Əhatə olunan məsələlər



Yüklə 419,65 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix08.10.2017
ölçüsü419,65 Kb.
#3839
1   2   3   4   5   6   7   8   9   ...   16

Müasir  təhsil  müstəvisində  şagirdin  bir  şəxsiyyət  kimi  fəaliyyətə  cəlb 

olunması,  onun  ehtiyac  və  maraqlarının  əsas  götürülməsi,  pedaqoji  problemlərin 

həllində  müəllimlərlə  əməkdaşlığı,  yaradıcı  və  təşəbbüskar  rolu  xüsusi  olaraq 

nəzərə  alınır.  Bunlar  yeni  pedaqoji  texnologiyaların  mahiyyətini  təşkil  edən 

mühüm  elementlər  kimi  onun  xarakterik  keyfiyyətini  göstərir.  Yeni  fənn 

kurikulumlarında özünə yer almış təlim strategiyalarının məğzini təşkil edir. 

Qiymətləndirmə  mexanizmləri  kurikulumun  məzmununda  xüsusi  yer  tutur. 

Ümumiyyətlə,  dünya  ölkələrinin  təcrübəsində  qiymətləndirmə  məsələlərinin 

kurikulumlarda  əhatə  olunmasına  xüsusi  diqqət  yetirilir.  Ona  nailiyyətlərin 

obyektiv və real qiymətləndirilməsi vasitəsi kimi baxılır. 

Hər  bir  fənn  kurikulumunda  sonuncu  bölmə  kimi  təqdim  olunan 

qiymətləndirmə  hissəsi  mahiyyət  etibarilə  Azərbaycan  təhsilində  yeni  yanaşma 

tərzidir.  Bu  sistemdə  qiymətləndirmənin  müxtəlif  növləri,  formaları  və 

vasitələrinin özünəməxsusluğu nəzərə alınır. 

 

          Söylədiklərimiz  fənn kurikulumunun strukturunu  belə təsəvvür 

etməyə əsas yaradır: 

Giriş 

1.

 



Fənnin məqsəd və vəzifələri, onun əhəmiyyətinin əsaslandırılması. 

2.

 



Fənnin xarakterik xüsusiyyətləri. 

Fənnin məuzmun 

1.

 



Təhsil pillələri üzrə təlim nəticələri. 

2.

 



Fənn üzrə məzmun xətləri və onların əsaslandırılması. 

3.

 



Hər bir sinif üzrə ümumi təlim nəticələri ( əsas məzmun standartları).  

4.

 



Ümumi  təlim  nəticələri  əsasında  zəruri  minimumun  və  daha  yüksək 

səviyyəli alt standartların müəyyənləşdirilməsi və əsaslandırılması. 

5.

 

Fəndaxili və fənlərarası inteqrasiya. 



6.

 

Ümumi  təlim  nəticələrinə  əsasən  şagird  nailiyyətlərinə  verilən 

minimum tələblərin təsviri. 

Təlim strategiyaları 

1.

 



Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri. 

2.

 



Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyyələr. 

3.

 



Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr. 

Qiymətləndirmə nümunələrinin hazırlanması 

1.

 



Kurikulum üzrə qiymətləndirmə vasitələri. 


2.

 

Təhsil pillələri üzrə yekun qiymətləndirmə vasitələri. 



         

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Fənn kurikulumunun strukturunun blok-sxem formasını belə təsvir 

etmək olar: 

 

 

 



 

 

 



 

 

 

 



 

 

 

 



Giriş 

 

Fənnin məqsəd və vəzifələri 



 

Fənnin xarakterik xüsusiyyətləri 

 



Fənni məzmunu 



II 

Təlim 


strategiyaları 

III 


Şagird nailiyyətlərinin 

qiymətləndirilməsi 

 

 Əsas      



qiymətləndirmə  

növləri 


 

Qiymətləndirm

ə standartları və 

qiymətləndirmə 

vasitələri  

-Fənn üzrə təlimin 

təşkilinə verilən əsas 

tələblərin təsviri 

-Forma və üsulların 

təkmilləşdirilməsi 

barədə tövsiyələr 

-Müəllimin təlim 

fəaliyyətinin 

planlaşdırılmasına dair 

nümunələr 

-Məzmun 


standartlarının şərhi 

 

Ümumi təlim 



nəticələri 

 

Məzmun 



xətləri 

 

Məzmun 



xətləri üzrə təlim 

nəticələri  

 

Məzmun 


standartları 

 

İnteqrativlik 



 


 

 

 

         Fənn kurikulumları bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir. 

 

Fənn  kurikulumları:müxtəlif  bacarıqların  öyrənilməsini  nəzərdə  tutan 

balanslaşdırılmış  və  əhatəli  yanaşmanı  özündə  saxlayır;təlimin  fəal  üsullarından 

istifadə  olunmaqla  məzmun  standartlarının  səviyyəsinə  çatmağa  imkan 

yaradır;şagirdlərin  bilik  və  anlayılarının  daim  qiymətləndirilməsini,tədris  ili 

ərzində  düzəlişlərin  edilməsini  nəzərdə  tutur;şagirdlərin  təlimə  cəlb 

olunmasını,davamlı 

təhsilə  hazirlanmasını  və  həvəsləndirilməsini  təmin 

edir;şagirdlərin  təhsil  alarkən,bilikləri  qiymətləndirilərkən,savadı  artırılarkən 

müasir  texnalogiyalardan  istifadə  edilməsini  nəzərdə  tutur;uyğun  təlim 

resurslarına və inzibati yardıma malik olur

Fənn kurikulumları nəticəyönümlü xarakterə malikdir

Bu  xüsusiyyət  onu  əvvəlki  proqramlardan  kəskin  şəkildə  fərqləndirir. 

Nəticəyönümlülük  müasir  kurikulumların  hazırlanmasında  nəzərə  alınan  mühüm 

didaktik prinsiplərdən biri hesab edilir. Təlim prosesində əldə olunacaq nəticələrin 

əvvəlcədən  müəyyən  edilməsi  və  onun  məzmuna  gətirilməsi  bu  prinsipin  başlıca 

cəhətlərindən  biri  kimi  dəyərləndirilir.  Nəticəyönümlülüyün  olması,  ilk  növbədə, 

təlim fəaliyyətlərinə əsaslanır, bütövlükdə təlim prosesinin mahiyyətini təşkil edən 

son  nəticəni  görməyə  imkan  verir.  Fənn  kurikulumlarında  təlim  nəticələri 

müxtəlifdir:  ümumi  nəticələr,  xüsusi  nəticələr.  Bunlar  həm  məzmunu 

müəyyənləşdirmək,  həm  də  qiymətləndirmə  aparmaq  baxımından  əhəmiyyət 

daşıyır.  İlk  növbədə,  məzmunu  ifadə  edən  belə  ümumi  nəticələr  hökumət 

tərəfindən  təsdiq  olunur.  Onlar  respublikada  bütün  fənlər  üzrə  ümumi  təhsilin 

məzmununu  ifadə  edir.  Məzmun  xətləri  və  siniflər  üzrə  hazırlanmış  nəticələr  isə 

ümumi nəticələrə uyğun xüsusi nəticələr kimi təsdiq olunur. 



2.  Fənn  kurikulumları  şagirdyönümlülüyü  ilə  seçilən  sənəddir.  Fənn 

kurikulumlarında  öz  əksini  tapan  bütün  nəticələr  şagirdlərə,  onların  inkişafının 

izlənməsinə  yönəldilmişdir.  Fənnin  ümumi  məsələlərindən  biri  kimi  məqsəd  və 

vəzifələrin  belə  müəyyənləşdirilməsində  şagird  şəxsiyyətinin  formalaşması  və 

inkişafı  diqqət  mərkəzində  saxlanılmışdır.  Onların  sinifdən-sinfə,  bir  təhsil  pill-

əsindən  digərinə  keçməsinin  tənzimlənməsi,  inkişafının  istiqamətləndirilməsi  ön 

planda saxlanılmışdır. Şagirdin idrakı, hissi və psixomotor bacarıqlarının müəyyən 

olunmuş  həddə  çatması  üçün  humanist  və  demokratik  prinsiplərə  söykənən  iş 

üsulları və formalarının seçiləcəyi, ən müasir texnologiyalardan istifadə olunacağı 

göstərilmişdir.  Fənn  kurikulumlarında  şagird  nailiyyətlərinin  qiymətləndirilməsi 




Yüklə 419,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə