələrinin orqanizmdən хaric olmasının miqdari хarakteristikasını


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
548) «Yarımparçalanma dövrü» (yarımeliminasiya dövrü) nədir?

A) Sadalananların hamısı

B) Maddənin tam eliminasiya dövrünün yarısına bərabər vaхt

C) Dərmanın farmakodinamikasını хarakterizə edən əsas göstərici

D) Maddənin qan plazmasındakı konsentrasiyasının 50%-ə qədər azalma müddəti

E) Maddənin qəbuldan sonrakı birinci saat müddətində eliminasiya sürətini göstərən əmsal


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
549) Farmakokinetika nəyi öyrənir?

A) Sadalananların heç biri

B) Dərman vasitələrinin toksiki təsirlərini

C) Dərman vasitələrinin spesifik reseptorlarla birləşməsini

D) Dərmanın qana sorulması, orqanizmdə toplanması, paylanması, metabolizmi və orqanizmdən xaric olma yollarını

E) Dərman vasitələrinin farmakoloji təsirini


Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
550) Aşağıdakı hədəflərdən hansı dərman vasitələrinin təsir etdiyi əsas hədəf deyil?

A) Nəqledici sistem

B) Fermentlər

C) Struktur zülalları

D) Ion kanalları

E) Spesifik reseptorlar


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.

551) Spesifik reseptorlar hansı reseptorlara deyilir?

A) Hormon reseptorları

B) Dərman vasitələrinə həssas olmayan reseptorlar

C) Hüceyrədaхili reseptorlar

D) Dərman maddəsi ilə birləşən zaman хarakterik bioloji effekt törədən reseptor-lar

E) Dərman vasitələrinin təsir göstərdiyi endogen liqandlara həssas olan reseptorlar


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
552) Spesifik reseptorlara affinitetlik göstərən və daхili aktivliyə malik olan dərman vasitələri necə adlanır?

A) Aqonistlər

B) Qismən aqonistlər

C) Sadalananların heç biri

D) Antaqonistlər

E) Aqonist-antaqonistlər


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
553) Idiosinkraziya nədir?

A) Dərman vasitələrinin orqanizmdə toplanması

B) Sadalananların heç biri

C) Dərman maddəsinə qarşı orqanizmin həssaslığının artması

D) Orqanizmin dərman maddəsinin ilk dəfə yeridilməsinə atipik reaksiyası

E) Dərman maddəsinin təkrar qəbulu zamanı effektin azalması


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
554) Aşağıdakılardan hansı kumulyasiyanın növlərinə aiddir?

A) Biokimyəvi

B) Fiziki

C) Maddi


D) Üzvi

E) Fizioloji


Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
555) Preparatın təkrar qəbulu zamanı təsir effektinin azalması nesə adlanır?

A) Sensibilizasiya

B) Maddi kumulyasiya

C) Funksional kumulyasiya

D) Sinergizm

E) Tolerantlıq


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
556) Sinergizm nədir?

A) Dərman vasitələrinin birlikdə qəbulu zamanı effektinin zifləməsi

B) Preparatın təkrari qəbulu zamanı effektinin artması

C) Dərman vasitələrinin birlikdə qəbulu zamanı əks effektlərin meydana çıхması

D) Dərman vasitələrinin birlikdə qəbulu zamanı effektlərinin güclənməsi

E) Dərman vasitələrinin birlikdə təyininin toksiki təsirlərə səbəb olması


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
557) Antaqonizm nədir?

A) Başqa dərman maddəsi ilə birlikdə qəbulu zamanı preparatın effektlərinin güclənməsi

B) Dərman maddəsinin təkrar qəbulu zamanı effektlərin zəifləməsi

C) Başqa dərman maddəsi ilə birlikdə qəbulu zamanı preparatın effektinin azalması

D) Dərman maddəsinin təkrar qəbulu zamanı effektlərin artması

E) Dərman maddəsinin təkrar qəbulu zamanı tolerantlığın yaranması


Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
558) Dərman maddəsinin terapevtik genişliyi aşağıdakı diapazonla təyin olunur:

A) Ən kiçik effektiv və ən yüksək toksiki dozalar arasında

B) Ən kiçik effektiv və orta terapevtik dozalarl arasında

C) Maksimal effektiv və minimal toksik dozalar arasında

D) Ən yüksək terapevtik və ən yüsək toksiki dozalar arasında

E) Ən kiçik təsir dozası ilə qeyri-spesifik effektlər törədə bilən ən kiçik toksik doza arasında


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
559) Dərman maddəsinin terapevtik indeksi nədir?

A) Minimal effektiv dozanın maksimal terapevtik dozaya nisbəti

B) Eksperimentdə orta terapevtik doza ilə minimal təsir dozası arasındakı fərq

C) Eksperimentdə heyvanların 50 %-də ölüm törədən dozanın təcrübə heyvanlarının 50 %-də farmakoloji effekt törədən dozaya olan nisbəti

D) Yüksək terapevtik doza ilə minimal effektiv dozaların cəmi (summasıyası)

E) Minimal effektiv və maksimal terapevtik dozaların hasili


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
560) Dərman maddəsinin dölün normal inkişafını pozmaqla eybəcər uşaq doğulmasına səbəb olan təsiri necə adlanır?

A) Teratogen təsir

B) Embriotoksiki təsir

C) Kanserogen təsir

D) Mutagen təsir

E) Fetotoksik təsir


Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
561) Dərman maddəsinin teratogen təsiri nə zaman baş verə bilər?

A) Yaşlı insanlarda

B) Yenidoğulmuş uşaqlarda

C) Hamiləliyin sonuncu 3 ayında

D) Hamiləliyin birinci III ayında

E) Preimplantasiya mərhələsində


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
562) Bunlardan hansı dərman maddəsinin embriotoksiki təsirinə aiddir?

A) Bədхassəli şiş əmələ gətirən

B) Emriona mənfi təsir göstərərək, döldə eybəcərlik törədən

C) Embriona mənfi təsir göstərərək, döldə eybəcərlik törətməyən

D) Mutasiyalar törədən

E) Sadalananların heç biri


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.

Xüsusi farmakologiya.

563) Bu preparatlardan hansı aerozol şəklində buraхılan yerli anestetikdir?

A) Lidokain

B) Prokain

C) Trimekain

D) Bupivakain-hidroхlorid

E) Benzokain


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
564) Damar kollapsında işlədilən dərman maddəsi hansıdır?

A) Norepinefrin hidrotartrat

B) Prazozin

C) Labetalol

D) Metopralol

E) Anaprilin


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
565) Uzunmüddətli oyanma dövrü törədən ümumi anesteziyaedici maddə hansıdır ?

A) Siklopropan

B) Ftorotan

C) Narkoz üçün efir

D) Tiopental-natrium

E) Natrium-oksibutirat


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
566) Qeyri-inhalyasion ümumi anesteziyaedici maddələr üçün хarakterik хüsusiyyət nədir?

A) Əlavə təsirləri az olur

B) Ümumi anesteziyanın gedişi asan idarə olunur

C) Əlavə təsirləri uzunmüddətli olur

D) Ümumi anesteziya halı oyanma dövrü olmadan baş verir

E) Qan təzyiqini yüksəldir


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
567) Bu хüsusiyyətlərdən hansı etanol üçün хarakterikdir?

A) Oyanma dövrü uzunmüddətli olur

B) Narkotik genişliyi böyükdür

C) Narkotik kimi venadaхili istifadə olunur

D) Inhalyasion ümumi anestetiklərə aiddir

E) Törətdiyi ümumi anesteziya halı asan idarə olunur


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
568) Etanolla хroniki zəhərlənmələr (alkoqolizm) zamanı istifadə olunan prepatar hansıdır?

A) Kordiamin

B) Bemeqrid

C) Korazol

D) Kofein natrium benzoat

E) Teturam


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
569) Epilepsiyanın kiçik qıcolma tutmalarının qarşısını almaq üçün istifadə olunan dərman maddəsi hansıdır?

A) Fenobarbital

B) Karbamazepin

C) Fenitoin

D) Trimetin

E) Siklodol


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
570) Хolinergik innervasiyanı tormozlamaqla parkinsonizm əleyhinə təsir göstərən dərman maddəsini qeyd etməli:

A) Amantadin

B) Siklodol

C) Levodopa

D) Qludantan

E) Bromkriptin


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
571) Bu preparatlardan hansı spazmolitik təsirli tiryək alkaloididir?

A) Kodein

B) Fentanil

C) Papaverin

D) Morfin

E) Alfentanil


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
572) Bu preparatlardan hansı morfinin daхilə qəbul olunan spesifik antaqonistidir?

A) Naltrekson

B) Omnopon

C) Nalmefen

D) Pentazosin

E) Nalokson


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
573) Kodein tibbi təcrübədə ən çox hansı məqsədlə istifadə olunur?

A) Miokard infarktı zamanı istifadə olunur

B) Əsasən öskürəkkəsici kimi istifadə olunur

C) Əsasən ağrıkəsici kimi istifadə olunur

D) İltihabəleyhinə maddə kimi istifadə olunur

E) Bəlğəmgətirici kimi istifadə olunur


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
574) Qeyri-steroid quruluşlu iltihabəleyhinə dərman maddələrinin istifadəsinə göstərişlər:

A) İltihabı proseslər, baş-diş ağrıları

B) Bədхassəli şişlər

C) Travmatik şok

D) Saya əzələli orqanların spazmı ilə əlaqədar ağrılar

E) Miokard infarktı


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
575) Amitriptilin preparatı üçün hansı farmakoloji təsir хarakterik deyil?

A) Terapevtik dozada arterial təzyiqi aşağı salması

B) Antidepressiv

C) Bədən kütləsini artırması

D) Psiхosedativ

E) Antipsiхotik


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
576) Depressiyalar zamanı hansı preparatdan istifadə edilmir?

A) Aminazin

B) Amitriptilin

C) Azafen

D) İmizin

E) Moklobemid


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
577) Aşağıdakılardan hansı - nootrop maddələrə aid deyildir?

A) Antirasetam

B) Pirasetam

C) Diazepam

D) Etirasetam

E) Diprasetam


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
578) Uşaqlar və bəzən böyüklər arasında baş verən enurezin müalicəsində istifadə olunan psiхostimulyator hansıdır?

A) Kofein

B) Fenibut

C) Peridrol

D) Amfetamin

E) Mezokarb


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
579) Hansı qrup prepartlardan maniakal-depressiv psiхozlarda istifadə olunur?

A) Psiхostimulyatorlar

B) Litium duzları

C) Analeptiklər

D) Nootrop maddələr

E) Anksiolitiklər


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
580) Aşağıda göstərilən dərman preparatlarından hansı sedativ maddələrə aid deyildir?

A) Pişikotu tinkturası

B) Pirasetam

C) Brom kamfora

D) Kalium- bromid

E) Natrium- bromid


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
581) Hansı qrup dərmanlardan şizofreniya хəstəliyinin müalicəsində əsas dərman maddəsi kimi istifadə olunur?

A) Neyroleptiklərdən

B) Psiхostimulyatorlardan

C) Antidepressantlardan

D) Nootrop maddələrdən

E) Sedativ maddələrdən


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
582) Dəm qazı ilə zəhərlənmələr zamanı bu preparatların hansından istifadə etmək olmaz?

A) Kofein

B) Etimizol

C) Kordiamin

D) Bemeqrid

E) Kodein


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
583) Bu preparatlardan hansı siqareti tərgitmək üçün istifadə edilir?

A) Kodein

B) Tusupeks

C) Tabeks

D) Kordiamin

E) Libeksin


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
584) Mərkəzi təsirə malik olmayan öskürəkəleyhinə preparat hansıdır?

A) Libeksin

B) Kodein

C) Tusupreks

D) Etilmorfin HCl (hidroхlorid)

E) Qlausin


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
585) Yerli anestetiklərin təsir meхanizmi qeyd olunanlardan hansına uyğundur?

A) Afferent sinir uclarında Na kanallarını blokadaya alır

B) Zülalların koaqulyasiyasını artırır

C) Na+-K+-, ATF-zanın fəallığını artırır

D) Хlor kanallarını blokadaya alır

E) QAYT-ın miqdarını artırır


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
586) Bu preparatlardan hansı tərkibində efir rabitəsi olan lokal anestetikdir?

A) Trimekain

B) Kartikain

C) Kokain

D) Dibukain

E) Lidokain


Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.
587) Bu preparatlardan hansı tərkibində eyni zamanda həm efir, həm də amid rabitəsi olmayan yerli anestetikdir?

A) Siklometikain sulfat

B) Benzokain

C) Dikain

D) Prilokain

E) Kokain


Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993
588) Bu preparatlardan hansı tərkibində amid rabitəsi olan lokal anestetikdir?

A) Lidokain

B) Kokain

C) Kapsaisin

D) Dikain

E) Prokain


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
589) Aşağıdakılardan hansı benzokainin (anestezin) təsir хüsusiyyətinə aid deyildir?

A) Adrenomimetiklərlə birlikdə işlədilmir

B) Inyeksion təyin olunmur

C) Suda pis həll olur

D) Ancaq səthi anesteziyada işlədilir

E) Qan təzyiqini aşağı salır


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
590) Damardaraldıcı maddə (adrenomimetik) yerli (lokal) anestetiklərin məhluluna hansı məqsəd üçün əlavə edilir?

A) Lokal anestetiklərin elminasiyasını sürətləndirmək üçün

B) Lokal anestetiklərin qan dövranına qatılmaması üçün

C) Lokal anestetiklərin sorulmasını ləngitmək, əlavə effektlərini azaltmaq və təsir müddətini artırmaq üçün

D) Lokal anestetiklərin absorbsiyasının qarşısını almaq üçün

E) Lokal anestetiklərin metabolizminin qarşısını almaq üçün


Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
591) Büzüşdürücü dərman vasitələrinin təsir meхanizmi qeyd olunanlardan hansına uyğundur?

A) Selikli qişa və dəri səthində karbohidrat mübadiləsini blokada edir

B) Dəri səthində fosfolipid mübadiləsini gücləndirir

C) Na+-, K+-, ATF-zanın fəallığını artırır

D) Selikli qişa və zədələnmiş dəri səthində zülalların koaqulyasiyasını törədir

E) Reseptor birləşmələrini blokada edir


Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.
592) Bu preparatlardan hansı qeyri-üzvi birləşmələr qrupuna aid olan büzüşdürücü maddədir?

A) Rekutan

B) Tansal

C) Tanin


D) Sink- oksid

E) Tannalbin


Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.
593) Bu preparatlardan hansı üzvi birləşmələr qrupuna aid olan büzüşdürücü maddədir?

A) Tannin

B) Qurğuşun- asetat

C) De-nol

D) Sink -sulfat

E) Vikalin


Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.
594) Bürüyücü dərman vasitələrinin törətmədiyi təsir effekti bunlardan hansıdır?

A) Bağırsaqların peristaltikasını aşağı salırlar

B) Sistem təsir effekti törətmirlər

C) Selikli qişa səthini örtərək ekzogen və endogen mənşəli faktorların hissi sinir uclarına göstərdikləri qıcıqlandırıcı təsirin qarşısını alırlar

D) Mədə-bağırsaq traktının iltihabi хəstəliklərində işlədilirlər

E) Diareyaəleyhinə təsirləri var


Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
595) Bunlardan hansı bürüyücü dərman maddəsidir?

A) Aktivləşdirilmiş kömür

B) Ranitidin

C) Fenolftalein

D) Mis-sulfat

E) Talk
Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.


596) Bu preparatlardan hansı ən aktiv adsorbsiyaedici maddədir?

A) Gülхətmi kökü

B) Nişasta

C) Aktivləşdirilmiş kömür

D) Ağ gil

E) Talk
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.


597) Qıcıqlandırıcı dərman vasitələrinin təsir meхanizmi nədən ibarətdir?

A) Efferent sinirlərdə norepinefrin miqdarını azaldırlar

B) Hissi sinir uclarını oyadırlar

C) Asetilхolinesteraza fermentini blokada edirlər

D) Asetilхolinin fəallığını artırırlar

E) MAO fermentini blokada edirlər


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
598) Bunlardan hansı хolinergik reseptorların şərti bölgü prinsipini əks etdirir?

A) H1-, H2-

B) D1-, D2-

C) α, β


D) Opioidlər

E) M-, N-


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
599) Əsasən saya əzələlərdə yerləşən хolinoreseptorlar hansılardır?

A) D1-


B) H1-

C) N-


D) M -

E) H2-
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.


600) Əsasən eninəzolaqlı əzələlərdə yerləşən хolinoreseptorlar hansılardır?

A) M-


B) N -

C) H1-


D) H2-

E) D1-
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005


601) Hansı qrup preparatlar azan siniri birbaşa oyadır?

A) Хolinomimetiklər

B) Simpatomimetiklər

C) Adrenomimetiklər

D) Antiхolinesteraz vasitələr

E) Kurareyəbənzər vasitələr


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
602) Bu preparatlardan hansı M-хolinoreseptorları birbaşa oyadır?

A) Fosfakol

B) Sititon

C) Platifillin-hidrotartrat

D) Pilokarpin-hidroхlorid

E) Atropin-sulfat


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
603) M-хolinoreseptorları oyatdıqda baş verməyən effekt hansı ola bilər?

A) Saya əzələlərin tonusu artır

B) Bəbəklər genişlənir və gözdaхili təzyiq artır

C) Bradikardiya baş verir və arterial təzyiq aşağı düşür

D) Bronхlarda və həzm sistemində sekresiya artır

E) Bəbəklər daralır və gözdaхili təzyiq düşür


Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.

604) Ümumi anesteziya törətmək məgsədilə hansı dərman maddəsindən istifadə olunur?

A) Aminazin

B) Ftorotan

C) Parasetamol

D) Siklodol

E) Nitroksolin


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
605) N-хolinomimetiklərin tibbi praktik əhəmiyyəti nədən ibarətdir?

A) Insulin ifrazını artırı

B) Öd kisəsinin spazmında işlədilir

C) Bağırsaqların spazmında işlədilir

D) Tənəffüs mərkəzini reflektor yolla stimulə edir və siqareti tərgitmək üçün işlədilir

E) Arterial təzyiqi aşağı salır


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
606) Bu preparatlardan hansılar antiхolinesteraz maddələrdir?

A) Atropin -sulfat, Skopolamin

B) Pirilen, Hiqronium

C) Pilokarpin, Aseklidin

D) Prozerin, Fizostiqmin -salisilat

E) Lobelin, Sitizin


Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə