Əhməd Ağaoğlu Sərbəst İnsanlar Ölkəsində



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63891
1   ...   13   14   15   16   17   18   19   20   21

- Haqlısan. Qazanc artırsa, bütövlükdə boş vərdişlər də artır. Mədəniyyətə gəlincə, o da boş vərdiş və ehtiyacların 

çoxalmasına səbəb olur.

Ancaq məsələ bunda deyil. Məsələ mədəniyyətin yüksəldiyi, ehtiyacların artdığı yerdə də yersiz vərdişlərin quluna 

çevrilməməkdədir. Mədəniyyət yoluna təzəcə çıxan mühitlər üçün bu məsələ ayrıca önəm daşıyır.

Mədəniyyəti aramla yüksələn mühitlərdə adamların qazancları da yavaş-yavaş, təbii şəkildə artır. Bu baxımdan, ümumi 

sərvət həmişə mədəniyyətin səviyyəsinə uyğun gəlir.

Belə mühitlərdə vərdişlər və vərdişlərdən doğan ehtiyaclar gerçək və təbiidir. Axı bunları ödəmək üçün əldə edilən 

qazanclar da eyni nisbətdədir. Deməli, azadlıq və sərbəstlik üçün təhlükə yoxdur. Ancaq bir də görürsən ki, hələ

iqtisadi həyatı inkişaf etməmiş mühitlər mədəniyyətin ən son gerçəklərini yamsılamağa başlayırlar. Bax, bu 

təhlükəlidir. Həqiqi və qanuni qazanclar qurama və qeyri-təbii vərdişlərdən irəli gələn yenə süni və yenə qeyri-təbii 

ehtiyacları ödəməyə bəs etmədiyindən, öz vərdişlərinin quluna çevrilənlər qanunsuz qazanclar yolunu tutmağa 

başlayırlar. Bununla da mühit maddi və mənəvi baxımdan uçuruma doğru sürüklənir.

O cür mühitdə hər kəs istər-istəməz, gözünü dövlətin xəzinəsinə dikir və bu xəzinənin açarlarını əllərində tutanları 

görəndə vurnuxur, onların meyl və arzularına görə davranır və beləcə, yavaş-yavaş yalan, ikiüzlülük, yaltaqlıq, sui-

istifadə, didişmə və sair pozucu bəlalar cəmiyyəti öz toruna salır və ellikcə çürümə başlayanda, digər üstün keyfiyyətlər 

kimi, azadlıq da itirilir.

Görmürsənmi, istibdad quruluşunda insanları bədxərcliyə, iyrənc əyləncələrə, kef məclislərinə, bər-bəzəyə və bu kimi 

pozucu vərdişlərə alışdırmaq düşünülmüş bir sistemdir. Bütün o sırıqlı uniformalar, par-par parıldayan paltarlar, o 

möhtəşəm avtomobillər, faytonlar, o əzəmətli saraylar, o zərbafta parçalar və qab-qaşıq, o daş-qaş və ipəklər yalnız və

yalnız adamların tamah hissini oyandırmaq və onları bütün bunların qaynağı olan saraya, yəni hakimiyyətə bağlamaq 

üçündür.

Padşahlara boş yerə "minnət qoymadan yaxşılıq edən ağamız" ("vəlineməti - biminnət Əfəndimiz") deyilməyib ki? 

Sərbəst ölkənin idarəçiliyi isə öz təbiəti baxımından bunun tamam əksidir. İstibdadın amacı kölə yetirməkdir. Dəbdəbə, 

bədxərclik və pozğunluq məhz kölə yetirmək vasitələridir. Sərbəst ölkənin isə məqsədi sadəlik və ləyaqət vasitəsilə

vətəndaş yetirməkdir.

- Ancaq ustad, sadə yaşamaq vərdişinə necə alışırlar? Sərbəst ölkədə hər bir adamın istədiyi kimi yaşamaq yetkisi 

yoxdurmu?

- Əlbəttə, var. Ancaq bizim tərbiyə üsulumuz vətəndaşları sadə yaşamağa alışdırır.

- Necə?

- Lap asan. Ta uşaqlıqdan vətəndaşlarımızı sadə yaşamağa alışdırırıq. Hələ beşikdə ikən onları əhatə edirik. Ölkənin öz 



malından hazırlanmış sadə və təmiz şeylərlə edirik. Gözlərini və beynini bu sadəliyə alışdırırıq. Məktəb çağında 

varlıya, yoxsula fərq qoymadan, hamısına eyni biçimdə hazırlanmış ucuz və təmiz paltarlar geydiririk. Bər-bəzəyi və

dəbdəbəli yığıncaqları məsləhət bilmirik. Bədxərcliyə, təmtərağa qarşı biganəlik aşılayırıq. Bax beləcə, öz-özünə, 

vətəndaşlar sadə yaşamağı öyrənir, dəbdəbəli həyata və israfçılığa ehtiyac duymurlar.

Sən xeyli vaxtdır ki, buradasan. İndi söylə görüm, qadınlarımızda, kişilərimizdə, ya da həyatımızın hər hansı sahəsində

dəbdəbə və bədxərclik deyilən bir şeyə təsadüf etdinmi?

- Xeyr, ustad! Bu özəllik məni həmişə heyrətləndirirdi. Səbəbini indi anladım.

HÜQUQLARIN QORUNMASI BİR VƏZİFƏDİR

- Ustad! Qanunda olan maddələrdən çoxunu açıqladınız. İzaha ehtiyacı olan çox az maddə qaldı. Onlardan birini də

aydınlaşdırarsınızmı?

- Hansını?



- Bir maddədə deyilir ki, hüquqları qorumaq vəzifədir. Bu maddə necə anlaşılmalıdır?

- O cür anlaşılmalıdır ki, hər hansı vətəndaşın hüququ tapdalandığı zaman həmin hüququ müdafiə etmək hər bir 

vətəndaşın borcudur.

- Bu necə ola bilər, ustad? Ölkədə gör nə qədər insan yaşayır. Çoxları heç bir-birini tanımır. İndi hər kəs işini-gücünü 

buraxıb hüquqların müdafiəsi ilə məşğul olmalıdır?

Bu müdaxiləm pirlərdə uzun qəhqəhələr doğurdu. İstər-istəməz utanıb-qızardım. "Yoxsa ağzımdan pis bir söz çıxdı" -

deyə mat-mat ətrafa boylandım. Pirlərdən biri köməyimə çatdı:

- Oğlum! Sərbəst ölkədə sən güman etdiyin dərəcədə hüquqlar tapdanmır. Çünki Qanunda ayrıca maddə var.

- Anlamadım, ustad.

- İndi anladaram. İstər hökumət adamları, istərsə ayrı-ayrı vətəndaşlar bilirlər ki, hamı bir-birinin haqqını qorumağa 

hazırdır. Bu səbəbdən kiminsə haqqını pozmaqdan çəkinirlər. Deməli, bizim ölkəmizdə haqların pozulması elə də asan 

məsələ deyil.

- Amma ustad, bəs niyə haqqoruyuculuğunu vətəndaşın vəzifəsi sayırsınız? Tutalım, hər hansı vətəndaş bu vəzifəni 

görməsə suçlu hesab olunacaqmı?

- Əlbəttə! Ancaq fərq burasındadır ki, həmin vəzifəni görməyən vətəndaş yazılı və rəsmi qanunla deyil, ictimai rəylə

üz-üzə gəlir. Yəni cəzasını da məhkəmənin hökmündən yox, ictimai rəyin nifrət və düşmənçiliyindən alır.

- Bəs ictimai rəyə bu səlahiyyəti kim verir?

- Oğlum, bilməlisən ki, xalq deyilən anlayış ictimai varlıqdır. Adamlar təkbaşına yaşasaydılar, hüquq anlayışı da 

yaranmazdı. Hüququn yaranması üçün, heç olmasa, iki insanın mənafeyi toqquşmamalıdır. Başqa sözlə, cəmiyyət 

həyatının doğulması şərtdir. Cəmiyyətdən qaynaqlanan bir hadisənin dəyişməzliyi və davamı üçün aydındır ki, 

cəmiyyət üzvlərinin himayəsinə ehtiyac var. Və bu da aydındır ki, ayrı-ayrı adamlar hüquqlara biganə, yad qalarsa, 

ədalət ortadan qalxar və cəmiyyət həyatı pozular. Bu üzdən də, cəmiyyət həyatının inkişafından ötrü, həmin cəmiyyətin 

ayrı-ayrı üzvləri bir-birlərinin haqlarını gözləməli və o haqlara cavabdehliyi bölüşməlidirlər.

Hüquqlara qarşı vecsiz qalan cəmiyyətlərin yaşaya bilmədiyini, çiçəklənmədiyini görmürsənmi? Bu baxımdan, Şərqlə

Qərb arasında adicə bir müqayisə məsələnin çözümünə kifayət edər. Şərqdə fərdlər hüquqlara qarşı duyğusuz, 

biganədirlər; bu gün birinin, sabah başqa birinin haqqı tapdalanır. Kimsə bundan üzülmür, heç kim hüquqların 

müdafiəsinə qalxmır. Getdikcə hamı eyni vəziyyətə düşür. Axırda, hüquq anlayışı yox olur və cəmiyyət cansız, 

hərəkətsiz bir oyuncaq kimi hara gəldi atılır.

Qərbdə isə bunun tam tərsidir. Kiminsə haqqı tapdanan zaman, digər vətəndaşlar buna qarşı çıxaraq ədaləti bərpa edir, 

hüquq pozucuları öz cəzasını alanacan mübarizələrinə ara vermirlər.

Nəticə də o olur ki, pozuntular və pozucular get-gedə azalır və bizim ölkədə olduğu kimi, haqsızlıqların tamamilə

ortadan qalxdığı gün yetişir. Bu durumda haqqoruyuculuq vəzifəsi sənin güman etdiyin qədər ağır və çətin olmur. 

Başqasının haqqını qorumaq, əslində vətəndaşın öz hüquqlarının müdafiəsinə qalxması deməkdir. Bu haqq bu gün 

sənindir, sabah mənim, üçüncü gün də bir başqasının!

Bu, heç vaxt durmayıb axan elə bir sovqatdır ki, hər dəqiqə bir vətəndaşdan digərinə keçər və hər an bütün 

vətəndaşların birgə himayəsini və sayıqlığını istər. Belə ortaq himayə və qoruqçu vəzifəsini anlayan mühitlərdə, əslində

hər dəfə bu işi görməyə ehtiyac qalmır. Çünki haqqı tapdayan qalmır. İndi anladınmı, oğlum?

- Anladım, ustad! Anladım ki, hüquqların qorunması ən yüksək və ən şərəfli vəzifədir. Bunu gerçəkləşdirən hər bir 

vətəndaş öz ləyaqətini başqalarının ləyaqəti ilə birləşdirib bütövləşdirir.

Bir sualım da qalıb. Ancaq deyəsən vaxtımız uyğun deyil. Bizim bir təyyarəçi qızın uçuş mərasiminə dəvət 

olunduğumuzu siz də bilirsiniz. İndi vaxt çatıb. İcazə versəydiniz son sualımı sabaha saxlardım?



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə