Əhməd Ağaoğlu Sərbəst İnsanlar Ölkəsində



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə20/21
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63891
1   ...   13   14   15   16   17   18   19   20   21

- Olsun! Biz də oraya dəvətliyik. Sabah yenə görüşərik.

TƏYYARƏ MEYDANINDA

Təyyarə meydanı şəhərin kənarında yerləşirdi. Tanışlarımla bərabər oraya getdik. Bütün şəhər həmin meydana 

toplaşmışdı. Sərbəst ölkəni qəribə bir təlaş və həyəcan sarmışdı. Özünüz deyin, ölkənin 24 yaşlı bir qız övladı dağlar 

aşacaq, dənizlər, qitələr keçərək uzaq bir diyara gedəcəkdi. Bax, buna igidlik, cəsarət və ləyaqət deyərlər!.. Qızın bu 

təşəbbüsündən ölkənin bütün sakinləri uçub şadlanır, sevincdən, qürurdan özlərinə sığmırdılar. Yüzminlərcə insanın 

gözü bir nöqtəyə zillənmişdi. Hamı səbirsizliklə uçuş anını gözləyirdi. Birdən-birə bütün bu izdihamın dilindən qopan 

"Yaşasın! Yaşasın!" nidaları ətrafı daha da canlandırdı. Odur, qəhrəman qız gəlir! Hər kəs onu görməyə can atır. 

Təyyarəçi paltarı geymiş ortaboylu, incə üzlü bir qız möhkəm və inamlı addımlarla irəliləyirdi. Hər yandan alqış 

tufanları qoparkən, bu qız əlcəkli əllərini sağa-sola yelləyir, hamını salamlayaraq meydandakı təyyarəyə doğru gedirdi.

Bir neçə dəqiqədən sonra o, son dəfə izdihama əl eləyib təyyarəyə mindi və motoru işə saldı. Təyyarə nağıllardakı quş 

kimi fısıldadı və bir müddət yerdə sürünəndən sonra havaya qalxdı. Yüzminlərcə əl göyə yüksələrək qəhrəman qızla 

vidalaşır, uğurlu səfər diləyirdi. Qız da havadan dəsmal yelləməklə cavab verirdi...

Təyyarə get-gedə yüksələrək Qərbə səmt aldı və bir azdan görünməz oldu. Adamlar son dəfə "Yaşasın!" - deyə səslənib 

dağılmağa başladılar.

İndi o qız haralardadır? O yalnızca, təkbaşına uca göylərdə uçan 24 yaşındakı qız indi harada olar? Axı uca dağlar aşıb 

ucsuz-bucaqsız dənizlər keçəcək o qız başının üstündə tükənməz bir boşluq, ayağının altında dalğalanıb coşan, hər yana 

su püskürən bir su yığınından başqa nə görəcək ki?! Bəzən ayağının altını qalın və burum-burum burulan buludlar 

alacaq, o nəhayətsiz su da görünməyəcək! Bəzən təyyarə qorxunc bir küləyə çarpıb ildırım sürəti ilə aşağı şığıyacaq. 

Bəzən də buz və qar fırtınalarına baş vuracaq. Aman tanrım! Birdən olmadı elə, oldu bilə - təyyarənin bir yeri 

zədələndi, onda necə? Görəsən, qız bunu düşünürmü? Təlaş keçirirmi? Axı gecə gəlincə, günəş parıldamayacaq və bu 

qız adama ümid və sevinc gətirən gün işığından da məhrum qalacaq... Min bir qorxu yağdıran qaranlığa dalacaq və

olsa-olsa, donuq ulduzların sönük işıltısı ona yol göstərəcək! Ancaq bütün bunlara baxmayaraq, bu qız zərif əllərini 

sükandan çəkməyəcək və gözlərini cürbəcür cihazlardan ayırmayacaq, olduğu yeri tapıb anlamağa çalışacaq!..

- 24 yaşında bir qız! Bu bir nağılmı, əfsanəmi, gerçəkmi?

- Yox, yox! Bu bir gerçək! Həm də dəhşətli bir gerçək!

Tanışım soruşdu:

- Nəyi dəhşətli gerçəkdir ki?

- Yaxşı mənada adamı sarsıdan bir gerçəkdir! Özün düşün, əzizim. Necə böyük istəyi, necə böyük iradəsi var! Nə qədər 

soyuqqanlıdır, əsəbləri möhkəmdir! Adamı bax bu sarsıdır ki, qız olasan, belə cəsarətli olasan! Bu qızları yetirənlə necə

yarışa, necə yanaşı yaşaya bilərik? Bax, dəhşətli olanı da budur!

- Düzdür, düzdür! Bu baxımdan haqlısan!

- İndi 20 nəfər belə qız o qədər əhalisi olan Çinin, Hindistanın başına bəla gətirməzlərmi? Yerlə göyün arasında 

dayanıb - "Mən Yer üzünün allahıyam" desələr, başqalarının "bu nə bəladır?!" söyləməkdən başqa çarəsi varmı?

- Dərdli sualdır!

- Dərdli olsa da çarəsiz deyil.

- Ç arəsi nədir?

- Çalışmaq, gecə-gündüz bilmədən çalışmaq!

UĞUR QAZANMAĞIN BİRİNCİ ŞƏRTİ

- Fəlakət odur ki, nə çalışırıq, nə də çalışmağı bacarırıq.




- Amma öyrənməyə məcburuq. Dədə-babalarımızın günahı yerə-göyə sıxmayacaq qədər çoxdur. Onlar, çalışmadıqları 

bir yana, çalışmağın yolunu da öyrətməyiblər. Dipdiri və güclü bir millətin qol qüvvəsinə arxayın olaraq ağalıq ediblər. 

Nə qədər ki, dünyada qol gücü işləyib, onlar da ağalıq sürüblər. Ancaq dünya da dinc durmayıb, elə hey çalışıb. Beləcə, 

iki yeni və çox böyük gerçək sözünü deməyə başlayıb: bilik və yol. Qol gücü bu gerçəklərin önündə geri çəkilib. Elm 

və sənət birləşincə, bütün başqa güclərə üstün gəliblər. O andan başlayaraq bizim də cazibəmiz azalıb, ulduzumuz 

sönüb.


Ancaq vəziyyət hələ ki, ümidsiz deyil. Yanlışlarımızı anlayıb boynumuza almağımız yetər. Bu yanlışları bir az əvvəl 

anlayıb çarəsini tapsaydıq, indi qonşularla yanaşı, onlarla eyni vəziyyətdə irəliləyərdik.

Ancaq əsl fəlakətimiz ondadır ki, biz hələ guya nöqsanlarımızı boynumuza alsaq da əslində özümüzü div aynasında 

görürük. Yenə də hər şeyi ustadsız və başçısız gerçəkləşdirmək iddiasındayıq. Bizi yeyib içəridən gəmirən əsl xəstəlik 

də budur! Bu xəstəliyin dərmanını bilmirsinizmi?

- Elədir, haqlısan! Əsrimiz işin yolunu bilmək və informasiya əsridir. Təkcə adamların içində yox, millətlər arasında da 

çalışmaq uğur qazanmağın ilk şərtidir. Ancaq bilgisiz və yolsuz çalışmaq boş qabda hava döyməyə bənzəyir. Axı 

çalışmaq deyəndə, hər hansı bir sahədən təzə məhsul götürmək istəyi nəzərdə tutulur. Deməli, öncə həmin sahənin, 

sonra da həmin məhsulun nədən ibarət olduğunu bilmək lazımdır. Bu isə, aydındır ki, elm tələb edir. Ancaq elmdən 

faydalanmanın yolunu, üsulunu da bilmək önəmlidir, yoxsa elm də fayda verməz.

Bizim ölkəyə göz yetir: başdan-başa texnikadan yararlanır. Hər yanda insan yerinə maşın çalışır. Amma hər maşının 

üstündə bir insan əli və bir insan başı görürsən. Əslində cansız və donuq cisimlərdən ibarət olan bu maşınları hərəkətə

gətirən də o əllər və beyinlərdir. İndi bir başqa incəliyə də diqqət yetir: hər maşına ayrıca bir əl, ayrıca bir baş göz olur! 

Çünki o maşını işlətmənin yolunu və o maşından faydalanmanın üsulunu yalnız həmin əl və həmin baş bilir! O maşını 

bir başqasına tapşırsanız, yəni bir başqa ələ versəniz, ya maşın qırılacaq, ya da ondan heç bir fayda gəlməyəcək.

- İndi biz, bax, həmin vəziyyətdəyik. Çalışmağına çalışırıq, ancaq biliksiz və yolsuz çalışdığımız üçün başqaları qədər 

faydalana bilmirik. Biliyi, informasiyanı önəmsiz sayan mühitlərin hamısı bizə bənzəyirlər. Bu mühitlərin bilik

informasiya anlayanlarla baş-başa gəlməsi imkansızdır. O qəhrəman qızın uçuşu, bax, buna görə məni dərdli fikirlərə

saldı. Bax, buna görə öz-özümdən soruşdum: "Belə övladlar yetirən mühitlər var ikən, biz də biliksiz və məlumatsız 

qalırıqsa, bu mühitlərlə yarışa bilərikmi?"

Sonra da öz-özümə cavab verdim: "Unutma ki, biz hələ təzə başlamışıq. Dədə-balalarımızın xeyli günahı göz 

önündədir. Ancaq bu yola bizim kimi sonradan başlayanlar var axı! Onlar ki, uğur qazanıblar. Bizim nəyimiz əskikdir? 

Yoxsa biz adam deyilik, ya ağlımız, şüurumuz yoxdur? Çalışmağa həvəslənməyimiz, işin çəmini tapmağımız yetər!"

Sonra bir az düşünüb özüm-özümə yenə dedim: "əlbəttə yetər! Təskinlikdən başqa da yolun var?"

CƏMİYYƏT HƏYATININ TƏMƏL DAŞI

Ertəsi gün pirlər gəldilər. Son sualımı verdim:

- Ustad, Nizamnamədəki "Qarşılıqlı yardım" ifadəsi nə deməkdir?

- "Qarşılıqlı yardım" deyərkən, vətəndaşların bir-birini düşünməsi və bir-birinə yardım göstərməsi nəzərdə tutulur. Bu 

qayda cəmiyyət həyatının özülü, təməl daşı sayılır.

"Qarşılıqlı yardım" iki cürdür: mənəvi və maddi. Özünü azad sayan, yəni öz-özünün ağası olan bir cəmiyyət üçün 

mənəvi yoxsulluq da, maddi ehtiyac da böyük ləkədir. Həmin cəmiyyət öz üzvləri arasında belə vətəndaşların varlığına 

dözməməlidir. Belə vətəndaşlar varsa, deməli, həmin cəmiyyət öz vəzifəsini yerinə yetirmir. Vətəndaş adlanan adam 

biliksiz və ya əxlaqsızdırsa, dilənçi, ya da acdırsa, buna cavabdehlik cəmiyyətin boynuna düşür. Bu cür cəmiyyət ya 

vəzifələrini anlamır, ya da onları yerinə yetirmir. Hər iki hal çox acınacaqlıdır.

- Fərd üçün, cəmiyyət üzvü üçün həmin cəmiyyətin cavabdehliyi nə deməkdir?

- Öncə bilməlisən ki, cəmiyyət fərdlərdən və fərdlərin birliyindən yaranır. Bu səbəbdən, hər bir cəmiyyət öz üzvlərinin 

hal və vəziyyəti ilə istər-istəməz, bağlıdır. Sonra azad və sərbəst ölkədə hər bir vətəndaş ölkənin ortaq taleyinə qatılır 

və seçki hüququndan faydalanaraq millət vəkillərini seçir, həmin vəkillər vasitəsi ilə qanunlar hazırlayır. Daha sonra 

yenə də millət vəkilləri və mətbuat vasitəsi ilə icra və məhkəmə hakimiyyətlərinə göz qoyur və beləcə ölkənin 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə