Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə133/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   ...   129   130   131   132   133   134   135   136   ...   142

 

407 


 

 

7.1.2. Ətraf mühitin çirklənməsi. Mutasiyalar. 



 

Đnsan  fəaliyyəti  nəticəsində  bir  çox  kimyəvi  aktiv 

maddələr  canlı  orqanizmlərə,  o  cümlədən  insana  məhvedici 

təsir  göstərərək,  ətraf  mühitə  düşürlər.  Ekosistemlərdə  və 

orqanizmlərdə  çirkləndirici  maddələrin  iki  əsas  xüsusiyyətini 

qeyd  etmək  məqsədəuyğundur.  Birincisi,  real  şəraitlərdə, 

biosferdə,  bir  çox  birləşmələrin  yüksək  davamlılığı  nəzərdə 

tutulur.  Belə  ki,  dixlordifeniltrixloretilen  (DDT)  torpaqdan  30 

ilə,  xlordan–14  ilə,  deptaxlordan  isə–17  ilə  öz  təsirini  itirir. 

Đkincisi,  bəzi  yadcinsli  birləşmələr  parçalanmaya  və  ya 

nəqletdirməyə  elə  uğraya  bilirlər  ki,  alınmış  məhsullar  daha 

davamlı və ya toksiki olurlar.  

Təsiretmə mexanizminə görə kimyəvi maddələri  2 qrupa 

bölmək olar:  

a) 

toksiki,  onların  təsir  metabolizmi  ayrı-ayrı 



hissələrinin  pozulması  ilə  bağlıdır,  bu  bir  çox 

hallarda qısa zaman kəsiyində baş verir,  

b) 

mutagen,  onlar  genetik  səviyyədə  təsir  edirlər, 



aydın  şəkildə  nəsildə  əks  olunur  və  insan  üçün 

xüsusi təhlükə daşıyır. 

Genetik  səviyyədə  kimyəvi  birləşmələrin  təsirinin 

əsasında  mutasiya  prosesi  durur.  DNT-nin  hər  hansı  bir 

sahəsində  azotlu  əsasların  ardıcıllığının  dəyişməsi  mutasiyaya 

səbəb  olur,  bunun  üçün  hətta  bir  əsas  cütlüyün  dəyişməsi 

kifayətdir.  

Mutagen  maddələr  ilk  dəfə  1942-ci  ildə  Rusiyada 

Đ.A.Rapport  və  Böyük  Britaniyada  Ş.Auerbax  tərəfindən 

açıqlanmışdır.  Onlar  formalinin  və  etileniminin  yüksək 

mutagen aktivliyini sübut etmişlər.   

Sonra  mutagen  aktivlik  nitrobirləşmələrdə:  nitratlarda, 

nitritlərdə, 

nitroaminlərdə 

müşahidə 

olunmuşdur. 

Azot 

turşusunun  mutagen  aktivliyi  əsasən  adeninin,  quaninin, 



sitozinin  dezaminləşməsi  ilə  şərtləndirilir.  Bundan  başqa  azot 


 

408 


 

 

turşusu,  DNT  molekulunda  anomal 



formada  qurmaq 

qabiliyyətinə  malikdir.  Đkinci  dövr  aminlərlə  qarşılıqlı  təsirə 

girən nitritlər, yüksək toksiki nitroaminlər əmələ gətirir: 

 

   R



1

–NH + HNO

2

  →   R


1

–N–H=O + H

2



                 R



2

                             R

 

Bu  reaksiya  mədədə  asanlıqla  baş  verir,  əmələ  gələn 



nitroaminlər  asanlıqla  sorulur  və  onkoloji  xəstəliklərin 

inkişafına səbəb olur.  

Bir  çox  bitkilərin  tərkibində  müəyyən  miqdarda  nitratlar 

olur, çuğundurda və ispanaqda isə onların miqdarı daha çoxdur. 

Đnsanlarda 

və 


heyvanlarda 

onların 


zərərsizləşdirilməsi 

mexanizmləri yoxdur.  

Tərkibində nitrobirləşmələr saxlayan qida məhsullarından 

(müxtəlif  kolbasalarda  və  s.)  az  istifadə  olunması  tövsiyyə 

olunur. Bir çox birləşmələr adi şəraitlərdə aktivlik göstərmirlər. 

Onlar  yalnız  orqanizmdə  hidroksidləşməyə  məruz  qalaraq, 

aktiv  mutagenlərə  çevrilirlər.  Kimyəvi  mutagenlərin  aktivliyi 

həm fiziki təsirlər altında (UB-şüa, ionlaşdırıcı radiasiya), həm 

də DNT-n xromosomlarına təsadüfən virus daxil olduğu zaman 

yüksəlir.  

Azotsaxlayan  mutagenlərin  mənbələrinə  mineral  və  üzvi 

gübrələr,  məişət  tullantı  suları,  sənaye  tullantıları  aid  edilir. 

Güclü  mutagenlərə  dezinfeksiya  maddələri–dixloretan,  etilen 

oksidi,  fenol,  alkilbirləşmələr  aiddir.  Onların  mutagen  təsiri 

DNT  zəncirlərinin  çoxsaylı  zədələnmələri  ilə  bağlıdır.  Rezin, 

salofan,  eboksid  qətran,  akrolein  istehsalında  istifadə  olunan 

trietilenmelanin, 

konservantlar, 

fotokimyəvi 

maddələr 

istehsalında  istifadə  olunan  asetaldehid  də  mutagenlərə  aid 

edilir.  Avtomaşınların  yanmış  qazları  ilə  ətraf  mühitə 

qurğuşun, 

azot 


oksidləri, 

aromatik 

karbohidrogenlər, 

trimetilfosfat  kimi  mutagenlər  daxil  olur.  Sənaye  tullantıları 

ağır  metal  duzları  ilə  qarşılıqlı  əlaqəyə  girərək,  yüksək 



 

409 


 

 

aktivliyə  malik  mutagen  komplekslər  əmələ  gətirirlər. 



Pestisidlərin  geniş  tətbiq  olunduğu  rayonlarda  yaşayan 

uşaqlarda  adətən  dəmir  çatışmamazlığı,  aktiv  vərəm,  viruslu 

gepatit, 

yuxarı 


tənəffüs 

yollarının 

və 

sinir 


sistemi 

xəstəliklərinin yaranması müşahidə olunur.  



 

7.2. Patoloji  biokimya 

 

7.2.1. Đrsi xəstəliklərin biokimyəvi əsasları 

 

Hal-hazırda insanlarda maddələr mübadiləsinin 2000-dən 



artıq  irsi  pozulmaları  məlumdur.  Maddələr  mübadiləsinin 

pozulması  ilə  əlaqədar  insanlarda  anadangəlmə  qüsurlar  və  ya  

molekulyar  xəstəliklər  genlərin  quruluşlarının  molekulyar 

səviyyədə  dəyişməsi  ilə  şərtləndirilir,  bu  qüsurlar  tədricən 

müxtəlif  amillərin  təsirindən  və  ya  birdən  də  yarana  bilər. 

Đnsanlarda  ən  geniş  yayılmış  mutasiya  forması–nöqtəli 

mutasiyadır.  Adətən,  belə  mutasiyalar  transversiya  olunaraq, 

nuklein turşularının tərkibində olan pirimidin əsaslarının purin 

əsaslarına çevrilməsinə səbəb olur və yaxud əksinə. Bu zaman 

nəticədə  keyfiyyətsiz,  orqanizmin  üçün  yad  zülalların  sintez 

prosesi  baş  verir.  Buna  görə  də  irsi  xəstəlikləri  adətən, 

proteinopatologiya,  yəni  zülali  patologiya  adlandırırlar. 

Proteinopatologiya  iki  qrupa  ayrılır:  fermentativ  patologiya  və 

qeyri-fermentativ 

zülali 

patologiya. 



Zülalın 

normal 


fəaliyyətinin  pozulması  nəticəsində  hüceyrə  metabolizminin 

düzgün getməməsi baş verir. Bu da xarakterik simptomları olan 

müəyyən xəstəliklərin yaranmasına gətirib çıxarır.  

Aminturşu 

mübadiləsinin 

fermentativ 

patologiyası. 

Fenilketonuriya–aminturşu  mübadiləsinin  pozulması  ilə  bağlı 

irsi  xəstəliklərin  tipik  nümunəsidir.  Xəstəliyin  səbəbi 

aminturşusularının  nümayəndəsi  olan  fenilalaninin  metaboliz-

minin pozulmasıdır. Normal metabolizmdə fenilalanin tirozinə 

çevrilir.  Bu  reaksiyanı  fenilalaninmonooksigenaza  fermenti 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə