Əhməd Ağaoğlu Sərbəst İnsanlar Ölkəsində



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63891
1   ...   13   14   15   16   17   18   19   20   21

- Sərbəst insanlar ölkəsində böyük adamlara sayqı göstərib baş əymirlər?

- Sərbəst ölkədə böyük adamlara nə qədər desən sayqı göstərilir. Bir bağçalarımızı, parklarımızı, meydanlarımızı, 

muzeylərimizi, məktəblərimizi gəz. Hər tərəfdə böyük adamların heykəllərini, abidələrini, şəkillərini görəcəksən.

Tariximizi, ədəbi əsərlərimizi oxu. Böyük adamların ömür yolu ilə, yaratdıqlarının dolğun məzmunu ilə, onların başına 

gələn hadisələr əsasında yazılmış hekayələr, romanlar və teatr pyesləri ilə doludur. Onlara diri çağlarında sayqı 

göstəririk. Öləndən sonra isə unutmuruq. Daim minnətdarlıqla yad edirik. Adlarını qəlblərimizdə yaşadır, xatirələrini 

nəsildən-nəslə yetiririk. Ancaq bütün bunları edərkən, özümüzü, öz şəxsiyyətimizi, ləyaqət və şərəfimizi də yaddan 

çıxarmırıq.

Ü stəlik, böyük adamların nöqsanlarını, səhvlərini, çatışmazlıqlarını da diqqətə yetirməkdən çəkinmirik. Onları şişirdib 

insanlıqdan çıxarmaqdan, bütə çevirməkdən çəkinirik. Qısası, sərbəst ölkə bu baxımdan həm sayqının ağını 

çıxarmaqdan, həm də sayqısızlıq göstərməkdən eyni dərəcədə çəkinir. Halbuki qəsidəyə və həcvə alışqan mühitlərdə

böyük adamlar öyülüb asanlıqla büt dərəcəsinə qaldırıldıqları kimi, işdən çıxarılandan və ya ölümlərindən sonra

həcvlə, yəni acı tənqid və qaxıncla yenə də o cür asanca alçaldılırlar. Həqiqətdə, belə mühitlər böyüklüyün nə olduğunu 

da anlamır. Görkəmli adamları tezcə unudur, xatirələrini qorumur, məktəblərdə, muzeylərdə, küçələrdə şəkilləri

heykəlləri görünmür. Çoxları onların bioqrafiyasından da xəbərsiz qalır. Deməli, gerçəyə qalanda, həmin mühitlərin 

sayqı göstərib əziz tutduqları şey böyüklük deyil, gücdür, qüvvədir.

Nə qədər ki, böyük adamlar güc sahibidirlər, o güc mühitində yaşayan insanlar öz şərəf və ləyaqətlərini belə unudaraq 

onları bütə çevirirlər. Ancaq böyük adamların gücü azalar-azalmaz, həmin insanların gözündə hər cür dəyər və

qiymətlərini itirər və onlardan ən ağır söyüş və təhqirləri belə əsirgəməzlər.

Sərbəst insanlar ölkəsi isə bu iyrənc şişirtmə və alçaltmalardan özünü qoruyur və yetirdiyi böyük adamları göylərə

qaldırmadığı kimi, çirkaba da atmır.

- Ustad, yenə bütün varlığımı alt-üst etdiniz. Yenə bir az tək qalmaq, düşünmək istəyirəm. İcazənizlə, bu günkü söhbəti 

bitirək.

- Lap yaxşı! İki gündən sonra yenə görüşərik.

İRİ MAŞINQAYIRMA ZAVODU

Pirlər getdilər. Eşitdiklərimi düşünməyə başladım. Tərəddüdlərim, içimdəki şübhələr hər gün artmaqda idi. Bu gün 

tamam aşıb-daşdı. Nə qəribə ölkədir! Adətləri bizimki ilə daban-dabana ziddir. Görəsən, öyrəşə biləcəyəmmi? Görəsən, 

öz mühitimin izlərini, orda alışdığım düşüncə tərzini, orda aldığım tərbiyəni atıb unuda biləcəyəmmi? Özümü 

sınayanda, nəsə ruhdan düşürəm.

Tutalım, təsəvvürümə gətirirəm ki, bir vəzifə sahibinin yanındayam. Ona üz tutarkən, "ayağınızın altındakı torpağa 

üzümü sürtmək şərəfinə nail olmaq üçün Sizi rahatsız etdim" kimi alışdığım müraciətin yerinə, "sizi görməyə gəldim" 

cümləsini işlədirəm. Bu sözdən canıma qorxu düşdü və öz-özümə "bu necə ola bilər?" sualını verdim. Vəzifə sahibi 

qəzəblənməzmi? Mısmırığını sallamazmı? Məni yanından qovmasa belə, ürəyində "nə qədər utanmaz adamdır!" 

deməzmi? Və məni bir də öz qəbuluna buraxarmı?

Lap vəzifə sahibi dözsə də, yanındakılar bir-birinə baxıb və məni gözləri ilə göstərib, çiyinlərini çəkməzlərmi?  

Ü rəklərində "tərbiyəsizin, utanmazın biri!" deməzlərmi? Və mən gedəndən sonra tərbiyəsizliyimi, utanmazlığımı 

sübuta yetirməkdən ötrü min bir əhvalat, dedi-qodu, nağıl uydurmazlarmı?

Beynimdə bu fikirlər dolaşarkən, ağlım sanki başqa bir mühitdə olduğumu unudur və məni ümidsizliyə sürükləyirdi. 

Ancaq sonra qəfildən özümə gəlir və uca səslə: - "Əzizim, sən azad olmaq istədin axı. Sərbəst ölkəyə də buna görə

gəldik. Burada insanlar da, çəkinəcəyin şeylər də bambaşqadır" - deyərək öz-özümə gülümsəyirdim. Amma yenə də

beynim alışmırdı, öyrəşdiyi yoldan ayrıla bilmirdi, məni həmişə oraya doğru çəkirdi. Bircə bilsəydiniz necə

hirslənirdim?!

Öz əlimdə olsaydı, beynimi başımdan çıxarıb yerinə başqasını qoyardım. Ancaq yazıqlar ki, buna imkan yoxdur. Heç 

bilmirəm nə edim? Bu yeni mühitə necə alışım?




Acı bir ümidsizlik doğuran həmin sual o gün məni çox üzdü. Nəhayət, yerimdən sıçradım və sanki bir kölgədən 

qurtulmaq üçün özüm-özümə bağırdım: "Yəni səndə iradə yoxdur? Qoy iradən beyninin hakimi olsun. Və beynin səni 

köhnə yollara doğru sürükləyəndə, iradən beynini saxlasın, ona "dur" desin!

Bax belə! Beynimə "dayan, bu yana çevril!" - deyə əmr edəcəyəm. Elə də etdim. Silkinəndən sonra getməyə

hazırlaşdım. Maşınqayırma zavoduna dəvət olunmuşduq.

Artıq bir saatdan sonra tanışlarımla bərabər zavodda idik. Bu nəhəng bina şəhərin kənarında yerləşirdi. Ayrıca qatar 

zavodun içinə qədər aparırdı.

Gördüklərimin əzəmətinə heyran qaldım. Binanın içərisində yüzlərcə qadın və kişi çalışırdı. Qadınları yalnız 

saçlarından və qulaqlarındakı sırğalardan tanımaq olurdu.

Zavodda avtomobildən tutmuş, zirehli qatarlara, lokomotivlərə, toplara, mərmilərə, bombalara qədər hər şey 

hazırlanırdı. Hər tərəfdə iri kürələr və sobalar alov püskürür və dözülməz isti yaradırdı. Uzun və qalın maşalarla odun 

içindən çıxarılan qıpqırmızı və yekə dəmir parçaları maşınla hərəkətə gətirilən çəkiclərin altında bükülüb qıvrılırdı. 

Məngənənin dişləri polad parçasını xurd-xəşil edirdi. Sobadan sıçrayan qığılcımlar az qala tavana çatırdı.

Bir az o yanda iri bir qayış kəmər dayanıqlı bir silindrə dolanaraq arakəsilmədən fırlanır və Misir ehramları kimi 

yüksələn silindirləri qorxunc bir hay-küy içində gah aşağı, gah yuxarı dartırdı.

Bu arada zəng çalındı. Adamların hamısı bir tərəfə çəkildi. Mən də qırağa çəkiləndə, sanki bir möcüzə ilə rastlaşdım. 

Döşəməyə sərilmiş min bir dəmir parçası birdən-birə havada uçuşmağa başladı. Öncə çaşıb qaldım və elə bildim ki, nə

isə baş verib. Ancaq sonra diqqət yetirib gördüm ki, dəmir parçaları bir nöqtəyə doğru uçuşur və arı balası kimi bir-

birini minərək, iri bir kütləyə yapışırdılar. Bir azdan anladım ki, bu kütlə elektriklə maqnitləşdirilmiş və tavana 

pərçimlənən bir rels vasitəsi ilə ta binanın ortasınadək sürüklənmiş bir dəmir parçasıdır. Dəmir parçalarını da bax, o 

maqnit özünə çəkirmiş.

Nəhayət, bütün dəmir parçaları toplandıqdan sonra, o kütlə yenə eyni rels vasitəsi ilə binanın özəl girişinədək 

sürükləndi. Və daha sonra girişdə onu gözləyən yük qatarının üzərində dayandı. Elə bu vaxt elektrik cərəyanını kəsdilər 

və bütün parçalar qorxunc bir gurultu qoparıb, açıq vaqonlara düşdü. Sonra qatar yerindən tərpəndi. Mən bu mənzərəyə

hələ də mat-mat baxarkən tanışım yanıma gəlib dilləndi:

- Bu da əsrin min bir möcüzəsindən biri!

- Bəli, bilik və səyin möcüzəsi!

- Bilirsənmi ki, bizim pulumuzun xeyli hissəsi bu zavoda gəlir?

- Necə yəni?

- Lokomotivləri, topları, relsləri və sairəni görmürsənmi? Belə şeylərin hamısını buradan alırıq!

- Yəni gerilik vergisi veririk!

- Elədir! Doğru söylədin. Doğrudan da, gerilik vergisi ödəyirik!

YAŞAYIŞ SADƏLİYİ

Ertəsi gün pirlər deyilən vaxt gəldilər. Bu dəfə onlardan yaşayış sadəliyi haqqında danışmalarını istədim. Onlardan biri: 

"Yaşayış sadəliyi də söz sadəliyi qədər önəmlidir" - deyə sözə başladı:

- Sadə yaşamağa alışqanlıq mənəvi azadlığın təməlidir. Sərbəst ölkə buna da ayrıca önəm verir. Yersiz vərdişlər və bu 

vərdişlərin yaratdığı ehtiyaclar insanların azadlığı üçün bir tələdir. Ç ünki insan belə vərdiş və ehtiyaclarını qanuni 

qazancla ödəyə bilmirsə, istər-istəməz başqalarına sığınmağa, onlara yarınmağa və onların maddi, mənəvi təsiri altında 

qalmağa məcbur olur. Halbuki sadə yaşamağa alışmış adamlar həmin təhlükə ilə üzləşmirlər. Məhz belə adamlar öz 

azadlıqlarını daha asan qoruya bilirlər.

- Ustad, amma burada iki məsələ çıxır axı. Biri - qazanc artdıqca yersiz vərdişlərin də çoxalması, digəri isə

mədəniyyətin insanlarda hər gün yeni ehtiyaclar doğurmasıdır. Bax, bu haqda nə deyərdiniz?




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə