Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə201/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   197   198   199   200   201   202   203   204   ...   224

na  maliyyələşdirmişlər  (2010-cu  il).  Bu,  dövlətin  iqtisadi  qüdrətinin,  dövlət 

büdcəsinin gəlirlərinin, daxili investorlarm imkanlanmn artmasınm nəticəsdir. 

Beynəlxalq  təcrübə  və  iqtisadi  nəzəriyyə  göstərir  ki,  dövlət 

investisiyalarından  istifadənin  istiqamətləri  zaman-zaman  dəyişilir  və  ölkədə 

yaranmış  iqtisadi  durumdan  asılı  olaraq  müəyyən  edilir.  Məsələn,  XIX-əsrin 

əvvəllərindən  Yaponiyada kapitalist  sənayesini  yaratmaq  üçün  kompleks  tədbirlər 

həyata  keçirilmiş,  o  cümlədən  dövlət  müəssisələrinin  tikilməsinə  başlanılmışdır. 

Özəl müəssisələrə subsidiyalar verilmiş və ölkədə yüksək müdafiə rüsumlan tətbiq 

edilmişdir. Bu siyasət XX əsrin 30-cu illərində daha da gücləndirilmişdir. 

Azərbaycanda  qeyri-neft  sənaye  sahələrinin  və  aqrar  sektorun  modem- 

ləşrilməsinin  özəl  investisiyaların  hesabına  həyata  keçirilməsinə  üstünlük  verilir. 

Ölkə prezidenti güclü sənaye potensialının yaradılması, istehlak bazarının idxaldan 

asılılığının  azaldılması,  rəqabətqabiliyyətli  məhsullar  istehsal  edə  bilən  iri  sənaye 

komplekslərinin  yaradılması  barədə  konsepsiyasım  bir  neçə  dəfə  bəyan  etmişdir. 

Prezidentin  iqtisadi  inkişaf  proqramımn  uğurla  yerinə  yetirilməsi  üçün  regional 

sənayenin, xüsusi ilə onun qeyri-neft sektorunun surətlə- və kompleks inkişafı tələb 

olunur. Bu məqsədə nail olunması böyük həcmdə investisiya tələb edir. Ona görə də 

indiki mərhələdə dövlət öz maliyyə vəsaitləri ilə təkcə infrastruktur obyektləri yox, 

qeyri-neft  sənaye  sahələrində  və  aqrar-sənaye  kompleksində,  xüsusilə  istehlak 

mallan istehsal sahələrində də yeni istehsal gücləri yaratması düzgün olardı. 2014-cü 

ilin  birinci  yansımn  sosial-iqtisadi  inkişafınm  yekunlanna  həsr  olunmuş  Nazirlər 

Kabinetinin  iclasında  ölkə  başçısı  demişdir:  “...ölkə  daxilində  dövlət  tərəfindən 

qoyulan investisiyalann artmlmasma da imkan verməməliyik. Çünki bu, xoşagəlməz 

hallara  gətirib  çıxara,  inflyasiyam  sürətləndirə  bilər  və  buna  ehtiyac  toxdur”  (31, 

11.07.2014).  Bizim  fikrimizcə,  dövlətin  investisiya  xərclərinin  istiqamətində 

dəyişiklik  etmək  zəruridir.  Bundan  soma  ağır  sənayeni  prioritet  inkişaf 

istiqamətlərindən  biri  kimi  elan  edən  hökumət  bu  məqsədlə  öz  investisiya 

resurslanndan istifadə etməlidir. Hesab edirik ki

2015-

 

2025-ci  illəri  əhatə  etməklə,  ölkədə  məhsuldar  qüvvələrin  inkişafı  və 



yerləşdirilməsi sxeminin hazırlanması və investisiyalara tələbatın müəyyən edilməsi 

bu məsələyə düzgün aydınlıq gətirər. 

Bankların  investisiya  fəallığı  zəifdir.  Bunun  da  əsas  səbəbi  investisiya 

fəaliyyətində  iqtisadi  maraqlanmn  olmamasıdır.  Bu  məsələ  daha  ətraflı  5.7  saylı 

paraqrafda araşdırıldığına görə, burada qeyd edim ki, Azərbaycanda resurs bazasının 

kifayət etməməsi nəticəsində kredit faizləri çox yüksəkdir. Reallıq ondan ibarətdir 

ki, yüksək depozit stavkalan ilə banklar müştərilərin sərbəst vəsaitlərini cəlb edir, 

Mərkəzi  Bankın  ayırdığı  kredit  resursu  çox  azdır,  nəhayət,  depozit  və  kredit 

stavkalan dövlət tərəfindən tənzimlənmir. 

412 



Dövlət  Neft  Fondunun  vəsaitlərindən  istifadənin  hökumət  siyasətinin 

mahiyyəti neft gəlirlərini xarici banklarda saxlamaqdan, dövlət büdcəsinə transferlər 

əsasında  cari  və  investisiya  xərclərini  maliyyələşdirməkdən,  habelə  Dövlət  Neft 

Fondunun  vasitəsi  ilə  investisiya  layihələrini  həyata  keçirməkdən  ibarətdir.  Bu  da 

ölkənin  iqtisadiyyatımn  kreditləşdirilməsini  lazımi  səviyyədə  təmin  etmək  üçün 

maddi şərait yaratmır. 

Bu istiqamətdə bəzi ölkələrin təcrübəsini diqqətə çatdırmaq istərdim. Rusiya 

Federasiyasmın  Stabilləşmə  Fondunda  01.11.2007-ci  ilə  144,4  mlrd,  dollar  vəsait 

toplanmışdır.  Onlardan  milli  layihələrin  maliyyələşdirilməsində  istifadə  olunur. 

Layihələrin  arasında  aqrar  sektor,  mənzil  tikintisi,  maşın-qa-  yırma  kompleksi  də 

vardır. 2008-ci ildən Fond 2 hissəyə bölünmüşdür: Rifah Fondu və Stabilləşdirmə 

Fondu. Ümumi vəsait 15% və 85% nisbətində bölüşdürülümüşdür. 

Qazaxstanda 

Neft 


Fondunun 

vəsaitləri 

investisiya 

layihələrinin 

maliyyələşdirilməsində, əmək haqqımn və pensiyalann artınimasında istifadə olunur. 

Bəzi ölkələr belə vəsaitlərin hesabına xarici ölkələrin səhmlərini və istiqrazlarım alır. 

Digər ölkələr valyuta formasında banklarda saxlayurlar. 

2010-cu  ilin  oktyabr  ayında  Ukrajma  Respublikasınm  müxbirlərinə  verdiyi 

müsahibəsində Azərbaycan Respublikasınıp Prezidenti demişdir: “Biz eneqi amilinin 

prioritetliyindən imtina etmişik, yəni diqqəti sahibkarlığa, kənd təsərrüfatma kömək 

məsələlərinə  cəmləşdirmişik  (31,  30.10.2010)».  Bunlarla  yanaşı  qeyri-neft  sənaye 

sektoru da hökumətin bəyan etdiyi prioritetlər sırasındadır. Son illərin sənaye sahələri 

üzrə  investisiya  qoyuluşundakı  dinamika  bunu  bir  daha  təsdiq  edir.  Respublika 

hökuməti,  bir  tərəfdən,  istehsalın  modernləşdirilməsi  kursunu  elan  edir,  digər 

tərəfdən,,  dövlət  kom-  paniyalannm  dövlət  investisiyalanmn  xarici  ölkələrə 

qoyulmalının qarşısını nəinki almır, hətta dəstəkləyir və genişləndirilməsini tövsiyyə 

edir. 

İstehsalm  sahə  və  regional  struktur  dəyişikliklərinin  təmin  edilməsi  iri 



miqyaslı investisiya ilə bağlıdır. İndiki mərhələdə bu struktur dəyişikliklərində özəl 

qurumlarla yanaşı dövlətin bir investor kimi iştirakı zəruridir. Bu, təkcə Respublika 

üzrə  iqtisadi  artımın  təmin  olunması  zərurətindən  irəli  gəlmir.  Azərbaycanm 

regionlarmda iqtisadi artım təmin edilməlidir ki, işsizlik səviyyəsi aşağı düşsün. 

Nazirlər Kabinetinin 2007-ci ilin sosial-iqtisadi inkişafmm yekunlan- na və 

2008-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə prezidenti demişdir: 

«...özəl  sektor  tərəfindən  qoyulan  investisiyalar  özəl  sektorun  maraqlarmda  olan 

sahələrə  yönəldilir.  Bəzi  hallarda  dövlət  üçün  əhəmiyyətli  olan  sahələr  investisiya 

almır.  Çünki  özəl  sektor  buna  maraqlı  deyil.  Əgər  Dövlət  İnvestisiya  Şirkətinin 

fəaliyyətində  çətinliklər  varsa,  xaricdən  investisiyalar  cəlb  edə  bilmiriksə,  lazım 

deyil, özümüz vəsait 

413 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə