Əhatə olunan məsələlər



Yüklə 419,65 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix08.10.2017
ölçüsü419,65 Kb.
#3839
1   2   3   4   5   6   7   8   9   ...   16

üzrə  işin  məzmunu  bilavasitə  bir  subyekt  kimi  təlim  alanlara  yönəldilmişdir. 

Qiymətləndirmə standartlarında şagirdlərin fəaliyyəti, üzərində işlədikləri məzmun 

və  şərait  elementləri  ilə  yanaşı,  onların  əldə  edəcəkləri  minimum  nailiyyətlər  də 

ifadə edilmişdir. Şagird şəxsiyyətinin bütün parametrlərdə inkişaf istiqamətləri diq-

qət mərkəzində saxlanılmışdır. 

3.  Fənn  kurikulumları  konseptual  sənəddir.  “Azərbaycan  respublikasında 

ümumi  təhsilin  Konsepsiyası  (Milli  Kurikulumu)”  sənədindəki  müddəalar 

respublikada  hər  hansı  fənn  üzrə  fəaliyyətlər  sistemini  ümumiləşdirmək 

baxımından  konseptual  xarakter  daşıyır.  Ona  görə  də  fənn  kurikulumları  öz 

növbələrində həm də çərçivə sənədi hesab edilir. Ondan sonra hazırlanacaq məktəb 

və  sinif  kurikulumlarının  ümumi  prinsiplərini  əks  etdirir.  Fənn  kurikulumları  hər 

bir  fənn  üzrə  məqsəd,  vəzifə,  məzmun,  texnologiya  və  qiymətləndirmə 

məsələlərini  əhatə  etməklə  çoxçeşidli  iş  parametrlərini  əlaqəli  şəkildə 

ümumiləşdirir.  Nəticələr  şəklində  olan  məzmun  təhsil  pillələri  və  siniflərə  aid 

məzmun  xətləri  üzrə  kurikuluma  daxil  edilir.  Standartlar  səviyyəsində  təqdim 

olunmuş  siniflər  üzrə  nəticələrin  sərhəddi  standartlar  və  altstandartların 

(bençmarkların) hüdudunda müəyyənləşdirilir. 



4.  Fənn  kurikulumları  inteqrativ  xarakter  daşıyır.  Bu,  ilk  növbədə,  onun 

ümumtəhsil məktəbləri üçün hazırlanması və şagird şəxsiyyətinin formalaşmasına 

imkan yaratması, şagirdlərdə həyati bacarıqların formalaşdırılması, onların davamlı 

fəaliyyət üçün hazırlanması ilə bağlıdır. Ona görə də kurikulumlarda əks olunmuş 

təlim  nəticələri  (təlim  standartları)  biri  digərini  tamamlamaq,  möhkəmləndirmək, 

davam  etdirmək  baxımından  elə  ardıcıllıqla  verilir  ki,  onların  vasitəsilə  şagird 

şəxsiyyətinin  formalaşmasını  və  inkişafını  izləmək  mümkün  olur.  Bu  əlaqələr 

məzmun  və  istiqamətinə  görə  iki  yerə  ayrılır:  şaquli  inteqrasiya,  üfüqi 



inteqrasiya. 

Şaquli inteqrasiya daha çox fənnin siniflər və mərhələlər arasındakı əlaqəsini, 

üfüqi isə müxtəlif, lakin uyğun gələn fənlərin əlaqəsini ehtiva edir. Bütün hallarda 

şagirdlərin  inteqrativ  standartlar  əsasında  ölçülə  bilən  bacarıqlara  yiyələnmələri 

diqqət mərkəzində saxlanılır. 

5.  Fənn  kurikulumları  qabaqlayıcı  xarakter  daşıyır.  Bu,  onun 

konseptuallığından irəli gəlir. Kurikulumlar bütün təlim nəticələrini əks etdirməklə 

sonrakı  nailiyyətləri  fərz  etməyə  imkan  yaradır.  Öyrənmə  prosesində  əldə  edilən 

nailiyyətin  hansı  səviyyədə  olmasını  müəyyənləşdirmək  üçün  şərait  əmələ  gəlir. 

Bəzən yeni kurikulumların izahedici xarakterə malik olduğu göstərilir. Təbii ki, be-

lə  bir  yanaşma  yeni  kurikulumların  nəticəyönümlü  xarakterini,  onun  qabaqlayıcı 

funksiyasını zəiflədir. Bütün bunlarla yanaşı, fənn kurikulumları həm də: 

-  müxtəlif  bacarıqların  öyrənilməsini  nəzərdə  tutan  balanslaşdırılmış  və 

əhatəli yanaşmanı özündə saxlayır; 

-  təlimin  fəal  üsullarından  istifadə  olunmaqla  məzmun  standartlarının 

səviyyəsinə çatmağa imkan yaradır; 

-  şagirdlərin  bilik  və  anlayışlarının  daim  qiymətləndirilməsini,  tədris  ili 

ərzində düzəlişlərin edilməsini nəzərdə tutur; 

-  şagirdlərin  təlimə  cəlb  olunmasını,  davamlı  təhsilə  hazırlanmasını  və 

həvəsləndirilməsini təmin edir; 



-  şagirdlərin  təhsil  alarkən,  bilikləri  qiymətləndirilərkən,  savadı  artırılarkən 

müasir texnologiyalardan istifadə edilməsini nəzərdə tutur; 

- uyğun təlim resuslarına və inzibati yardıma malik olur. 

 

Fənn kurikulumlarında fənnin məzmunu standartlar şəklində ifadə olunur. 



Əsas standartın funksiyasını bu şəkildə formulə etmək mümkündür: 

Fənlər  üzrə  müəyyən  olunan  təlim  nəticələrini  məzmun  xətləri  üzrə  ümumi 

şəkildə izah edir. 

         Alt standartların funksiyalarını aşağıdakı kimi ayırd edə bilərik: 

 

Təlim  məqsədlərinin  dəqiq  müəyyən  olinması  üçün  etibarlı 



zəmin yaradır; 

 

Təlim  strategiyalarının  düzgün  seçilməsində  mühüm  rol 



oynayır; 

 

Təlimdə inteqrativliyi təmin edir; 

 

Təlimin məzmununun davamlı inkişafını təmin edir; 

            *              Sinif  və  fənlər  üzrə  summativ  qiymətləndirmənin  aparılmasını 

təmin edir.  

Bir  qədər  diqqətli  olmaqla  görmək  mümkündür  ki,  standartlar  öyrədiləcək 

məzmundan  xəbər  verir  və  bacarığın  xüsusiyyətini  göstərir.  Yəni  nəyin 

öyrədiləcəyi və öyrədilənlərin necə nümayiş etdiriləcəyi aydın təsvir edilir. Hər bir 

standart altstandartlarla müşayiət edilir.  

Biliyin  kateqoriyaları  baxımından  ümumi  xarakter  daşıyan  məzmun 

altstandartlarda  hissələrə  bölünərək  biliyin  deklorativ,  prosedural  və  kontekstual 

adlanan üç böyük kateqoriyasından birinə aid olur. 



 

 

 Məzmun standartlarının bilik və fəaliyyət komponentləri, onların 

təsnifatı ilə bağlı belə bir təsvir təqdim etmək olar: 

 

 

 

 

 



 

 

Məzmun standartı 

Fəaliyyət 

 Konseptual 

       (Kontektual) 

Deklarativ 

(Faktoloji) 

İdraki 


Bilik 

Ünsiyyət  

Prosedural 

Psixomotor 




Yüklə 419,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə