Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə132/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   ...   128   129   130   131   132   133   134   135   ...   142

 

404 


 

 

7.1. Ekoloji biokimya 



 

7.1.1. Orqanizmin xarici mühit dəyişikliklərinə 

uyğunlaşması (adaptasiyası) 

 

Adaptasiya–canlı  orqanizmlərin  ətraf  mühitin  dəyişkən 

şəraitlərinə uyğunlaşması deməkdir. Bu da onların yaşamasına, 

inkişafına,  saxlanmasına  (hətta  artmasına)  gətirib  çıxarır. 

Uyğunlaşma 

prosesi 


müasir 

biologiyanın 

ən 

əsas 


problemlərindən biridir.  

Ancaq son zamanlar ədəbiyyat materiallarında adaptasiya 

məsələlərinə  dair  adətən  fizioloji,  morfoloji  cəhətdən 

uyğunlaşmalar  müzakirə  olunur.  Uyğunlaşma  problemlərinə 

yanaşmada 

biz 


metabolizm 

proseslərinin 

gedişatını, 

hüceyrədaxili  mühitin  tərkibinin  sabitliyini  müəyyən  edən 

biokimyəvi  mexanizmlərə  diqqəti  daha  çox  yetirmişik. 

Biokimyəvi 

nöqteyi-nəzərdən 

uyğunlaşma, 

hüceyrələrdə 

makromolekulların 

(fermentlərin, 

zülalların, 

nuklein 

turşularının)  funksiyalarını  özündə  saxlayır,  molekulların 

quruluşunun bütövlüyünü təmin edir. O cümlədən metabolizm 

proseslərinin  normal  getməsi  üçün  lazım  olan  bioenergetik 

quruluşların bütövlüyünü müəyyən edir.  

Bitkilərin  uyğunlaşmasına  iki  əsas  amil  təsir  göstərir– 

iqlim  və  torpaq.  Bunlara  aiddir:  temperatur,  işıqlanmanın 

intensivliyi,  günəşli  günün  uzunluğu,  nəmlik  və  torpağın 

şoranlığı.  

Bir  çox  bitkilər  Yerin  arktik  zonalarında  və  Şimal  en 

dairələrinin  sərt  şəraitlərində  yaşamaq  qabiliyyətinə  malik 

olurlar.  Onların  soyuğa  uyğunlaşması  hüceyrə  şirəsində  olan 

şəkərlərin  miqdarının  artması  ilə  sıx  bağlıdır.  Soyuğa  davamlı 

bitkilərdə  şəkərlərin  miqdarı  müxtəlif  olur.  Adətən  onlar  üç 

şəkərdən–qlükoza,  fruktoza,  saxarozadan  ibarət  olurlar.  Çox 

ehtimal  ki,  onlar  bitkilərin  şaxtadan  mühafizəsini  iki  üsulla 

təmin edirlər: 



 

405 


 

 

1) 



yüksək  osmos  təzyiqi  ilə,  hansı  ki,  vakuollarda 

çoxlu  sayda  buz  kristallarının  əmələ  gəlməsinə 

mane olur; 

2) 


metabolik effektlə: bu zaman şəkər sitoplazmada 

müxtəlif tikinti materiallarına çevrilir və bununla 

da əlaqə mühafizə funksiyasını icra edir.  

Bir çox bitkilər (ağcaqovaq, qızılağac, üzüm tənəyi və s.) 

çay  vadisində  bitirlər,  onların  kökləri  suya  uyğunlaşmış  olur. 

Müəyyən  olunmuşdur  ki,  belə  bitkilərin  kökləri,  aerob 

şəraitlərdən 

anaerob 


şəraitlərə 

keçən 


zaman 

tənəffüs 

sistemlərini  dəyişmək  qabiliyyətinə  malik  olurlar.  Onları  su 

basan  zaman  bitkilərin  köklərində  oksigen  qalmır  və  Paster 

effekti  yaranır.  Bu  zaman  qlikoliz  prosesi  nəticəsində  əmələ 

gələn  piroüzüm  turşusu  (piruvat)  son  məhsul  kimi  etanola 

çevrilir.  Bu  da  toksiki  məhsul  kimi  köklərdən  suya  keçir. 

Həmçinin,  nəzərdə  tutulur  ki,  bəzi  bitkilərdə  qlikoliz 

prosesində aralıq məhsullar, məsələn, fosfoenolpiruvat, toksiki 

etanola  yox, başqa zərərsiz məhsullara, məsələn, malat, laktat, 

alanin kimi məhsullara çevrilir.  

Uyğunlaşmanın  başqa  forması–kəskin  su  çatışmamazlığı 

şəraitlərində  bitən  səhra  və  yüksək  dağ  bitkilərində  öz  əksini 

tapır. Bu bitkilər quraqlığa, morfoloji və anatomik uyğunlaşma 

hesabına  davam  gətirirlər.  Bu  cür  bitkilərin  üst  səthi  qalın 

mumşəkilli  qatla  örtülü  olur:  yarpaqları  iynələrlə  əvəz 

olunmuşdur  ki,  bu  da  buxarlanmada  su  itkisini  minimuma 

endirir.  

Bir  çox  hallofit-bitkilər  şoran  torpaqlarda  bitir  (şoran 

göllər,  dəniz  sahilləri,  səhra-şoranlıqlar).  Hallofitlər  yüksək 

NaCl qatılığına davamlı olurlar.  

Ən  şoran  torpaqlarda  NaCl-un  miqdarı  2-6%  arasında 

olmağına  baxmayaraq,  onların  bəziləri  hətta  20%-li  NaCl 

(xörək  duzu)  məhlulunda  da  davam  gətirmək  qabiliyyətinə 

malik  olurlar.  Bu  bitkilərdə  duzu  daxilə  keçirməyən  xüsusi 

mexanizmlər olur.  




 

406 


 

 

Hallofitlərdə olduğu kimi quraqlığa davamlı bitkilərdə də 



çoxlu 

miqdarda 

prolin 

müşahidə 



olunmuşdur: 

onun 


konsentrasiyası  normadan  10  dəfə  artıq  ola  bilər.  Hal-hazırda 

prolinin  yüksək  konsentrasiyalarının  (qatılığının)  quraqlığa  və 

duza  davamlılığa  təmin  olunma  mexanizmi  dəqiq  müəyyən 

edilməmişdir.  

Biokimyəvi  uyğunlaşma  prosesləri  geniş  həddlərdə 

tərəddüd  edir–orqanizmin  evolyusiyalı  dəyişməsi  üçün  lazım 

olan  uzun  dövrlərdən,  saniyələrə  qədər  dövr  edir.  Biokimyəvi 

uyğunlaşma 

sürəti 

nöqteyi-nəzərindən 



onları 

genetik, 

akklimatik və dərhal uyğunlaşmalara bölmək olar.  

Genetik uyğunlaşma uzunmüddətli prosesdir. O, bir neçə 

nəsildə baş verir. Populyasiyalar müxtəlif uyğunlaşma yollarını 

istifadə  edə  bilərlər.  Genlərin  mutasiyası  fermentlərin 

aktivliyinin dəyişməsinə gətirib çıxara bilər, belə ki, zülallarda 

aminturşuların 

yerdəyişkənlikləri 

yeni 


izofermentlərin 

yaranmasına  səbəb  ola  bilər.  Bəzi  hallarda  isə  hətta  yeni  tipli 

fermentlərin də əmələ gəlməsinə səbəb ola bilər. 

Akklimatizasiya–canlı  orqanizmlərin  ətraf  mühitin  bir 

neçə  dəyişkən  parametrlərinə  uyğunlaşması  prosesidir.  Bu 

uyğunlaşmanın  genetik  uyğunlaşmadan  əsas  fərqi  ondadır  ki, 

belə  halda  orqanizmin  genində  kodlaşdırılmış  xüsusiyyətləri 

istifadə  olunur.  Metabolizm  prosesinin  ayrı-ayrı  hissələrinin 

aktivləşməsi, hüceyrə quruluşlarının  yenidən düzülməsi böyük 

əhəmiyyət kəsb edir.  

Dərhal uyğunlaşma çox tez baş verir və əlbəttə ki, gendə 

olan  hər  hansı  bir  dəyişikliklərlə  bağlı  deyildir.  Dərhal 

uyğunlaşma  bəzən  fermentlərin  aktivliyinin  dəyişməsi  və  ya 

əhəmiyyətli  dərəcədə  fermentlərin  biosintezi  yolu  ilə  həyata 

keçirilir.  

Buna 


misal 

olaraq, 


müxtəlif 

qidalı 


mühitlərdə 

mikroorqanizmlərin yetişdirilməsini göstərmək olar.  

 

 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə