Əhməd Ağaoğlu Sərbəst İnsanlar Ölkəsində



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63891
1   2   3   4   5   6   7   8   9   ...   21

"Kəlam (ilk dini kitab nəzərdə tutulur-red.) kainatın duyduğu ilk ilahi səsdir";

"Hökm edib zor işlətmək, heyvanlar zamanından qalma bir pislikdir";

"Ədalət - mələklərin insanlarda qibtə etdikləri bir iç duyğusudur";

"Fədakarlıq yanğısı bəşərin ən yüksək bir təsəllisidir";

"Könlütoxluq və sadəlik yüksək ruhlara məxsus sifətdir";

"Lovğalıq və təkəbbür bəsit ruhun dəlilidir".

Evin bir tərəfində uzun və geniş bir salon vardı. Bura kitabxana idi. Salonun bu başından o başınacan uzanan masanın 

üstündə qəzetlər, toplular və kitablar qalaqlanmışdı. Rəflərə minlərcə cild kitab düzülmüşdü. Qonaqların bir çoxu 

burada kitab oxuyurdu.

Mən də masaya yanaşdım. Gözümə bir kitab dəydi. Kitabın üzərindəki 

"Sərbəst insanlar ölkəsinin tarixçəsi" 

başlığı marağımı çəkdi. O dəqiqə oxumağa başladım. Bu bir tarix deyil, faciə idi. İndi içərisində yaşadığım bu ölkənin 

başına gör nələr gəlibmiş...

Yüzillərcə azadlıq uğrunda çarpışıbmış! Bu gün bu qədər rahat və sakit olan küçələrdə bir vaxtlar insan qanı aşıb-

daşıbmış. Gah əhali bir-birinin üstünə qalxmış, bir-birini öldürmüş, oda atmış, başına iş açmış, gah birlikdə qaniçənlərə

qarşı mübarizə aparmış, gah yenilmiş, gah da qalib gəlmişlər! Və nəhayət, azadlıq tamam yerbəyer olmuşdur. Xalq 

əsrdən bəri artıq xoşbəxt şəhərdə dinclik və sakitlik içində sevinc dolu bir həyat keçirməkdəymiş!

Kitabı qapayarkən içimdən ixtiyarsız bu sözlər qopdu: 

"Azad olmaq nə qədər çətin imiş!"

***


AZADLIQ BİR ÇİÇƏKDİR

İki gün sonra pirlər yenə gəldilər. Onlardan biri məndən soruşdu:

- Yasanı oxuyub əzbərlədinizmi?

- Həm oxudum, həm əzbərlədim. Ancaq bəzi maddələrini anlaya bilmədiyimdən, o maddələri açıqlamanızı xahiş 

edəcəyəm. Bir şərtlə ki, əvvəlcə bu yasanın ümumi hikmətini anladasınız. O nə üçündür, hansı məqsədlə yazılıb?

- Məmnuniyyətlə! Bilməlisiniz ki, azadlıq bir kültür, bir mədəniyyət məsələsidir!

- Anlamadım. Bir az da açıqlayın.

- Açıq söyləyək. Heç bağçada çalışmısınız?

- Çalışmışam.

- O halda izahatım da asanlaşır. Yəqin bağçada çalışarkən bir ağacın, bir gül və ya çiçəyin tutub yetişməsi üçün, onların 

təbiətindən doğan şərtlərlə hesablaşmaq lazım gəldiyini bilmirsiniz. Azadlıq da o ağac, o gül, o çiçək kimidir. Onun da 

tutması və yetişməsi üçün təbiətindən doğan şərtlər ödənməlidir.

- Hansı şərtlərdən söhbət gedir?

- Ölkəmizin türküsünü öyrənib yadda saxladınızmı?

- Öyrənib yadda saxladım.

- Orada deyilir ki: "Azadlıq şüurun cövhəridir, şüur da insandır". Ona görə, bu cövhəri cilalayarkən, insandan göz-

qulaq olmalısan. İnsana baxmasan, cövhər tutmaz. Uzun-uzun zamanlar istibdada alışmış insana azadlıq aşılamaq heç 

də asan bir şey deyil. Axı istibdadın hökm sürdüyü yer insanın ruhu və qəlbidir. İstibdad burada yerləşir, burada taxtını 

qurur, burada tacını başına taxır. Bəzən sizə elə gələ bilər ki, istibdad yıxılıb. Və doğrudan da istibdadın gözə görünən 

əlamətləri yox ola bilər. Ancaq həqiqətə qalanda, onun hər tərəfdə və hər kəsdə hələ də yaşadığını görəcəksiniz. 




Tutalım, görəcəksiniz ki, ağzı köpüklənə-köpüklənə "azadlıq" bağıranlar, qonşusunun azadlığına dözmürlər. Özləri 

başqalarının azadlığı ilə toqquşan kimi, qəzəblənib, qarşısındakı adamı məhv etmək istəyirlər! Axı hələ istibdadın taxtı 

doğrudan da sınmayıb, ruhlardan, könüllərdən sökülüb çıxarılmayıb.

Bax, o üzdən elə yerlərdə çox vaxt azadlıq özbaşınalığa çevrilir. Çünki əvvəlcə bir adamın şəxsindəki istibdad artıq 

özünü hər kəsdə göstərməyə başlayır və adamları bir-birinin üstünə salışdırır. Axırı da o olur ki, adamlar azadlıq adı ilə

bir-birlərinə qarşı zorakılığa yol verirlər. Ancaq bu vəziyyətin uzun müddət davam etməsi mümkün olmadığından, yenə

məhz azadlıq naminə hər kəsi susdurmaq və hər kəsə öz yerini göstərmək ehtiyacı yaranır.

Bax, beləcə, istibdadın mənəvi köklərini və izlərini öz içlərindən söküb atmayan mühitlər özbaşınalıqla azadlıqsızlıq 

arasında dolaşmaq məcburiyyətində qalırlar. Belə vəziyyət camaatı sonu bilinməyən faciəli bir sərsəmliyə yoluxdurur. 

Ancaq azad ölkənin qanunu camaatı bu faciəli sərsəmlikdən qorumaq üçün yol göstərir. Bu qanunun hədəfi istibdadın 

ruh və qəlblərdəki taxt-tacını yıxmaq və yerinə azadlığın taxt-tacını qurmaqdır.

- Anladım, ustad. Qanunun bütün qiymətini qavradım. İndi isə, icazənizlə, maddələrə keçək.

"YALAN", "İKİÜZLÜLÜK" VƏ "YALTAQLIQ"

- Qanunun ikinci maddəsində yalanın yasaq olduğundan bəhs edilir. Bu günaha qanunda ayrıca önəm verilir.

- Niyə? İnsan olan kəs necə ola bilər ki, heç yalan söyləməsin?

- Azad insan yalan söyləməz. Yalan zəiflərin, zəlillərin, qorxaqların işidir. Axı azad ola bilməkdən ötrü güclü, qoçaq, 

inadlı olmalısan. Yalan həqiqəti gizlətmək və üzə çıxarmağa qoymamaq üçün bir vasitədir. Həqiqət gizlədilən yerdə

yalançı inanclar hakim olur. Yalançı inanclar hakim olduğu yerdə xeyir-bərəkət qalmaz. Ağlı başında olan camaat 

buna, əlbəttə ki, yol verməz. Bax, bu üzdən sərbəst insanlar ölkəsi yalan söyləmək suçuna ayrıca önəm verir.

- Anladım, ustad. Keçmişin bir çox qaranlıq tərəfləri gözümdə dərhal aydınlaşdı. Amma o boyda əhalinin arasında 

yalanın kökünü necə kəsmək olar?

- Bu bir tərbiyə məsələsidir ki, ailədən və məktəbdən başlayıb, əhaliyə də aşılamalısan. Ailə və məktəbdə uşaqların ilk 

ruhi təməlləri yaranır. Uşaq ki var, ata-anasını və müəllimini yamsılayan bir varlıqdır. Yalançı ata-ananın və yalançı 

müəllimin yetişdirdikləri uşaqlar da mütləq yalançı olurlar. Buna görə də ata-ana və müəllimlərin borcu uşaqların 

yalana alışmamalarına daim diqqət yetirməkdir. İlk və ən təsirli vasitə onların özlərinin yalandan çəkinmələridir. Onlar 

uşaqların yalan söyləməsinə heç cür icazə verməməlidirlər. Ən xırda və ən günahsız bir yalana da, dözüm göstərmək 

olmaz. Bir sözlə, uşaq ailə və məktəbdən çıxıb cəmiyyətə qovuşduğu zaman yalanın iyrənc bir azar olduğunu duyub 

anlamalıdır.

Cəmiyyətə, yəni topluma gəlincə, o da yalana qarşı güclü əngəllər qoyarsa, tutalım, sərbəst insanlar ölkəsində olduğu 

kimi, yalançını içindən atarsa, adamlar yalan danışmaz. Amma bunun tam tərsinə olaraq, məharətlə söylənmiş bir 

yalanı ağıl nümunəsi sayan və ya yalançılıqla qazanılmış bir uğuru bəyənib alqışlayan və yalançı olduqlarını bildiyi 

insanlara hörmət-izzət göstərən toplum yalançılıq azarının bütün acılarına və bütün qorxunc sonuclarına boyun əymək 

məcburiyyətində qalır.

O cəmiyyətdə heç kəs heç kimə inanmaz, özünə arxa saymaz. Buna görə də birgə fəaliyyətdən və birgə təşəbbüsdən söz 

belə getməz. Nəticədə inkişaf və yüksəlişin bütün yolları kəsilər və yavaş-yavaş soysuzlaşma gedər, olub-qalan yaxşı 

keyfiyyətlər də itirilər, heçliyə sürüklənmə başlar!

- Ah, ustad! Mən də bu hala düşmüşdüm. Mən də bu halları yaşayıb görmüşdüm. Ancaq səbəbini indi anladım. 

Mümkünsə, üçüncü maddənin də hikmətini anladın.

- Böyük həvəslə!

- Bu maddəyə görə, ikiüzlülük və yaltaqlıq edənlərə daşlanmaq kimi dəhşətli bir cəza verilirmiş. Doğrusu, niyə belə

şiddətli cəza verildiyini başa düşmədim. Vəzifə və güc sahibi olan adamları öymək, onlara sitayiş etmək olmazmı? 

Ədəbiyyatdan bildiyimiz neçə-neçə parlaq qəsidənin, yəni heç qiyməti yoxdu? Axı bu da gerçəkdir ki, min cür nemət 

və səadət bu güc və yüksək vəzifə sahiblərinin əllərindədir. Bəzən kiminsə taleyi, müqəddəratı həmin adamların bircə

baxışından asılı olur. Belə isə, onların qürurunu oxşamaq təbii sayılmazmı?




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə