Əhməd Ağaoğlu Sərbəst İnsanlar Ölkəsində



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63891
1   ...   13   14   15   16   17   18   19   20   21

Orasını da deyim ki, qatarda nə bilet vardı, nə də nəzarət. Yalnız başçımız metroya girərkən bir qutuya üç ayrı-ayrı 

jeton atdı. "Burada bilet və nəzarət olmur ki?" - deyə soruşanda isə:

-Yox, yolhaqqı qutuya atılır! - deyə cavab verdi.

- Bundan sui-istifadə etmirlər?

- Belə hal olmayıb. Önəmlisi - insanlara inanmaqdır. İnam artdıqca, doğruçuluq da artır.

Sonra rəhbər bunu da sözlərinə əlavə etdi:

- Bu qatarlar hər gün 500 min işçi daşıyır.

PİRLƏRLƏ TƏZƏ SÖHBƏT

‚ç gün sonra pirlər yenə gəldilər. Onlardan soruşdum:

- Bu gün söz və yaşayış sadəliyi haqqında Qanunda göstərilənləri bir az açıqlaya bilərsiniz?

- Böyük həvəslə! Bu iki sadəliyə də azad insanlar ölkəsində ayrıca dəyər verilir. İnsanları azadlığın dayağı olan 

doğruçuluq və səmimiyyətə, qənaətcillik və gözütoxluğa həmin sadəliklər alışdırır.

- Başa düşmədim, ustad! Onda hər iki sadəlikdən ayrıca danışaq.

- Söz sadəliyi deyəndə anlatmaq istədiyin məqsədi aydın şəkildə və uzun-uzadı əlavələrsiz söyləmək nəzərdə tutulur. 

Tutalım, vəzifə sahibi olan birinə hər hansı bir işimizi söyləyərkən - "Sizə filan işi söyləmək üçün gəldim" - demək 

daha doğrudur. Ancaq bunun yerinə "yüksək hüzurunuza acizanə diləklərimi yetirməyə cəsarət etdim" - kimi sözlər 

işlətməyiniz yersizdir.

- Nə danışırsınız, ustad! Ədəbli və tərbiyəli bir adam böyük vəzifəli bir şəxsin qarşısında o cür davranmamalıdırmı?

- Bəli, alışdığınız tərbiyə elə tələb edir. Ancaq sərbəst insanlar ölkəsi kimi demokratik bir yerdə həmin üslub yaramaz 

və bəyənilməz.

- Bunun nəyi yaramır ki?

-  Üz tutduğun adama xoş görünmək üçün yaltaqlıq etməzlər. Özün düşün, heç "yüksək hüzur" ola bilərmi? Hüzur 

hüzurdur, nə yüksəyi var, nə də alçağı! Sonra "dilək" nə deməkdir? Azad bir ölkədə kimsə kimsəyə diləyini yetirməz, 

vəzifələrindən və gördükləri işdən asılı olmayaraq, bütün vətəndaşlar bərabərhüquqludurlar. "Dilək" deyəndə, aşağıdan 

yuxarıya üz tutmaq, bir növ, harayını çatdırmaq nəzərdə tutulur; halbuki, azad ölkədə aşağıdan, yuxarıdan söhbət gedə

bilməz.  Ü stəlik, bütün bunlara "acizanə" sözünü də artırmaq başdan-başa saxtakarlıqdır. Axı aciz, ya da qadir dilək 

olmur, dilək elə diləkdir! "Cəsarət" kəlməsi də yersizdir. Çünki haqlı diləyini söyləmək hər bir vətəndaşın haqqıdır. 

Heç kəs bu haqqı dana bilməz. Bu haqqın tanınması da təbiidir və bunun üçün cəsarətə-filana gərək yoxdur. Açıq

görünür ki, bütün cümlə başdan-başa süni və saxtadır. Belə cümləni işlədən hər bir adam özünü alçaldır, qarşısındakını 

yüksəldir, özünü aciz, qarşısındakını özündən artıq bilir. Bununla da əvvəlcə vətəndaşlar arasındakı bərabərlik 

prinsipini dağıdır, sonra isə həm özünün, həm də qarşısındakının xarakterini pozur. Və bütün bu alçaltmalara yalnız öz 

diləyini gerçəkləşdirmək üçün qatlanır. İstibdad zamanı belə davranış təbii sayılır. Çünki o rejimdə haqqa, həqiqətə

baxılmaz. Xahişlərin çoxu haqsız olduğu kimi, onların qəbul olunub-olunmaması da vəzifə sahibinin kefinə bağlıdır. 

Həmin vəziyyətdə vəzifə sahiblərinə yaltaqlanmağı anlamaq mümkündür. Ancaq sərbəst insanlar ölkəsində buna 

dözmək olmaz!

- Ustad, getdikcə lap mat qalıram. Mən o deyim tərzinə çoxdan alışmışam. İndi dilimi necə dəyişdirəcəyəm?

- Çalışmaq, qeyrət göstərmək lazımdır. Başqa cür mümkün deyil!

- Ancaq, ustad, belə xırdaçılığa qədər getmək vasvasılıq deyilmi?




- Yox, yox! Bu xırdaçılıq deyil. Bəlli bir ruhun, bir düşüncənin ifadəsidir. Diqqət yetir! İstibdad üsulu özünəxas danışıq 

tərzinə bəzək-düzək vermək üçün gör nə qədər çalışıb! Zülmkar rejimdə istər yazı, istərsə danışıq dili çox yüksək, çox 

bəzəkli, çox görkəmli və əzəmətlidir. Məqsəd də bir tərəfdən xalqı alçaltmaq, ona yazıqlıq, acizlik və qorxu aşılamaq, 

digər tərəfdənsə zülmkar rejimin özünü əzəmətli, vüqarlı, eyni zamanda qorxunc və dəhşətli göstərməkdir.

BÖYÜ KLƏRƏ NECƏ SAYQI GÖSTƏRİLİR?

Ustad hələ də mənim gözümü açırdı: "İstibdad sadəliyə heç dözməz, sözün doğrusunu söyləyəni həmişə utanmazlıqda, 

başından böyük danışmaqda suçlayar. Bax, buna görə də, əslində şah və sultan olanlar, axırda şahənşah (şahların şahı), 

padişah (şahların başı, baş padişah), hökmdari-əzəm (böyük hökmdar), zillüllah (Allahın kölgəsi), müəyyəd min taraf 

illah (Allahdan güc alan), şəhriyari-əzəm (əzəmətli şah), əlqaimi-billah (Allahın yerini tutan), əlmutəsimi billah 

(Allahın yolunu göstərən) adlanıblar. Yenə bu səbəbdəndir ki, əslində vəzir və vəkil olanlar, axırda sədriəzəm (baş 

vəzir), sərdari əkrəm (əliaçıq komandan), saidüdövlə (dövlətin görkəmlisi), rüknülmülk (mülkün dirəyi), sərdari küll 

(hamının komandanı) və s. olublar.

Qocalmağa başlayan pozğunlar köhnə günləri xatırlatmaq üçün üz-göz boyasına və bər-bəzəyə güc verdikləri kimi, bu 

başsız, beyinsiz adamların yarıtmaz idarəsi ucbatından dağılıb xarabaya çevrilən mühitlər yalançı adlara və qurama 

üslublara söykənirlər!.. Beləcə, görkəmli və əzəmətli görünməklə içdən çürüdüklərini gizlətməyə çalışırlar.

Misal üçün, ölkəsi xarici müdaxiləyə məruz qalan və ölkədə yeganə elektrik maşınları idarəsinə təyin olunmuş rəisə

yazılmış bir ərizənin başlığını eynən sənə çatdırıram:

"Hüzuru bəndəqani cənabi mustətab, əcəllu əkrəmu əfhamu vala vəziri lambei elektrikiyei humayuni muddə zillahulali" 

(Ən böyük, səxavətli, ali və niyyəti gözəl, ilahinin mübarək kölgəsi - elektrik lampası nazirinin çox hörmətli cənab 

müşavirinin hüzuruna).

Görürsənmi, nə qədər gurultulu müraciətdir. Bir nağara gumbultusuna oxşayır. Ancaq diqqət yetirsən, bu gurultu gör nə

qədər boşluğu gizlədir.

Birincisi, vur-tut, bircə elektrik lampasından ötrü ayrıca nazirlik qurularmı? Sonra zavallı ərizəçi bu elektrik lampası 

nazirinə birbaşa üz tutmaq cəsarətini özündə tapmır! Vasitə kimi onun müşavirindən faydalanır. Daha sonra bu bircə

lampanın nazirinə əcəl, əkrəm, əfham, vala ünvanlarını verir, axırda da həmin nazirin əbədi kölgəsinə sığınır!..

Övladının bu qədər alçalmasına razı olan bir ölkə uğur qazana bilərmi? Bütün bu qurama və yapma dildən, ləyaqət və

həqiqətlə əsla əlaqəsi olmayan bu yalançı adlardan məqsəd nədir? Təbəənin zillətini və başçının əzəmət və gücünü 

ifadə deyilmi?

O cür üslubun hakim olduğu mühitdə, doğruçuluqdan, səmimiyyətdən, gerçək sevgidən, gerçək bağlılıqdan, bir sözlə, 

ictimai yaşayışın təməlini quran əlaqələrdən nişanə qalırmı? Bax, həmin səbəbdən, zahirən möhkəm və bir yumruq 

kimi görünən bu mühitlər elə toxunmağa bənddir ki, qum topası kimi dağılsın.  Üstəlik, belə yerlərdə bu qədər ad-san, 

bu qədər əzəmət və böyüklüklə hər yanı dövrələnmiş bir nazirin süqut gününü xatırlamağa dəyər! Hələ işdənçıxma 

xəbəri çıxar-çıxmaz hamı ondan qaçar və talenin xoş vaxtlarında ona qəsidələr həsr edib, mədhiyyələr yazanlar, bərli-

bəzəkli sözlərlə ona üz tutanlar indi də hər yandan qarğa kimi üstünə uçuşar və danlaq, söyüş və qaxınc üslubuna qol-

qanad verərək, evini, əşyasını soyub-çaparlar. Min dəfə təcrübədən çıxmış bu halı şair aşağıdakı beytində nə gözəl 

təsvir edib:

"Xuda göstərməsin asari izmihlali bir yerdə,

Ahibba şiveyi yağmada məbhut eylər adayı".

(Allah heç bir yerdə belə dağıntını göstərməsin,

Əziz adamlar düşmən diliylə namizədi mat qoyarlar.)

Sərbəst insanlar ölkəsində isə, nə təsadüfi bəxt var, nə qəsidə, nə öygü, nə də qarət.

- Təşəkkür edirəm, ustad! Söz sadəliyinin mənəvi və tərbiyəvi əhəmiyyətini anladım. Keçmişdəki bir çox hadisələrin 

hikməti mənə indi aydın oldu. Ancaq beynimdə bir sual var, onu da cavablayarsınızmı?

- Söylə!



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə