Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə129/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   ...   125   126   127   128   129   130   131   132   ...   142

 

395 


 

 

edən  və  qəlsəmələri  ilə  tənəffüs  edən  soyuqqanlı,  ibtidai 



onurğalı  heyvanlardır.  Balığın  temperaturu  sabit  olmayıb, 

yaşadığı suyun temperaturundan asılıdır.  

Đnsanların  qidalanmasında  balıq  və  balıq  məhsullarının 

böyük  əhəmiyyəti  vardır.  Balığın  tərkibində  dəyərli  zülallar, 

yağlar, mineral maddələr (əsasən fosfor,  yod və s.), vitaminlər 

və digər bioloji fəal maddələr vardır.  

Respublikamızda  Xəzər  dənizi,  Kür  və  Araz  çayları, 

Mingəçevir,  Şəmkir  su  anbarları  və  digər  fərdi  təsərrüfatlarda 

balıq  artırılır  və  ovlanır.  Hal-hazırda  əhalinin  balıq 

məhsullarına  olan  tələbatı  demək  olar  ki,  tam  ödənilmir. 

Fizioloji  normaya  əsasən  orta  yaşlı  insan  ildə  ən  azı  15-18  kq 

balıq istehlak etməlidir.  

Balığın  kimyəvi  tərkibi  çox  zəngindir.  Balıq  əti  və  balıq 

məhsulları insan orqanizmi tərəfindən çox yaxşı  mənimsənilir. 

Balığın 

tərkibində 

insan 

orqanizmi 



tərəfindən 

asan 


mənimsənilən  zülallar,  yağlar,  vitaminlər,  karbohidratlar, 

mineral maddələr vardır. Balığın tərkibində 60-a yaxın kimyəvi 

element  müəyyən  edilmişdir.  Balığın  ayrı-ayrı  orqanlarının 

kimyəvi  tərkibi  müxtəlifdir.  Balığın  kimyəvi  tərkibi  onun 

yaşından,  cinsindən,  ovlanma  vaxtından,  fizioloji  vəziyyətin-

dən, yaşadığı suların xüsusiyyətindən, yem bazasından və digər 

amillərdən asılıdır.  

Balıq  ətinin  zülalları  daha  dəyərlidir.  Belə  ki,  onun 

tərkibində  insan  orqanizminə  lazım  olan  bütün  əvəzedilməyən 

aminturşuları vardır. Balıq ətində quru maddənin təxminən 15-

20%-i  zülallardan  təşkil  olunmuşdur.  Balıq  ətinin  zülalları 

orqanizmdə 96% mənimsənilir.  

Balıq  yağı  tərkibcə  bir  sıra  maddələrin  mürəkkəb 

qarışığından  ibarətdir,  buna  baxmayaraq  tez  həzm  olunan 

yağdır.  Đnsan  orqanizmində  balıq  yağı  96,7%  mənimsənilir. 

Balıq  yağının  qliseridlərində  20-30%  doymuş  və  70-80% 

doymamış yağ turşuları olur.  



 

396 


 

 

Balıq  yağında fosfolipidlər və başqa mürəkkəb  yağlar da 



olur.  Balıq  yağında  yağda  həll  olan  bütün  vitaminlər  vardır. 

Balıq  yağı  mineral  maddələrlə  də  zəngindir.  Balıq  yağında 

doymamış  yağ  turşularından  linol,  linolen,  olein  və  araxidon 

olur  ki,  bunlar  da  mühüm  bioloji  və  müalicəvi  əhəmiyyətə 

malikdir.  Müəyyən  olunmuşdur  ki,  30  qram  balıq  yağı  qəbul 

etdikdə insanın qanında olan xolesterinin miqdarı 7% azalır.  

Balıq  ətində  qeyri-zülali  azotlu  maddələrin  olması  (2,3-

4,2%)  qidanın  həzminə  müsbət  təsir  göstərir.  Bu  qrup 

maddələrdə  balıqda  ammonium  duzları,  inozit,  ATF, 

xolinfosfatit,  serinfosfat  və  s.  olur.  Bunlar  balıq  ətinin  daha 

dadlı olmasına təsir göstərirlər.  

Balıq ətində az miqdarda (0,05-0,85%) karbohidratlardan 

qlikogenə  rast  gəlinir.  Qlikogen  ən  çox  balığın  qaraciyərində 

olur.  Balıq  ətində  karbohidratların  az  olmasına  baxmayaraq, 

onlar  balığın  dadına  və  ətrinə  təsir  göstərirlər,  balığı 

qızartdıqda rəngin dəyişməsinə təsir göstərirlər.  

Balığın  tərkibində  olan  qlikogen  temperaturun  təsirindən 

hidroliz  olunaraq  qlükozaya  çevrilir.  Elə  ona  görə  də  suda 

bişirilmiş və ya yağda qızardılmış balıq ətində zəif şirin dad da 

hiss olunur.  

Vitaminlərdən  balıq  ətinin  tərkibində  ən  çox  A  və  D,  az 

miqdarda  isə  E,  K,  B  qrup  vitaminləri,  PP,  H  və  s.  olur.  A 

vitamini  ən  çox  balığın  qaraciyərində  olur.  Müqayisə  üçün 

qeyd edək ki, cavan mal ətində 0,001 mq%, kərə yağında 0,008 

mq%, yumurtada 0,009 mq% D vitamini olduğu halda, balıqda 

və  onun  yağında  0,20-25  mq%  D  vitamini  olur.  Ona  görə  də 

uşaqlarda  raxit  xəstəliyinin  müalicəsi  üçün  balıq  yağından 

istifadə    olunması  məsləhət  görülür.  Balıq  ətinin  tərkibində 

3%-ə  qədər  mineral  maddələr  də  olur.  Bunlardan  kalium, 

natrium,  kalsium,  maqnezium,  fosfor,  xlor,  yod,  brom,  dəmir, 

mis,  sink,  manqan  və  s.  göstərmək  olar.  Yağsız  balıqlarda 

mineral maddələrin  miqdarı  0,9-1,3%,  orta   yağlı balıqlarda 

isə 1,1-1,9%-ə qədər olur.  



 

397 


 

 

Balıqların  təsnifatı.  Yayıldığı  mühitə  və  həyat  tərzinə 

görə balıqlar 4 qrupa bölünürlər.  

1. Dəniz balıqları. Bu qrup balıqlar duzlu dəniz suyunda 

yaşayır  və  orada  da  artırlar.  Bunlar  öz  növbəsində  okean  və 

suyun dibində yaşayan balıqlara ayrılırlar. Okean balıqları açıq 

dənizlərdə, suyun daxilində yaşayır.  

Dəniz  balıqlarına  skumbriya,  siyənək,  tunes  və  s.  aiddir. 

Suyun  dibində  yaşayanlara  treska,  kambala,  kefal,  paltus  və 

başqaları aiddir.  

2.  Keçici  balıqlar.  Bunlar  dənizlərdə  yaşayır,  lakin  kürü 

tökmək  üçün  (cinsi  yetişkənliyə  çatdıqda)  şirin  sulu  çaylara 

keçir. Bu qrupa nərə, uzunburun, qızılbalıq, xəşəm, ziyad və s. 

aiddir.  Đlan  balığı  isə  əksinə,  şirin  suda  yaşayır,  kürü  tökmək 

üçün  dənizə  keçir.  Keçici  balıqların  kürüsü  ancaq  şirin  suda 

inkişaf edir.  

3.  Yarımkeçici  balıqlar.  Bu  qrupa  aid  balıqlar  dənizin 

şirin  sulu  yerlərində  yaşayır,  qida  axtarmaq  və  kürü  tökmək 

üçün  çay  mənsəblərinə  gedirlər.  Çəki,  çapaq,  naqqa,  suf  və 

digər balıqlar bu qrupa aiddir.  

4.  Çay,  göl  və  başqa  şirin  suda  yaşayan  balıqlara  misal 

olaraq forel, Kür şirbiti, durnabalığı, qızılxallı balıq, xramulya 

və  digərlərini  göstərmək  olar.  Qeyd  etmək  lazımdır  ki,  keçici 

balıqların  əti,  o  cümlədən  nərə  balığı  və  qızılbalıq  cinslərinin 

əti  başqa  dəniz  balıqlarının  ətinə  nisbətən  keyfiyyətli  və  dadlı 

olur.  Kür  qızılbalığı  bütün  balıqlardan  ətinin  zərifliyi,  dadlı 

olması və yağlılığı ilə fərqlənir.  

Əhali  arasında  balıqdan  qida  məhsulu  kimi  diri, 

soyudulmuş  və  dondurulmuş  hallarda  istifadə  olunur.  Bundan 

başqa  duzlanmış,  qurudulmuş  və  qaxac  edilmiş,  hisə  verilmiş, 

konservləşdirilmiş balıq məhsullarından da əhali arasında qida 

kimi istifadə olunur.  



Diri  balıq.  Balıq  sənayesində  tutulmuş  (ovlanmış)  diri 

balıqlar  yüksək  keyfiyyətli  olurlar.  Onlardan  hazırlanan  qida 

məhsulları dadlı, ətirli və yüksək qidalılıq dəyərinə malikdirlər.  



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə